TAĞ
TAĞLI
OBASTAN VİKİ
Alan qapıları (tağ)
Alan qapıları (tağ) (inquş Ала́ной ков) — Qədim Alan sivilizasiyasının və onun nümayəndələrinin xatirəsinə qədim İnquş qülləsi memarlığı üslubunda inşa edilmiş İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin zəfər giriş qapıları.. == Tikilməsi == Monumental memarlıq quruluşu - "Alan Qapısı" tağlı tavanla bağlanan iki yan və bir mərkəzi qüllədən ibarətdir. Qüllələr hər metrdə 13 santimetr daralır. Qüllə binalarının hər iki tərəfində, ikinci mərtəbədən tağın üstünə gedən spiralvari bir pilləkən var. Burada şəhərə, Barışıq qülləsinə və Qafqaz dağlarının əzəmətli qulləsinə baxan müşahidə göyərtəsi var. Qüllələrin hündürlüyü 18 metrə çatır və bir qüllənin kənarından digərinin uzaq sərhədinə qədər olan qapının eni 24 metrdir.Tağın tavanlarının üstündə, Maqasın gerbi hər iki tərəfdəki divarlara hörülmüşdür. Tağın ön giriş tərəfində, qüllələrin dayaqlarının qarşısında heykəllər var. Hər qüllədə üç heykəl qoyulub. Yan tərəfində qədim İnquş döyüşçülərinin heykəlləri - ölkənin mühafizəçiləri və əsas qoruyucularının heykəlləri yerləşir. Mərkəzi qüllənin qarşısında - ənənəvi milli geyimdə, əlində milli inquş xörəyi olan sini tutmuş inquş qadının heykəli ucaldılıb.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Tağ (beyin)
Tağ lat. fornix müxtəlif sinir liflərindən təşkil olunmuş qövsi zolaq şəklində törəmə olub döyənək cisim altında yerləşərək, məməciyəbənzər cismi dənizatıyanı qırışığı qırmağı ilə birləşdirir. O, lat. columna fornicis adlanan sütun vasitəsilə məməciyəbənzər cisimdən başlayaraq qövsi istiqamətdə görmə qabaraltından yuxarıya doğru qalxır və III mədəciyin ön-yan divarı ilə gedərək mədəciklərarası dəliyin önünə və beynin ön bitişməsinin aşağı səthinə çatır; burada döyənək cisim kötüyünün ön səthinə keçərək dogər tərəfdəkitağın eyni hissəsi ilə birləşir və tağ cismini lat. corpus fornicis əmələ gətirir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Tağ (termin)
Tağ – (rus. свод, ing. arch) en kəsiyi onlarla və ya yüzlərlə kilometrdən çox olan iri izometrik günbəzvari platforma strukturu; özülün tağvari qalxması.
Mərmər tağ (London)
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Abdulla Tağızadə
Abdulla Məmməd oğlu Tağızadə (1897, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 12 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dilçisi, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi və APİ-nin dilçilik kafedrasının müdiri. Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri və Azərbaycandakı əlifba hərəkatının fəal üzvlərindən biri olmuşdur. Böyük təmizləmə zamanı öldürülüb. == Təhsili == İlk təhsilini məhəllədəki ibtidai məktəbdə alan Abdulla, daha sonra Gəncə gimnaziyasında oxuyub. O, 1916-cı ildə gimnaziyanı uğurla başa vurub və Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyanı bürümüş inqilab dalğası səbəbiylə Gəncəyə geri dönmüşdür. Abdulla Tağızadə, Maarif Komissarlığının sərəncamı ilə 1924-cü ildə Leninqrad şəhərindəki Şərq Dilləri İnstituna oxumağa göndərilir. O, həm də Leninqrad Dövlət Universitetinin dil və mədəniyyət fakültəsinə daxil olur. Burada professor A. N. Samoyloviçlə dostluq edən Abdulla 1925-ci ildə Leninqradda Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar onlar arasında möhkəm dostluğa çevrilir.
Adil Tağıyev
Adil Cəlil oğlu Tağıyev (25 may 1928, Şərur rayonu, Naxçıvan MSSR – 20 noyabr 1988, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1952), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Adil Tağıyev 1928-ci ildə Naxçıvan MSSR-in İliç rayonunın (indiki Şərur rayonu) Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1945-ci ildə Əzizbəyov adına kolxozda başlamış, 1957-ci ilə qədər bu kolxozda manqabaşçısı, sədr müavini, sədr və aqronom işləmişdir. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Adil Tağıyev 20 noyabr 1988-ci ildə İliç rayonunda vəfat etmişdir.
