CƏNGİ

CƏNGİ I is. [ fars. ] mus. Qəhrəmanlıq və cəngavərlik ruhunu ifadə edən gümrah və şən musiqi əsəri. Koroğlunun cəngi havası dağlara, dərələrə səs saldı (M.Hüseyn).

CƏNGİ II is. [ fars. ] Döyüşçü, əsgər; dalaşqan. Sənin namusun olsa mənim qapıma gəlməzsən, itil gözümün qabağından cəngi! – deyə qovdu (Çəmənzəminli).

CƏNG
CIR
OBASTAN VİKİ
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Cəngi (Abaran)
Cəngi, Cəngi təpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə, Abaran çayının yanında yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati - ərazi bölügüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «meşə Örtüyü olmayan dağ», «meşəsiz dağ» mənasında işlənən cəngi sözü ilə təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.
Cəngi (Qobustan)
Cəngi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun faktiki mövcud olan Cəngi kəndi dəqiqləşdirmə qaydasında Nabur kənd sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 102 nəfər əhali yaşayır.
Cəngi (rəqs)
Cəngi rəqsi - Azərbaycan milli rəqsi. == Etimologiyası == Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır. == Tarixçə == "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir.
Cəngi rəqsi
Cəngi rəqsi - Azərbaycan milli rəqsi. == Etimologiyası == Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır. == Tarixçə == "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir.
Qala-i Cəngi
Qala-i Cəngi (Daricə/Puştuca: قلعهِ جنگی‎, İngiliscə: Qala-i-Jangi‎) — Əfqanıstanda Məzari-Şərifin şimalında yerləşən XIX yüzilliyə aid divarları palçıqdan hörülmüş qala. == Hərbi qərargah dövrü == ABŞ-nin Əfqanıstana hücumundan sonra qala Rəşid Dostumun başçılıq etdiyi Şimal İttifaqının hərbi qərargahına çevrildi. Hərbi qərargahın bir hissəsi isə ABŞ MKİ-nin əməkdaşlarının məhkumları sorğulaması üçün ayrıldı. == Qala-i Cəngi döyüşü == Qala daha çox 2001-ci ilin 25 noyabr tarixindən 1 dekabr tarixinə kimi davam edən «Qala-i Cəngi döyüşü» adlı üsyanla tanınır. Həmin vaxtı hərbi qərargah kimi istifadə edilən Qala-i Cəngiyə yerləşdirən təslim olmuş 470 nəfərlik çoxu ərəb, çeçen, özbək, pakistanlı döyüşçülərdən ibarət olan və aralarında bir nəfər Azərbaycan vətəndaşının da olduğu əsasən xarici ölkə vətəndaşlarından ibarət dəstə üzvləri ilə nəzarətçilər arasında çıxan qarşıdurmada 1 MKİ əməkdaşı və 300-dən çox məhbus həlak olmuşdur. Həlak olan məhbusların çoxusunun əlləri-qolları bağlı vəziyyətdə olub. Sağ qalan 86 nəfərin sağ qalmasına səbəb isə onların tikililərdən birinin zirzəmisində gizlənməsi və beləliklə də bombardman və gülləbarandan canlarını qurtarmaları olmuşdur. Sağ qalanlar arasında Azərbaycan vətəndaşı Polad Siracov da var idi. Bu hadisənin xarici döyüşçülərin birdəfəlik təmizlənməsi üçün təşkil edilməsi kimi versiyalar var. Sağ qalan xarici döyüşçülər sonradan əsasən Quantanamo həbs düşərgəsinə yerləşdirildi.
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı — Qobustan-Cəngiçay alçaq dağlıq vadisində yaradılan yasaqlıq. 2010-cu ilin dekabr ayında Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığından yasaqlığa ilk ceyran sürüsü buraxılmışdır. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır.

Digər lüğətlərdə

вознагражда́ться обло́м обозрева́тельница оли́мы прису́тствование просади́ть дыха́тельный закрепи́тель зашушу́каться не в лад отремонти́ровать пу́дреница сеноко́сный стереоти́п шестидюймо́вка цыпочки fresh-run habitualize hydro-airplane hydropathical intensive meta-anthracite trabeated венок курчавый