BAMİYƏ

BAMİYƏ I is. [ fars. ] bot. Meyvəsi konus şəklində olan və xörəyə işlədilən birillik lifli bitki. Doğra daha bamiyəni bozbaşa; Sonra toyuq köksü ilə get aşa; Qəlyanı çək, qəhvəni iç, çox yaşa! (A.Səhhət).

BAMİYƏ II is. [ fars. ] Un, yağ, şəkər və s.-dən hazırlanan bamiyə şəklində şirni.

BALLI
BAN
OBASTAN VİKİ
Bamiyə
Bamiyə (bitki)
Bamiyə (bitki)
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. == Etimologiyası == Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Bamiyə (şirniyyat)
Tulumba və ya bamiyə (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyədə və Balkan ölkələrində aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu — 527q, şəkər tozu — 235q, yumurta — 1 əd., bitki yağı — 120q, çay sodası — 0,5q, duz — 5q. == Hazırlanma qaydası == Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.

Digər lüğətlərdə

вороне́ние Геркуле́с перето́лки позвоно́чные шапито́ эпенте́за безро́гий вдого́н вихля́стый изме́нчивость семими́льный си́лишка словчи́ть asthmatic claim check delectus Delia eel-basket Jacobinical peenge rough-and-tumble stipulatory unmeasurable акробатика жёнушка