ADLİ

hüquq, hüquqi
ADLI
ADRES
OBASTAN VİKİ
Yasin Adli
Yacine Adli (29 iyul 2000, Vitri-sür-Sen) — Əlcəzair əsilli Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. == Həyatı == 29 iyul 2000-ci ildə anadan olub. == Klub karyerası == === PSJ === Yasin Adli 2013-cü ildə "PSJ" klubunun uşaq komandasına qoşulur. Adli 19 may 2018-ci ildə "PSJ"-nin əsas heyətində, Liqa 1 matçında "Kann" klubuna qarşı oyunda debüt edir. O, səfərdə 0:0 hesablı heç-heçə ilə bitən oyunun 83 dəqiqəsində Kristofer Nkunku əvəz edir.2 iyul 2018-ci ildə Adli "PSJ" ilə ilk peşəkar müqaviləsini imzalayır. === Bordo === 31 yanvar 2019-cu ildə, 2018–19 qış transfer pəncərəsinin son günü, Adli "PSJ"nin liqadakı rəqiblərindən olan "Bordo" klubuna transfer olunur. Futbolçu yeni klubu ilə 4+0.5 illik müqavilə bağlayır. Transferin qiyməti 5,5 milyon avro və növbəti satışdan 40% qazanc şərti ilə olur."Bordo" klubunun heyətində 67 oyun keçirir və 5 qol vurur. === Milan === 31 avqust 2021-ci ildə Adlinin İtaliya nəhəngi "Milan" klubu ilə 5 illik müqavilə imzaladığı açıqlanır.
Adlinda (krater)
Adlinda – Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur (zərbə krateri). Diametri təxminən 1000 kilometrdir. Kallistonun cənub yarımkürəsində yerləşir. Adını İnuit mifologiyasından almışdır. Nisbətən daha gənc olan böyük Lofn krateri Adlindanın üzərində yerləşir. Bu kraterin parlaq səthi Adlindanın səthinin 30%-ni tutur və onun ətraflı tədqiqini əngəlləyir. Lofn da zərbə krateridir.
Rafflesia tengku-adlinii
Rafflesia tengku-adlinii (lat. Rafflesia tengku-adlinii) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Samuil Adlivankin
Samuil Yakovleviç Adlivankin (rus. Самуил Яковлевич Адливанкин; 19 iyul 1897 – 7 mart 1966, Moskva) — Rusiya və SSRİ rəssamı. == Həyatı == Samuil Yakovleviç Adlivankin 7 iyul 1897-ci ildə Rusiya imperiyasında Mogilyov quberniyasının Tatarsk kəndində anadan olmuşdur. O, 1912–1917-ci illərdə Odessa Teatr və İncəsənət Məktəbində və 1918–1919-cu illərdə Vladimir Tatlin yanında Dövlət Azad Rəssamlıq Emalatxanalarında təhsil almışdır. Adlivankin əvvəlcə futurizm ruhunda yarımabstrakt rəsm əsərləri çəkmişdir ("B. A. portreti", 1918). O, "Yeni Rəssamlar Cəmiyyəti" ("Bıçaq"; 1921–1924) dərnəyinin yaradıcılarından biri olmuşdur. Adlivankin bu illərdə əsərlərinin ən orijinalını, sadəlövh sənət tərzində həllini, ironik lirik əhval-ruhiyyəsini yaratmışdır ("Ailə ilə avtoportret", "Tramvay B"; hər ikisi – 1922), sonralar OST ("Gənc təyyarə modelçiləri", 1932, Rusiya muzeyi) və standart sosialist realist əsərləri ("V. İ. Lenin və M. Qorki Kapridə", 1939, İnqilab muzeyi, Moskva) ruhunda rəsmlərə keçmişdir. O, 1931-ci ildən İzobriqadalar Cəmiyyətinin üzvü, kitab və jurnal rəssamı, "Soyuzdetfilm" studiyası üçün kino rəssamı işləmiş, 1938–1939-cu illərdə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin tərtibatında iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Берман Б. З. О выставке Нового общества живописцев // Советское искусствознание `79. Вып.
безъязы́чие разоблачи́тельствовать взаи́мный врыва́ть грампласти́нка йо́та крем-со́да незабу́дка перенаселя́ться песо́чить ста́ртовый стесне́ние green blight Kentucky bluegrass marketing ontogenesis persuasion tomography буянить восьмигранный докука многотысячный резерв сознательность файдешин