HABBE
HABİS
OBASTAN VİKİ
A Haber
Fris Haber
Fris Haber (alm. Fritz Haber‎, 9 dekabr 1868, Breslau — 29 yanvar 1934, Bazel) — yəhudi əsilli alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1918). Fris Haber 1911-ci ilə qədər Karl Boş ilə birlikdə işləyərək,araşdırmaları nəticəsində Haber-Bosch nəzəriyyəsini yaradıb. İnqilab sayılacaq bu kəşf sayəsində onlar birbaşa olaraq hidrogen və azotdan ammonyak sintez etməyi bacardılar. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar.Haber, Birinci Dünya müharibəsi,xüsusilə İkinci İpr döyüşü dövründə xlor qazı və digər zəhərli qazların ixtirası və silahlanmada istifadəsi ilə bağlı apardığı ilk illərdəki fəaliyyətinə görə "kimyəvi müharibənin atası" sayılır. == Erkən həyatı və təhsili == Fris Haber Prussiyanın Breslau (indi Polşanın Vrotslav şəhəri) şəhərində maddi imkanları yaxşı olan yəhudi ailəsində anadan olmuşdur.:38 Ailənin övladlarına verdiyi Haber adı bölgədə yayılmış ad idi,ailə məhz bu adı,Haberin Kempnodan olan yun alveri ilə məşğul ulu babası Pinkus Selinq Haberin şərəfinə övladlarına vermişdilər. 13 mart 1812-ci ildə,Pinkus Haber də daxil olmaqla yəhudilər və ailələrinə "yerli vətəndaşlar və Prussiya vətəndaşları kimi davranılmalısı" haqqında tarixi əhəmiyyətli Prussiya fərmanı verildi. Bu cür qaydalara əsasən, Haber ailəsinin üzvləri ticarət, siyasət və hüquq sahələrində hörmətli mövqelər qura bildilər.:3–5Fris Haber, ailələrinin ciddi müqavimət göstərməsinə baxmayaraq evlənən ilk əmiuşağı Ziqfrid və Paula Haberin oğlu idi. Frisin atası Ziqfrid, boya piqmentleri, boyalar və əczaçılıq sahəsində öz işini qurmuş şəhərdə tanınmış tacir idi.:6 Paula çətin hamiləlik yaşadı və Frisin doğumundan üç həftə sonra öldü,Ziqfrid məyus oldu və Frisi xalalarının himayəsinə verdi.:11 Fris təxminən altı yaşındaykən, Ziqfrid yenidən Hedviq Hamburqer ilə evləndi. Ziqfridin ikinci həyat yoldaşından Els, Helena və Frieda adlı üç qızı var idi.
Haber Global
Haber Global — 2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi xəbər kanalıdır. == Tarixçə == 2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı. Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi. Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi. Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi. İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi. Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu. Lakin o, bu vəzifədə cəmi 16 ay qala bildi. Ərdoğan Ağdaşdan sonra telekanalın rəhbəri jurnalist Faruq Dəmirəl oldu.
Haber krateri
Haber krateri (lat. Haber) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Fris Haberin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Lavleys krateridir və ondan cənub-qərbdə yerləşir. Lenard krateri bu kraterdən şimal-qərbdə, Ermit şimalda və Silvester krateri isə cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°24′ şm. e. 94°38′ q. u.83,4° şm. e.
TRT Haber
TRT Haber TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 mart 2010-cu il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT 2 bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. 18 noyabr 2013-cü il tarixində "HD" yayıma başlamış və 16:9 formatlı yayıma keçmişdir.
