ZALIM

ZALIM [Tağı:] Bəradər, mən deyəndə ki, .. padşah zalın idi, onun zamanında dədəm yazığın köynəyinin boynu barmaq qalınlığında çirk bağlamışdı, siz nə dedüz? (M.İbrahimov); ALLAHSIZ (məc., dan.) Sonra da “allahsızın” biridir, Cəbrayıl xəbər gətirib ki, qanı halaldır – deyirdilər (M.İbrahimov); AMANSIZ Sinəmdə yer salıb o gündən bəri; Amansız ovçunun yara izləri (M.Rahim); BAŞKƏSƏN (dan.) Əjdər: O biri tərəfdən, deyir, cavan, bığıburma sağlam oğlandır, gəl ki, başkəsəndir (Anar); BİMƏRHƏMƏT Bimərhəmət əyanlarına şükr, xudaya! Bu sahibi-milyonlarına şükr, xudaya! (M.Ə.Sabir); BİRƏHM Cabbar bəy: Əhməd bəy, bilmirsən necə zalımdırlar, birəhmdirlər... (N.Vəzirov); CƏFAKAR Yox böylə iki dilli, yaman üzlü cəfakar; Bir zərrə utanmaz (M.Ə.Sabir); CƏLLAD (məc.) Rüstəm: Gəl bu cəlladın qapısından uzaqlaşaq (A.Şaiq); ƏZAZİL Səslər: Deyirlər Zəki müəllim əzazildir (Anar); ƏZRAİL (məc.) Qurban: Amma onu çox əzrail arvad söyləyirlər (Ə.Haqverdiyev); XUNXAR (kl.əd.)Xunxar olan əfradi-bəni-növünə daim; Bu vəhşiyü ğürranlarına şükr, xudaya! (M.Ə.Sabir); İMANSIZ (məc.) Yunis: ..o, Yaqutun anası necə imansız arvaddır... (Ə.Məmmədxanlı); İNSAFSIZ İnsafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiyninə verib səhərdən axşama qədər... mənə su daşıtdırardı (İ.Əfəndiyev); QANİÇƏN Nüşabə: Heç inanmaq olarmı bu qaniçənə? (A.Şaiq); QANSIZ (məc.) Nə qansız adamsan, a kişi! (Mir Cəlal); QƏDDAR Selimə: Ən qəddar insanların da qəlbində vicdan əzabı doğuran bir düha məharətdən məhrum ola bilməzdi... (M.Hüseyn); MƏRHƏMƏTSİZ Solmaz: Sus, Altun bəy, mərhəmətsiz! (C.Cabbarlı); MÜSTƏBİD (köhn.) İbrahim xan da müstəbid idi, xalqa olmazın zülm edirdi.. (Çəmənzəminli); RƏHMSİZ Muxtar: Ana da təkcə balasına bu qədər rəhmsiz olarmı? (B.Bayramov); SİTƏMKAR Hacı Qəmbər: Əlavə mən deyirəm ki, əzizim, qoy gedim bu tiği-sitəmkarı oxlatdırım (N.Vəzirov); YAMAN Dostuna dost, düşməninə yamanam (Aşıq Əziz); YIRTICI (məc.) Solmaz: O çox yırtıcıdır (C.Cabbarlı); ZÜLMKAR Bəhlul: Sizin zülmkar olduğunuz hamının bildiyi, danışdığı köhnə və məlum bir şeydir (A.Şaiq); ƏZAZİL (məc.).

ZAL
ZALIMLIQ
OBASTAN VİKİ
Zalım astrakanta
Zalım gəvən (lat. Astragalus insidiosus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Azərbaycanda təbii halda bitir. == Botaniki təsviri == Yarpağını tökən koldur. Kolları qısa budaqlıdır. Yarpağı seyrək tüklü, azca əyilmiş, 2-3,5 sm uzunluqda olub, tikanlıdır. Yarpaqcıqların miqdarı 3-4 cüt olub, xətvari, 8–16 mm uzunluqda, 1–2 mm enindədir. Tikanların ucu şişdir. Birillik budaqların üzərindəki yarpaqların qoltuğunda 3 çiçəkdən ibarət, başcıq formalı çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı xətvarı, 7- uzunluğunda olur.
Zalım gəvən

Zalım Şəhər
Wicked City (yap. 妖獣都市; azərb. Zalım Şəhər‎) – 1987-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Xarici keçidlər == Wicked City — Internet Movie Database saytında.
Yaxşı, pis, zalım
Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur. == Məzmun == Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir. Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir.
Yaxşı, pis, zalım (film, 1966)

Bu zalım dünyada doğulma (teleserial, 2009)
Bu zalım dünyada doğulma — Hindistan serialı. == Məzmun == Ammaci Virpur kəndinin başçısıdır. O, həmin kənddə qızların doğulmasına qadağa qoymuşdur. Lakin sonradan onun kiçik oğlu Raghavın həyat yoldaşı Sia seçkilərdə qalib gəlir və kəndin başçısı təyin edilir. Həmin gündən sonra Ammacinin planları baş tutmur. Sianın əkiz qızları olur. Lakin Sia ölür. Ammacinin düşmənləri tərəfindən Raghav da öldürülür. Aradan 18 il ötür. Sia ilə Raghavın qızları onların yolunu davam etdirirlər.

Digər lüğətlərdə

безде́льник вклёпывать доя́р курси́ровать молча́линство неограни́ченность отговори́ть отымённый серебря́нка хва́тко этаже́рка вспомога́тельный ехи́дца опре́ть рассуди́тельный bilinear cavendish credential drip sheet heresy hustler overdraw soldering-iron X-radiation фрондировать