VARİDAT
VARİS
OBASTAN VİKİ
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Varis (1988)
== Məzmun == Vaxtilə Azərbaycanın bölgə və kəndlərində milli güləş ənənələrini qoruyub saxlayan və nəsildən-nəslə keçirən el pəhləvanları olmuşlar. Onların çıxışlarını-müxtəlif güləş üsullarını el-oba həmişə böyük maraqla qarşılamışdır. Filmdə milli pəhləvanlıq ənənələrinə sadiq olan, pəhləvanlıq sənətinin bəlkə də sonuncu varislərindən biri olan 61 yaşlı Paşa Kərimovdan söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Fikrət Əsgərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Varis (dəqiqləşdirmə)
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Varis (hüquq)
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir.İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.). Brill Academic Publishers.
Varis Dirie
Varis Dirie (21 oktyabr 1965[…]) — dünyanın ən məşhur supermodellərindən biri.O, öz həyatını "Səhra çiçəyi" əsərində qələmə alıb.Hazırda kitabının adını daşıyan "Çöl çiçəyi" fondunun sponsorluq etdiyi kompaniyaların təşkili ilə məşğul olur.
Varis Yolçiyev
Yolçiyev Varis Musa oğlu — yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü. Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti". == Həyatı == Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə "7 gün" qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktorudur. Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən ("European Market Research Center", "Editorial Ofice" və s.) media mükafatlarına layiq görülüb.
Əl-Varis
Əl-Varis (ər. الوارث) — Allahın adlarından biri.
Varis (film, 1988)
== Məzmun == Vaxtilə Azərbaycanın bölgə və kəndlərində milli güləş ənənələrini qoruyub saxlayan və nəsildən-nəslə keçirən el pəhləvanları olmuşlar. Onların çıxışlarını-müxtəlif güləş üsullarını el-oba həmişə böyük maraqla qarşılamışdır. Filmdə milli pəhləvanlıq ənənələrinə sadiq olan, pəhləvanlıq sənətinin bəlkə də sonuncu varislərindən biri olan 61 yaşlı Paşa Kərimovdan söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Fikrət Əsgərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Bavariya varisliyi müharibəsi
Bavariya varisliyi müharibəsi (alm. Bayerischer Erbfolgekrieg‎; 3 iyul 1778 – 13 may 1779) — Avstriyanın Habsburq monarxiyası ilə Saksoniya və Prussiya ittifaqı arasında Vittelsbax sülaləsinin Bavariya qolunun yox olmasından sonra Bavariya Elektoratının varisliyi ilə bağlı mübahisə. Habsburqlar Bavariyanı əldə etməyə çalışırdılar, lakin ittifaq onlara qarşı çıxaraq Vittelsbaxların başqa bir qoluna üstünlük verdi. Hər iki tərəf böyük orduları toplasa da, müharibədə yeganə döyüş bir neçə xırda çəkişmə oldu. Bununla belə, minlərlə əsgər xəstəlik və aclıqdan öldü, Prussiya və Saksoniyada münaqişəyə Kartoffelkrieg (Kartof müharibəsi) adı verildi; Habsburg Avstriyada bəzən Zwetschgenrummel (Gavalı təlaşı) adlanırdı. 30 dekabr 1777-ci ildə Vittelsbaxın kiçik nəslinin sonuncusu Maksimilyan Jozef özündən sonra heç bir uşaq qoymadan çiçək xəstəliyindən öldü. Vittelsbax Evinin üst səviyyəli qolundan gələn IV Karl Teodor ən yaxın qohumluq iddiasına malik idi, lakin onun da onun yerini tutacaq qanuni övladı yox idi.
Drakula 3: Varislik (film, 2005)
Drakula 3: Varislik (ing. Dracula III: Legacy) — 2005-ci ildə istehsal olunmuş filmdir. == Xarici keçidlər == Drakula 3: Varislik — Internet Movie Database saytında.
Döyüş Şöhrətli Varislər (1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Döyüş şöhrətli varislər (film, 1974)

Landsxut varislik müharibələri
Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg‎) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi. == Səbəbi == Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi. 1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
Landsxut varislik müharibəsi

Varisabad
Varisabad (fars. وارث‌آباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Varislik. Kamal Talıbzadə (film, 2016)
Varislik. Kamal Talıbzadə qısametrajlı televiziya filmi. 2016-cı ildə Azərbaycan Televiziyasında rejissor Murad Quliyev tərəfindən çəkilib. == Məzmun == Film tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Elm xadimi, Azərbaycanın Maarif xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Kamal Talıbzadəyə həsr olunub. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
İspaniya Varislik Müharibəsi
İspaniya Varislik Müharibəsi (1700-1715) İspaniya kralı II Karlosun ölümündən sonra Avropa ölkələri arasında ispan torpaqlarının paylaşılması mövzusundakı anlaşılmazlıq səbəbi ilə baş vermiş müharibədir. Böyük bir miras buraxacaq olan ispan kralı II Karlosun 1700-cü ildə ölümü Avropanı yeni bir müharibə təhdidi ilə qarşı-qarşıya buraxdı. Çünki Hollandiya və İtaliyanın bir qismi ilə Braziliya xaricində Cənubi Amerika, Böyük Antillər, Bülbül Adaları və Filippinə qədər uzanan İspaniya Müstəmləkə İmperiyasının paylaşılması əsas mövzu idi. 1700-1715 illəri arasında bir çox müharibə və mübarizələrə səbəb olan İspaniya Varislik Müharibəsinin Avropa və dünya tarixi cəhətindən önəmli xüsusiyyətləri və nəticələri vardır: 1. Profesyonal ordular tərəfindən gerçəkləşdirilən bir müharibələr seriyasıdır. Bu səbəblə gələcəyin müharibələrinin xarakteristikalarını əks etdirir. 2. Müharibənin səbəbi dini olmaqdan çıxıb siyasi-iqtisadi bir ölçü qazanmışdı. Mübarizədə dəniz gücünün üstünlüyü ciddi rol oynamışdı. 3. Dünya Müharibəsi deyilə biləcək ilk müharibədir. Avropanın öndə gələn dövlətlərindən əlavə olaraq, dənizin o biri tayındakı ölkələri də içinə almışdır. Avropaya yeni bir status qazandıracaq və ölkələrin gələcəyinə təsir edəcək olan ispan kralı II Karlosun ölümündən əvvəl yazdığı “Vəsiyyətnamə” belə idi: “İspaniya torpaqlarının bütövlüyü pozulmadan XIV Luisin nəvəsinə qalacaq, ancaq Fransa və İspaniya taxtları birləşdirilməyəcəkdir.

Digər lüğətlərdə

ерепе́ниться курьёзность на мгнове́нье на то́т слу́чай, е́сли окольцева́ть помозгова́ть посеща́емость притяже́ние слага́тель темля́к тока́йское эпите́лий вы́пивка па́льцем не двинуть промочи́ть ске́псис болхарь capacitance image effect maintenance department nickname U-boat understatement протекший рутинный