Aida Tağızadə
Tağızadə Aida Zeynal qızı (5 fevral 1934, Şuşa, DQMV) — Azərbaycan musiqişünası, Azərbaycanın əməkdar incəsənət xadimi (1987), sənətşünaslıq namizədi (1969), professor (1986). == Həyatı == Aida Zeynal qızı 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olmuşdur. Aida xanım ziyalı ailəsində dünyaya gəlib boya-başa çatdığı üçün çox gözəl təlim-tərbiyə və təhsil almış, sonralar sənətşünaslıq elmlər namizədi, professor və əməkdar incəsənət xadimi səviyyəsinə qədər yüksəlmişdir. Onun atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru olmuş, anası Hacıyeva Sayalı xanım isə pedaqoji və tibb institutlarını bitirmişdir. Aida xanımın sənətin bütün növlərinə olan məhəbbətinin təməli məhz ailədə qoyulmuşdur, lakin o, musiqişünaslığı özünə peşə seçmişdir. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirərək Ü. Hacıbəyli adına Konservatoriyada əvvəlcə fortepiano üzrə ifaçılıq şöbəsində oxumuş, iki ildən sonra isə musiqişünaslığa üstünlük verərək bu şöbədə də təhsilini başa vurmuşdur. Aida xanım 1958-ci ildən Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərir. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük səy göstərən, hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi, dövrümüzün görkəmli bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyasında ("İşıq", 1979) müəllif Cövdət Hacıyevin Azərbaycan simfonik musiqisinin ümumi inkişafı fonunda özünəməxsus üslubunu araşdırmaq məqsədini izləyir. Kitabda onun beş simfoniyası, "Sülh uğrunda" simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün "Musiqi lövhələri" yüksək peşəkar səviyyədə təhlil olunur. Aida xanımın 1985-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş növbəti kitabı bəstəkar Soltan Hacıbəyovun yaradıcılığına həsr edilmişdir.
Allahverdi Tağıyev
Allahverdi Əkbər oğlu Tağıyev (24 may 1992; İmişli, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Tağıyev 24 may 1992-ci ildə İmişli şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Allahverdi Tağıyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra eyni hərbi birləşmədə müddətdən artıq xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Allahverdi Tağıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Tağıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Altay Tağıyev
Altay Oruc oğlu Tağıyev - Azərbaycanlı şəhid. == Həyatı == Tağıyev Altay Oruc oğlu 12 iyul 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində sıravi kolxozçu ailəsində anadan olub. 30 yanvar 1994-cü ildə şəhid olub. == Təhsili == O, 1974-cü ildə Göyəlli kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1984-cü ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == 1985-87-ci illərdə Sovet ordusunda xidmət etmişdir. 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə könüllü olaraq Azərbaycan ordusu sıralarına qatılmışdır. == Vəfatı == 1994-cü il yanvar ayının 30-da torpaqlarımızın müdafiəsi zamanı şəhid olub. == Ailə vəziyyəti == Subay idi. == İstinadlar == "Gədəbəy Şəhidləri".
Anar Tağıyev
Anar Tağıyev (dövlət xadimi) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı. Anar Tağıyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Anar Tağıyev (dövlət xadimi)
Anar Aqil oğlu Tağıyev (25 mart 1981, Bakı) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı (2019). == Həyatı == Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008–2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010–2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011–2019-cu illərdə isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Ailəsi == Ailəlidir, 3 övladı var.
Anar Tağıyev (əsgər)
Anar Zakir oğlu Tağıyev (14 oktyabr 1996, Kəbirli, Beyləqan rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Tağıyev 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Anar Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Anar Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Tağıyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Anaxanım Tağıyeva
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Ani Zəfər tağı
Zəfər tağı — Türkiyənin Qars ilində, Horomos monastırından Ani şəhər xarabalığına gedən yolun üstündə qədim abidə. Abidə aşırma kəmərlə bir-birinə birləşdirilmiş iki hündür, düzbucaqlı qüllədən ibarət olmuşdur. Hər iki qüllənin üstündə bir ədəd kiçik, qübbəli şapel var imiş. Şapelə və kəmərüstü keçidə olan giriş, qüllənin aşağısındakı kiçik qapıdan olmuşdur. Qüllələrdən birinin üstündə 1102-ci il tarixli kitabə olmuşdur ki, bu da abidənin Baqrationilər xanədanı dövründə inşa edildiyini göstərir. Abidənin dövrümüzə yalnız xarabalıqları çatmışdır.
