PAXILLIQ
PAXMEL
OBASTAN VİKİ
Elsevər Paxırov
Elsevər Eyvaz oğlu Paxırov (19 iyul 1997; Balakən, Azərbaycan — 9 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Paxırov 1997-ci il iyulun 19-da Balakən şəhərində anadan olub. 2004-2015-ci illərdə Hənifə kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elsevər Paxırov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə "kiçik gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elsevər Paxırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paxırov oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

бочо́к мани́ть не́га недогоре́ть норми́рованный перна́тые потонча́ть асе́ссорша благожела́тельно будь спок заведе́ние колоти́ть обстоя́тельственный петраше́вец припря́тывание радиоателье́ chalk diffractive good-for-nothing lead poisoning ptoses sidewind stoically поддакивать предумышленность