BAN

BAN I is. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. Araba cırıldamaqdan, ban cırıldayır (Ata. sözü).

BAN II is. Xoruz səsi. Üçüncü xoruz banı qadın açdı; Yenə bağladı darvazanı (R.Rza).

BAN III is. Dam, çardaq. Sürücü maşının banına dırmaşdı.

BAMİYƏ
BANK
OBASTAN VİKİ
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüsseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Ray-Ban
"Ray-Ben" (ing. Ray-Ban) — Amerika şirkəti Bausch & Lomb Inc., tərəfindən yaradılmış günəş eynəkləri və korreksiyaedici optika çərçivələri brendi, hazırda İtaliyanın Luxottica Group S.p. şirkətinə məxsusdur.
Ban Ki-mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ban Ki Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Al Bano
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Aleksandr Bannerman
Ser Aleksandr Bannerman (ing. Sir Alexander Bannerman; 7 oktyabr 1788, Aberdin – 30 dekabr 1864) — Şotlandiya tüccarı, şərabsatanı, siyasətçisi, Böyük Britaniya müstəmləkə qubernatoru. == Həyatı == === Ailəsi === Aleksandr Bannerman 7 oktyabr 1788-ci il tarixində Böyük Britaniyaya daxil olan Şotlandiyanın Aberdin şəhərində anadan olmuşdur. "Sendi" (Sandy) olaraq tanınan Aleksandr Bannerman Tomas Bannermanın oğludur. Tomas Bannerman Şotlandiyanın Aberdin şəhərinin tanınmış biznesmeni idi. Onun uğurlu bir şərab biznesi, eləcə də ticarət və balina ovu sahələrində böyük gücü var idi. Bannerman şəhərin prorektor olaraq fəaliyyət göstərirdi və 1837-ci ildə o, Marişal Kollecinin dekanı seçilmişdir.Aleksandr Bannerman 1825-ci ildə Marqaret Qordon ilə evlənmişdir. Onun bioqrafı Qordonu "Karlaylın ilk eşqi" adlandırmışdır. Tanınmış Tomas Karlayl Marqaret Qordonun "zəkasına və idrakına cəlb olunmuşdu". Onun ailəsi Karlaylı Qordona uyğunsuz bir ər olaraq görürdü.
Aleksandr Bannermann
Aleksandr Bannermann (1720, Kembric – 1780) — İngiltərə qravürçüsü. Aleksandr Bannermann 1730-cu ildə Böyük Britaniyaya daxil olan İngiltərənin Kembric şəhərində anadan olmuşdur. O, Alderman Boydellin sifarişi ilə bir sıra qravür hazırlamışdır. Aleksandr Bannermann 1766-cı ildə Böyük Britaniya Rəssamları Cəmiyyətinin üzvü olmuşdur. == Qalereya == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Bannermann, Alexander // Dictionary of National Biography (ingilis). London: Smith, Elder & Co. 1885–1900. == Xarici keçidlər == Vikianbarda Aleksandr Bannermann ilə əlaqəli mediafayllar var.
Antonio Banderas
Xose Antonio Dominqes Banderas (isp. José Antonio Domínguez Banderas; 10 avqust 1960[…], Malaqa, Əndəlüs), daha çox Antonio Banderas adı ilə tanınır — Hollivudda məşhurluq qazanmış ilk ispan aktyoru. == Həyatı == Antonio Banderas 10 avqust 1960-cı ildə Malaga-İspaniyada doğulmuşdur. Anası Ana Banderas məktəb müəlliməsi, atası Xose Dominqez isə polis olmuşdur. Özündən böyük Xavyer adlı qardaşı var. Uşaqkən ən böyük arzusu professional futbolçu olmaq idi, lakin o, 14 yaşında ikən ayağı sınır və bu arzusunun üzərindən birdəfəlik xətt çəkilir. Bundan sonra dram dərsləri alaraq teatr truppalarında çıxış edir. Truppalarda və küçədə öz bacarığının nümayiş etdirən Banderas nəhayət ki, Milli İspaniya Teatrına daxil ola bilir. Aktyor səhnə adı kimi anasının soyadını götürüb.
