UMAY

İlahə, tanrı; Hüma quşu; istək, dilək; bax: Humay.
ULUDƏ
UMAYƏ
OBASTAN VİKİ
Umay
Umay — Qədim türk mifologiyasında ev, heyvandarlıq ilahəsi. Yaxşılıq İlahəsi. Omay (Imay, Ubay, Humay) Xanım olaraq da bilinir. Ana Tanrı və Həyat İlahəsi yaxşılıqlar edər. Doğulacaq uşaqları təyin edər. Üç buynuzu vardır. Ağ paltarlıdır. Yerə qədər uzanan ağ, gümüşdən saçları vardır. Görünüşü yaşlı deyil, orta yaşlıdır. Quş qılığına bürünəbilir və qanatlıdır.
Fuad Umay
Fuad Mehmed Umay (türk. Mehmet Fuat Umay; 24 fevral 1885, Kırklareli ili – 1 iyul 1963, İstanbul) — həkim və siyasətçi; 1921-ci ildə Uşaq Qoruma Agentliyinin (Çocuk Hizmetleri Genel Müdürlüğü) qurucusu. 1910-cu ildə Ədirnə Liseyini və İstanbul Universiteti Tibb Fakültəsini bitirmişdir. Birinci Balkan müharibəsində iştirak etmiş və 1913-cü ilin avqust ayında Kırklarelidə şəhər həkimi kimi çalışıb. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra ABŞ-yə səyahət etmiş, Türkiyədə kimsəsiz qalan uşaqlar üçün ianə toplamaqla məşğul olmuşdur. 1920–1950-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü seçilmişdir.. == Həyatı == Fuad Umay 24 fevral 1885-ci ildə Kırklarelidə anadan olub. Kırklarelidə ibtidai və orta məktəbə getmiş, sonra Ədirnə liseyində oxumuşdur. 1910-cu ildə İstanbul Universitetinin Tibb Fakültəsini bitirmişdir. İlk vəzifə yeri olan Tırnovacık qəsəbəsində bələdiyyə həkimi vəzifəsinə 2 iyul 1910-cu ildə başlamışdır.
Umayd-Bhavan
Umayd-Bhavan (ing. Umaid Bhawan Palace) — Hindistanın Racastan ştatının Codhpur şəhərində saray və dünyanın ən böyük şəxsi iqamətgahlarından biridir. Sarayın ərazisinin bir hissəsində "Taj Hotels" şəbəkəsi tərəfindən idarə olunan mehmanxana fəaliyyət göstərir. Saray öz adını Codhpurun hazırkı maharacisinin babası maharaci Umayd Sinqhin şərəfinə almışdır, saray onun hakimiyyəti dövründə Mehrangarh qalasını əvəz etmək üçün tikilmişdir. Sarayın ilkin adı Çittar (Chittar Palace) idi, çünki şəhər daxilində yüksək Çittar təpəsində yerləşirdi. Tikinti 1929-cu il noyabrın 18-də başlanmış və 1943-cü ildə tamamlanmışdır.. == Tikili == Saray 10,5 hektar ərazini əhatə edir ki, bunun da 1,4 hektarı binalar, 6,1 hektarı isə bağlardır. O Codhpur şəhərinin cənub-şərq kənarındakı Çittar təpəsində yerləşir. Tikinti 3000-5000 işçinin iştirakı ilə 15 ilə başa gəlib. Tikintidə sementdən istifadə olunmayıb.
Umayra Tağıyeva
Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018–2023). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırkı vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir.
Umayta mühasirəsi
Umayta mühasirəsi — Paraqvay müharibəsinin mühüm döyüşlərindən biri. Mühasirə Braziliya və Argentina qüvvələrinin Paraqvay çayı sahilində Paraqvaya məxsus qalanı ələ keçirmək məqsədi ilə həyada keçirilən əməliyyat. Humaita 2 noyabr 1867-ci ildən qurudan, 2 noyabr 1868-ci ildən isə sudan mühasirəyə alınmışdır. Qala 25 iyul 1868-ci ildə müttəfiqlər tərəfindən fəth edilir. == Tarixi == 1 avqust 1867-ci ildə Argentina generalı Bartolome Mitre Braziliya İmperiya donanmasına Kurupaita və Humaitadan keçid etməyi əmr edir. 15 avqustda beş linkor Kurupaitanı keçsə də, artileriya atəşləri altında Humaita yaxınlığında qoşun durmalı olur. Bu hadisə müttəfiqlər arasında fikir ayrılığı yaradır. Sudan hüçumlar əmək sərfiyyatından başqa bir şey deyildi. Bu səbəbdən 18 avqustdan əməliyyatlar quruya keçir. Tuyukuedən müttəfiqlər şimala istiqamətlənir.
ассамбле́йный зачехля́ться изуве́шиваться маэ́стро ну и что́ перерожде́нка утяжелённый влюбля́ться моро́женица опознава́ть сбои́ть театра́л бурмистр -дражить сюртук childbirth chum up despan emblematical party man pub-crawler stockholder керосинка мудрёный триплан