PALÇIQLI
PARA
OBASTAN VİKİ
Kəmər (paltar)
Kəmər — adətən dəridən, plastikdən və ya ağır parçadan hazırlanmış, təbii bel ətrafında taxılan bant və ya qayış. Kəmərin ucları sərbəstdir və toka bir ucunu kəmərin digər hissəsinə, o biri ucunda və ya onun yaxınlığında bərkidərək kəməri ilgək halına gətirir. Kəmərlərin çoxu qara rəngdədir. Bel ölçülərinin müxtəlifliyinə görə kəmərlərin çoxu uzunluqda olur və əksər kəmərlər taxanın belinə uyğun olaraq toqqada tənzimlənə bilər.
Şəhər və paltar
Şəhər və paltar - universitet yerləşən şəhərdə iki fərqli icmanın mövcudluğunu nəzərdə tutur. Oksford, Kembric, Edinburq və Sent-Endryüs kimi şəhərlərdə akademik universitet icması ilə sadəcə şəhər sakinlərinin mövcudluğuna əhəmiyyət verir. Eyni zamanda termin ədəbiyyatda universitetlər yerləşən müasir şəhərləri xarakterizə etmək üçün istifadə edilir. == Terminin yaranması == Orta əsrlərdə dinin universitetlərə təsiri güclü olduğuna görə tələbələr din xadimlərinin geyindiyi uzun əbalı qara paltar geyinirdilər. Paltar həmçinin soyuq binalarda dərs keçəndə isinmək üçün də yararlı idi və universitet geyiminə çevrildi. Həmçinin fiziki əməklə məşğul olan əhalidən seçilən təbəqənin sosial statusunun fərqlənmə nişanına çevrildi. Paltarın papağına tələbənin təhsil aldığı kollecin rəngləri də vurulurdu. Beləliklə də həm müxtəlif kolleclərdə təhsil alan tələbələr, həm də yerli əhali geyiminə görə fərqlənməyə başladılar. == Ədəbiyyat == Kemp, Roger L. "Town & Gown Relations: A Handbook of Best Practices," McFarland and Company, Inc., Publisher, Jefferson, North Carolina, USA, and London, England, UK (2013). (ISBN: 9789-0-7864-6399-2).
Paltar fabriki (film, 1962)
== Məzmun == Film Bakıdakı Volodarski adına Tikiş Fabrikinin fəaliyyətindən danışır.
Şir, cadugər və paltar şkafı
Şir, cadugər və paltar şkafı (ing. The Lion, the Witch and the Wardrobe) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır. == Məzmun == Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (film, 2005)
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.
Alt paltarı
Alt paltarı (fr. culotte troussée — sarınmış, bükülmüş və ümumiyyətlə «qısa şalvarlar») — bilavasitə çılpaq bədənə geyilən geyim. Ənənəvi olaraq alt paltarlar sağrı və cinsiyyət orqanlarını bağlayır. Qadınlar və kişilər üçün alt paltarları mövcuddur. Bir qayda olaraq, əsl alt paltarlarını pambıq və ipək materiallardan hazırlayırlar, ancaq sintetik və kətan materiallardan da istifadə olunur. Müasir dövrdə kişilər və qadınlar üçün alt paltarlarının çox sayda biçim və növləri mövcuddur: Qadın alt paltarı - Strinqlər, tanqa, tonq, Slip, Bikini, şort-strinqlər, braziliyana Kişi alt paltarı - bokser, Brif, Bokser-briflər, cok və sliplər Üzgücü alt paltarı - əsasən tez quruyan sintetik materiallardan hazırlanır. == Kişi və qadın alt paltarı növləri == Alt paltarların bir çox modelləri (bokserləri çıxmaqla) bədənə sıx yapışır. Alt paltarlar üst geyimləri bir sıra ifrazatlarla (tər və sidik) çirklənmədən, həmçinin intim bölgələri üst paltarların çirklərinin daxil olunmasından qoruyur. Soyuq aylarda alt paltarı əlavə istilik sağlayaraq soyuqlamadan qoruyur. == İstinadlar == == Web links == „Beinkleider sind rathsam“.
Paltaryuyan maşın
Paltaryuyan maşın — tekstil məmulatlarını (paltar, yataq dəstləri və s.) yumaq, bəzi hallarda qurutmaq və ya təmizləmək üçün istifadə olunan elektromexaniki qurğudur. Məişət və sənaye paltaryuyan maşınlar mövcuddurlar. Onlar tekstildə olan çirklərin su və yuyucu maddələr vasitəsilə təmizlənməsinə xidmət edirlər. Ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisinə qoyularaq sabunlu suda fırladılır. Beləliklə paltar islanaraq yumşalır və onun tərkibində olan çirk barabanın üzərindəki çıxıntılara sürtünərək tədricən yuyucu maddənin təsiri altında tekstilin sapları arasından yuyulur.Müasir paltaryuyan maşınlar avtomatik işləyirlər. Yəni onların içərisinə paltar qoyulduqdan sonra lazımı idarə proqramı seçilir və maşın işə düşür. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barabana daxil olur. Maşında quraşdırılmış qızdırıcı suyun isidilməsinə xidmət edir. Yuma prosesi qurtardıqdan sonra çirkli su maşından avtomatik olaraq xüsusi şlankın köməyi ilə xaric edilir.
Qadın alt paltarı
Qadın alt paltarı - qadın tualetinin ayrılmaz hissəsi. Qadın alt paltarları qadınların sarğı və cinsiyyət orqanlarının gizlədilməsi üçün nəzərdə tutulmuşdu. == Material == == Qadın alt paltarların ölçüləri == Əsasən bütün şirkətlər paket üzərində öz modellərin ölçülərini verirlər. Budun yarıməhatəsi, sm == Növlər == Dünya üzrə 3 əsas qadın alt paltarı növləri mövcuddur — maksi, midi və mini, bağlı kəsikdən maksimal açıq növlərə kimi. === Mini === Peycenslip (ing. Pagenslip) — ayaqlar üçün düzkəsikli hündür alt paltarı. Adətən Bikini üçün istifadə edilir. Vikini (от ing. v-kini) — hündür yan zolaqlı alt paltarı. Strinqlər (ing.
Merilin Monronun ağ paltarı
Merilin Monro 1955-ci ildə Billy Wilder tərəfindən çəkilmiş "The Seven Uear Itch" filmində ağ paltar geyinmişdi. Kostyum dizayneri Uilyam Travilla tərəfindən hazırlanmış və filmin ən məşhur səhnəsində geyinmişdir. Bu paltarın küləkli havada təsviriötən əsrin fillmoqrafiyasında ən simvolik görüntülərindən biri kimi hesab edilmişdir.

Digər lüğətlərdə

архипа́стырь защу́риться остервени́ться острове́рхий типи́чное блоки́ровать всегда́ дегенера́тский озелене́ние по-швейца́рски похрумкивать самоучи́тель dermaloptical vision housing lone mesmerical moronism satrapy shadowing sov tenser winning подборщик поилец распрягать