Uçaq
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi.
Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir.
== Tipləri ==
Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər.
Təyinatına görə
Sərnişin
Hərbi
Qırıcı
Qırıcı-bombardmançı
Bombardmançı
Raketdaşıyıcılar
Hücumçular
Kəşfiyyat
Korrektəçilər
Çoxməqsədli və xüsusi
Nəqliyyat
Desant
Havada yanacaq dolduranlar
Hava təyyarə daşıyıcısıMülki təyyarələr
Sərnişin nəql edənlər
Nəqliyyat (yüklərin daşınması)
Poçt
Kənd təsərrüfatında kübrələrin işlənməsi
Tədris-təlim
İdman
Sanitar
Geoloji-kəşfiyyat
YanğısəndürməMühərriklərin tipinə görə
Porşenli
Turbinli
TurbinreaktorluMühərriklərin sayına görə
bir mühərrikli
iki mühərrikli
üç mühərrikli
dörd mühərrikli
altı mühərrikli
səkkiz mühərrikliSürətinə görə
Səs sürətinə qədər
Səs sürətindən yuxarı
HipersəsEniş orqanlarına görə
Quruda
Gəmidə
Hidrotəyyarələr
Uçan gəmilərUçuş və enişə görə
Şaquli
Qısa
AdiÇəkmə mənbəyinə görə
Vintli
Reaktivİdarəetmə növünə görə
Pilotlu
Avtomatlaşdırılmış, Pilotsuz
==== Yaranma tarixi haqqında ====
Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.