EHTİRAM

ehtiram bax hörmət

EHTİMAL
EHTİRAS
OBASTAN VİKİ
Ehtiram Heydərov
Ehtiram Şahin oğlu Heydərov (5 mart 2000; Uzunoba, Xaçmaz, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Heydərov 2000-ci il martın 5-də Xaçmaz rayonu Uzunoba kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Musa Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. 4 oktyabr Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkər edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ehtiram Hüseynov
Ehtiram Hüseynov (18 oktyabr 1980, Hacısamlı, Laçın rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017). == Həyatı == Ehtiram Hüseynov 1980-ci il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.. Əslən Daşlı kəndindəndir. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib. 1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib. 2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür.
Ehtiram Məmmədov
Ehtiram Mehman oğlu Məmmədov (13 oktyabr 1995; Muzdurlar, Goranboy, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Məmmədov 13 oktyabr 1995-ci ildə Goranboy rayonu Muzdurlar kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 3 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ehtiram Əhmədov
Ehtiram Teyyub oğlu Əhmədov (26 mart 2001, Yeni Suvagil, Zaqatala rayonu – 9 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-cı illərdə M.Nəzirova adına 1 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ehtiram Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ehtiram Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ehtiram Əhmədov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb. Uzun müddət Bakı şəhərində Mərkəzi Hərbi Hospitalda komada olub. Noyabrın 9-da şəhid olub.
Ehtiram Əliyev
Əliyev Ehtiram İsrayıl oğlu (1 avqust 1972, Ucar) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş cəsur döyüşçü. == Həyatı == Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997–1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. 2000-ci ildə "Təfəkkür" universitetinə qəbul olunub. Hazırda Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışır və Bakı şəhərində yaşayır.

Digər lüğətlərdə

автофили́я взима́ние витютень географи́чка надво́рный негра́мотная отрубный повя́зывание просмо́лка самосоверше́нствоваться вяз залата́ть застра́иванье мазня́ соля́рочный ста́рая вера эми́ссия жерест синель сурма mouth-watering mulmull oil gland roe макаронный