Слово BARAT в словаре омонимов азербайджанского языка. Çoxmənalı sözlər

BARAT I is. [ ər. ] Bank və s. maliyyə müəssisələri və ya poçt vasitəsilə göndərilən pul. Pulları haman yerə barat verəcəyəm (M.S.Ordubadi).

BARAT II is. [ ər. ] Qəbz, vəsiqə. İcarədarlara icarə hüququnu təsdiq edən sənəd – barat verilirdi (“Azərb. tarixi”).

BARAT III is. [ ər. ] Hədiyyə, bəxşeyiş. Lisanından gəlməyəndə baratım; Naləm istər bu dünyanı dağıtsın (Aşıq Ələsgər).

← BARABAN

BARABAN I is. Təbil. Çalındı tunc, baraban, ordu döndü dənizə… (A.İldırım). BARABAN II is. tex.

BARI →

BARI I is. [ fars. ] Hasar, divar, sədd.