Слово ÇAĞA в словаре синонимов азербайджанского языка.

ÇAĞA (körpə uşaq) Gəlinlər, qocalar, qızlar, qarılar; Beşikdə çağalar, ömrü yarılar (S.Vurğun); BƏBƏ (dan.) Qundaqda ikən bir qızı ad eyləmişəm mən; Nazlı bəbədən könlümü şad eyləmişəm mən (M.S.Ordubadi); BƏBƏK (köhn.) O gözəl sevimli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək (A.Səhhət); KÖRPƏ Əlində körpəni oynadır qarı; Göstərir uzanan dilsiz yolları (S.Vurğun); QUNDAQ (dial.) [Ağa Mərdan:] Hacı Qafurun qapısından ötəndə gördük durubdur, qucağında bir qundaq (M.F.Axundzadə); MÖVLUD (köhn.) Qazi dua oxuyub, elini uşağın alnına çəkəndən və təzə mövludi təbrik edəndən sonra irəli gəlib uşağı Atabəyin qucağına verdi... (M.S.Ordubadi); SÜDƏMƏR ..Allahın nəzərini “cəlb” etmək üçün o günü südəmər uşaqlara süd verməkdən analar “mən” olmuşdu (Çəmənzəminli); TİFİL (dan.) Salman bəy: Əstəğfürullah eyləyin, gedin işinizin dalınca bəs o biçarə tifillər necə olacaqlar (N.Vəzirov).

← ÇAĞ

I ÇAĞ Kölgədə keçmişdir uşaqlıq çağım (S.Rüstəm); DÖVRAN Xoşbəxt bir dövranın övladıyıq biz (Ə.

ÇAĞDAŞ →

çağdaş bax müasir