ÖLDÜRMƏK

ÖLDÜRMƏK [Natəvan:] O, anamı öldürmək istəmirdi. Atamı öldürməyin (H.Abbaszadə); AXIRINI ELƏMƏK Süleyman bəy: Kimsən, a danışma, Yoxsa mənim axırımı eləməyə gəlibsən? (Ə.Haqverdiyev); BAŞINI ƏKMƏK Xanın o biri arvadları sözü bir yerə qoyurlar ki, Hüsnübəyimin başını əksinlər (İ.Məlikzadə); CANINI ALMAQ (fr.v.) Qılıncsız, tüfəngsiz alır canımı; Kimsə bilmir, pünhan-pünhan öldürür (Aşıq Ələsgər); CƏHƏNNƏMƏ VASİL ELƏMƏK/ETMƏK Pomoşniklə yasavul geri qaçmaq istəyəndə qardaşların hərəsi qaçanın birisini cəhənnəmə vasil elədi (Ə.Vəliyev); GƏBƏRTMƏK (dan.) İldırım: Zalimlərdən birini gəbərtdim! (A.Şaiq); HƏLAK ETMƏK Padşah: ..səninlə bir yerdə və axırda özümü həlak edəcəyəm (Ə.Haqverdiyev); İŞİNİ BİTİRMƏK (dan.) Şükür bəy: Bu gün müəllimin işini bitirməlisən (A.Şaiq); QANINA QƏLTAN ETMƏK ..qoçu Ağabalanı belə bir qarı öz qanına qəltan etmişdi (S.Rəhimov); QƏTL ELƏMƏK/ETMƏK Əmiraslan ağa: Mən isə bu gün mənə xain olmuş ciyərparəmi bu xəncər ilə qətl edəcəyəm (S.S.Axundov); QIRMAQ (dan.) Mahru: Xalqı qırdılar, yenə də qırmağa hazırlaşırlar... (M.S.Ordubadi); MƏHV ELƏMƏK/ETMƏK Firəngiz: O Muxtar özünü məhv edər, biz də ömürlükcə bədnam olarıq (B.Bayramov); MURDARLAMAQ (məc., dan.) Eyvaz: Canımız üçün, kafir az qala məni murdarlamışdı.. (Ə.Vəliyev); SAĞ QOYMAMAQ Rəcəb Xasaya: Ona uyduğunu bilsəm, inan ki, səni sağ qoymaram (A.Şaiq); TORPAQ ALTINA YOLLAMAQ (dan.) Tükəz: Əzrayılın yolu yumulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanlan torpaq altına yollayır! (M.F.Axundzadə),

ÖLÇÜSÜZLÜK
ÖLGÜN
OBASTAN VİKİ
Bülbülü öldürmək
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir".Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur. Kitab Birləşmiş Ştatların məktəblərində tolerantlığı və qərəzsiz mövqeni təbliğ edən dərslərdə geniş şəkildə tədris olunur.
Sultanı öldürmək (roman)
Sultanı öldürmək - Türkiyə yazıçısı Ahmet Ümit tərəfindən 2012-ci ildə yazılmış krimanal roman. Roman cinayət, məhəbbət və tarix üslublarını özündə birləşdirir. == Hekayə == Hadisələr XV əsr Osmanlısından bəhs edir. Osmanlı padşahı və Konstantinopolun fatehi Fateh Sultan Mehmet öz qüdrətinin zirvəsindədir. Konstantinopol fəth olunmuşdur, sultanın adı bütün dünyaya yayılmışdır. 49 yaşında hakimiyyətinin ən qüdrətli dövrünü yaşayan sultan müxtəlif xalqlardan, müxtəlif dinlərdən olan insanlardan yeni xalq qurmaq istəyi ilə alışıb yanır. Lakin qəflətən sultan öldürülür. Hakimiyyət uğrunda iki şahzadə mübarizəyə qalxır. Saray iki yerə ayrılır. Xalq isə bundan xəbərsizdir...
Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Bülbülü öldürmək (film, 1962)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Nəzakətlə öldürmək (film, 2012)
Billi öldürmək: 1-ci hissə (film, 2003)
Billi öldürmək: 1-ci hissə — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Filmin baş rolunda Gəlin obrazını canlandıran Uma Turman onu və bətnindəki körpəsini öldürməyə çalıışan sui-qəsdçilər dəstəsini (Lyusi Lyu, Maykl Madesn, Deril Hanna və Vivika A. Foks) və onların başçısı Billi (Devid Karradin) öldürməyə and içir. Qarşısına qoyduğu məqsəd onu Tokyoya aparır və orada yakuza ilə üz-üzə gəlir. Billi öldürmək filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. Billi öldürmək: 2-ci hissə bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu. == Filmin süjeti == Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.

Digər lüğətlərdə

ази́йский зачёсываться изъязвля́ть калькули́роваться монстр отраста́ние подку́р сатани́нски готтенто́тский коми́ссия на́триевый нату́жить байка дагликс battle-wagon half-rest Hodge Independence swollen-headed tercentennial turves неувядаемый сеялка установочный яйла