DÜZYAZI
EBEDİ
OBASTAN VİKİ
Barringtonia eberhardtii
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Barringtonia acutangula növü Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır. == Sinonim == == İstinadlar == Barringtonia acutangula:''The Plant List saytında takson barədə məlumat.
Ebelyax körfəzi
Ebelyax körfəzi — Laptevlər dənizinə daxil olan körfəz. Dənizin cənub-şərqində yerləşir. İnzibati cətətdən Rusiyanın Saxa Respublikası ərazisinə daxildir. Svyatoy Nos burnu ilə Şirokostan yarımadası arasında yerləşir. Materikin daxilinə 26 km uzanır. Eni 37 km, dərinliyi 11 km təşkil edir. Sahilində tundra bitkiləri yayılmışdır. Cənub sahilləri alçaqdır. Şimalında isə sıldırımlıdır və hündürlük 387 metrdir. Körfəzə Suruktax, Adarqaydax, Ekekey çayları axır.
Ebenaceae
Ebenakimilər (lat. Ebenaceae) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Diospyros L. — Xirnik və ya Xurma və ya Diospiros Euclea L. — Evkleya və ya Eukleya Lissocarpa Benth.
Ebenakimilər
Ebenakimilər (lat. Ebenaceae) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Diospyros L. — Xirnik və ya Xurma və ya Diospiros Euclea L. — Evkleya və ya Eukleya Lissocarpa Benth.
Ebenaçiçəklilər
Ebenaçiçəklilər (lat. Ebenales) — i̇kiləpəlilər sinfinə aid bitki sırası.
Ebenezer-pleys
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir.Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir.Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır.Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Ebenezer Place
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir.Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir.Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır.Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Ebense həbs düşərgəsi
Ebense həbs düşərgəsi (alm. Konzentrationslager Ebensee‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Avstriyada yaradılmış Nasist həbs düşərgəsi.
Ebenzee həbs düşərgəsi
Ebense həbs düşərgəsi (alm. Konzentrationslager Ebensee‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Avstriyada yaradılmış Nasist həbs düşərgəsi.
Eber Lopes
Eber Lopes (port. Héber Roberto Lopes; 13 iyul 1972, Londrina, Braziliya) — Braziliyalı futbol hakimi. == Hakimlik karyerası == 1995-ci ildən peşəkar hakimdir, 1997-ci ildən Braziliya çempionatının oyunlarını idarə edir.2012-ci ildən FİFA hakimidir.Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunlarında hakimlik edib. 2016-cı il Kopa Amerika Sentenario final oyununu idarə etmişdir. Lopes finalda əsasən, argentinalıların etirazlarına səbəb olan qərarlarla yadda qalmışdı. Brazilyalı referi həlledici oyunda Çilinin və Argentinanın bir oyunçusuna qırmızı vərəqə vermişdi. Matçın 28-ci dəqiqəsində çilili Marselo Diazı ikinci sarı vərəqəylə meydandan qovan hakim, 43-cü dəqiqədə isə argentinalı Markos Roxoya qırmızı vərəqə göstərmişdi.
Eberqin binası (Rostov-na-Donu)
Eberqin binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Serafimoviç küçəsi, ev 76 ünvanında yerləşir. Binada konstruktivizm stilinə sahibdir. Bina 1934-cü ildə inşa edilmişdir. Regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. == Tarixi == Rostov-na-Danu ərazisində məşhur rostovlu arxitektor Lev Leonidoviç Eberqin layihəsi əsasında inşa edilmişdir. O, Rostov-na-Donu şəhərində bir çox tarixi binaların layihə müəllimidir. 1932-ci ildən Rostov-na-Donuda yaşayan arxitektor. Teatralnı meydanında yerləşın M. Qorki adına Rostov Akademik teatrının tikintisinə öz töhfəsini vermişdir. Onun layihəsi əsasında «Rostov» mehmanxanası, «Rusiya» kinoteatrı, "Zolotoy Kolos" yaşayış binası və s.
