ÇAĞIRMAQ

1. ÇAĞIRMAQ Artıq eyvanda olan xanım Güləbətini çağırdı (M.İbrahimov); HARAYLAMAQ [Lütfi Məsimov:] Kimsə həyətdəki köpəkdən qorxub içəri girmədən hasarın dalından məni harayladı (H.Abbaszadə); SƏSLƏMƏK Qəfildən, kimsə yavaşcadan Səftər dayını səslədi (Anar); ÜNLƏMƏK (kl.əd.) Ünnədim, ünnədim ünüm çatmadı; Dönüb geri xoş ixtilat çatmadı (Aşıq Əhməd).

2. ÇAĞIRMAQ Qış tətilinə gələn bacısı qızı Zərifəni Qafar qonaq çağırmışdı (Ə.Əbülhəsən); DƏVƏT ETMƏK ..qonaqlıqlar düzəldirdilər və tamam şəhərin axundlarını, tacirlərini dəvət edib, xörəkdən sonra ortalığa bir dini mübahisə salardılar... (Ə.Haqverdiyev).

ÇAĞDAŞ
ÇAXIR

Digər lüğətlərdə

...ми́льный в рост генера́льский коке́тство накло́нчивый облущи́ться пило́вочник се́тево тюни́к шерстемо́йка набрако́вываться ободре́ние палеофауни́стика ю́нкерство хворый clink halitosis inefficacious marathon subgroup tinder unstruck безлепестковый иностранец седок