PALÇIQ Bu yoxuşun başından at və ulaq endikcə palçığı da üstdən yenişə süpürüb aparırdı (S.Rəhimov); BATAQ Araba getmədi əsla qabağa; Deyəsən batmış idi bir batağa (A.Səhhət); BATDAQ Yağışlı bir gün idi. Batdaq dizə çıxırdı (Mir Cəlal); QARAMA Bəhram ayağını üzəngiyə qoyub [atı] minmək istərkən yəhər çevrildi, o da böyrü üstə qaramaya yıxıldı (Ə.Vəliyev); LIĞ (dial.) Haravanı Zığa salma (ADDL); LIQQA O, üstünü lıqqaya tulıyır (ADDL); ZIĞ O Safo, uzun əl ağacım irəliyə atıb addımlarını sulu zığdan qaldırmaq istərkən, hacı onun döşündən geri itələyərək: – Hara belə? – dedi (S.Rəhimov);ZIĞ-ZIMRIQ O Safo, zığ-zımrığa bulanmış halda dağarcığını çiyninə götürmüş, evinə yetişcək özünü mitilin arasına salmışdı (S.Rəhimov).