ÇANAQ

ÇANAQ I is. anat. İnsanın taz sümüyü, çanaq sümüyü.

ÇANAQ II is. Taxta kasa. Çanağı başında sındı (Ata. sözü).

ÇANAQ III is. köhn. Təxminən 5 kq-a bərabər ağırlıq çəki vahidi.

ÇANAQ IV is. Musiqi alətinin hissəsi. Qorxuram çanağı partlaya tarın, Bu təzə guşənin hay-harayından (B.Vahabzadə).

ÇALMAQ
ÇAP
OBASTAN VİKİ
Çanaq (dəqiqləşdirmə)
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Çanaq (qab)
Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab. == Ümumi məlumat == Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Çanaq (Əhər)
Çanaq — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəlibər bölgəsində, Gərmadüz kəndistanında, Kəlibər qəsəbəsindən 36 km simal-şərqdədir.
Çanaq sümüyü
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Adsız sümük (çanaq)
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Bud-çanaq oyanağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Çanaq (ölçü vahidi)
Çanaq — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Çanaqdan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Təxminən 12 kq tutumu olmuşdur. "Bir çanaq arpa", "bir çanaq pendir" anlayışları çanağın tutumu ilə bağlı yaranmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da ölçü qabı kimi istifadə olunmuşdur. Bu qablardan ölçü məqsədilə istifadə olunmasına dair folklorumuzda və yazılı ədəbiyyatımızda çoxlu misallar var. Və yaxud: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild.
Təzəkənd-i Çanaq (Biləsuvar)
Təzəkənd-i Çanaq (fars. چناق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (19 ailə).
Çanaq (Kəleybər)
Çanaq (fars. چناق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (22 ailə).
Çanaq (anatomiya)
Çanaq ya çanaq qurşağı (lat. Pelvis) — insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşməklə aşağı ətrafların bədənə birləşməsində əss funksiya daşıyaraq, dayaq istinadı təşkil edir, eyni zamanda digər həyati vacib üzv və orqanlar üçün "yuva" və ya yataq təşkil etmiş olur. == Çanaq boşluğu == Çanaq boşluğu lat. cavitas pelvis çanağın bir cüt adsız sümüklərinin arxadan (14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən) oma sümüyü və öndən simfiz - qasıq bitişməsi (lat. symphisis pubica) vasitəsi ilə bir-biriləri ilə bitişmələrindən yaranmış boşluq olub, iki hissəyə bölünür: yuxarı, geniş hissə - böyük çanaq (lat. pelvis major); aşağı dar hissə - kiçik çanaq (lat. pelvis minor).Böyük və kiçik çanaqlar arasındakı səd oma sümüyü dimdiyindən (lat. promontory), qalça sümüyünün qövsi xəttindən, qasıq sümüyünün yuxarı ayağının və qasıq bitişməsinin (lat. symphisis pubica) yuxarı kənarından keçir.
Çanaq-i Süfla və Ülya (Biləsuvar)
Çanaq-i Süfla və Ülya (fars. چناق سفلي وعليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 180 nəfər yaşayır (40 ailə).
Aşağı Çanaqbulaq (Marağa)
Aşağı Çanaqbulaq (fars. چناقبلاغ سفلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 35 km simal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (16 ailə).
Bakirə Məryəm kilsəsi (Çanaqçı)
Bakirə Məryəm kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Tarixi == Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Sərkis Calalyants yol qeydlərində yazır ki, kilsədə gözəl tərtib edilmiş inşaat kitabəsi görüb və həmin kitabədə kilsənin Qayane və Ripsime bacıları tərəfindən ter Arakelin köməkliyi ilə inşa edilib.Kilsənin olduğu yerdə qədim dövrlərdən dini və mədəni mərkəzin olması haqqında həm yuxarıda qeyd edilən mənbələr, həm də abidə ətrafında qədim tikililərin xarabalıqları sübut edir; V-VII əsrlərə aid xarakterik kapitellərə, sütun altlıqlarına və ornamentli memarlıq elementlərinə malik bazilika xarabalıqları xüsusi diqqət cəlb edir.Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Memarlıq xüsusiyyətləri == Kilsə Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşir. Vaxtilə qərb tərəfdən abidəni əhatə edən qala divarlarının dövrümüzə yalnız divarlar və qüllələrin xarabalıqları qalmışdır.Kilsənin inşasında kobud yonulmuş yerli daşlardan istifadə olunmuşdur. Planda xaçvari formaya malik olan kilsə 11 metr uzunluöa, 9 metr enə və 7 metr hündürlüyə malikdir.İbadət zalında olan gözəl pilonlar, yükdaşıyan tağlar vasitəsi ilə zalın tağtavanını daşıyır. Kilsənin qərb tərəfində giriş qapısı vardır. Cənub divarında iki, şərq divarında isə üç pəncərə yeri vardır.Kilsənin cənub fasadını bəzəyən 2x1 metr ölçülərə malik üç qədim xaçdaş dövrümüzə ciddi zədələr və dağıntılarla çatmışdır.
