UDLAQ
UDMAQ
OBASTAN VİKİ
Torpağın udma qabiliyyəti
Torpağın udma qabiliyyəti— müxtəlif maddələrin ion və molekullarının torpaq tərəfindən udulub saxlanması, onun bərk fazası ilə təmasda olan müxtəlif maddələri torpağın özündə saxlamaq xassəsi. K.K.Hedroyss torpağın udma qabiliyyətini bioloji, mexaniki, fiziki, kimyəvi və fiziki-kimyəvi xassələrə ayırmışdır. == Bioloji udma qabiliyyəti == Torpağın bioloji udma qabiliyyəti bitki köklərinin və mikroorqanizmlərin maddələri toplamaq qabiliyyətidir. Bioloji udma qabiliyyətinin torpaqmələgəlmədə böyük əhəmiyyəti vardır. == Mexaniki udma qabiliyyəti == Torpağın mexaniki udma qabiliyyəti torpaq məsamələrinin yüksək dispersli hissəcikləri udmasıdır. == Fiziki udma qabiliyyəti == Torpağın fiziki udma qabiliyyəti torpağın çox xırda hissəciklərinin maddələri özünə cəlb etməsidir. == Kimyəvi udma qabiliyyəti == Torpağın kimyəvi udma qabiliyyəti torpaqda gedən kimyəvi reaksiya nəticəsində pis həll olan və çöküntü verərək torpağın bərk hissəsi ilə qarışmasıdır. == Fiziki-kimyəvi udma qabiliyyəti == Torpağın fiziki-kimyəvi udma qabiliyyəti torpağın bərk hissəsi ilə torpaq məhlulu kationları arasındakı mübadilədir. Torpağın bu udma qabiliyyəti dağ süxurlarının aşınmasında, torpağın yuyulmasında əsas rol oynayır, bütün torpaq proseslərinə təsir edir, torpağın məhsuldarlığı ilə sıx əlaqədardır.

Digər lüğətlərdə

вышкомонта́жный лепета́ние надру́б нарпи́товский организо́ванность пухоочисти́тельный умести́ть хронологи́ческий шпажо́нка агграва́ция бесшнурово́й де́рвиш динами́зм извини́те мимо уше́й пропустить отселе́ние пионе́рство соло́минка грабарь coheritor cross-bun Hove on dit tryst избранница