AKTRİSA
AKTYORLUQ
OBASTAN VİKİ
Aktyor
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Aktyor (dəqiqləşdirmə)
Aktyor
Aktyor binası
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. == Tarixi == "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir.Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı. İlk qonşular bildirirdilər ki, Zavadski Maresksya ilə rəsmən boşansa da hər həftənin birinci günü naharı onun evində edirdi.1986-cı ildə binada Aleksey Anatoleviç Evtuşenko öz emalatxanasını açmışdır.
Aktyor sənəti
Aktyor sənəti və ya aktyorluq — aktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması. == Proses == Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyül və yaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır.
Akif Mirzəyev (aktyor)
Akif Əziz oğlu Mirzəyev (1965) — Aktyor. == Həyatı == Akif Mirzəyev 1965-ci ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni- maarıf" fakultəsinə qəbul olunmuş, 1992-ci ildə oranı bitirmişdir. 1989-cu ildən H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. 1989-cu ildən ( arada başqa teatrda işləməsi ilə əlaqədar bir neçə ili çıxmaq şərti ilə) bu günə kimi həmin teatrda çalışır. Akif Mirzəyevin yaradıcılığl çoxşaxəlidir. Daha çox xarakterik səpgili obrazların ifasına meyl edən Akif, özünü komediya janrında da sınamış və uğurlar qazana bilmişdir. Akifin ifasında səhnə təcəssümü tapmış Dadaşbala (Rəhman Əlizadə "Dadaşbala əməliyyatı") , Qazı (Yusif Əzimzadə "Nəsrəddin"), Qoçu Baloğlan (Aqşin Babayev "Kim nə deyər bizdə olan qeyrətə") Milis serjantı (Vaqıf Səmədoğlu "Bəxt üzüyü" yuxarıda dediklərimizə əyani sübutdur. Aktyorun xoş tembirli səsi və musiqi duyumu ona komediya tamaşalarında da obraz yaratmağa imkan verir. Onun Vəlisi (Ü.Hacıbəyov "Arşın mal alan"), Cinli Mayıl (İsi Məlikzadə və Süleyman Ələsgərov "Subaylarınızdan görəsiniz") tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Aktyor (film, 2011)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. === Qısa məzmun === Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Alan Koks (aktyor)
Alan Koks (ing. Alan Cox; 6 avqust 1970 və ya 1970, London) - Böyük Britaniya aktyorudur. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir.
Arif Mədətov (aktyor)
Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arif Qasımov (aktyor)
Arif Qasımov (23 dekabr 1950 – 7 mart 2016) — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Arif Qasımov 1950-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirmişdir.3 il sonra,1971-ci ildə Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olmuşdur. Fəxrəddin Manafovla bir yerdə Aktyorlar evində işləyən Arif Qasımov universitetdə onunla bir yerdə təhsil almışdır. Ondan sonra Moskvada Ali Rejissorluq Kursunda təhsilini davam etdirmişdir.Ağasadıq Gəraybəyli ilə Cahangir Mehdiyevin "Diplom işi" filmində çəkilmişdir. Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olan Arif Qasımov uzun illər AzTV-də rejissor işləmişdir. İndiyə kimi 38 filmə çəkilmişdir. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, "Yoxlama" filmində və "Mozalan" satirik kinojurnalında yaddaqalan rollar ifa etmişdir. "Dağlı çörəyi" adlı film və silsilə verilişlərdə rejissorluq etmişdir.Ömrünün son illərində "Uşaq və Gənclər" redaksiyasında çalışmışdır. Arif Qasımov istedadlı aktyor və rejissor idi.
Arif Quliyev (aktyor)
Arif Əli oğlu Quliyev (16 may 1950, Əli-Bayramlı – 7 may 2021, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989), Azərbaycan Respublikasının xalq artisti (1993). == Həyatı == Arif Əli oğlu Quliyev 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilmişdir. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir. Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir. Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır.
