KÜRƏ

KÜRƏ I is. [ fars. ] Ocaq. O saat sinəsi dəmirçi kürəsi kimi yanmağa başladı (Dastanlar).

KÜRƏ II is. [ ər. ] Girdə, şar şəkilli. Axı, necə dözür bu zərbələrə; Havada fırlanan balaca kürə? (B.Vahabzadə).

KÜRƏ III is. [ ər. ] Dünya. Bir səhər bu səslə qalxdım yerimdən; Günəşlə bir baxdım Yer kürəsinə (M.Araz).

KÜRƏ IV is. Kürəşəkilli ildırım. Birdən toyuq yumurtası boyda sarı işıq verən kürə pəncərədən içəri daxil oldu və dəhlizə keçdi.

KÜRƏ V sif. Qulağı uzun olan. Kürə qoyunun yunu çox olur.

KÜP
KÜRƏK
OBASTAN VİKİ
Açıq kürə (riyaziyyat)
n {\displaystyle n} - ölçülü fəzada M M 0 = ( x 1 − x 0 1 ) 2 + ( x 2 − x 0 2 ) 2 + … + ( x n − x 0 n ) 2 < r {\displaystyle MM_{0}={\sqrt {(x_{1}-x_{0}^{1})^{2}+(x_{2}-x_{0}^{2})^{2}+\ldots +(x_{n}-x_{0}^{n})^{2}}}<r} şərtini ödəyən M ( x 1 ; x 2 ; … ; x n ) {\displaystyle M(x_{1};x_{2};\ldots ;x_{n})} nöqtələrindən ibarət çoxluq. Burada M 0 ( x 0 1 ; … ; x 0 n ) {\displaystyle M_{0}(x_{0}^{1};\ldots ;x_{0}^{n})} nöqtəsi kürənin mərkəzi, r {\displaystyle r} onun radiusudur. n = 2 {\displaystyle n=2} olduqda müstəvi üzərində çevrənin daxili oblastı, n = 3 {\displaystyle n=3} olduqda isə fəzada sferanın daxili oblastı alınır: Ədəbiyyat 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Aşağı Kürə (Urmiya)
Aşağı Kürə (fars. كوره سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (54 ailə).
Kürə
Kürə — fəzanın verilmiş nöqtəsindən müsbət r məsafəsini aşmayan nöqtələr çoxluğudur. "r" kürənin radiusu adlanır. Kürə həmçinin yarımdairənin radiusu ətrafında fırlanmasından yaranan həndəsi cismdir. Bu diametr kürənin oxu adlanır. Kürənin səthi sfera adlanır.
Kürə dairəsi
Kürə dairəsi (rus. Кюринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1862–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qasımkənd idi.
Kürə dağları
'Kürə dağları -' Qərbi Qara dəniz hissəsində yerləşən Kürə dağları “Alp qırışıqlığı” sisteminə bağlı olan bir sıra dağ sisteminin bir hissəsidir. Kürə Dağları Fransadan başlayaraq Balkanlardan Anadoluya, Qafqazdan və İrandan Himalaya qədər uzanan dağ silsiləsinin bir hissəsinə aiddir. Ən yüksək zirvəsi Yaralıgöz dağının hündürlüyü 2019 metrdir. Dağın yamacları sıx meşələrlə örtülmüşdür. == Həmçinin bax == Ağrı dağı Həsəndağ Uludağ Tavr dağları == İstinadlar == Türkiyə Fiziki Xəritələr Toplusu.2014.Təkirdağ.
Kürə xanlığı
Kürə xanlığı (ləzg. Куьредин шарвал) — Cənubi Dağıstanda 1812–1864-cü illərdə mövcud olmuş feodal dövləti. == Coğrafiyası == Kürə xanlığı əsasən Qürahın tarixi və coğrafi bölgəsində yerləşirdi. Buraya Qürah, Ağul və Riçin kənd cəmiyyətlərinin birliklərinin ərazisinin bir hissəsi olan Qürah vadisi daxil idi. Hal-hazırda Kürə xanlığının ərazisində yerləşən inzibati rayonlar: Ağul, Qürah və Süleyman-Stalski rayonları. Cənubda Kürə xanlığının sərhədləri Samurçay istiqamətində Quba xanlığına qədər uzanırdı. Cənub-qərbdə xanlıq Samur silsiləsinin zirvəsində Altıpara və Axtıpara azad cəmiyyətləri ilə, həmçinin Rutul bəyliyi ilə həmsərhəd idi. Qərbdə və şimalda sərhədləri Qazıqumuq xanlığına qədər uzanırdı. Tabasaran maysumluğu ilə şimal-şərqdə sərhədə malik olmuşdur. Şərqdə Kürə xanlığı Dərbənd xanlığı ilə sərhədlənir.
Kürə Kani (Bükan)
Kürə Kani (fars. كوره كاني‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (24 ailə).
Yeddi kristal kürə
Yeddi kristal kürə - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 13-cü hissəsidir.
Yuxarı Kürə (Urmiya)
Yuxarı Kürə (fars. ‎كوره عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Çeşmə Kürə (Bicar)
Çeşmə Kürə (fars. چشمه كوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Adi kürəkburun
Adi kürəkburun (lat. Scaphirhynchus platorynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü.
Ağ kürəkburun
Ağ kürəkburun (lat. Scaphirhynchus albus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü. Həyat tərzinə görə adi kürəkburuna çox bənzəyir. Missisipi çayının hövzəsində rast gəlinir, adi kürəkburun isə əsasən Missuri çayının aşağı hissələrində yaşayır.
Gümülcinəli Kürəkən Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini[d], Makedoniya və Frakiya – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür.1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır. Nasuh Paşa Diyarbəkir hakimliyinə gətirilmişdir.
Gəvlən (Salmas-Kürəsinli)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu. Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı.
Külək: Yel kürəsinin şahzadəsi
Külək - Yel Kürəsinin Şahzadəsi - Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında romandır. Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub. == Personajlar == Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır.
Külək: Yel kürəsinin şahzadəsi (roman)