Bənövşəyi çanaqlı yastıca
Koliforniya çanaqlı yastıcası
Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı)
Müqəddəs Tanrı anası kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə 1651-ci ildə inşa edilmişdir. Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı. K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır. == Memarlıq xüsusiyyətləri == Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir.Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.
Oleandr çanaqlı yastıca
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tut çanaqlı yastıca
Yuxarı Çanaqbulaq (Marağa)
Yuxarı Çanaqbulaq (fars. ‎‎‎چناقبلاغ عليا‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (10 ailə).
Çanaqbulaq
Çanaxbulaq (Yardımlı) — Azərbaycan Respublikasıın Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Çanaqbulaq (Meşkinşəhr)
Çanaqbulaq (fars. چناق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsində, Şərqi Meşgin kəndistanında, Meşkinşəhrdəndən 27 km cənub-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 465 nəfər yaşayır (117 ailə).
Çanaqbulaq (Miyanə)
Çanaqbulaq (fars. چناق بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsində, Bərvanan kəndistanında, Türkmən qəsəbəsindən 9 km şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (14 ailə).
Çanaqbulaq (Ərdəbil)
Çanaqbulaq — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsində, Muğan kəndistanında, Biləsuvar-Aslandüz avtomobil yolunun üstündədir.
Çanaqlı (Urmiya)
Çanaqlı (fars. ‎‎چناقلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsində, Nazlı kəndistanında, Urmiya şəhərindən 18 km simal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (89 ailə).
Çanaqlı amöblər
Çanaqlı amöblər (lat. Testacealobosia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. Zərif sitoplazmatik bədəni qorumaq üçün birkameralı çanaq quran amöbşəkilli orqanizmlərdir. Çanaqlı amöblərin sitoplazması iki təbəqəyə bölünür: şəffaf, törəməsiz ektoplazma və dənəvər endoplazma. == Həyat tərzi == Hərəkət və qidanın tutulması lobopodiyalar (məs., Arcellidae, Dittlugiidae, Centropyxidae fəsilələri), fillopodiyalar (Englyphidae fəsiləsi), retikulopodiyalar (Polystomidae, Microgromiidae fəsilələri) şəklində olan psevdopodiyaların köməyilə həyata keçir. == Quruluşu == Çanaqlı amöblərin əksəriyyəti birnüvəlidir. Ancaq ikinüvəlilərə də rast gəlinir. Yığılıb-açılan vakuol bir və ya bir neçədir. Çanağın düzəldiyi materialdan asılı olaraq amöblər üç böyük qrupa bölünür: keratin tipli zülaldan ibarət (Arcella), ekzogen mənşəli mineral hissəciklərdən ibarət – ksenosom (Difflugiidae, Centropyxidae, Plagiopyxidae fəsilələri) və nəhayət, endogen mənşəli materialdan – indosomdan (Diffugiidae fəsiləsi) təşkil olunmuşlar. Çanaqlı amöblərdə ağız (psevdopodiyaların çıxması üçün deşik) birdir, ancaq bir neçə cins üçün 2 və ya 3-5 ağızcığın olması da səciyyəvidir.
Çanaqlı xərçənglər
Çanaqlı xərçənglər (lat. Ostracoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. == Ümumi xrakteristikası == Çanaqlı xərçənglər və ya ostrakodlar yanlardan sıxılmış, ikitaylı çanaqla örtülü, 7 cüt çıxıntıdan (antenna, çənələr və ayaqlar), üst çənədə yerləşən ayağabənzər qısqaclardan, böyük alt çənədən və buğumsuz qısa qarından ibarət canlılardır. Ağız hissə üst dodaq, güclü üst çənədən ibarətdir. Həzm kanalı qida borusu, ön mədə, mədə və bağırsaqdan iarətdir. Bağırsağın sonunda arxa çıxışdəliyi yerləşir. Tənəffüs prosesində bütün bədən iştirak edir. Bu sinifin nümayəndələrinin ayaq hissəsində qəlsəmə kisələri yoxdur. Bəzi Cyprinidae nümayəndələrində kisəvəbənzər ürək vardır. Bəzilərində (məsələn, Cypris) qan dövranı yoxdur.Ostrakodlar müxtəlifcinsli canlılardır.

Digər lüğətlərdə

изумлённо лиси́чка миграцио́нный мотня́ обтрепа́ться подколе́нный согласи́ть стла́нцевый шко́ление живо́т подводит у обкоси́ться сбои́ть экспанси́вно deep extratelluric hopeful master arm morning performance motto obliquity outdrew punctilious s stead опустошить