Aydın Əliyev (aktyor)
Aydın Allahverdi oğlu Əliyev (14 mart 1955, Arazdəyən, Vedi rayonu) — Azərbaycan aktyoru. == Həyatı == Aydın Allahverdi oğlu Əliyev 14 mart 1955-ci ildə anadan olub. M .Füzuli adına Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb. İrəvan kənd Təsərrüfatı Texnikumunu bitirib. == Fəaliyyəti == Hələ texnikumda oxuyarkən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında Ş.Ələsgərovun "Ulduz" musiqili komediyasında- Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində- Teymur ağa, C. Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarında çıxış etmişdir. 1975–1982-ci illərdə İrəvan Teatrında, 1982–1986-cı illərdə Şəki Dövlət Dram Teatrında, 1986–1992-ci illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir və bu illər ərzində onlarla tamaşalarda müxtəlif səpkili rollar yaratmışdır.1993-cü ildən Bakı Bələdiyyə Teatrında repertuarda olan tamaşalarda müxtəlif səpkili, yaddaqalan rolların mahir ifaçısıdır. Kinoda 20-dən çox obraz yaradıb. == Ad və mükafat == Azərbaycan Respublikasının Əməkdar Artisti (2002) "Tərəqqi" medalı (25 iyun 2013) == Teatr səhnəsindəki rolları == İrəvan Dövlət Dram Teatrı Ş.Ələsgərov "Ulduz" — Müxbir M.F.Axundzadə "Sərgüzəşti Vəziri Xani Lənkəran" — Teymur ağa C. Cabbarlı "Aydın" — Aydın və SurxayBakı Bələdiyyə Teatrı O.Altunbay "Tomris" — Odtəkin Y.Anuyun "Medeya" — Şah Krion R.İçərişəhərli "Vətənə igidlər gərəkdir" — Ruben C.Məmmədquluzadə "Ölülər" — Mirbağır ağa C.Cabbarlı "Dönüşü" — Qüdrət Arslan N.Nərimanov "Nadir şah" — Mirzə Mehdixan M.Məmmədov "Dəli Domrul" — Əzrail S.Rəşidi "Mənim Ərdəbilim" — Həşim ağa M.F.Axundov "Müsyo Jordan Dərviş Məstəli Şah" — Dərviş A.Babayev "Oğul" — Kölgə A.Qurbaninin "Türk sancağı" — Armen N.Hikmət "Damokl qılıncı" — Komisyonçu Ə.Əliyev "Unutqanlıq qorxunc bəladır" — Aparıcı H.Cavid "İblis" — Elxan == Filmoqrafiya == Ovsunçu (film, 2002) (tammetrajlı bədii film) (rol: kuryer) Bir anın həqiqəti (film, 2003) (serial) Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) (rol: Qurgen) Ərazi (film, 2005) (qısametrajlı bədii film) Yoxlama (film, 2006) (serial) Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film) Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) (rol: Seyid Hüseyn) Qovğalı kəndinin gecələri (film, 2008) (tammetrajlı bədii film) (rol: pasiyent) 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: xalça müştərisi) Azarkeş (film, 2008) (tammetrajlı bədii film) Prokuror (2008) (tammetrajlı bədii film) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) Qaydasız döyüş (film, 2009) (serial) (rol: polkovnik Ələsgərov) Sonuncu dərviş (film, 2009) (tammetrajlı bədii film) (rol: dərviş) İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) (rol: kriminalist) Ağabəyovlar (film, 2012-2014) Xoca (film, 2012) (tammetrajlı bədii film) (rol: Rəhman) Dolu (film, 2012) (tammetrajlı bədii film) (rol: dustaq) Sirr (serial, 2012) (serial) Məhkumlar (2012) (serial) Tək olanda qorxma...