Artemisia banihalensis
Artemisia banihalensis (lat. Artemisia banihalensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Avropa Mərkəzi Banklar Sistemi
Avropa Mərkəzi Banklar Sistemi və ya qısaca AMBS — Avropa Birliyinin üzvü olan 27 ölkənin milli mərkəzi banklarını və Avropa Mərkəzi Bankını özündə birləşdirən və maliyyə tənzimlənməsi səlahiyyətini həyata keçirən üst qurum. == Üzv ölkələr == == Ədəbiyyat == Игорь Морозов. Forex. От простого к сложному, Альпина Паблишер, 2012, М.,cc. 324.
Avropa Mərkəzi Bankı
Avropa Mərkəzi Bankı (ECB) (ing. European Central Bank) — avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır. 1998-ci ildə Frankfurtda təməli qoyulmuşdur. AMB avronu qəbul edən üzv ölkələrin milli bankları ilə işləyir. AMB-nin idarəedici şurasının tərkibi altı üzvdən, idarəedici şura və Avropa PulKredit İttifaqının üzvləri olan milli bankların idarəedicilərindən ibarətdir. AMB avro banknotlarının buraxılmasında yeganə hüquq sahibidir. AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir: qiymət sabitliyini qorumaq; qiymət sabitliyinə tabe olmaq; ittifaqın ümumi iqtisadi siyasətinə dəstək vermək.Avropa Pul Birliyinin yaranmasından etibarən 1 iyun 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Avro da 1 yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır. Mərkəzi Frankfurtda yerləşən Avropa Pul İnstitutu 1994-cü ildən bəri bunun zəminini hazırlamışdır. Avronu qəbul edən Ölkələr "Avro sistemi" və ya "Avro sahəsi"ni yaradırlar. Bütün AB üzvləri isə Avropa Mərkəzi Bankları Sistemini təşkil edirlər.
Avropa Yenidənqurma və İnkişaf Bankı
Avropa Yenidənqurma və İnkişaf Bankını (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD) — Beynəlxalq maliyyə təşkilatlarına daxidir. 1991-ci ildə 61 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi, Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədi ilə yaradılmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirovdur.Bankın əsas ofisi Böyük Britaniyada yerləşir.
Avropa İnvestisiya Bankı
Avropa İnvestisiya Bankı — maliyyə qurumu olaraq 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur. Avropa İnvestisiya Bankı hüquqi və maliyyə muxtariyyətinə sahibdir. Bankın üzvləri Avropa Birliyi üzvü olan dövlətlərdir. Bankın mərkəzi Lüksemburqdadır. AİB 1994-cü ildə 19,9 milyard ECU həcmində kredit vermiş, beləliklə öndə gələn beynəlxalq maliyyə qurumları arasındakı yerini qüvvətləndirmişdir. AİB-in ən əsas hədəfi Avropa Birliyinin taraz inkişafına kömək etməkdir. Bununla yanaşı Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətrafın qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına və sənayə və kiçik şirkətlərin rəqabət gücünün beynəlxalq aləmdə artırılmasına yönəlmiş layihələri maliyyə ilə təmin edir. Bank Avropa Birliyi xaricində də birliyin üzvü olmayan ölkələrə yönəlmiş əməkdaşlıq siyasətinin həyata keçirilməsinə kömək edir. Afrika, Karib ölkələri və Sakit okean ölkələrində, Aralıq dənizi hövzəsində, Orta və Şərqi Avropada, Latın Amerikasında və Asiyada fəaliyyət göstərir. Avropa İnvestisiya Bankı mənbələrinin böyük bir hissəsini sərmayə bazarlarından borc alır.
