MAMA

MAMA I is. məh. Atanın bacısı, bibi. Mən mamagilə gedirəm.

MAMA II is. Uşaq doğuzduran şəfqət bacısı. Xəstəxanada otuz ildən çox mama olmuşam (Anar).

MALA
MAMALIQ
OBASTAN VİKİ
Mama xatun
Mama xatun — Saltuklu bəyliyinin hökmdarı. == Həyatı == Malazgirt zəfərindən sonra Anadoluda qurulan Türk bəyliklərindən biri olan Saltuklulardan II İzzəddin Saltukun qızıdır. Uzun müddət idarəni əlində tutan böyük qardaşı Nasırəddin Məhəmmədin ardından 1191-ci ildə Saltuklu bəyliyinin başına keçdi. Böyük qardaşı və yetişkin qardaşı oğlanları varkən Mama xatunun bir qadın olarak başa keçməsi, əski Türk həyatında qadının toplumdakı yerini müsəlman olduqdan sonra da qoruduğunu göstərməktədir. Mama xatun Ərəb dilli qaynaqlarında “Ərzurum sahibəsi” olaraq göstərilməkdədir. Səlahaddin Əyyubi Suriyadan şimala doğru yayılma siyasəti izləyirdi. Türkmən bəylərini itaət altına almaya çalışırdı. Bu məqsədlə qardaşı oğlu Məyyafarikin hakimi Tağıyyəddin Ömərə yeni vəzifə verdi. Tağıyyəddin, Əxlatşahlara aid torpaqlardaki Xanini 1191-ci ildə işgal etdi və Əxlatşah Seyfəddin Bəgtəmiri yenilgiyə uğratdı. Bundan cəsarət alaraq Əxlat üzərinə yürüyüb şəhəri mühasirə etdiysə də, bacarıqlı ola bilmədi.
Cvaris Mama kilsəsi
Cvaris Mama kilsəsi (gürc. თბილისის ჯვარის მამის ეკლესია) – Tbilisinin Qədim şəhər hisəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi. Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir. == Tarixi == Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir. Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir. Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır.1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Свириденко О. Н. Тбилиси за неделю.
I Love Mama
I Love Mama (アイラブママ, Ay Rabu Mama) – 2008-2014-cü illərdə Yaponiyada nəşr olunmuş qyaru dəbi və həyat tərzi jurnalı. Inforest nəşriyyatı tərəfindən aylıq olaraq nəşr olunurdu.Jurnalın orijinal adı "Mama Nuts x Ageha" idi, çünki əslində iki qyaru jurnalının xüsusi buraxılışı kimi fəaliyyətə başlamışdır: hosteslər üçün nəzərdə tutulmuş "Koakuma Ageha" jurnalı və tünd dəri dəbi sevərlər üçün nəzərdə tutulmuş "Happie Nuts" jurnalı."I Love Mama" jurnalı Yaponiyada unikal dəb jurnallarından biri hesab olunur, çünki qyaru-mama (hamiləlikdən sonra qyaru qalan qadınlar) dəbindən bəhs edir. Jurnalda qyaru-mamalar üçün evdarlıq, valideynlik, mədb məsləhətləri haqqında məlumatlar verilir.2008-ci ildə yaranmasından sonra Yaponiyada ən çox satılan qyaru-mama jurnalı olmuşdur. Qərb dünyasında da jurnala maraq yaranmış, Amazon və eBay platformalarından satışları baş tutmuşdur. == Tarixi == "I Love Mama" jurnalının ilk sayı 2008-ci ilin sentyabrında işıq üzü görmüşdür və orijinal adı "Mama Nuts x Ageha" idi. Bu jurnal "Koakuma Ageha" və "Happie Nuts" jurnallarının ortaq və xüsusi buraxılışı idi və qyaru-mama ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdu. "Mama Nuts x Ageha" ilk jurnal idi ki, tamamilə qyaru-mama dəbinə həsr olunmuşdu. Jurnal yarandıqdan sonra Yaponiyada çox böyük populyarlıq əldə etmişdir. İlk üç gündə 150 min nüsxəsi, daha sonra isə əlavə 30 min nüsxəsi satılmışdır. 2009-cu ilin aprelində jurnalın adı "I Love Mama" olmuş və aylıq nəşr olunmağa başlamışdır.
