HAK

ədalət
doğruluq
haqq
HAK
HAKAN
OBASTAN VİKİ
Lusiano Hak
Lusiano Hak (ing. Luciano Huck; 3 sentyabr 1971, San Paulo) — Braziliya müğənnisi. == Həyatı == 3 sentyabr 1971-ci ildə Sao Pauloda doğulub.
Abdel Hakim Caziri
Abdel Hakim Caziri (2 iyul 1981) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdel Hakim Caziri Əlcəzairi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Anna Hakobyan
Anna Vaçiki Hakobyan (erm. Աննա Վաչիկի Հակոբյան; 1 fevral 1978, İrəvan) — Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyannın həyat yoldaşı. Armenian Times qəzetinin baş redaktorudur. Qeyri-rəsmi olaraq, Akopyan "Ermənistan Respublikasının Birinci Xanımı" olaraq qəbul edilir və bu mövqe Ermənistan Respublikası Prezidentlərinin həyat yoldaşlarına məxsusdur. == Həyatı == === Təhsili və karyerası === Anna Hakobyan 1 fevral 1978-ci ildə Ermənistan SSR-də anadan olub. İrəvan Dövlət Universitetində təhsil alıb. Məzun olduqdan sonra Ermənistanda jurnalist kimi fəaliyyətə başlayıb. Hal-hazırda Ermənistandakı ən böyük qəzet olan Armenian Times-ın baş redaktorudur. === Ermənistan İnqilabı === Hakobyan, keçmiş prezident Serj Sarkisyanın Baş Nazirliyə namizədliyini irəli sürməsinə cavab olaraq bir sıra hökumət əleyhinə dinc kütləvi etiraz aksiyaları olan 2018-ci il erməni inqilabında fəal rol oynadı. === Baş Nazirin xanımı === Hakopyan 8 may 2018-də əri Nikol Paşinyanın Baş Nazir olaraq seçilməsindən sonra Baş Nazirin xanımı oldu.
Ayka Hakoyama
Ayka Hakoyama (d. 27 iyul 1991, Naqano, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Ayka Hakoyama 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Hakoyama həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Ayka Hakoyama 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Ayka Hakoyama komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının rayon icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının şəhər icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının şəhərdə rayon icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycanın şəhər, rayon və şəhərdə rayon icra hakimiyyəti başçılarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycanın şəhər, rayon və şəhərdə rayon icra hakimiyyətlərinin siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti — Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanı. == Tarixi == 1870-ci ildə Bakı Şəhər Duması təsis edilmişdir. 1917-18-ci ilədək fəaliyyət göstərmiş, daha sonra isə yerində sırasıyla Bakı Soveti, Bakı İctimai Təhlükəsizlik Komitəsi, Bakı İctimai Təşkilatlar Şurası və Bakı Şəhər İctimai Özünüidarəsi yaradılmışdır. 1939–1977-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977–1991-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti yaradılmışdır. 1991-ci ildə isə müstəqilliyin əldə olunmasıyla Bakı Şəhər İcra Hakimiyyəti yaradılmışdır. == Rəhbərlik == Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir.
Bakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Tarix == === Bakı Şəhər Duması === 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Bayram Heydərov (hakim)
Bayram Heydərov (tam adı: Heydərov Bayram İsmayıl oğlu) — Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin sədri. == Fəaliyyəti == Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin sədri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 11 aprel 1995-ci il tarixli, 1020 nömrəli Qərarı ilə ona ikinci ixtisas dərəcəsi verilmişdir.
Beşinci hakimiyyət (film, 2013)
"Beşinci hakimiyyət" — "WikiLeaks" saytının rəhbəri Culian Assanj haqqında 2013-cü ildə çəkilmiş film. Film dünya kino prokatına 2013-cü il sentyabrın 5-də verilmişdir. == Məzmun == Film Culian Assanjın gizli yazışmalarını öz saytında necə dərc etmək fikrinə gəldiyi və ABŞ hökumətinin buna necə reaksiya verməsindən bəhs edir. Filmin əsas epizodlarında Culian Assanjın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer almışdır. == Reaksiyalar == Filmdə Culian Assanjla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olmuşdur. Culian Assanjın özü isə filmin çəkilməsinə qarşı çıxmışdır. O, filmdə öz obrazının təkəbbürlü verildiyini bildirmişdir.
