TACİR Bu həmin o tacirlərin karvanı idi, onları neçə il bundan qabaq Baybura Ru elinə göndərmişdir... (Anar); BAZİRGAN (köhn.) Ağır yüklü dəvələr ləngər vura-vura addımlayırdı, bazirganlar da yorğun, yuxusuz idilər (Anar); BƏZZAZ (köhn.) Hacı Kərim Bakıda məşhur bəzzazlardan idi (A.Şaiq); SÖVDƏGƏR (köhn.) [Maşo:] ..iki ovçu ovdan söhbət edirlər, sövdəgərlər alış-verişdən, iki arvad rast gəldilərsə, modadan, paltardan danışırlar (N.Nərimanov); BİZNESMEN (evf.), KOMMERSANT.