KABİNƏ

1. KABİNƏ (minik maşınlarında kiçik otaq) Şofer kabinənin qapısını açıb onu [Firəngizi] maşına dəvət etdi (B.Bayramov); KABİNKA Maşın onlara çatanda dayandı. Kabinkanın qapısı açıldı (H.Abbaszadə).

2. KABİNƏ (hökuməti təşkil edən nazirlər heyəti) [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu (M.S.Ordubadi); KABİNET Atan kabinetdə nazirdi, gülüm; Mənim ürəyimin naziri deyil! (N.Kəsəmənli).

3. kabinə bax kabinet 2

KABİNET
KABİNKA
OBASTAN VİKİ
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Pilot kabinəsi
Pilot kabinəsi (ing. cockpit) — əsasən uçan vasitələrdə, ümumiyyətlə isə bir vasitənin sürücüsünün olduğu hissəyə verilən addır.

Digər lüğətlərdə

гимнастёрка му́ндшенк на попя́тную отгрузи́ть просто́р разве́ргнуться безоснова́тельность вашими бы уста́ми мёд пить захлопота́ть однокра́тно под фла́гом преобразова́ться тасова́ние тахта́ холу́йский come along hyoid necessarian reigning resit иждивение капельдинер одичалый прослаивать стандартизация