Azad Məmmədov (aktyor)
Məmmədov Azad Əşrəf oğlu (12 dekabr 1964, Şuşa, DQMV) — Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Azad Məmmədov 12 dekabr 1964-cü ildə Şuşada anadan olmuşdur. 1980–1984-cü illərdə Mir Möhsün Nəvvab adına Şuşa Musiqi Texnikumunun kamança sinfində təhsil almış, sonradan burada müəllim kimi fəaliyyət göstərmişdir. 1988–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsində qiyabi təhsil alıb.1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor, 1994-cü ildən isə, həm də direktor müavini kimi fəaliyyət göstərir."Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də musiqiçi kimi çıxış edib. Teatrda hazırlanan bir neçə tamaşanın musiqi tərtibatçısı olub: C.Cabbarlı "Aydın", S.S.Axundov "Tamahkar", Ə.Haqverdiyev "Dağılan tifaq", C.Məmmədquluzadə "Kamança", H.Mirələmov "Güllələnmiş heykəllərin fəryadı", İ.Əfəndiyev "Sən həmişə mənimləsən", N.Qənbər "Meymunun dəfni".1994-cü ildə keçirilən "Him-cim" pantomim festivalında R.Şahsuvarovun "Üç nöqtə, vergül, nida, sual" pantomim tamaşasındakı Bala ördək (mim), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında M.F.Axundovun "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" tamaşasındakı Hatəmxan ağa, 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Kişi ("Musiqili məktublar", F.Mustafa) və Nikita İvanıç ("Qu quşunun nəğməsi", A.P.Çexov) rollarını oynayıb.
Azər Mirzəyev (aktyor)
Mirzəyev Azər Əlibala oğlu (12 may 1952, Zərdab rayonu – 19 iyul 2014, Bakı) — teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub. 1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib. 1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər bu tetrda çalışıb. 19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Sabirabad rayonunda dəfn edilmişdir.
Bəxtiyar Kərimov (aktyor)
Kərimov Bəxtiyar Əxi oğlu — azərbaycanlı aktyor. == Həyatı == Bəxtiyar Kərimov 1 fevral 1948-ci ildə Bakıda doğulub. 21 fevral 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Bakı Dövlət Kukla teatrında və Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyib. 15 oktyabr 1973-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Cavan Aktyor Mükafatı
Cavan Aktyor Mükafatı - Əsası 1979-cu ildə ABŞ-də Maurin Draqon tərəfindən qoyulan hər il aktyorlara və aktrisalara verilən mükafatdır..
Ceyms Stüart (aktyor)
Ceyms Stüart (ing. James Stewart;20 may 1908 - 2 iyul 1997) — məşhur ABŞ və Böyük Britaniya aktyoru. == Həyatı == Ceyms Stüart 20 may 1908-ci ildə İndiana, Pennsilvaniyada anadan olmuşdur.Filadelfiya əhvalatı filminə görə 1940-cı ildə Oskar mükafatı qazanmışdır. == Filmoqrafiya == Filadelfiya əhvalatı (film, 1940) / ing.
Ceyms Tien (aktyor)
Ceyms Tien (ing. James Tien Chun; 28 may 1942) — Honkonq aktyoru.