Ebetsu
Ebetsu (yap. 江別市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
Fridrix Ebert
Fridrix Ebert (alm. Friedrich Ebert‎; 4 fevral 1871[…], Heydelberq, Baden knyazlığı[d], Almaniya imperiyası – 28 fevral 1925[…], Berlin, Prussiya[d], Veymar Respublikası) — alman sosial-demokratı, SDP-nin əsas xadimlərindən biri və onun "revizionist" qolunun lideri. Almaniyada Noyabr inqilabından sonra ilk reyxskansleri, ilk Almaniya prezidenti (Veymar Respublikası, 1919–1925) və həmçinin Almaniyanın ilk demokratik olaraq seçilmiş dövlət başçısı. == Həyatı == Fridrix Ebert 1871-ci ildə Heydelberq şəhərində dərzi ailəsində doğulub. Həmkarlar ittifaqı hərəkatında iştirak edən Ebert, Sosial Demokrat Partiyasında siyasi yüksəkliklərə nail olmuş, 1905-ci ildə Baş katib, 1913-cü ildə partiya sədri olmuşdur və 1914-cü ilin avqustunda Ebert, Birinci Dünya müharibəsinin başlanğıcının lazımlı "müdafiə" bir tədbiri olduğunu iddia edərək, SDP'nin əlavə hərbi vəsaitlər üçün demək olar ki, yekdil dəstək əldə etmişdir. Ebert və Şeydeman tərəfindən idarə olunan partiya rəhbərliyinin bu mövqeyi partiya içində bölünməyə gətirib çıxardı, nəticədə sol və mərkəz sol qanad 1917-ci ilin əvvəlində Almaniyanın Müstəqil Sosial Demokrat Partiyasını formalaşdıraraq partiyanı tərk etdi. SDP liderlərinin qalan hissələrinə nisbətən, Fridrix Ebert kayzer fikirləri ilə fərqlənirdi. Noyabrın inqilabı ərəfəsində Rexkansleri Baden Şahzadəsi ilə söhbətində, monarxiyanın qorunub saxlanılmasına ümid etdiyini və respublikanı onun yoldaşı Philip Scheidemann "özbaşına" hesab etdiyini elan etdi. Ebertin reyxprezidentliyi zamanı müharibə və siyasi qeyri-sabitliyin itirilməsi Almaniyada ağır iqtisadi böhrana səbəb oldu. 1923-cü ilin noyabrında Ebert Hustav Stresemannın koalisiya hökumətini tərk edən öz partiyasına qarşı çıxdı.
Karl Ebermayer
Karl Henrix Ebermayer (alm. Carl Heinrich Ebermaier‎; 4 fevral 1802, Reda-Videnbrük[d] – 1 yanvar 1870, Düsseldorf, Reyn əyaləti[d]) — Almaniya həkimi və müalicəvi bitkilər üzrə yazıçısı. Karl, həkim, əczaçı və tibb yazıçısı olan İohann Xristof Ebermayerin (1768–1825) oğludur. == Bioqrafiya == Karl Henrix Ebermayer 4 fevral 1802-ci il tarixində, o vaxtlar Prussiya krallığının, hal-hazırda Almaniyanın tərkibində olan Reda qəsəbəsində anadan olmuşdur. Karl, əczaçı olan İohann Xristof Ebermayerin oğlu idi. 1824-cü ildə o, Berlin şəhərində tibbi doktoranturasını almış, daha sonra Düsseldorf şəhərinə köçüb, orada tibbi təcrübəsini təkmilləşdirmişdir. Karyerası dövründə Karl, tibbi müşavir və gizli müşavir olaraq fəaliyyət göstərmişdir.Ebermaiera adlı bitki növü (Akantkimilər bitki fəsiləsi) Karlın soyadını daşıyır. Karl "Handbuch der medicinisch-pharmaceutischen Botanik" (azərb. Müalicəvi Əczaçılıq Botanikası Kitabçası‎) kitabında, nəbabşünas olan Teodor Fridrix Lüdviq Nes fon Ezenbeklə (1787–1837) birlikdə işləmişdir. == Əsərləri == Plantarum papilionacearum : monographiam medicam, 1824 Ueber den Schwamm der Schädelknochen und die Schwammartigen Auswüchse der harten Hirnhaut, 1829 Erfahrungen und Ansichten über die Erkenntniss und Behandlung des asiatischen Brechdurchfalls, 1832.
