NALIN
NAMAZ
OBASTAN VİKİ
Nam ulusu
Nam ulusu (saxa Нам улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nam kəndidir. Kənd respublikanın paytaxtı Yakutskdan quru ilə 84 km, su yolu ilə 96 km məsafədə yerləşir. == Coğrafiyası == Mərkəzi Yakutiyada yerləşdi. Sahəsi - 11,9 min km²-dir. Relyef düzdür, ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Yanvar ayının orta temperaturu -42 °C, iyul + 17 ... + 18 °C arasında dəyişir. Yağıntının illik miqdarı 200–250 mm-dir. Ulusun ərazisindən axan ən böyük çay çoxsaylı Lenadır.
Kim Nam-Sun
Kim Nam-Sun (d. 3 may 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Nam-Sun Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Kim Son-Nam
Kim Son-Nam (17 dekabr 1992) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Son-Nam Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Kim Yon-nam
Kim Yon-nam (29 yanvar 1996, Cənubi Koreya) — Cənubi Koreyalı suya tullanan. Kim Yon-nam Cənubi Koreyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kim Yon-nam birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 349.10 xal toplayaraq 13-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kim Çen Nam
Kim Çen Nam (10 may 1971, Pxenyan – 13 fevral 2017, Sepanq[d], KL və ya KL) — Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin böyük oğlu. 1994-cü ildən 2001-ci ilə qədər o, atasının varisi olmuşdur. == Həyatı == Kim, Şimali Koreyanın mərhum diktatoru, 2011-ci ildə vəfat etmiş Kim Çen İrin Cənubi Koreya kommunistinin qızı, aktrisa Son Hö Rimlə izdivacında doğulmuş böyük oğludur. Atası Kim İr Sen bu evliliyi qəbul etmədiyindən o ilk əvvəl Son´la bunu sirr olaraq saxlayır və oğlunu məktəbdən uzaqlaşdıraraq onu Son´un böyük bacısının yanında yaşamağa və təhsil almağa göndərir. Şimali Koreya Leadership Watch´un verdiyi xəbərə görə, o, Moskvaya nənəsini ziyarətə getmiş, təhsilini beynəlxalq məktəblərdə almış, 1988-ci il öz ölkəsinə qayıdana qədər Rusiya və İsveçrədə yaşamışdır. Kim´in atasına bənzər bir şəxsiyyət olduğu bildirilir, və xalası tərəfindən "həssas və incəsənətə yaxın, istedadlı" biri olaraq təsvir edilmişdir. O, həmçinin Kim´ in 2000-ci ildə "atasının nailiyyət qazanmasını" istəmədiyini bildirirdi. Kim 1995-ci ildən başlayaraq Yaponiyaya bir neçə gizli səfər etmişdir. 1998-ci ildə Kim Şimali Koreyanın İctimai Təhlükəsizlik Nazirliyində gələcək lider olaraq göstərilmişdir. O, həmçinin, informasiya texnologiyaları (İT) sənayesinin inkişafına cavabdeh olan Şimali Koreya Kompüter Komitəsinin rəhbəri təyin olundu.
Li Nam-So
Li Nam-So (d. 21 may 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Nam-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Nam San Mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Nam Sang-mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Nam Un-Yon
Nam Un-Yon (d. 20 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Nam Un-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Nam Yon-Sin
Nam Yon-Sin (d. 27 avqust 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Nam Yon-Sin Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Yu Nam-Qyu
Yu Nam-Kyu (4 iyun 1968) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yu Nam-Kyu Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medala, cüt turnirdə isə bürünc medala sahibi olub. Daha sonra Yu Nam-Kyu Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Yu Nam-Kyu Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub.
Ba-nam-Filenn
Ba-nam-Filenn boğazı (ing. Bagh nam Faoileann, şot.kelt Bàgh Nam FaoileannYell Sound) - Şotlandiyanın (Böyük Britaniya) şimal-qərbində Xarici Hebrid adalarının bir hissəsi olan Saut Uist və Benbekula adaları arasındakı yerləşən boğaz. Hebrid dənizini Atlantik okeanı ilə birləşdirir. Boğazın mərkəzi hissəsindən A 865 avtomobil yolu (Nort Uist - Loxboysdeyl) keçir.