Asif Tağıyev
Asif Zakir oğlu Tağıyev (23 fevral 1985, Daşkəsən – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Tağıyev 1985-ci il fevralın 23-də Daşkəsən şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Asif Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asəf Tağıyev
Asəf Tağı oğlu Tağıyev (30 aprel 1952, Yengicə, Noraşen rayonu) — baş həkim, Naxçıvan Muxtar Respublikasının V çağırış Ali məclisinin deputatı. == Həyatı == Asəf Tağıyev 1952-ci il 30 aprel ayında Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1959-cu ildə Yengicə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1969-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirir. Elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olur. == Fəaliyyəti == Asəf Tağıyev 1971-ci ildə Azərbaycan Lenin Kominist Gənclər İttifaqının mərkəzi komitəsində Azərbaycan tələbə inşaat dəstələrinə baş sanitar həkim, 1973-cü ildə Bakı sahə Semaşko adına xəstəxanada anestezialoq, reanimotoloq vəzifələrində çalışmışdır. 1976-cı ildə Şərur rayonuna gələrək Çərçiboğan kənd sahə xəstəxanasında sahə həkimi, 1986-cı ildə Çərçiboğan kənd sahə xəstəxanasına baş həkim təyin edilir. 1987-ci ildə müəsissələrin icarə və özünüidarə etməsi ilə bağlı Moskva şəhərində kursda olmuşdur. 1988-ci ildə qabaqcıl kənd həkimlərinin Moskva müşavirəsinin iştirakçısı olmuşdur. 1990-cı il yanvar ayında Şərur rayonunda gedən hücumlar ərəfəsində, göstərdiyi həkimlik fəaliyyətinə görə Asəf Tağıyev, "Müharibə Veteranı" adına laiq görülür. 1991-ci ilin iyun ayından Şərur rayon mərkəzi xəstəxanasında müalicə işləri üzrə müavin, 1999-cu ildə isə baş həkim təyin olunur.
Ayxan Tağızadə
Ayxan Tağızadə (d. 19 yanvar 1996) — Azərbaycan taekvondoçusu. == Həyatı == Ayxan Tağızadə 19 yanvar 1996-cı ildə Bakı şəhərində taekvondo məşqçisi Əvəz Tağıyevin ailəsində dünyaya göz açıb. 3 yaşından taekvondo idman növü ilə məşğul olan Ayxan Tağızadə 6 yaşında qara kəmər sahibi olub. 2013-cü ildə Yasamal rayonu 158 nömrəli orta məktəbdən məzun olmuşdur. Hal hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nın IV kurs tələbəsidir. Qardaşı Fərid Tağızadə Azərbaycan milli taekvondo komandasının keçmiş üzvüdür. Atası Azərbaycanın Para-Taekvondo üzrə Milli komandasının baş məşqçisidir == Karyerası == === 2013 Portuqaliya Gənclər arası Avropa Çempionatında === Ayxan Tağızadə 25–28 sentyabr 2013-cü ildə Portuqaliya Portu şəhərində Gənclər arasında keçirilən Avropa Çempionatında 63 kq çəkidə iştirak etmiş və II yeri tutmuş gümüş medal qazanmışdır. === 2015 Avropa Oyunlarında === Ayxan Tağızadə 17 iyun 2015-ci ildə Baku Crystal Hallda 2015 Avropa Oyunları çərçivəsində taekvondo üzrə keçirilən kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil etmişdir.Yarışa ilkin mərhələdən başlayan idmançı Sloveniyalı Yure Pantarla döyüşdə 11:3 hesabı ilə qalib gələrək dörddə bir finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşmışdır. On doqquz yaşlı Ayxan Tağızadə təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanmış və Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edərək finala çıxmışdır.Final görüşündə Ayxan Tağızadə polşalı Karol Robak ilə qarşılaşmış və qələbə qazanaraq Birinci Avropa Oyunlarının çempionu olmuşdur.