Mama Kannon məbədi
Mama Kanno məbədi (間々観音) və ya Ryuon məbədi (龍音寺) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir. == Tarixi == Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür. == Xüsusiyyətlər == Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.Məbəddə döş formasında heykəllərə və üzərində döş təsviri olan emalara rast gəlinir.
Mama Mia! (film, 2008)
== Film haqqında == Filmin çəkilişləri Londonda və Yunanıstanda aparılıb. Film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır. Film indiyədək teatr və televiziya tamaşaları üzərində çalışmış Fillida Lloydun böyük kinoda debütü idi. Ssenarini orijinal müziklin müəlliflərindən olan Katrin Conson yazmışdı. Filmin Stokholmda baş tutan premyerasına əfsanəvi kvartet üzvlərinin hər biri — Anni-Frid Linqstad, Aqneta Faltskoq, Benni Andersson və Byorn Ulveus da təşrif buyurmuşdular. Meril Strip hələ məktəb illərində mahnı oxumağı arzuladığı üçün təklifi düşünmədən qəbul edib. "ABBA" mahnılarının atmosferinə düşmək onun üçün ikinci gəncliyini yaşamaq demək idi. Filmin müzikldan yeganə fərqi "ABBA" mahnılarının sayıdır. Müziklda 22, filmdə isə 19 mahnı səslənib. Filmin 2 versiyası çəkilmişdi.
Mama (film, 2013)
Mama - İspaniya-Kanada ortaq istehsalı olan 2013-cü il qorxu filmi. == Süjet == 2008-ci ildə maliyyə böhranında var-dövlətini itirdiksən sonra pərişan olan birja dəllalı Cefri Desanc kiçk qızları 3 yaşlı Viktoriya və 1 yaşlı Lilini aparmazdan əvvəl həmkarlarını və ayrıldığı arvadını öldürür. Qarlı yolda təhlükəli sürən Cefri və qızlar avtomobil qəzasına düşür. Ancaq onlar sağ-salamat qəzadan qurmtula bilirlər, amma Viktoryanın eynəyi sınır. Cefri uşaqları təek edilmiş bir evə aparır. Qızlarını və sonra özünü pldürməyi plandıran Cefri Viktoriyanı vurmağa hazırlaşarkən kölgəli bir fiqur tərəfindən öldürülür. Beş ildən sonra Cefrinin eyni yumurt akizi qardaşı Lukasın maliyyələşdirdiyi xilasetmə qrupu indi 8 yaşlı Viktoriya və 6 yaşlı Lilini tərk edilmiş evdə sağ, amma illərlə təcrid olunduqları üçün vəhşiləşmiş vəziyyətdə tapır. Qızlar doktor Cerald Dreyfusun nəzarəti altında klinikaya yerləşdirilir. Onlar sirli ana qoruyucu fiquru olan "Mama"dan bəhs edirlər. Qızlar əvvəlcə Lukasa düşmən münasibət bələyirlər.