Avstriya-Macarıstan bankı
Avstriya-Macarıstan bankı (alm. Österreichisch-Ungarische Bank‎, mac. Osztrák–Magyar Bank) — Avstriya-Macarıstanın mərkəzi bankı, həmçinin əvvəl Avstriya-Macarıstan İmperiyasının tərkibinə daxil olmuş və milli kredit-pul sistemi olmayan ölkələrin mərkəzi bankı. 1902—1905-ci ildə memar İqnats Alpar tərəfindən Budapeştdə Azadlıq meydanında inşa edilmiş Avstriya-Macarıstan bankının binasında hazırda Macarıstan Milli Bankı yerləşir. == Tarixi == Avstriya-Macarıstan bankı 30 sentyabr 1878-ci ildə qurulmuşdur. Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra, Avstriya və Macarıstanın ortaq şəkildə idarə etdiyi bank Avstriya-Macarıstan kronunu emissiyasına davam etdi, bu pul vahidi Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq valyutası idi və eyni zamanda digər ölkələrin tərkibinə daxil olmuş Avstriya-Macarıstan ərazilərində dövriyyədə qalmışdır. Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək üçün Çexoslovakiya təşəbbüs göstərdi. Hər şeydən əvvəl, ölkənin hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödəmələri və Avstriya və Macarıstan hökumətlərinə borc vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı və bu görüşdə bütün yeni dövlətlərə emissiyaya nəzarət etmək üçün öz emissarlarını təyin etməsinə icazə verildi.
Azərbaycan Dövlət Bankı (1919)
Azərbaycan Dövlət Bankı, Azərbaycan Xalq Cümhuriyyəti maliyyə siyasətinin həyata keçirilməsini təmin edən mühüm dövlət qurumu. == Yaradılmasında məqsəd == Dövlətin maliyyə-iqtisadi müstəqilliyinin təmin edilməsi məqsədilə yaradılmışdı. Belə ki, Rusiya Mərkəzi Bankının Bakıdakı şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran mühüm dövlətçilik vəzifələrini yerinə yetirə bilməzdi. Buna görə də, Hökumət 1919-cu il martın 7-də ADB-nın təşkili barədə layihəni bəyəndi və bankın nizamnaməsini hazırlamağı maliyyə nazirinə tapşırdı. 1919-cu il, mayın 20-də ADB-nın nizamnaməsi Nazirlər Şurasına təqdim olundu. == Yaradılması == Nizamnamə hazırlanarkən Rusiya Dövlət Bankının nizamnaməsi əsas götürülmüş, lakin bir sıra dəyişikliklər və ixtisarlar edilmişdi. Məsələn, banka qanunvericilik qaydasında müəyyən olunmuş əsaslarla pul nişanları buraxmaq hüququ verilmişdi, mərkəzi idarənin və onun ayrı-ayrı qurumlarının tərkibi ixtisar olunmuş, eyni zamanda, mərkəzi idarə Bakı şəhərindəki əməliyyat şöbəsi ilə birləşdirilmişdi, bankın yerli strukturlarının şöbə və agentlik hesab edilməsi məqbul sayılmamış, yaradılması nəzərdə tutulan strukturların hamısı bölmə adlandırılmışdı. Onların ştat cədvəli, hüquq və vəzifələri də buna müvafiq olmalı idi. Nizamnaməyə görə, ADB-nın vəzifələri kommersiya banklarının vəzifələrindən geniş idi və o dövlət xarakterli bir sıra tapşırılqarı, o cümlədən pul emissiyasının yerinə yetirməsi dövlətin maliyyə aparatı kimi müvafiq hallarda digər ölkələrin eyni orqanları ilə sazişlər bağlanması, valyuta məsələsinin tənzimlənməsi və s. funsksiyaları yerinə yetirməli idi.