"BTS"-in qazandığı mükafatların və namizədliklərin siyahısı
BTS — Big Hit Music etiketi altında yaradılan yeddi nəfərdən ibarət Cənubi Koreyalı oğlan qrupudur, üç repçi (RM, Suga, J-Hope) və dörd vokalçıdan (Jin, Jimin, V və Jungkook) ibarətdir. Qrupun debüt albomu 2 Cool 4 Skool (2013) və sonrakı genişləndirilmiş ifa (EP) O!RUL8,2? (2013), kiçik kommersiya uğuru əldə etməsinə baxmayaraq, 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində onlara bir neçə yeni sənətçi mükafatı qazandırdı. Qrup ikinci EP Skool Luv Affair (2014) və ilk studiya albomu Dark & Wild (2014)-ı buraxdı. Skool Luv Affair-in aparıcı sinqlı "Boy in Luv" 2014-cü ildə Mnet Asian Music Awards-da Ən Yaxşı Rəqs Performansı (Kişi) nominasiyasında, Dark & Wild isə 2015 Qızıl Disk Mükafatlarında Disc Bonsang mükafatını qazandı. BTS-in üçüncü EP-si "The Most Beautiful Moment in Life, Pt. 1 ", 2016 Qızıl Disk Mükafatlarında Disc Bonsang qazandı, aparıcı sinqlı "I Need U" isə 2015 Melon Music Awards-da Ən Yaxşı Kişi Rəqsi mükafatını aldı. Qrupun davam edən EP-i, "The Most Beautiful Moment in Life, Pt. 2 ", 2016 Gaon Chart Music Awards-da İlin Albomu nominasiyası aldı. BTS-in ilk Koreya kompilyasiya albomu The Most Beautiful Moment in Life: Young Forever (2016) BTS-ə ilk 2016 Melon Musiqi Mükafatlarında İlin Albomu və 2016 Mnet Asian Music Awards-da İlin Artisti üçün Daesang mükafatını qazandırdı.
"Vətən naminə" medalı ilə təltif olunanların siyahısı
== 2016 ==
(Marie's The Name) His Latest Flame
(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir. Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur. Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir. Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir. == Heyət == 1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır.
A Wind Named Amnesia
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir. == Xarici keçidlər == A Wind Named Amnesia — Internet Movie Database saytında.
Adilə Namazova
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Adı naminə (film, 2013)
«Adı naminə» (pol. W imie) — rejissor və ssenari müəllifi Malqojata Şumovskanın 2013-cü ildə ekranlaşdırdığı filmi. Filmin əsas mövzusu — öz seksuallığı ilə mübarizə aparmağa çalışan rahib barədə bəhs edilir. Rejissor Malqojata Şumovskanın sözlərinə görə, o öz filmi ilə Polşa pressalarında kilsənin və kilsə nümayəndələrinin homoseksuallığı barədə kütləvi şəkildə yayılan müzakirələrdə qətiliklə öz fikrini bildirmək istədi. Film 2013-cü ilin Berlinale kino festivalında, 25 iyun 2013-cü ildə isə San Fransiskonun Castro teatrında hər il düzənlənən "Frameline" Film Festivalında nümayiş edilmişdi. Roma Katolik kilsəsində çalışan ruhanilər artıq uzun müddətdir, azyaşlılara olan cinsi istismar və pedofiliya ittihamlarına görə pərt olurlar və "Adı naminə" filmini izlərkən bu iddiaları yada salmamaq çox çətindir. 96 dəqiqəlik film diqqətlə daxildən bu məsələni araşdırır: yeniyetmə yetim oğlanlar üçün bir polyak kəndinin mərkəzində öz cinsi oriyentasiyası ilə mübarizə aparan rahib, mənəvi dəstək məqsədilə "mürəbbi" mərkəzi açır. == Məzmun == Keşiş Adam (baş rolda Andjey Hıra) — kənd sakinləri arasında populyar olan xarizmatik rahibdir. Burada o problemli gənclərlə işləyir və kənddəki yetimxanaya nəzarət edir. Burada yaşayan oğlanların həmişə yumuruqlarını işə salaraq, dava etməyə və xuliqanlıqla məşğul olmağa daim hazır olması təkzibolunmaz bir faktdır.
Africoseiulus namibianus
Africoseiulus namibianus (lat. Africoseiulus namibianus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin africoseiulus cinsinə aid heyvan növü.