Altınbek Mamayusupov
Altınbek Mamayusupov (qırğ. Алтынбек Мамаюсупов; 1981, Qırğızıstan) — Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) Baş Katibi və Qırğızıstan Respublikası parlament nümayəndəsi. == Həyatı == Altınbek Mamayusupov 1981-ci ildə Qırğızıstanda anadan olmuşdur. Qırğızıstan Beynəlxalq Universitetində oxumuşdur. Buradan 2008 ildə məzun olmuşdur. Daha sonra Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını 2012-ci ildə bitirmişdir. Eyni zamanda 2004-ci ildə Londonda yerləşən Aspekt Kaplan və 2005-ci ildə də Vestfild Biznes Məktəbini bitirmişdir.Mamayusupov 2009-2013 illəri arasında Qırğız Respublikası Jogorku Keneşinin Protokol və işlər şöbəsində baş məsləhətçi, Protokol, Pasport və Viza xidmətinin müdiri, Beynəlxalq Əlaqələr və diplomatik Protokol şöbəsinin müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Beynəlxalq Əlaqələr sektoru və Protokol bölməsinin müdiri vəzifələrində işləmişdir.O, 1-ci dərəcə dövlət müşaviridir. Mamayusupov qırğız, rus, ingilis və türk dillərini bilir. == Diplomatik karyerası == Altınbek Mamayusupov diplomatik xidmətə 2013-cü ildə başlamışdır.2013-ci ildən 2017-ci ilə qədər Türkdilli Ölkələrin Parlament Assambleyası Baş Katibinin Müavini vəzifəsini davam etdirmişdir. 8 dekabr 2017-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TÜRKPA yeddinci Plenar Sessiyasında 4 illik müddətə Baş Katib olaraq seçilmişdir.
Arbi Mamakayev
Arbi Şəmsədinoviç Mamakayev (çeç. Мамакаев Iарби Шамсудди-кӏант;2 dekabr 1918, Nadtereçnoye, Terek vilayəti – 24 avqust 1958) — Çeçen sovet yazıçısı, tərcüməçi, çeçen ədəbiyyatının klassiki olan Vaynax ədəbiyyatının banilərindən biri. == Həyatı == Arbi Mamakayev 1918-ci il dekabrın 2-də Aşağı Naur kəndində kəndli ailəsində anadan olub. Erkən yaşlarınan atasız və anasız qalıb. Sernovodsk kəndindəki uşaq evində tərbiyə alıb, sonra fəhlə fakültəsində oxuyub. 1930-cu illərdə o, "Leninski put" qəzetində və radioda işləməyə başlayıb, dramaturqlar kursuna daxil olub. Ərbi Mamakayevin ilk şeirləri 1934-cü ildə çap olunub. "Terekin dalğaları" adlı ilk toplusu 1940-cı ildə nəşr edilib. Şairin ən məşhur əsərlərindən biri də "Əslaq və Səlixət" poemasıdır. 1941-ci ildə danon ilə o, ilk dəfə əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilərək, altı ay həbsdə saxlanılıb.
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi — Tanınmış Çeçen yazıçısı Arbi Mamakayevin həyat və yaradıcılığına həsr olunmuş muzeydir. Muzey 1989-cu ildə yazıçının oğlu Eduard Mamakayev tərəfindən Nadterek rayonunda yaradılıb. == Təsviri == Muzey Arbi Mamakayevin doğulub boya-başa çatdığı XIX əsrin sonlarına aid olub, sonradan bərpa edilmiş yaşayış binasında yerləşir. Muzeyin tərkibinə respublikanın tanınmış ictimai-siyasi xadimləri, elm və mədəniyyət xadimləri tərəfindən əkilmiş ağaclardan ibarət əlavə tikililər, xatirə bağı da daxildir. Binanın qarşısında yazıçının büstü qoyulub. Muzeyin fondları 3 mindən çox eksponatdan ibarətdir. Muzey Çeçenistan Respublikası Milli Muzeyinin bir şöbəsidir.Arbi Mamakayevin evinin otaqları və iş otağı sağlığında olduğu kimi bərpa edildi. Ekspozisiyada yazıçının həyatı və yaradıcılığı ilə birbaşa əlaqəli eksponatlarla yanaşı, çeçenlərin həyatına, mədəniyyətinə və tarixi irsinə həsr olunmuş bir çox eksponatlar da var. Muzeyi hər il Çeçenistan, Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrindən minlərlə ziyarətçi ziyarət edir.Muzey əməkdaşlarının səyi nəticəsində muzey nəinki öz işini bir gün belə dayandırmadı, hətta mövcudluğunun ən çətin illərində belə fəaliyyətini uğurla davam etdirdi. Birinci və İkinci Çeçen müharibələri illərində muzeyi federal qoşunların əsgərləri və yaxınlıqda xidmət edən Daxili İşlər Nazirliyinin əməkdaşları ziyarət edirdilər.