Burkina-Faso hakimiyyət çevrilişi (2014)
Burkina-Faso hakimiyyət çevrilişi (fr. Révolution de 2014 au Burkina Faso) - Burkina-Fasonun VI prezidenti Blez Kompaorenin hakimiyyətdən salınması ilə nəticələnən hərbi çevriliş. Hadisələr 2014-cü ilin oktyabr ayından etibarən başlamış və Blez Kompaorenin hakimiyyət müddətini uzatmaq üçün konstitusiyaya mövcud dəyişiklilər edəcəyini elan etdikdən sonra daha da şiddətlənmişdir. == Arxa Plan == Fransanın keçmiş müstəmləkəsi olan Burkina-Faso 1960-cı ildə Fransadan ayrılıb öz müstəqilliyini elan etdikdən sonra ilk prezidentini seçmişdir. Hakimiyyətə gələn Maures Yameogo ölkənin ilk prezidenti seçilir. Mauresin ardından hakimiyyətə qısa müddətli gələn prezidentlər ölkənin sosial-iqtisadi rifahının gücləndirilməsində ciddi iş görə bilmirlər. 1983-cü ilin 4 avqust tarixində Burkina-Fasonun V prezidenti kimi hakimiyyətə gələn Toma Sankara keçirdiyi islahatlarla əhalisinin 85% yaxının yoxsulluq şəraitində yaşayan ölkənin sosial rifahının yaxşılaşdırılmasına qisməndə olsa nail olur. Qeyr-adi davranışları və addımları ilə bütün dünyanın marağına səbəb olan V prezident 1987-ci ilin 15 oktyabr tarixində Blez Kompaoreyə tabe qüvvələr tərəfindən öldürülür. 37 yaşında paytaxt Uaqaduquda öldürülən Toma Sankaranın arından elə həmin gün Blez Kompaore özünü Burkina-Fasonun yeni VI prezidenti olduğunu elan edir. 1987-ci ildən etibarən hakimiyyətə gəlmiş Blez Kompaore 2005 və 2010-cu illərdə ölkədə keçirilən prezident seçkiləri zamanı mütləq səs çoxluğu ilə qalib gəlir.
Con Uintrop Hakett
Con Uintrop Hakett (ing. John Winthrop Hackett; d. 4 fevral 1848 – ö. 19 fevral 1916) — Avstraliyalı sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru; Qərbi Avstraliya Universitetinin yaradıcısı. == Təhsilə qayğısı == Con Uintrop Hakett tərəfindən 1911-ci ildə Qərbi Avstraliya Universitetinin yaradılması təşəbbüsü irəli sürülmüşdür. O, həmin vaxt sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru idi. Bundan sonra universitetin yaradılmasında əsas rol oynayan Kral komissiyasının sədri olur. Sonradan Con Uintrop Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur. C.U.Hakett şəxsi büdcəsindən Qərbi Avstraliya Universitetinin inkişafı və Pert şəhərində universitet binalarının tikintisi üçün 425000 funt-sterlinq dəyərində vəsait ayırmışdır. == Xatirəsi == Hazırda Qərbi Avstraliya Universitetinin kampusunda yerləşən bir çox binalar Con Uintrop Hakettin adını daşıyır.
Dövlət hakimiyyəti
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Etik hakerlik
Fikrət Babayev (hakim)
Fikrət Babayev (1 iyul 1938, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (1998–2012). == Həyatı == 1 iyul 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qıvraq kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Daxili İşlər Nazirliyinin müstəntiqi vəzifəsində fəaliyyətə başlamışdır. 1967-ci ildən 1975-ci ilədək Daxili İşlər Nazirliyində müstəntiq, 1975–1978-ci illərdə Daxili İşlər Nazirliyinin şöbə rəisinin müavini, 1978-ci ildən 1981-ci ilədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq şöbəsinin rəisi vəzifəsində, 1992-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Ailəlidir dörd övladı var. 2012-ci il oktyabrın 8-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.Ailəlidir, dörd övladı var.
Fredrik Hakansson
Fredrik Hakansson (2 avqust 1975) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Fredrik Hakansson İsveçi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. == Həyatı və karyerası == Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.

Digər lüğətlərdə

в масть дешеве́ть загво́здка непропорциона́льность отбу́чиваться похране́ние почте́нность поэтизи́ровать удо́бриться вы́емчатый кинопрока́тчик кипре́й клироша́нка литографи́ческий незабыва́емость примагни́чивание шарма́ночка синица decagonal deverbal fissive lux switching ректификация сталкиваться