Cəlal Məmmədov (aktyor)
Cəlal Məmmədov (azərb. Məmmədov Cəlal Qurban oğlu;‎) — Azərbaycan Respublikasının əməkdar artisti == Həyatı == 2 sentyabr 1979-cu il tarixində anadan olmuşdur. == Fəaliyyəti == === Teatr fəaliyyəti === 1999-cu ildən Sumqayıt Dövlət Dram teatrında çalışır. === Sumqayıt teatrında oynadığı rollar === M. F. Axundzadə "Hacı Qara" – Heydər bəy N. Qoqol "Çiçikovun sərgüzəştləri"- Çiçikov A. Şaiq " Qaraca qız"- Qaraçı rəqqas K. Nəzirli "Narkoman" — Ramin H. Orucov "Burdan min atlı keçdi"- Ədib Elçin " Qatil"- Oğlan C. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatı"- Vəliqulu "Dədə Qorqud" –Uruz, P. Pançov "Əkizlər"- Əkizlər A. Babayev "Xilaskar" – Gənc oğlan, Şair Ə. M. Lələdağ "Dağlarda tufan"- Əkbər bəy N. Hikmət "Bayramın birinci günü"- Fiyruz bəy Y. Onil "Qarağaclar altında məhəbbət"- Fermer Ə. Əmirli "Varlı qadın"- Qara N. Dumbadze "Ağ bayraqlar"- Zaza R. Tohidoğlu "Nakam arzular"- Adil Y. Əzimzadə "Nəsrəddin"- Nəsrəddin C. Məmmədquluzdə "Anamın kitabı"- Səməd Vahid T. əl-Həkim "Karıxmiş Sultan"- Sultan M. Atəş "Şərəfin sandığı"-Akif Ə. M. Lələdağ "Gecikmiş etiraf"- M. Müşfiq Ə. Əmirli "20 ildən sonra"- Kloun "Ələddinin sehrli çırağı"- Ələddin Ə. Səmədli "Ölüm hökmü"- Kiçik oğul V. Hauf "Balacaboy yekəburun"- Yakob C. Patrik "Qocanı öldürməliyik"- Bred Vinner Azərbaycan Xalq nağılı "Üş qardaş"- İlhan M. Selimoviç "Dərviş və ölüm"- Şeyx Əhməd M. Haqverdiyev "Ağ ölüm" –Ucal M. Haqverdiyev "Fədakarlıq" – Elmar B. Mirzəzadə "Qudalar" –Bəşir C. Qolsuorsi "Birincilər, sonuncular" –Larri M. Tven "Şahzadə və dilənçi"- Qvaroliyaçı, Zirək M. F. Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli Şah"- Şahbaz bəy Zahid Xəlilin "Qəlbinurun başına gələnlər" povestinin motivləri əsasında S. Nuriyeva "Balqabaq padşahın nağılı"- Çarçı S. Ələsgərov, İ. Məlikzadə "Toy Olsun"- Fəqan == Təltifləri == 5 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti adını layiq görülmüşdür.
Eldar Əliyev (aktyor)
Eldar Həsən oğlu Əliyev— Azərbaycan teatr və kino aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru. == Həyatı == Eldar Həsən oğlu Əliyev 1936-cı ildə anadan olub. Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib. İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində rəngarəng obrazlar yaradıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də dünyasını dəyişib. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film) Dəli Kür (film, 1969) Gümüşü furqon (film, 1982) Qız qalası əfsanəsi (film, 1978) Mən ki gözəl deyildim (film, 1968) Papaq (film, 2007) Sən niyə susursan?
Elməddin Cəfərov (aktyor)
Elməddin Misir oğlu Cəfərov (1 yanvar 1981, Zod, Vardenis rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. İki övladı var. Evlidir. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Filmoqrafiya == Tək səbir (veriliş, 2004) Toy (film, 2005) — Taleh Ailəm (film, 2006) — Fərasət Qonşular (film, 2006) — Münasibət Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Köməkçi aktyor
Köməkçi aktyor filmlərdə, seriallarda, televiziya şoularında, teatr tamaşalarında, musiqilərdə, opera və ya balet tamaşalarında görünür; heç vaxt danışmayan və az danışan bir insandır (ifa sənətində rəqs etmir və ya mahnı oxumur). Televiziya proqramlarında tamaşaçılar; Seriallarda və ya filmlərdə küçədə və ya hadisə yerində olan adi insanların rolunda olanlar məhz onlardır , yəni həvəskar aktyorlar. Müharibə filmlərində və ya oxşar qəhrəmanlıq filmlərində film heyəti çox sayda köməkçi aktyordan istifadə edir. Xüsusilə yüksək büdcə ilə istehsal edilmiş filmlərdə minlərlə köməkçi aktyor ola bilər. Əlavələrin gördüyü işlər “fiquranlıq” adlanır. Köməkçi aktyor oynadığı rola və filmin çəkiliş heyətinə görə bəzi meyarları tələb edir. Köməkçi aktyor ola bilmək üçün bəzən aktyorluq təcrübəsi tələb oluna bilər, təcrübəsiz insanlar da bəzən arxa plan aktyorları kimi çıxış edə bilərlər. Dəqiqlik, etibarlılıq, çevik iş saatları üçün uyğunluq və deyilənləri tez başa düşmək bacarığı köməkçi aktyor sənətində vacibdir. Dünyada yalnız köməkçi aktyor sahəsində xidmət göstərən təşkilatlar vardır. Televiziya serialları, film və ya proqram istehsalçıları tələb olunan səhnənin kontekstindən asılı olaraq uyğun bir görünüşlü aktyorlar tələb edirlər.