Ayxan Mamayev
Ayxan Mamayev (3 dekabr 1991, Bakı) — Əslən Axısxa türkü olan Azərbaycanlı karateçi. Azərbaycan çempionu, gənclər arasında Avropa və Dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı, III və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı. == Həyatı == Ayxan Mamayev 3 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == İlk dəfə karate ilə 7 yaşında məşğul olmağa başlamışdır. İlk medalı (bürünc) 6 ay sonra qazanmışdır. İlk dəfə 2008-ci ildə 17 yaşında Azərbaycan çempionu olmuşdur. 2011-ci ildə Malaziyada (Melaka) 19 yaşında −78 kq. gənclər arasında dünya çempionu olmuşdur. 2012-ci ildə Bakıda (20 yaşında) −78kq.
Eduard Mamakayev
Eduard Arbiyeviç Mamakayev (28 aprel 1939, Qroznı) — çeçen yazıçısı, 1968-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü, 1992-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2007). Yazıçı Arbi Mamakayevin oğludur. == Həyatı == Eduard Mamakayev 28 aprel 1939-cu ildə Qroznıda anadan olub. Atası Arbi Mamakayev Çeçen-İnquş Radio Komitəsində diktor işləyib. 1941-ci ildə Arbi Mamakayev əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilir. Atasının həbsindən sonra balaca Eduard nənəsi ilə yaşamalı olur.1943-cü ilin payızında radioda Arbi Mamakayevin ölüm cəzasına məhkum edildiyi xəbəri verilir. Sonradan səhv məlumat olduğu ortaya çıxan bu xəbər nənənin ölümünə səbəb olur. Eduardı Noqay çölündə yaşayan bibisinin yanına getməli olur. Lakin alman qoşunlarının yaxınlaşması səbəbindən onlar oradan qaçmağa məcbur olurlar.Rduard deportasiya illərini Qazaxıstan SSR-in Cezkazqan vilayətinin Nurinski rayonunda keçirib. Orada da məktəbi bitirib.
Eldar Mamayev
Eldar Kamileviç Mamayev (rus. Эльдар Камильевич Мамаев; 14 iyun 1985, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, müdafiəçi. == Həyatı == Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub.
Hüseyn bəy Mamayev
Mamayev Hüseyn bəy Məşədi Məhəmməd bəy oğlu - Kənd təsərrüfatı elmləri namizədi, aktyor == Həyatı == Hüseyn bəy Məşədi Məhəmməd oğlu 17 dekabr 1894-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, İrəvan gimnaziyasını bitirmişdi. Moskvada ali məktəb qurtarmışdı. Kənd təsərrüfatı elmləri namizədi elmi adını almışdı. Hüseyn bəy həvəskar aktyor idi. Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin ilk tamaşalarında oynamışdı. O, 1963-cü ildə vəfat edib. Şair Məmo bəy Məmainin oğludur. Yazıçı Əbdürrəhim bəy Haqverdiyevin dayısı oğludur.
Mamadan (Üşnəviyyə)
Mamadan (fars. مامدان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).
Mamadavitoba
Mamadavitoba (gürc. მამადავითობა) — Gürcüstanda rahibliyin əsasını qoymuş David Qarecinin şərəfinə hər il qeyd edilən kilsə bayramı. Bayram hər il İsanın yüksəlməsindən sonra birinci cümə axşamı qeyd edilir. Bayramla bağlı əsas tədbir Tbilisidə baş tutur. Dindarlar Mtatsminda dağında inşa edilmiş Müqəddəs David kilsəsinə yığılaraq ibadət edirlər. Dağda Müəddəs Davidin həyatı ilə əlaqələndirilən hücrə və bulaq da ziyarət edilir.
