UĞUR
UĞURLU
OBASTAN VİKİ
Fəxri Uğurlu
Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu; 5 sentyabr 1968, Bakı) — Azərbaycanlı yazıçı, jurnalist, nasir. "Multikulturalizm" jurnalının baş redaktoru (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995). == Həyatı == Fəxri Uğurlu 5 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1987–1989-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. == Yaradıcılığı == Dövri mətbuatda ilk yazısı 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, "Ulduz", "Pioner", "Gənclik" jurnallarında, "İlham", "Səs", "Novruz", "Dədəm Qorqud" qəzetlərində yazıları çap olunub. 1991-ci ildən "Novruz" qəzetinin müxbiri, 1992-ci ildən "Yol" qəzetinin redaktoru, 1994-cü ildən "525-ci qəzet"in şöbə müdiri vəzifələrini tutub. 1996-cı ilin əvvəlindən iyul ayınadək "Müxalifət" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1996-cı ilin iyul ayından yeni nəşr olunan "Rezonans" qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb.
Uğurlu Məhəmməd
Uğurlu Məhəmməd (?-1477) — Ağqoyunlu şahzadəsi, Şiraz və Sivas valisi, Uzun Həsənin ən böyük oğlu, II Mehmedin kürəkəni. == Həyatı == 1473-cü ildə Şiraz hakimi təyin olunmuş Məhəmməd, əmisi Üveysin köməyi ilə üsyana başladı. İsfahan ələ keçirildi, xalq Uğurlu Məhəmmədə dəstək oldu. Əslində Xəlil bəyin anası Səlcuqşah bəyim Uğurlu Məhəmmədin öldürülməsini daha çox istəyirdi və Uzun Həsəni qızışdırırdı. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı: "Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir.
Uğurlu Məhəmməd bəy

Uğurlu Xan karvansarası
Uğurlu Xan Karvansarası — Azərbaycanın Gəncə şəhərində XVII əsrə aid tikili. Karvansara Gəncə bəylərbəyi (yaxud Qarabağ bəylərbəyi) Murtuzqulu xanın qardaşı oğlu I Uğurlu xanın vəsaiti və Şeyx Bəhaəddinin layihəsi əsasında hazırlanıb. == Tarixi və memarlığı == Uğurlu Xan karvansarası Gəncə şəhərində yerləşən başqa bir karvansaranın, Şah Abbas karvansarasının yaxınlığında yerləşir. Bu iki karvansaradan bir-birinə dörd daxili yol var. Kompleksin iki böyük həyəti var.Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Bu karvansara 1663–1664-cü illərdə Qarabağ bəylərbəyi olmuş Murtuzaqulu xan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu xanın vəsaiti ilə tikilmişdir. Karvansara memar Şeyx Bəhaəddin layihəsi əsasında tikilmişdir.Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusa oxşar yarıqlar düzəldilib və daxili işıqlandırmaq üçün lampa həmçinin şamlardan istifadə olunub, bura pəncərəsizdir. Həmçinin səkkiz guşəli kümbəzin mərkəzi hissəsinin ornament elementləri kompozisiyanın sıx, yığcam qovşağı da yaradılıb. Karvansaranın otaqlarının qapıları oval şəklində hörülən dalanla birləşir, daxili arxitekturasında iki üslub nəzərə çarpır: Şərq və Avropa üslubu.
Uğurlu Xan karvansarayı