Lorenzo Ebesilyo
Lorenzo Ebesilyo (nid. Lorenzo Ebecilio; 24 sentyabr 1991[…]) — holland futbolçu. == Həyatı == Lorenzo Ebesilyo 24 sentyabr 1991-ci ildə Hollandiyanın Horn şəhərində anadan olub. Futbolçu, peşəkar karyerasında "Ayaks"da başlayıb. Bu komandada 38 oyunda meydana çıxan və 9 qola imza atan Ebesilyo, Amsterdam klubuyla iki dəfə Hollandiya çempionu olub. Bu ilin qışında Donetsk "Metallurq"una transfer olunan Lorenzo, 6 ayda 6 oyuna çıxıb və rəqib qapısına yol tapa bilməyib. İyunun 5-dən "Qəbələ"nin oyunçusudu. Hollandiyanın U-17, U-19 və U-21-də oynayan Ebesilyo, Çempionlar Liqasında da 9 oyunda meydana çıxıb. Bir-iki əlavəni çıxmaqla, bu futbolçu haqda dolğun məlumat almaq istəyənlər, daha geniş axtarış əhatəsinə malik olmalıdılar. Elə biz də "Vikipediya"yla kifayətlənməyib, Ebesilyonu başqa mənbələrdən, daha yaxından tanımağa çalışdıq.
Mixaela Ebert
Mixaela Ebert (7 iyun 1997) — Almaniyalı peşəkar qadın trek velosipedçisi. Ebert Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. Ebert 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Fridrix Ebert Fondu
Fridrix Ebert Fondu — Almaniyanın ən qədim qeyri-hökümət təşkilatlarından biri olmaqla Almaniya Sosial Demokrat Partiyasına (SPD) bağlı fondudur. Alman Vəqfləri Federal Assosiasiyasının məlumatına görə, Fridrix-Ebert Fondu 2019-cu ildə ümumi xərcləri 190,3 milyon avro ilə bütün Alman siyasi fondları arasında ikinci olub. Əksər digər siyasi fondlar kimi, bu fond da sırf hüquqi və iqtisadi baxımdan bir fond deyil, qeydiyyatdan keçmiş bir birlikdir. Onun mərkəzi Bonnda yerləşir, həmçinin Berlin filialı da var. == Yaranma tarixi == Almaniya Sosial Demokrat Partiyasının sədri Fridrix Ebertin adını daşıyan və onun vəsiyyətində özü tərəfindən təklif edilən fond (FES) onun ölümündən bir neçə gün sonra 1925-ci il martın 2-də yaradılmışdır.Əsas vəzifə təhsil sahəsində işçilərə qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparmaq idi. İkinci Dünya Müharibəsindən sonra Sosialist Alman Tələbə İttifaqının təşəbbüsü ilə FES yenidən quruldu. 1948-ci ildən etibarən ilk qrantlar Helmut Şmidt də daxil olmaqla seçilmiş sosial demokratlara ödənilirdi. 1960-cı illərdən etibarən FES inkişafa yardım sahəsində getdikcə daha çox iştirak edir. Bununla o, Afrika Milli Konqresi kimi demokratikləşmə və azadlıq hərəkatlarını dəstəklədi və Yunanıstan, İspaniya və Portuqaliyada diktatura rejimlərinin aradan qaldırılmasında mühüm rol oynadı. Beləliklə, Portuqaliya Sosialist Partiyasının 1973-cü ildə FES tərəfindən yaradılması təsadüfi deyildi.
вы́борность добри́ть заныря́ть земе́льный кли́ника легкомы́сленно маркизе́товый полубоги́ня привёрстываться федери́ровать цеди́ть агонизи́ровать грибое́ды затаённый несгиба́емый сползать телескопи́я уваля́ть bed-sitting-room cuprous delivery truck grass-fed mimeo Zoilus крякать