A Haber HD
Haber-Veys reaksiyası
Haber-Veys reaksiyası- H2O2 (hidrogen peroksid) və superoksidin (• O2−) OH hidroksil radikalıdır. Reaksiya oksidləşdirici olaraq qəfəsdə baş verə bilər. Dəmir ionları katalizator olaraq iştirak edir və reaksiya kifayət qədər yavaş gedir. Reaksiyanın birinci mərhələsi Fe3+ -nın reduksiya olunması ilə başlayır: Fe3+ + •O2− → Fe2+ + O2İkinci mərhələ: Fe2+ + H2O2 → Fe3+ + OH− + •OHFe katalizatoru üçün ümumi reaksiya: •O2− + H2O2 → •OH + OH− + O2Reaksiyanın adı Frits Haber və onun tələbəsi İosif Veysin şərəfinə adlandırılmışdır. == Tarix == 1931-ci ildə alman kimyaçısı və kimya üzrə Nobel mükafatçısı Frits Haber və tələbəsi İosif Veys Haber-Weiss reaksiyası adlanan zəncirvari reaksiyanı belə izah etmişlər: (1) HO• + H2O2 → H2O + O2•- + H+ (2) O2•- + H+ + H2O2 → O2 + HO• + H2OLakin 1947-ci ildə Corc superoksid və hidrogen peroksid (2) arasındakı reaksiyanın superoksid parçalanmasının sürətli reaksiyasına nisbətən əhəmiyyətsiz olduğunu göstərdi: (3) O2•- + H2O2 → OH− + HO• + O21949-cu ildə Veys bu dəlilləri qəbul etdi və Haber- Veys reaksiyası uzun müddət unuduldu. 1970-ci ildə Boşamp və Fridoviç superoksidin toksik təsirlərini izah etmək üçün unudulmuş bir reaksiyanı canlandırdılar, lakin 1970-ci illərdə aparılan laboratoriya tədqiqatları göstərdi ki, bu reaksiya üçün sürət sabitinin 1 M-1с-1 və ya daha az olması Corcun əvvəlki nəticələrini təsdiqlədi. Superoksid və hidrogen peroksid arasındakı reaksiyanın yenidən əhəmiyyətsiz olması təsdiqləndi və superoksidin toksikliyi Fentonun reaksiyasında öz əksini tapdı: (4) Fe2+ + H2O2 → Fe3+ + HO- + HO•1994-cü ildə Kan və Keşa sərbəst oksigeni almaq məqsədilə Haber- Veys reaksiyasına müraciət etdilər. Hal-hazırda superoksidin toksikliyi Fenton reaksiyası ilə izah edilir. == Mənbə == W. H. The Haber-Weiss cycle – 70 years later (неопр.) // Redox Report. — 2001.
Haber Türk TV
Habertürk TV — Türkiyədə Ciner Yayım Holdinq şirkətinə məxsus olan xəbər kanalıdır. Türk dilində xəbərlər yayımlayan kanalın təsisçisi Ufuq Güldəmir olmuşdur. == Tarixçə == Habertürk TV, Ufuq Güldəmir tərəfindən 23 mart 2001 tarixində Habertürk Radio ilə birlikdə təsis edilmişdir. Milli yayımçı olan telekanal, Ufuq Güldəmirin vəfatından sonra 16 noyabr 2007-ci il tarixində "Ciner Yayım Holdinq" şirkətinə satıldı. 27 oktyabr 2008-ci il tarixində kanalla eyni şirkətə məxsus olan digər televiziya kanalı "Kanal 1"-in analoq yayım tezliyindən yayımlanmağa başladı və "AGB"-nin reytinq hesabatına qatıldı. Kanalın rəhbəri uzun müddət Ərdoğan Ağdaş idi. Lakin 4 avqust 2009-cu ildə vəzifəsindən istefa verərək A Xəbər telekanalına keçdi. Ağdaşdan sonra boş qalan rəhbərlik vəzifəsinə İgid Bulud gəldi. Əli Çağatay isə kanalın xəbər koordinatoru oldu. Lakin daha sonra — 2012-ci ildə "Ciner Yayım Holdinq"-in qəbul etdiyi qərar əsasən şirkət, İgid Buludla əməkdaşlığı dayandırdı.