Azərbaycan Kənd Təsərrüfatı Bankı
Azərbaycan Kənd Təsərrüfatı Bankı (Азәрбајҹан Кәнд Тәсәррүфаты Банкы) — Azərbaycan SSR-də dövlət kənd təsərrüfatı müəssisələrinə, kolxozlara, kəndli təsərrüfatlarına kredit buraxan və onları maliyyələşdirən dövlət idarəsi. == Tarixi == Azərbaycan Kənd Təsərrüfatı Bankı 1923-cü ilin iyulunda yaradılmışdır. İlk vaxtlarda sənaye-ticarət müəssisələri və kooperasiya təşkilalarının kredit və hesablaşma işləri, habelə pul tədavülü ilə də məşğul olmuşdur. 1925-ci ilin iyulunadək əslində dövlət bankı vəzifəsini yerinə yetirmişdir. Azərbaycan SSR iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı nəzərə alınaraq, 1925-ci ilin iyulunda əsas qəza mərkəzlərində AKTB-nin filialları, kənd rayonlarında isə kredit cəmiyyətləri yaradılmışdır. 1928-ci ildə AKTB "Soyuzkolxozbank"ın Cənubi Qafqaz kontorunun Azərbaycan şöbəsi kimi fəaliyyət göstərirdi. 1930-cu ildə kredit islahatı ilə əlaqədar "Soyuzkolxozbank" ləğv olunmuş, onun vəzifəsi SSRİ Dövlət Bankına həvalə edilmiş, kredit cəmiyyətləri isə onun rayon şöbələrinə çevrilmişdi. 1932-ci ildə SSRİ Kənd Təsərrüfatı Bankının təşkili ilə əlaqədar Azərbaycanda onun respublika kontoru yaradılmışdır. 1959-cu ildə SSRİ Kənd Təsərrüfatı Bankı və onun Azərbaycan respublika kontoru ləğv edilmiş, onların vəzifələri, müvafiq olaraq, SSRİ Tikinti Bankına, SSRİ Dövlət Bankı və onların Azərbaycan respublika kontorlarına həvalə edilmişdir.
Azərbaycan Milli Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — inzibati binası Bakı şəhərində yerləşir. "Azərbaycan Respublikasının Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Milli Bankı" "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. == Tarix == Azərbaycanda mərkəzi bankçılığın tarixi bir neçə mərhələdən ibarətdir: Xalq Cumhuriyyəti dövrü (1918–1920); sovet sosialist quruluşu dövrü (1920–1991); 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən başlayan müasir mərkəzi bankçılıq dövrü. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş "Bakı bonları" ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi.
Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — inzibati binası Bakı şəhərində yerləşir. "Azərbaycan Respublikasının Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Milli Bankı" "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. == Tarix == Azərbaycanda mərkəzi bankçılığın tarixi bir neçə mərhələdən ibarətdir: Xalq Cumhuriyyəti dövrü (1918–1920); sovet sosialist quruluşu dövrü (1920–1991); 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən başlayan müasir mərkəzi bankçılıq dövrü. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş "Bakı bonları" ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi.
Azərbaycan Sənaye Bankı
Azərbaycan Sənaye Bankı – Azərbaycanda fəaliyyət göstərən bank. 1996-cı ildə “Capital Investment Bank” (CI Bank) olaraq yaradılmış, 2006-ci ildən hazırkı adı ilə fəaliyyət göstərən ASB Bank hüquqi və fərdi müştərilərə bütün növ bank xidmət və məhsullarını təqdim edir. Bankın 4-ü Bakı şəhərində, eyni zamanda Sumqayıt, Gəncə və İmişlidə olmaqla 7 filialı və vardır. ASB “Azərbaycan Sənaye Sığorta”, “Azərbaycan Sənaye Lizinq”, “Azərbaycan Beynəlxalq Bankı Gürcüstan”, kart prossesinq mərkəzi “Millikart” və “Bakı Fond Birjası” kimi təşkilatların səhmdarıdır.
Azərbaycan–Banqladeş münasibətləri
Azərbaycan–Banqladeş münasibətləri — Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 26-da qurulmuşdur.
Bagz Banni
Baqz Banni və ya Dovşan Baqz (ing. Bugs Bunny) — Warner Bros. tərəfindən yaradılan cizgi filmi qəhrəmanıdır. Daffi Dakdan başqa cizgi filmlərinin bütün qəhrəmanları onu sevir. İlk dəfə 1938-ci ildə Bruklində Nyu-Yorkda yaradılmışdır. Əsası Teks Eyveri və animator Robert MakKimson tərəfindən qoyulmuşdur. Digər versiyalarda isə personajın yaradıcısını bu kampaniyanın animasiya studiyasında çalışan Çak Consu hesab edirlər.Baqs özündənrazı, laqeyd xarakteri ilə seçilən antromorfik, boz və ağ rəngli dovşandır. Zarafata çox meyillidir. Cizgi filmlərdə, televiziya verilişlərində, video oyunlarında, bir çox reklamlarda rol alıb. Daffi Dak olmaqda əksər hallarda öz rəqib və düşmənlərinə ağlı ilə qalib gəlir.