Mehmud (aktyor)
Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsada, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb.
Üçüncü aktyor
Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.:451 == Tarix == Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır.
İkinci aktyor
Deyteraqonist və ya devteraqonist (q.yun. δευτεραγωνιστής – ikinci aktyor; δευτερος – «ikinci» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən əvvəl və tritaqonistdən sonra ən mühüm personaj. Süjetdən aslı olaraq, deyteraqonist protaqonistin lehinə və ya əleyhinə fəaliyyət göstərə bilər. == Tarix == Qədim Yunanıstan dramı sadəcə bir personajdan protaqonistdən və rəqqasələrdən ibarət bir xordan təşkil edilmişdi. Deyteraqonist rolunu ilk dəfə Qədim Yunanıstan dramaturqu Esxil təqdim etmişdir. Aristotel Poetika əsərində yazır: Esxilin səyləri personajlar arasındakı dialoqu və qarşılıqlı əlaqəni ön plana çıxarmışdır. Sofolk buna əlavə olaraq, Sofokl və Evripid kimi dövrün digər dramaturqlarına məşhur personajlar yaratmağa imkan vermişdir. == Dramda == Qədim Yunanıstan dramı üç personajdan (protaqonist, deyteraqonist və tritaqonist) və bir xordan ibarət olduğundan, hər aktyor bir neçə hissədə rol oynayırdı. Məsələn, Sofoklun Şah Edip dramında protaqonist Edip, deyteraqonist isə İokasta (Edipin həm anası, həm də arvadı), eləcə də çoban və xəbərçi idi. == Ədəbiyyatda == Ədəbiyyatda, deyteraqonist adətən protaqonistin "köməkçi"i rolunu daşıyır.
Elnur Hüseynov (aktyor)
Elnur Bəhrəmxan oğlu Hüseynov (2 avqust 1981, Xəzər, Neftçala rayonu) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Elnur Hüseynov 2 avqust 1981-ci ildə Neftçala rayonu Xəzər kəndində anadan olub. Orta məktəbi 1984–1990-c; ildə Xəzər kənd orta məktəbində, 1991–1995-ci ildə Respublika İncəsənət Gimnaziyasında oxumuşdur. O, bir neçə dəfə rayonda keçirilən istedadlı uşaqların yaradıcılıq müsabiqələrində parodiya üzrə qalib olmuşdur. 1991-ci il iyun ayında Bakıda, indiki Heydər Əliyev sarayında keçirilən Ümum Respublika yaradıcılıq kollektivlərinin festivalında Neftçala rayonunu uğurla təmsil etmiş və münsiflər heyətinin, həmçinin tamaşaçıların böyük rəğbətini qazanmışdır. Həmin konsertdən sonra Elnur Hüseynov, festivalın münsiflər heyətinin üzvü, bəstəkar Oqtay Rəcəbovun dəvəti ilə onun Bakı şəhərində yenicə təsis etdiyi Respublika İncəsənət Gimnaziyasına qəbul edilir. Elnur Hüseynov gimnaziyada oxuduğu illərdə Ulduz Miriyeva, Həsən Əbluc, Ənvər Əbluc, Tofiq Tağızadə, Cahangir Mehdiyev, Ənvər Vəliyev, Firudin Mehdiyev, MəmmədKamal Kazımov kimi sənətkarlardan dərs almışıdr. Onun gimnaziya illərində çəkildiyi "Arşın mal alan" (Soltanbəy), "O olmasın bu olsun" (Məşədi İbad) televiziya tamaşaları, Azərbaycan televiziyasının qızıl fondunda saxlanılır. O, həmçinin Azərbaycan televiziyasında yayımlanan "7–17", "Sübh Şəfəqləri" televiziya müsabiqələrinin və "Tələbə Klubu" əyləncəli proqramının fəal iştirakçısı olmuşdur. 1996–2002-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrində təhsil alıb.