Azər Tağıyev
Azər Tağıyev (vəkil)
Azər Tağıyev (vəkil)
Azər Cabir oğlu Tağıyev (25 aprel 1948, Nuxa – 30 aprel 2018, Bakı) — azərbaycanlı vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sabiq sədri. == Həyatı == Azər Tağıyev 25 aprel 1948-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır.1974-cü ildə Azərbaycan SSR Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətinə başlamışdır. 1980-ci illərin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 1980-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir. Azər Tağıyev uzun sürən xəstəlikdən sonra, 30 aprel 2018-ci ildə vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == 2004-cü il 3–4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılmış və o, 7 dekabr 2017-ci ilədək Kollegiyaya rəhbərlik etmişdir. 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilmiş və vəfat edənə qədər Komissiyanın işində fəal iştirak etmişdir. == Mükafatları == Azərbaycan Respublikasının Prezidentinin 24 aprel 2008-ci il tarixli Sərəncamı ilə Azər Tağıyevə əməkdar hüquqşünas fəxri adı verilib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri fərmanı" və "Fəxri diplomu" ilə təltif edilib, ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" və "Fəxri vəkil" adları verilib, onun adı Kollegiyanın "Vəkillərin Şərəf Kitabı"na daxil edilib.
Azər Tağıyev (şəhid)
Tağıyev Azər Yusif oğlu — Azərbaycan; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1971-ci ildə Bərdə rayonunun Məmmədli kəndində anadan olmuşdur. O, 1978-ci ildə Məmmədli kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1988-ci ildə 10-cu sinifi bitirmişdir. == Xidmət illəri == Tağıyev Azər Yusif oğlu 1989-cu ildə hərbi xidməti borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. O, 1991-ci ildə hərbi xidmətini yerinə yetirib doğma vətənə qayıdır. O həmişə böyüklərə xidmət edirdi.Sonra o Bərdə rayon Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur.O texnikumda oxuyarkən ermənilər artıq vətənimizə hücuma keçmişdilər, narahat günlər Azəri dinc qoymurdu. Odur ki, o silaha sarılaraq vətəni müdafiə etməyə yollanır. Onda vətəni , torpağı və ana- bacı ismətini qorumaq hissi daha güclü idi. O 15 Avqust 1992-ci ildə Yevlax batalyonuna daxil olur. Azər həmin batalyonda topçu kimi döyüşə başlayır.
Azər Tağıyev (əsgər)
Azər Kamil oğlu Tağıyev (20 dekabr 1999, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Tağıyev 1999-cu il dekabrın 20-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azər Tağıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Azər Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Tağıyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağa Hacı Molla Tağızadə
Ağa Hacı Molla Tağızadə, Molla Ağa Bixud (1830, Şamaxı – 1892, Şamaxı) — Azərbaycan şairi == Həyatı == Molla Ağa Hacı Molla Tağızadə (Bixud) 1830-cu ildə Şamaxıda anadan olub. Şamaxıda məktəbi bitirib. Dövrünün bilikli adamlarından sayılıb, türk və fars dillərini mükəmməl bilib. Bixud İrana və Qafqaz şəhərlərinə səfərlər edib. Bununla belə ömrünün böyük bir hissəsini Şamaxıda yaşayıb. Ömrünün sonlarına yaxın ətriyyat satmaqla məşğul imiş. Qəzəllərindən ibarət cəmi bir kitabı qalıb. Ağa Hacı Molla Tağızadə 1892-ci ildə 62 yaşında vəba xəstəliyinə tutularaq vəfat edib. == Yaradıcılığı == S.Ə.Şirvaninin müasirlərindən biri olan şair. Şamaxıdakı "Beytüs-səfa" ədəbi məclisinin fəal üzvlərindən biri.
Ağa Zeynal Tağıyev
Tağıyev Ağazeynalabdin Sadıq oğlu — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. 1893-cü ildə doğulmuşdur Peterburqun toxuculuq institutuna bitirib. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Londona getmiş, toxuculuq sənətini dərindən mənimsəmək üçün. Qayıdandan sonra Hacı Zeynalabdin Tağıyev fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tutdu. 1934-cü ilə qədər dustaqda qaldı və azadlığa çıxdı. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər.