Mamadi Dumbuya
Mamadi Dumbuya (fr. Mamady Doumbouya; 4 mart 1980) — 5 sentyabr 2021-ci ildə baş vermiş dövlət çevrilişindən sonra Qvineya Respublikasının Prezidenti. == Həyatı == Dumbiya Qvineyanın Kankan bölgəsində anadan olub. Mandinka mənşəlidir.Dumbiya Fransa Milli Jandarma Birliyinin fəal üzvü olan fansız qadınla evlidir. Cütlüyün üç övladı var. == Hərbi fəaliyyəti == Dumbuya Prezident Alfa Konde tərəfindən yaradılan Xüsusi Qüvvələr Qrupuna rəhbərlik etmək üçün Qvineyaya qayıtmazdan öncə kapral rütbəsinə sahib fransız legionerdi. Batalyon komandiri rütbəsi alaraq vəzifəyə başlayanda bir sıra fərqli ölkələrdə keçdiyi təlimlər də daxil olmaqla beynəlxalq təcrübəsinə istinad edildi. Bu vəzifədə Forekariya mərkəzli ölkənin kəşfiyyat xidmətlərində çalışdı. 2019-cu ildə polkovnik-leytenant, 2020-ci ildə isə polkovnik rütbəsinə yüksəldi.2021-ci ildə Xüsusi Qüvvələr Qrupu üçün daha çox səlahiyyət qazandığı bildirildi.Avropa Birliyinin insan haqlarının pozulması iddialarına görə sanksiya verməklə hədələdiyi 25 qvineyalı məmurdan biri idi.2021-ci ilin may ayında səbəbi bilinməyən ittihamlarla Konakridə Dumbuyanın həbs oluna biləcəyinə dair hökumətdən qaynaqlanan söz-söhbətlər yayılmışdı. == 2021-ci il dövlət çevrilişi == Dumbiya 5 sentyabr 2021-ci ildə Qvineya Prezidenti Alfa Kondenin saxlanıldığı Qvineya çevrilişinin təşəbbüskarı idi.
Mamadou Mbodj
Pape Mamadou Mbodj (d. 12 mart 1993, Dakar) — hazırda Bakının Neftçi klubunda mərkəz müdafiəçisi mövqeyində çıxış edən seneqallı futbolçu. == Klub karyerası == Mbodj Seneqalın paytaxtı Dakar şəhərində anadan olub. 2014-cü ilə qədər ölkəsində Dakar Sakr klubunda çıxış edib. Dakar Sakrın heyətində çıxış edərkən 2013-cü ildə Fransızdilli ölkələr Oyunlarında iştirak üçün Seneqalın 20 yaşlılardan ibarət millisinə dəvət olundu və bu turnirin bürünc mükafatçısı oldu. 2014-15 mövsümündə Belqrad təmsilçisi Srvena Zvezdaya transfer olunsada, həmin mövqedəki oyunçuların çoxluğu səbəbindən forma şansı tapmadı və digər serbiya klubu Napredaka icarəyə verildi. 4 oktyabr 2014-cü il tarixində Napredakın heyətində Serbiya Super Liqasında - Spartak Subotiçaya qarşı matçda debüt etdi. 2016-18-ci illər sezonunda Litvanın Jalgiris klubunda çıxış edən Mbodj, 8 dekabr 2018-ci ildən etibarən Bakının Neftçi klubunda çıxış edir. Mbodj ölkəsinin 20 və 23 yaşlılardan ibarət milli yığma komandalarında çıxış edib.
Mamadu Danfa
Mamadu Lamin Danfa (fr. Mamadou Lamine Danfa; 6 mart 2001, Seneqal) — Seneqal futbolçusu, "Şkupi" klubunun və Seneqal milli futbol komandasının yarımmüdafiəçisi. == Klub karyerası == "Kasa Sports" klubunun futbol akademiyasının yetirməsidir. 2018/19 mövsümündə Seneqal çempionatında "Kasa Sports"da oynamağa başlamışdır. 2020-ci ilin iyununda Kovalivkanın Ukraynanın "Kolos" klubu ilə müqavilə imzalamış və burada Afrikadan olan ilk futbolçu olmuşdur. O, Ukrayna Premyer Liqasında 14 iyun 2020-ci ildə "Şaxtyor" ilə matçda debüt etmişdir. Oyun 0:1 hesabı ilə bitmişdir.
