NAHAMAR

NAHAMAR Nahamar yolda maşın silkələnməyə başladı (X.Hasilova); ƏYRİ-ÜYRÜ Qarlı güneyin sinəsində əyri-üyrü, çalınçarpaz cığırlar əmələ gəlirdi (B.Bayramov); KƏLƏ-KÖTÜR İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasında yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır (A.Şaiq).

NAHAQLIQ
NAHAR
OBASTAN VİKİ
Nahamar deysiya
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır.
Nahamar qarağac
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir. == Botaniki təsviri == Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.

Digər lüğətlərdə

взаимообогаще́ние лиза́ться мекте́б одолжа́ть преизбы́точествовать тамари́ксовые хо́нда иллюзо́рный кочега́р лими́т наму́сливать потесни́ться честно́й attentat coryphaei economical hypoxanthine napalm pit pony rosebay нравиться паровой подвижный прусак реляция