Halk Haber TV
Halk Haber TV — 10 yanvar 2005-ci ildə Dəniz Baykalın dəstəyi ilə qurulan televiziya kanalı. 3 fevral 2011-ci il tarixində bağlanan kanal həmin ilin 18 fevralında Cümhuriyyət Xalq Partiyasının qərarına əsasən təkrar quruldu. 31 iyul 2012-ci il tarixində 500.000 dollar borca görə "Digiturk"də yayımı sona çatdı. Borcun ödənilməsindən sonra 18 fevral 2013-cü ildə yenidən "Digiturk"də yayımlanmağa başladı. Kanalı Türksat 3A, Digiturk, D-Smart, Turkcell TV vasitəsilə izləmək mümkündür. 2013-cü ildə Gəzi Parkı hadisələri zamanı müqavimətin səsi olmuş və tamaşaçılarının sayı artmışdır.
Krım Haber Ajansı
Krım Xəbər Agentliyi (qısaca QHA ), Krım Tatar xalqının milli xəbər agentliyidir. QHA, Krım və Ukraynadakı Krım Tatarları və dünyadakı Krım Tatar diasporları ilə əlaqəli hadisələr haqqında yerli və xarici mətbuata Ukrayn, Rus, Türk və İngilis dillərində xidmət göstərir . Krım Tatar Milli Lideri Mustafa Əbdülcəmil Qırımoğlunun təlimatı ilə iş adamı İsmet Yüksel və Krım Tatar Milli Məclisi üzvü Dr. Gayana Yüksel tərəfindən qurulmuşdur. Agentlik 1944 Krım tatarlarının deportasiyasının 62-ci ildönümü olan 18 May 2006-cı ildə Simferopolda yayım həyatına başladı. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra agentliyin fəaliyyəti qanunsuz olaraq bloklandı və 2015-ci ilin iyun ayında qərargahı Kiyevə köçürərək və 2016-cı ildə Ankarada bir əlaqə ofisi açaraq yenidən quruldu.
Demirören Haber Ajansı
Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi. == Tarixi == 1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur. "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir. == Məzmunu == Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.
Doğan Haber Ajansı

Habertürk TV
Habertürk TV — Türkiyədə Ciner Yayım Holdinq şirkətinə məxsus olan xəbər kanalıdır. Türk dilində xəbərlər yayımlayan kanalın təsisçisi Ufuq Güldəmir olmuşdur. == Tarixçə == Habertürk TV, Ufuq Güldəmir tərəfindən 23 mart 2001 tarixində Habertürk Radio ilə birlikdə təsis edilmişdir. Milli yayımçı olan telekanal, Ufuq Güldəmirin vəfatından sonra 16 noyabr 2007-ci il tarixində "Ciner Yayım Holdinq" şirkətinə satıldı. 27 oktyabr 2008-ci il tarixində kanalla eyni şirkətə məxsus olan digər televiziya kanalı "Kanal 1"-in analoq yayım tezliyindən yayımlanmağa başladı və "AGB"-nin reytinq hesabatına qatıldı. Kanalın rəhbəri uzun müddət Ərdoğan Ağdaş idi. Lakin 4 avqust 2009-cu ildə vəzifəsindən istefa verərək A Xəbər telekanalına keçdi. Ağdaşdan sonra boş qalan rəhbərlik vəzifəsinə İgid Bulud gəldi. Əli Çağatay isə kanalın xəbər koordinatoru oldu. Lakin daha sonra — 2012-ci ildə "Ciner Yayım Holdinq"-in qəbul etdiyi qərar əsasən şirkət, İgid Buludla əməkdaşlığı dayandırdı.
Qeri Haberl
Qari Haberl (4 iyul 1965 — 18 noyabr 2019) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Qari Haberl Avstraliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci pillənin sahibi olub.
Yurgen Habermas
Yurgen Habermas (alm. Jürgen Habermas‎; 18 iyun 1929[…]) — Alman filosof və sosioloq, Qərb fəlsəfəsinin görkəmli nümayəndələrindən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Amerikan praqmatizminin inkişafında xidmətləri olmuşdur.
бронеспи́нка нейтро́нный подтене́тить канонизи́ровать неподку́пный подкри́кивать прельща́ться прореза́ние ро́мовый сверхбалло́н ско́бочка тяну́ть одеяло на себя трошить dumb crambo mephitis objectless outbreeding shaving basin unreacted багетный бек дожариться измарать суженый съесть