CALAMAQ

1. CALAMAQ [Dedilər:] Ey baba, sənin yüz yaşın var, toxumdan çıxan cırı calayıb əmələ gətirəndən sonra meyvəsini görməyə çox ömür istər, zəhmət çəkmə, bu sənə çatmaz (R.Əfəndiyev); CALAQ ETMƏK (ELƏMƏK) Qaratikan dedi: – Məni calaq edin palıda; Qoruyaram gövdəsini; Başı deyər buluda (H.Ziya); PEYVƏND ETMƏK (ELƏMƏK) Baba: Bu toxumdan xırda alma ağacı bitəcəkdir, sonra peyvənd edəcəyəm (R.Əfəndiyev); CALAQLAMAQ, PEYVƏNDLƏMƏK.

2. CALAMAQ ...Südü yerə calayırdılar (C.Məmmədquluzadə); CARLAMAQ Eskalatorda elə bil onu vurğun vurdu. Başına qaynar su carladılar (Ə.Mustafayev); ƏNDƏRMƏK [Aytəmiz:] Elə axırıncı vedrəni əndərib təzəcə başlamışdım ki, üçüncü dəfə yumağa, Mila xanım girdi içəri (Ə.Qasımov); TÖKMƏK (bax).

CALAL
CAM

Digər lüğətlərdə

бато́метр воструби́ть грани́т змиеви́дный ка́мер-па́жеский колдо́бистый нагря́нуть несимпати́чность отка́шиваться преуспе́ть кваку́шка ожи́ть ощуще́ньице позабы́тый чревоуго́дничать contemplation eaten Flying Dutchman polarity re-lay transportable вменяемость разослать ступенька футовый