Bakı Banklararası Valyuta Birjası
Bakı Banklararası Valyuta Birjası (BBVB) 1993-cü ilin 26 iyul tarixində Azərbaycanda valyuta birjasının yaradılması səyini ölkənin Milli Bankı və dövlət kredit idarələri – Beynəlxalq, Əmanət, Sənaye-investisiya və Aqrosənaye bankları öz üzərlərinə götürmüşlər. Maliyyə sisteminin əsas hissəsinə çevrilən BBVB öz fəaliyyətinin başlanğıcında valyuta bazarının mütəşəkkil şəkildə formalaşdırılması məqsədini güdmüşdür. Gələcəkdə maliyyə xidmətləri spektrinin genişlənməsi birja meydanının formalaşmasının universal prinsipini qabaqcadan müəyyən etmişdir. BBVB və onun səhmdarlarının öncə həyata keçirdiyi proyektlər arasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqraz vərəqələri emissiyalarının müraciətinin xidmət olunmasını, səhmlər bazarı sektorunda ilk razılaşmaların təşkil olunması, qiymətli kağızlar Depozitariyasının yaradılması, fond bazarında mühasibat uçotu əməliyyat standartlarının təsdiqlənməsini, Listinq üzrə xüsusi kommisiyanın yaradılmasını, ilk banklararası kredit hərraclarını, həmçinin universal ticarət-hesablaşma birja kompleksinin işə salınmasını qeyd etmək olar. 2001-ci ildə birja tərəfindən buraxılmış və Qafqazda ilk birja ticarət sistemi olmuş "BEST" informasiya-ticarət sisteminin sonuncu nümunəsidir.
Bald and Bankrupt
Bald and Bankrupt (azərb. Keçəl və müflis olmuş‎) — Benjamin Riç (ing. Benjamin Rich) və ya Mister Bold (ing. Mr. Bald) kimi tanınan britaniyalı videoblogerin apardığı ingilis və rusdilli yutub kanalı. 2018-ci ilin iyun ayında açılmış kanalda əsasən postsovet məkanı və Hindistan yarımqitəsi ölkələrindən bəhs olunur. 2022-ci ilin mart ayına olan göstəriciyə əsasən 3,48 milyon abunəçiyə və 489 milyon baxışa malikdir. 2019-cu ilin iyul ayında podkast zamanı yutub-bloger Pyudipay bildirib ki, Bald and Bankrupt onun sevimli yutub kanalıdır.
Banoffi
Banoffi (ing. Banoffee pie) — banan, qaymaq, karamel və qaynadılmış qatılaşdırılmış süddən hazırlanan ingilis piroqu. Banoffinin əsasını kərə yağı əlavə edilmiş xırdalanmış peçenyalar təşkil edirlər. Bəzi resept variantlarında şokolad və ya qəhvə də əlavə olunur. == Banoffinin tarixi == Ehtimal edilir ki, piroqun reseptinin tərtibatçıları əsli Cevinqton şəhərindən olan Noysel Makkenzi və Yan Daudinqdir, birincisi "Ac monax" restoranının sahibi və o biri isə onun şef aşbazı idi. Onlar təsdiq edirlər ki, resepti 1971-ci ildə kofe və karameldən düzəldilən piroqunun amerikan reseptinə dəyişilik edib yaradıblar. Makkenzi və Daudinq piroqunun müxtəlif fərqli sunurlar düzəltməyə çalışıblar, hətta onun içinə alma və mandarin əlavə ediblər, sonra isə Makkenzi reseptə banan əlavə etməyə təklif edib, onu menyudan pozmaq sadəcə mümkün olmayıb.Bu resept Ac rahibin ən ciddi sirləri kitabında 1974-ci ildə dərc olunub və 1997-ci ildə Ac rahibnən cənnətdə kitabında təzədən çap olunub. Marqaret Tetçer banoffini hazırlamağı çox sevirdi. Banoffini bütün dünyanın bir çox restoranların menyusuna daxil edilib. Banoffi sözü (ing.