Mamadu Kulibali
Mamadu Kulibali (3 fevral 1999-cu ildə Seneqalda anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Udineze klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Kulibali 2015-ci ildə Avropaya gəlmişdir. O, altı ay ərzində Peskara klubu ilə məşq etmişdir. Bir müddət sonra klub Kulibali ilə müqavilə imzaladıqlarını açıqlamışdır. O, karyerasında debütünü 19 mart 2017-ci ildə Atalanta klubuna qarşı oyunda etmiş və komandası 3-0 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kulibali 2015-ci ildə Seneqalı tərk edərək Avropaya gəlmişdir. O, dostları ilə futbol oynayarkən Peskara skautları tərəfindən aşkar edilmişdir. O, ölkəsində evsizlərdən biri hesab olunurdu.
Mamadış
Mamadış (tatar. Мамадыш; rus. Мамадыш) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Mamadış rayonu
Mamadış rayonu (tatar. Mamadış rayonı, Мамадыш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində, Kama və Vyatka çaylarının sahilləri boyunca uzanır. Şimaldan Tatarıstanın Kukmara, şimal-qərbdən Teləçe, qərbdən Balık-Bişməse, cənub-qərbdən Çistopol, cənub və cənub-şərqdən Aşağı Kama, şərqdən Alabuqa rayonları ilə, şimal-şərqdən Udmurtiyanın Kizner rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Mamadış şəhəridir. == Coğrafiyası == Sahəsinə görə Tatarıstan respublikasının ən böyük rayonudur. Sahəsi 2600,7 km²-dir. Hündürlüyü 180–200 m arasında dəyişir. == Tarixi == Rayonun ərazisi 1920-ci ilə qədər Mamadış qəzasına, 1920-1930-cu illərdə Mamadış kantonuna daxil idi. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
Mamaylı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == İlk hərbi kazarmaların yerləşdiyi Şuşa məktəbinin həyətində su qıtlığından əsgərlər gündəlik ehtiyacları üçün qardan su mənbəyi kimi istifadə edirdilər.
Mamayı məhəlləsi
Mamayı məhəlləsi - Şuşanın XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri.Məhəllə şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır.Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var.Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir. Küçələrin və məhəllə meydanlarının genişliyi, yaşayış binalarının, xana və xanın övladlarına, tacirlərə,din xadimlərinə məxsus olan binalar məhəllənin əzəmətini daha da artırır.
Mamayı məscidi
Mamay məscidi — XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir. İki mərtəbəlidir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məsciddə pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Mamayı məscidi vaxtilə poeziya evi olmuşduŞuşada tikilmiş məhəllə məscidlərinin üzərində bir, cümə məscidlərinin üzərində isə iki minarə var. Cümə məscidləri həcminə, memarlıq üslubuna, xarici və daxili divarlarına yazılan "Qurani Kərim" dən olan surə və ayələrinə görə məhəllə məscidlərindən fərqlənirlər.Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan (Mərdinli məscidi, Quyuluq məscidi, Köçərli məscidi) və ya müstəvi səpkisində işlənmiş (Çöl Qala məscidi, Seyidli məscidi, Mamay məscidi) həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.

Digər lüğətlərdə

вкати́ться микроэлеме́нт несо́бранно переката́ть фа́ртучек целести́новый копи́ровать обхло́пываться подъя́ться полумёртвый ходови́к шахиншахи́ня бирюльки capitulationism epidermis fire brigade housecraft passive resistance Sunday school uninflated музыкальный пшик расширяться столовый фосфорит