Uğurlu bəy karvansarası

Uğurlu bəyin evi
Uğurlu bəyin evi — XVIII əsrə aid Şuşa şəhərində yerləşən ölkə əhəmiyyətli abidə. Molla Pənah Vaqifin inzibati binası (Uğurlu bəyin keçmiş evi) == İstinadlar == == Xarici keçidlər == "ŞUŞA DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU". armenianvandalism.preslib.az. İstifadə tarixi: 1 iyul 2021.
Uğurlu əjdaha insidenti
Uğurlu əjdaha insidenti və ya Daigo Fukuryu gəmisi insidenti (第五福龍丸事件, Dayqo Fukuryu maru ciken) – 1954-cü ildə baş vermiş nüvə sınağı insidenti. Hadisə Yaponiyada ABŞ-nin nüvə sınaqlarına qarşı kəskin etirazlara səbəb olmuşdur. İnsident İkinci dünya müharibəsinin atom irsi, balıqçılıq sənayesində fasilə, okeanlarda balıqçılıq hüquqlarının dəqiqləşdirilməsi, ABŞ-nin yapon xalqının hislərinə və narahatçılıqlarına qarşı bivec olması kimi həssas məsələlərə toxunmuşdur. == Məzmun == Hadisə gəminin 135 kilometr qərbində yerləşən Bikini adasında ABŞ tərəfindən həyata keçirilən termonüvə sınağı səbəbi ilə baş vermişdi. İnsidentdən bir il öncə ABŞ Bikini ətrafındakı təhlükə zonası barədə ümumi xəbərdarlıq yayımlasa da, müxtəlif sınaqların vaxtı və yeri haqqında məlumat paylaşmamışdı. Gəminin heyəti xəbərdarlıq haqqında məlumatlı idi və onlar güman edirdilər ki, təhlükə zonasından uzaqda əməliyyat icra edirdilər. Gəmi həqiqətən də təhlükə zonasından 32 kilometr uzaqda idi.1 mart 1954-cü ildə, səhər saatlarında gəminin heyəti qərb tərəfdə səmada parlaq işıq müşahidə edib, 6-7 dəqiqə sonra isə partlayış səsi eşidiblər. Üç saat sonra radioaktiv kül onların gəmisinə tökülməyə başlayıb. Tezliklə gəmi heyətinin 23 üzvü ürəkbulanma, ağrı və dəri iltihabından əziyyət çəkməyə başlayıb, lakin onlar bunu partlayışla əlaqələndirmədikləri üçün hadisəni bildirməyiblər.14 martda Şizuoka prefekturasında yerləşən Yayzu limanına qayıdanda onlar simptomları yerli həkimə bildiriblər. Tələbələrdən biri bu xəbəri "Yomiuri Shimbun" qəzetinin müxbirinə çatdırıb.
Yolunuz Uğurlu (1989)
== Məzmun == Film Yevlax şəhərindəki I saylı Şəhərlərarası Avtomobil Nəqliyyatı İdarəsinin fəaliyyətindən bəhs edir. == Film haqqında == Film Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Hüseyn Ağayev Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Uğurlu xan Ziyadi-Gəncəvi
Uğurlu xan Ziyadi-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası. == Həyatı == Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət müqəddəs Qum şəhərində darğa vəzifəsini aparmışdı. Orda Əbdürrəzzaq Fəyyaz-Lahicidən ali elmləri əxz etmişdi. Uğurlu xan Ziyadoğlu-Qacar 1664-cü ildə qardaşı Murtuzaqulu xanın vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat edib. Uğurlu xanın Abbasqulu xan, Kəlbəli xan, Rzaqulu xan adlı oğulları vardı. Uğurlu xan şair idi. Ziyadi təxəllüsü ilə şeir yazırdı.
Uğurlu yol! (film, 1975)
== Məzmun == İnsan küləklə, coşan dənizlə mübarizə aparır. Sinoptiklərin dediyinə görə ildə təxminən 220 gün Xəzərdə külək qopur. Filmdə gəmiqayırma zavodunda çalışan gənclərin "Romantika" yaxtasından, yaxtsmenlərin işindən, Xəzər gəmiçiliyi idarəsinin onlara göstərdiyi köməklikdən danışılır.
Yolunuz uğurlu (film, 1989)
== Məzmun == Film Yevlax şəhərindəki I saylı Şəhərlərarası Avtomobil Nəqliyyatı İdarəsinin fəaliyyətindən bəhs edir. == Film haqqında == Film Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Hüseyn Ağayev Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