Aktyor təbəssümü (film, 2008)
Aktyor təbəssümü qısametrajlı sənədli televiziya filmi rejissor Emil Babayev tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın xalq artisti İlham Namiq Kamal haqqındadır. == Məzmun == Film Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın xalq artisti İlham Namiq Kamalın həyat və yaradıcılığından bəhs edir.
Aktyor ömrü (2013-2016)
Aktyor ömrü sənədli serialı 2013-2016-cı illər arası İctimai televiziyada istehsal edilmişdir. Azərbaycan teatrı və kinosunda silinməz izlər qoymuş görkəmli aktyorların həyat və yaradıcılıqlarını işıqlandırır. == Məzmun == Sənədli serial Azərbaycan teatrı və kinosunda silinməz izlər qoymuş görkəmli aktyorların həyat və yaradıcılıqlarını işıqlandırır.
Aktyorluq
Aktyor sənəti və ya aktyorluq — aktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması. == Proses == Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyül və yaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır.
Alatoran filmlər seriyasının aktyor heyətinin siyahısı
Alatoran Saqa filmlər seriyasının aktyor heyətinin siyahısı — Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş filmlərdə iştirak etmiş aktyorların siyahısıdır. Filmlərin əsas ulduzları, Bella Svon rolunda çəkilmiş Kristen Stüart, Edvard Kallen rolunda çəkilmiş Robert Pattinson və Ceykob Blek rolunda çəkilmiş Teylor Lotnerdir. 2008-ci ildə New York Times bestselleri olan roman (2005) əsasında çəkilmiş "Alatoran" filminin rejissoru Ketrin Hardvikdir. İkinci film olan "Alatoran: Yeni Ay" (2009) Kris Vetzin rejissorluğu ilə, birinci romanın davamı olan roman (2006) əsasında çəkilmişdir. Üçüncü film olan "Alatoran: Tutulma" (2010) filmi kitablar seriyasından üçüncü roman (2007) əsasında Devid Sleydin rejissorluğu ilə ekranlaşdırılmışdır.Pattinson və Eşli Qrin qeyd edirlər ki, Sübh (2008) romanının ekranlaşdırılmasına 2010-cu ildən başlanacağı gözlənilirdi. Çəkilişlər 1 noyabr 2010-cu ildə başlamışdır. Alatoran: Sübh. Hissə 1 18 noyabr 2011-ci ildə izləyicilərə təqdim edilmiş , 11 fevral 2012-ci ildə ABŞ-də DVD şəklində satışa çıxarılmışdır. Ümumilikdə film $712 milyon gəlir gətirmişdi. Alatoran: Sübh.
Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014)
Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru, Azərbaycanın və SSRİ xalq artisti Məmmədrza Şeyxzamanovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "İblis", "Mahnı dağlarda qaldı", "Kreml saatı" teatr tamaşalarının, "Bəxtiyar", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?", "Leyli və Məcnun", "Böyük dayaq", "Əhməd haradadır?", "Liftçi qız", "Yeddi oğul istərəm...", "Nəsimi", "Qatır Məmməd", "Qızıl uçurum", "Əzablı yollar" filmlərinin kadrlarından istifadə olunur.

Digər lüğətlərdə

лиро-эпи́ческий маха́лка совмести́тельница аболициони́стский автогужево́й взаимообусло́вленность излучи́ться кирза мирое́дский на́ слово фонети́ческий бледный бонмотист Alhambresque Anacreontic commemoratory dehydrate jampan pentadome rheme stance tergite tizwas кутнуть одуряющий