Banon (kommuna)
Banon (fr. Banon, {{dil-oc|Banon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 635 nəfər (15-64 yaş) arasında 448 nəfər iqtisadi cəhətdən fəal, 187 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.6%, 1999-cu ildə 70.9%) idi. Fəal 448 nəfərdən 396 nəfər (223 kişi və 173 qadın) işləyir, 52 nəfər işsizdir (24 kişi və 28 qadın). 187 hərəkətsiz 56 nəfər arasında şagird və ya tələbə, 62 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Banos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Banovani
Banovani (gürc. ბანოვანი; 6 dekabr 1880, Ladjana[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 6 dekabr 1934, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü yazıçısı və publisist. Onun qısa hekayələri, eskizləri, etnoqrafik məktubları və Leçxuminin yazışmaları 1898-ci ildən bəri gürcü jurnallarında və qəzetlərində (İveriya, Tsnobis Purtseli, Shroma, Dost, Isari, Temi, Amirani, Xalq qazeti) nəşr edilmişdir. Banovaninin məktublarının çoxu yerli ev sahiblərinin və kral məmurlarının özbaşınalığına qarşı yönəldilmişdir. Banovani 1905-1907-ci illər inqilabının iştirakçısı və o vaxtlar Leçxumidə görkəmli ictimai xadim idi. Burada bir neçə kitabxana, səhnə həvəskarlarının aparıcı dairələri təsis edildi. Banovani 1920-ci ildən Tibilisdə yaşayırdı. 1928-ci ildə "Mnatobi" jurnalında "Ədalətlə qanla tapacağam" romanını nəşr etdi (-9 5-9). Geniş tarixi bir romanında, Uzaq Torpaqlarda (1959, 1960-cı ildə nəşr olunmuşdur), Banovani 17-ci əsr Gürcüstan həqiqətlərini əks etdirir. Qısa hekayələr də yazmışdır - "Cənab Ghebi", "Qadın" və s.
Banovtse nad Bebravou
Banovtse nad Bebravou (slovak. Bánovce nad Bebravou, alm. Banowitz‎, mac. Bán, bəzən rus. Бановцы-над-Бебравой) — Slovakiyanın qərbində şəhər. Bebrava çayının sahilində yerləşir. Əhalisi 21 min nəfərdir.
Banoş Abbasova
Banoş Cəfərqulu qızı Abbasova (1 fevral 1918, Naxçıvan qəzası – 22 yanvar 1995, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası) — Sovet Azərbaycanı tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Banoş Abbasova 1918-ci ildə İliç rayonunun Xok kəndində anadan olmuşdur. 1971-ci ildə M.Əzizbəyov adına kolxozda kolxozçu və manqabaşçısı olmuş, 1971–1974-cü illərdə Əzizbəyov adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə 3,5 hektar ərazinin hər hektarından 25,6 sentner "Tık kulak" tütün sortunu yığmışdır. 1 iyul 1949-cu ildə tütünçülüyün inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni və qızıl "Oraq və Çəkic" medalı ilə təltif olunmuşdur. 1974-cü ildə ittifaq əhəmiyyətli təqaüdçü oldu. Banoş Abbasova 22 yanvar 1995-ci ildə Şərur rayonunda vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.

Digər lüğətlərdə

ба́тник вы́хлоп полиспа́ст приша́бривать разва́жничаться разгла́живать скве́рна танке́тка феномена́льность хо́лдинг-компа́ния выму́чивать ньюфаундленд ознакомля́ть получа́ться рати́н хо́ботовый цве́топись bassinet frankpledge Germanize venal отгородить потащить расписание узкоколейка