III Uğurlu xan Ziyadoğlu-Qacar
Uğurlu xan Ziyadoğlu-Qacar — Gəncənin sonuncu xanı Cavad xanın oğlu. == Həyatı == Uğurlu xan Cavad xan oğlu 1781-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. O, 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlub olub İrana getməyə məcbur oldu. O, 1826-cı ildə Abbas Mirzənin və yerli əhalinin köməkliyi ilə İkinci Rus-İran müharibəsi zamanı yenidən Gəncəyə qayıtsa da, 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826-cı il sentyabrın 13-də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, İrana qayıda bildi.Şamxor döyüşündən sonra Uğurlu xan bacısı Püstə bəyimi özü ilə İrana apardı. 1826-ci ilin 26 iyulunda Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilmişdi. Uğurlu xan qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə fərqlənirdi. O, sonradan da özünün kiçik dəstəsi ilə iki dəfə Azərbaycanın içərilərinə doğru irəliləmiş, hətta yenidən Gəncəni ələ keçirməyə də cəhd göstərmişdi.
II Uğurlu xan Ziyadoğlu-Qacar
II Uğurlu xan Ziyadoğlu-Qacar (Gəncə – 1738, Gəncə) — qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi. == Həyatı == II Uğurlu xan Kəlbəli xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Gəncə-Qarabağın bəylərbəyi təyin edilmişdi. II Uğurlu xan Səfəvilər dövlətinin siyasi həyatında mühim rol oynamışdı. Şamaxı şəhəri üsyançılar tərəfindən zəbt edildikdən sonra Şirvanı, digər əraziləri də ələ keçirildi. Şamaxının tutulması xəbəri tezliklə bütün ölkəyə yayıldı. Bundan təşvişə düşmüş Gəncə və İrəvan hakimləri şaha müraciət edərək ondan kömək istədilər. Lakin bu dövrdə şahın özünə kömək lazım idi. Üsyan etmiş əfqan tayfaları öz hücumları ilə ölkənin paytaxtını qorxu altında saxlayırdılar.
Fərəculla bəy Uğurlubəyov
Fərəculla bəy Uğurlu bəy oğlu Uğurlubəyov (12 avqust 1801, Şuşa – 1871) — Qarabağ bəylərindən, Mehdiqulu xanın əyanı, hərbi xadim,çar ordusunun polkovniki. == Həyatı == Fərəculla bəy Uğurlu bəy oğlu 1801-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir müddət Mеhdiqulu xanın baş cəlladı olmuşdu. Xanla birgə Qacar imperiyasına qaçmaq istəyərkən yaxalanmışdı. Həbsdə yatdıqdan sonra atasının xahişi ilə dustaqlıqdan azad olunmuşdu. Ailəsi Şuşa şəhərindən olan əsilzadə ailələrdən biri olmuşdur. Fərəculla bəyin atası Uğurlu bəy Qarabağ xanı Mehdiqulu xanın yanında xidmət edən sərkərdələrdən biri olmuşdur. Fərəculla bəyin qardaşı Rəhim bəy mayor, İbrahim bəy və Həsən bəy praporşik kimi Çar ordusunda xidmət etmişdirlər. Fərəculla bəy hərbi xidmətə Birinci Süvari Müsəlman Alayında başlamışdır.
Rəhim bəy Uğurlubəyov
Rəhim bəy Uğurlubəyov (1814–1865) — şair, çar ordusunun zabiti. == Həyatı == Rəhim bəy Uğurlu bəy oğlu 1814-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl təhsil görmüşdü. Rəhim bəy rus ordusunda xidmət еtmişdi. Varşavada olmuşdu. Süleyman xan Şəkinski ilə birlikdə cəbhədə olmuşdular. Yaxın dost idilər. 1839-cu ilin oktyabr ayının 31-də kapitan rütbəsi almışdı. Rəhim bəy mayor rütbəsinədək yüksəlmişdi. Bəylər Şuşadan dеputat sеçərkən iki ünlü bəyin üzərində dayanmışdılar.

Digər lüğətlərdə

вса́сываемость вы́травка запа́сливо зата́птывать исщерби́ться кривоно́гий поутю́жить похохота́ть угре́ться агра́рий антило́па буффо́нный гада́тельница злово́ние ингаляторный интерфе́йсовый оцеди́ть признаюсь borecole deperdition melt-water pyrosphere затратить лотерея размыслить