OFİS

OFİS, OTAQ, İDARƏ, KABİNET

ODLU
OFİSİANT
OBASTAN VİKİ
Ofis
Ofis (ing. office) — müəssisənin, firmanın məmurlarınnən və inzibati işçilərinin çalışan ayrıca otaq, bina, binalar kompleksi. Ofisdə müştərilərlə çalışır, sənəd və arxivlərlə işləyir və toplayırlar.
Ofis paketi
Ofis paketi (İnteqrallaşdırılmış paket) — müxtəlif funksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram paketinə (TPP) mətn prosessoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazası idarəetmə sistemi (VBİS) və s. daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport-importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil edilir. Bu cür paketlərə misal olaraq Microsoft Office, FrameWork, Ashampoo Office 2010 və s. göstərmək olar.
Virtual ofis
Virtual ofis (ing. virtual office) — kollektiv istifadə üçün nəzərdə tutulan ofis xidmətlərini bildirən termindir. Bu xidmətlər əsasən yazışmaların əldə edilməsi üçün təşkilatın xidməti ünvanını, poçt göndəriş xidmətlərini, virtual telefon nömrəsini, faksların qəbul edilməsini əhatə edir. Həmçinin əlavə olaraq daxil olan zənglər üzrə xidmət, katibə, veb-hostinq xidmətləri və işgüzar görüşlər üçün danışıq otaqlarının və konfrans-zalların icarəsi kimi xidmətlər göstərilir. «Virtual ofis» həmçinin əməkdaşlardan ibarət komanda tərəfindən İnternetin müstəsna ünsiyyət imkanlarından istifadə etməklə effektiv biznes ilə məşğul olmağa imkan verən mühiti təsvir etmək üçün istifadə olunan ümumi termindir.
Ofis (teleserial, 2005)
Ofis (ing. The Office) — ABŞ istehsalı sitkom teleserialı. Uydurma şirkət "Dunder Mifflin Paper Company"nin Pensilvaniya ştatının Skranton şəhərindəki ofisinin işçilərinin günlük həyatından bəhs edilir. 24 mart 2005-ci ildən 16 may 2013-cü il tarixinədək NBC kanalında yayımlanıb və cəmi doqquz mövsüm davam etmişdir. Ricky Gervais və Stephen Merchant tərəfindən yaradılmış 2001–2003-cü illərdə BBC kanalında yayımlanan Britaniya serialı The Office əsasında çəkilib. Simpsonlar, Saturday Night Live, King of the Hill teleseriallarındakı işləri ilə tanınan yazıçı Greg Daniels ABŞ üçün ekranlaşdırıb. Ofis studiya auditoriyası və ya gülüş treki olmadan tək kamera istifadə edilərək real sənədli film üslubunda lentə alınıb. Teleserialın 201 seriyası NBC kanalında yayımlanıb. "Ofis"in orijinal əsas heyətinə Stiv Karell, Reyn Vilson, Con Krasinski, Cenna Fişer və B. J. Novak daxildir. Serialın sonrakı epizdolarında aktyor heyətində bəzi dəyişikliklər baş vermişdir.
Bank of Georgia baş ofis binası
Bank of Georgia baş ofis binası (gürc. ოფიცერთა სახლი) və ya Gürcüstan SSR-in avtomobil yolları nazirliyinin binası (gürc. საქართველოს საავტომობილო გზების სამინისტროს შენობა) – 1975-ci ildə Tbilisi şəhərində memar Georgi Çaxava və Zurab Calaqxaninin layihəsi əsasında inşa edilmiş memarlıq abidəsidir. Hazırda bina Bank of Georgiaya məxsusdur və inzibati bina kimi istifadə edilir. == Tarixi == Binanın layihələndirilməsi zamanı Georgi Çaxava yol tikintisi naziri olduğuna görə, həm sifarişçi, həm də sifarişi yerinə yetirən tərəf kimi çıxış edirdi. Binanın inşası üçün yeri də memar özü seçmişdi. Sifariş, müsabiqə keçirilmədən birbaşa dövlət sifarişi ilə həyata keçirilmişdir. Bütün SSRİ dövründə, bina, Gürcüstan ərazisində individual layihələndirilmiş azsaylı binalardan biri olaraq qalmışdır. Layihənin hazırlanmasında memarlar G. Çaxava və Z. Calaqxani, mühəndislər T. Txilava və A. Kimberq iştirak etmişlər. İnaşaat xərcləri 6 milyon rubla bərabər olmuşdur..
Birləşmiş Millətlər Təşkilatının Vyana Ofisi
Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisi (ing. United Nations Office at Vienna (UNOV)) Birləşmiş Millətlər Təşkilatının dörd əsas ofisindən biridir. Ofis kompleksi Avstriyanın paytaxtı Vyanada olan Vyana Beynəlxalq Mərkəzində (VIC) yerləşir. == Tabeliyində olan təşkilatlar == Beynəlxalq Atom Enerjisi Agentliyi Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu Hərtərəfli Nüvə Sınağının Qadağan edilməsi Müqaviləsinə Hazırlıq Komissiyası Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyası Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Avstriya ofisi Beynəlxalq Dunayı Mühafizə Komissiyası == Ziyarətlər == Bazar ertəsindən cümə gününə qədər Vyana Beynəlxalq Mərkəzində türk dili də daxil olmaq şərti ilə bələdçilərin rəhbərliyi altında turlar təklif olunur.
Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisi
Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisi (ing. United Nations Office at Vienna (UNOV)) Birləşmiş Millətlər Təşkilatının dörd əsas ofisindən biridir. Ofis kompleksi Avstriyanın paytaxtı Vyanada olan Vyana Beynəlxalq Mərkəzində (VIC) yerləşir. == Tabeliyində olan təşkilatlar == Beynəlxalq Atom Enerjisi Agentliyi Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu Hərtərəfli Nüvə Sınağının Qadağan edilməsi Müqaviləsinə Hazırlıq Komissiyası Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyası Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Avstriya ofisi Beynəlxalq Dunayı Mühafizə Komissiyası == Ziyarətlər == Bazar ertəsindən cümə gününə qədər Vyana Beynəlxalq Mərkəzində türk dili də daxil olmaq şərti ilə bələdçilərin rəhbərliyi altında turlar təklif olunur.
Petrol Ofisi
Petrol Ofisi 18 fevral 1941-ci il tarixində neft məhsullarının idxalı, depolaması, ayırılması və paylanması məqsədi ilə dövlət şirkəti olaraq qurulub. 1983-cü ildə anonim şirkətə çevrildi. 2000-ci ildə şirkət özəlləşdirildi və 13 mart 2006-cı ildə Avstriya neft şirkəti OMV şirkətin %34-ni, 2010-cu ildə isə %54-ni toplamda 2,4 milyard ABŞ dollarına satın aldı. 2016-cı ildə 9 milyard satış gəliri əldə edən Petrol Ofisi Türkiyənin ən böyük özəl sektor şirkətlərindən biridir. 1709 ədəd yanacaqdoldurma məntəqəsi, 1 sürtkü yağları fabriki, 10 yanacaq və 4 LPG terminal, 20 hava limanı təminat modulları və 1,1 milyon kub metr anbar tutumu ilə Türkiyənin lider yanacaq və sürtkü yağı şirkətidir. Petrol Ofisi sürtkü yağları və qres istehsalını 140.000 ton istehsal qabiliyyətinə sahib fabrikində həyata keçirir.
Hökumət Ofisi (Vyetnam)
Hökumət Ofisi (vyet. Văn phòng Chính phủ) — Vyetnamda hökumətə və baş nazirə yardım edən nazirlik səviyyəli agentlik. Hökumət Ofisinə rəis rəhbərlik edir. Vyetnam Hökumət Ofisinin hazırkı rəhbəri Çan Van Şondur. == Rol və funksiyalar == Hökumət Ofisi bir sıra rol və funksiyalara malikdir, xüsusən: Hökumətin birgə fəaliyyətinin təşkilində ona kömək etmək Hökumətin və dövlət idarəetmə sisteminin mərkəzdən yerli səviyyələrə qədər fəaliyyətinə rəhbərlik etmək, istiqamətləndirmək və idarə etməkdə Baş nazirə kömək etmək Hökumətin, Baş nazirin istiqamətləndirilməsi və idarə edilməsi üçün xidmətlər göstərmək və qanunvericilikdə nəzərdə tutulmuş qaydada ictimaiyyətə məlumat vermək Hökumətin və Baş nazirin fəaliyyəti üçün fiziki şəraiti və texniki tələbləri təmin etmək.
Proqramların Qiymətləndirilməsi Ofisi
Proqramların Qiymətləndirilməsi Ofisi — 13 dekabr 1955-ci ildə Birləşmiş Ştatların Müdafiə Departamenti tərəfindən yaradılmış, Laos krallığında fəaliyyət göstərən məxfi paramilitar missiya. 23 iyul 1962-ci il tarixli Laosun neytrallığı haqqında beynəlxalq müqavilə 1962-ci ilin sentyabrında missiyanın sona çatmasına gətirib çıxarmışdı. == Zəmin == İkinci Dünya müharibəsinin sona çatması ilə Laos artıq Fransa İttifaqının tabeliyində deyildi. Dövlət tamamilə suveren olmuş və Laos Kral Hökuməti tərəfindən idarə olundu. Cenevrə Konfransında əldə edilən razılaşmalar Laosun xarici hərbi bazalara malik olmasını və hər hansı xarici hərbi ittifaqda iştirakını qadağan etmişdi, lakin Laos Kral Ordusunu dəstəkləyən kiçik bir Fransa hərbi təlim missiyasına icazə verilmişdi. CenevrəKkonfransından sonra Fransa 1 yanvar 1955-ci ildə Laos hökumətini maliyyələşdirməyi dayandıracağını elan etmişdi. Fransa təlim missiyası sona çatmışdı. ABŞ Vyetnamı mühasirəyə almaq məqsədilə Laos Kral Ordusunun kommunist Şimali Vyetnam tərəfindən dəstəklənən Patet Laoya qarşı təkmilləşdirməyə çalışırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Ahern, Thomas L. Jr. (2006), Undercover Armies: CIA and Surrogate Warfare in Laos.
Ofisiant (film)
Ofisiant (ing. Waitress) — 2007-ci il ABŞ istehsalı komediya-dram filmi. Rejissoru və ssenari müəllifi Edriyen Şellidir. Baş rolda Keri Rassell çəkilib. Film ərinin zorakılığından bezmiş, qətiyyən layiq olmadığı bir həyat yaşayan və hazırda hamilə olan ofisiant qadın Cennanın hekayəsindən bəhs edir. Onun ən böyük arzusu qazandığı pulla ondan qurtulmaqdır. Filmin premyerası 2007-ci ildə Sandens Film Festivalında baş tutdu, daha sonra film həmin ilin 2 may tarixində Fox Searchlight Pictures tərəfindən ABŞ-də məhdud sayda kinoteatrlarda nümayiş olundu.

Digər lüğətlərdə

битло́вский обветре́лый пла́стырный по-казённому подтверди́ть размягчи́ться хру́пание всеви́дящий длинноше́ий конта́кт октябри́стский отдёрнуть провиса́ть цито... командор Ливики cole enunciative fete fianchetti grind out interceptive permafrost закашивать закон