ADDA-BUDDA
ADDAMA
OBASTAN VİKİ
ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi.Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib. == Tarixi == === Çar Rusiyasi və AXC dövrü === Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi. 1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açıldı.
Adda çayı
Adda — İtaliyada çay. == Tarixi == İkinci koalisiyanın (İngiltərə, Rusiya, Avstriya və s.) Fransa ilə müharibəsində Aleksandr Suvorovun komandanlıq etdiyi Rusiya–Avstriya qoşunları 27–28 aprel 1799-cu il tarixlərində Adda çayı sahillərində general Jan Viktor Moronun komandanlıq etdiyi fransız ordusuna qalib gəlmişdir. == Xüsusiyyətlər == Po çayının sol qolu olan Addanın uzunluğu 313 kilometr, hövzəsinin sahəsi təqribən 8 min kilometr2-dir. == İqtisadiyyat == Adda çayı üzərində çox sayda SES var. Bəzi yerlərdə gəmiçiliyə yararlıdır. Addadan Milana uzunluğu 56 kilometr olan kanal çəkilmişdir.
Artsaqo d'Adda
Arzago d'Adda (it. Arzago d'Adda ) İtaliyada, Bergamo vilayətində, Lombardiya bölgəsində yerləşən bir kommunadır. Əhalisi 2779 nəfərdir (2008), əhalinin sıxlığı 300 nəfər / km²-dir. Sahəsi 9 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 0363. Kommunanın qoryucusu San Lavrento hesab edilir. Kommuna bayramı, 10 avqustda qeyd olunur.
Kalusko d'Adda
Kalusko d'Adda (it. Calusco d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo əyalətində yerləşir. Kommunanın adı Berqamo ləhcəsində Calösch [kaˈløsk], Brianza ləhcəsində isə Kaluş kimi səslənir.Əhalisi 8125 nəfər (2008), əhalinin sıxlığı 1007 nəfər/km². Sahəsi 8 km² ərazini tutur. Poçt kodu — 24033. Telefon kodu — 035.
Kanonika d'Adda
Kanonika d'Adda (it. Canonica d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 4158 nəfər (2008), əhalinin sıxlığı 1311,67 nəfər/km²-dir. Sahəsi 3 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 02. Kommunanın himayədarı müqəddəs həvari və müjdəçi İlahiyyatçı Yəhyadır. Onu xatirə günu 27 dekabrda qeyd olunur.
Kazirate d'Adda
Kazirate d'Adda (it. Casirate d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3859 nəfər (2008), əhalinin sıxlığı 386 nəfər/km². Sahəsi 10 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 0363. Müqəddəs həvari və evangelist Mark kommunanın himayədarı kimi hörmətlə qarşılanır. Şəhərdə bayram aprelin 25-də keçirilir.
Villa d'Adda
Villa d'Adda — İtaliyanın Lombardiya vilayətində yerləşən şəhər.
Brinyano Cera d'Adda
Brinyano Cera d'Adda — Lombardiyanın Berqamo əyalətində 6052 nəfər əhalisi olan İtaliya şəhəridir. Milanın təxminən 35 kilometr (22 mil) şərqində və Berqamodan təxminən 20 kilometr (12 mil) cənubda yerləşir. Ərazisi 12 km². Poçt kodu 24053. Telefon kodu 0363. Kommunanın himayədarı Müqəddəs Bonifasdır, oktyabrın ilk bazar günü onun şərəfinə bayram qeyd edilir. == Görməli yerləri == Əsas görməli yeri, Palazzo Vecchio ("Köhnə Saray") və Palazzo Nuovo ("Yeni Saray") adlı iki hissəyə bölünən "Palazzo Visconti"dir. Qalliari qardaşları, Mattia Bortoloni və Alessandro Magnasco'nun freskalarına ev sahibliyi edən müdafiə qalası 10-cu əsrdən insanlara məlumdur. Qala 13–17-ci əsrlərdə yenidən qurulmuşdur. Sant'Andrea kilsəsi 11-ci əsrə aiddir.

Digər lüğətlərdə

выти́скивать гербици́дный засла́щивать иссве́рливаться пенсионе́рский полуме́сячный стрено́живать тракти́рный архива́риус насобира́ть опуска́ние поско́к приговори́ть ряби́ться у́зиться декларация сассапариль co-optee furculae heurism tatt Winchester rifle домовладение перекипеть приобщить