Külək - Yel kürəsinin şahzadəsi

Kürəbulaq (Çaypara)
Kürəbulaq (fars. كورابلاغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (14 ailə).
Kürəbulaq (Şot)
Kürəbulaq (fars. كورابلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Kürədərə (Əhər)
Kürədərə (fars. كوره درق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (23 ailə).
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Kürənquyruq sufərəsi
Kürənsaçlılar festivalı
Kürənsaçlılar festivalı (nid. Roodharigendag) — Hər il sentyabrın ilk həftəsonunda minlərlə kürənsaçlı insan Hollandiyanın Breda şəhərində toplaşması == Tarixi == Festival 2005-ci ildən etibarən keçirilir. Həmin vaxt hollandiyalı rəssam Bart Rouvenhorst 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib. Festivala qoşulan kürənlər buraya daha çox Böyük Britaniya, ABŞ, Avstraliya və Almaniyadan gəlirlər. Festivalda musiqi, piknik, dəb nümayişi keçirilir.
Kürəsinli
Kürəsünnilər (və ya Kürəsünlü, Kürəsinli, Kürəsünnü) — Azərbaycan xalqının etnogenezində iştirak edən türk mənşəli tayfalardan biri. Dilləri Azərbaycan dilidir və əsasən sünni müsəlmandırlar. == Etimologiyası == Kürəsinli adının mənşəsi dəqiq olaraq bəlirlənməyibdir və hələdə mübahisədədir. Yerli əhali Kürəsinni olaraq Salmas əhalisi isə Kürəsünni olaraq tələffüz edilməkdədir. Türk dili qaydaların nəzərdə alırsaq bu ad Kürəsin+li dən vicuda gəlib. Kürəsin əhalisi, Kürəsindən gələn insanlar, Kürəsinə mənsub adamlar kimi mənalanır. Belə nəzərə gəlir; Kürəsin, bir coğrafisəl addır və bir bölgə adı olmalıdır. Tohid Məlikzadə, "Salmasın on min illik Tarixi" kitabında yazır: Kürəsinlilər Səfəvi dövründə Girəsun bölgəsindən köçüblər və Türklərin Çəpni boyuna mənsubdurlar. Şəhram Qasimzadə "Kürəsinlilərin Tarix və Sivilizasiyası" kitabında yazır: Kürəsinli ləhcəsiylə, Orta Asiyada Özbəklərin ləhcəsiylə bənzərliklər var və Kürəsinlilər Türküstanın qədim Xorasanın Xarəzm bögəsindən köçdükləri möhtəməl görünür. O deyir, Kürəsinli Xorasanlı ilə eyni sinonimlər ola bilər və buna görədə tarixdəki Xarəzmşahları bu məsələylə ilgiləndirir.
Kürəsünnilər

Kürəvi ildırım
Kürəvi ildırım — parlaq işıq saçan, səssiz və nisbətən yavaş hərəkət edən, müxtəlif rəngli və ölçülü (bir neçə santimetrdən bir-iki metrə qədər) sferoid formalı nadir ildırım növünə deyilir. Kürəvi ildırım əsasən xətti ildırım boşalmasından sonra əmələ gəlir. Kürəvi ildırım asanlıqla binalar pəncərə, baca vasitəsilə daxil ola bilir. Kürəvi ildırım bir neçə saniyədən bir neçə dəqiqəyədək fəaliyyət göstərərək, güclü partlayışla yox olur.
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür. Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik. == Yerləşməsi == Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar.
Kürəşəkilli ulduz topası
Kurəşəkilli ulduz topaları və ya sadəcə kürəşəkilli topa – çoxlu sayda ulduzlardan ibarət olan, qravitasiya ilə bir-birinə sıx bağlı olan və qalaktik mərkəzin ətrafında peyk olaraq fırlanan ulduz topalarıdır.

Digər lüğətlərdə

пы́льниковый раскла́дчик агрофи́рма банке́т перекрёстный перестыко́вка сто́пор удва́иваться мик charter flight crozier despun nanous radiolocator snips uncooled volleying zorilla баллотироваться денатурировать дробинка жучок отобразить ротация саксонский