Ağazeynalabdin Tağıyev
Tağıyev Ağazeynalabdin Sadıq oğlu — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. 1893-cü ildə doğulmuşdur Peterburqun toxuculuq institutuna bitirib. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Londona getmiş, toxuculuq sənətini dərindən mənimsəmək üçün. Qayıdandan sonra Hacı Zeynalabdin Tağıyev fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tutdu. 1934-cü ilə qədər dustaqda qaldı və azadlığa çıxdı. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər.
Baba Tağıyev
Tağıyev Baba Əli oğlu (18 iyul 1961, Muğanlı, Noraşen rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Baba Tağıyev 1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olmuşdur. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir. 1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olmuşdur. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlamışdır. 1999-cu ildən "Tağıyev" şirkətlər qrupunun qurucusu və təsisçisidir. == İctimai-siyasi fəaliyyəti == 2005-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.
Bahadur Tağıyev
Bahadur Hüseyn oğlu Tağıyev (13 mart 1934, Türkoba, Masallı rayonu – 7 yanvar 2020, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2014), Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri. == Həyatı == Bahadur Tağıyev 13 mart 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir. O, 1965-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1984-cü ildə isə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvü olmuşdur.Bahadur Tağıyev əmək fəaliyyətinə 1959-cu ildə başlayamışdır. O, AEA Fizika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri işləmişdir. Sonralar isə bu institutun baş elmi işçisi olmuşdur. B.Tağıyev 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə burada Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru vəzifəsində işləmişdir.Bahadur Tağıyev 7 yanvar 2020-ci ildə vəfat etmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. == Elmi nəaliyyətləri == Alimin fəaliyyəti nəticəsində müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə (GaSe, Ga2 Se3, EuGa2Se4, CaGa2 S4 və s.) 77300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10–105 V/sm) elektrikkeçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir.
Birləşmə Tağı
Birləşmə Tağı (rəsmi Milli Birləşmə naminə üç nöqtə fərmanı abidəsi) abidəsi Şimali Koreyanın paytaxtı Pxenyan şəhərinin cənubunda yerləşir. Abidə 2001-ci ilin avqust ayında Kim İr Senin Koreyanın birləşməsi ilə bağlı təkliflərini anmaq məqsədiylə inşa edilmişdir.Tağ Pxenyandan Koreya tərəfsiz bölgəsinə kimi uzanan birləşmə magistralı üzərində yerləşir. O, iki milli libasda olan Koreya qadınını ehtiva edir və şimal və cənubun birlikdə kürədə əks edilmiş birləşmiş Koreyanı yuxarı qaldırmaları təsvir edir. Kürə Üç Nöqtənin emblemidir; Milli yenidən birləşmənin üç prinsipi; Koryo Demokratik Federal Respublikasının qurulması planı və 10 bəndlik proqramdan ibarət bütün xalqın Böyük Birliyinin. Abidənin alt hissəsində yenidən birləşməyə və müxtəlif fərdlərin, təşkilatların, xalqların sülh şəraitində yaşamasına dəstək mesajı verən obrazlar təsvir edilmişdir. Tağ 2002-ci ildə poçt markaların üzərində təsvir edilmişdir.
Böyük Tağlar
Böyük Tağlar (əvvəlki adı: Metstağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Metstağlar kəndi Böyük Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Böyük Tağlar kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə burada gəlmə ermənilər yerləşdirildikdən sonra kəndin adı tədricən erməniləşdirilərək Metstağlar (mets ermənicə "böyük" deməkdir) kimi rəsmiləşdirilmişdi. Toponimin əsasını təşkil edən taq/tağ sözü türk dillərində "sahə", "məhəllə", "yer" mənasındadır, -lar cəm şəkilçisi, böyük isə fərqləndirici sözdür. 1992-ci ildən kəndin adı özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Böyük Tağlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxslər === Sergey Xudyakov — Sovet İttifaqının aviasiya marşalı. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Digər lüğətlərdə

бармале́й краси́льщица монохо́рд нема́я обомле́ние провока́торша вызва́ниваться драть шкуру заблу́дший зажи́ть погово́рочный пожира́ние попуга́ичий со́тка дыль одуванчик чал bisulphite bodacious contrived kitten set piece воспринять двоевластие повреждать