Akademik Adilə Namazova (film, 2007)
Akademik Adilə Namazova filmi 2007-ci ildə "Salnamə" sənədli filmlər studiyasında çəkilmişdir. Film Azərbaycan pediatrı, kardioloq, Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Adilə Namazovanın həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film Azərbaycan pediatrı, kardioloq, Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Adilə Namazovanın həyat və fəaliyyətindən bəhs edir.
Aloe namibensis
Aloe namibensis (lat. Aloe namibensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Amblyseius nambourensis
Amblyseius nambourensis (lat. Amblyseius nambourensis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius nambourensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ano Hi Mita Hana no Namae wo Bokutachi wa Mada Shiranai.
Anohana: The Flower We Saw That Day (azərb. Anohana: Həmin gün gördüyümüz çiçək‎), Yaponiyada tanınan adı ilə Ano Hi Mita Hana no Namae wo Bokutachi wa Mada Shiranai. (あの日見た花の名前を僕達はまだ知らない。, "Biz hələ də həmin gün gördüyümüz çiçəyin adını bilmirik.") — Tatsuyuki Naqayın rejissorluğu ilə 2011-ci ildə A-1 Pictures studiyası tərəfindən çəkilmiş 11 seriyalıq anime serialı. Fuji TV-nin NoitaminA bloku vasitəsilə 2011-ci ilin aprelindən iyununa kimi yayımlanmışdır. Şimali Amerikada NIS America tərəfindən lisenziyalaşdırılmışdır. 31 avqust 2013-cü ildə Yaponiyada anime filminin premyerası baş tutmuşdur.
Artemisia namanganica
Artemisia namanganica (lat. Artemisia namanganica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Australian Plant Name Index
Avstraliya Bitki Adları İndeksi (ing. Australian Plant Name Index) — Avstraliyada bitən bitki adlarının indeksi.
Axırıncı namaz (film, 1963)
Axırıncı namaz — rejissor Zeynəb Kazımova tərəfindən 1963-cü ildə ekranlaşdırılmış qısametrajlı bədii filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Haqqında == Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib.Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin "Axırıncı namaz" filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.
Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı
Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatlar — Azərbaycanlı müğənni, aktrisa, bəstəkar, prodüser Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı. Aygün Kazımova 2002-ci ildə Heydər Əliyev tərəfindən "Əməkdar Artist", 2008-ci ildə İlham Əliyev tərəfindən "Xalq Artisti" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildə Türkiydə ənənəvi olaraq hər il keçirilən, Kral TV Video Müzik Ödülleri-ndə "İlin qadın sənətçisi" və "İlin mahnısı" (Hayat ona güzel) kateqoriyalarında namizəd göstərilmişdir. Aygün Kazımova 2015-ci ildə ABŞ-da hər il keçirilən, Big Apple Music Awards-a namizəd göstərilmişdir. Lakin Aygün Kazımova, təşkilatçılardan birinin erməni olması səbəbiylə, mükafatdan imtina etmişdir. 2016-cı ildə hər il təqdim edilən Daf Bama Music Awards musiqi mükafatında "Azərbaycanın Ən Yaxşı Sənətçisi" mükafatına namizəd göstərilmiş və mükafatı qazanmışdır. Daf Bama Music Awards musiqi mükafatı Asiya, Avropa və Asiyanın ən yaxşı və uğurlu musiqiçilərinə verilir. Mükafatlandırma mərasiminin qaydalarına əsasən hər bir qalib, səhnədə çıxış etməlidir. Erməni müğənni Andre, çıxışdan öncə məşqlərdə "Sarı gəlin" mahnısını ifa etməsi Aygün Kazımovanı qəzəbləndirir və o tədbirin təşkilatçılarına etirazını bildirmişdir. Nəticədə erməni müğənni əsas çıxışı zamanı, başqa bir mahnı ifa etmişdir.
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. == Qılınma qaydası == 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Azər Namazov
Azər Zərqara oğlu Namazov — hüquq üzrə fəlsəfə doktoru. == Həyatı == Azər Zərqara oğlu Namazov 1957-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. 1974–1979-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (Azərbaycan Dövlət Neft Akademiyası) ali təhsil alıb, 1979–1981-ci illərdə Azərbaycan SSR EA-nın (AMEA) Y. Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda təyinatla mühəndis vəzifəsində çalışıb. 1981–1985-ci illərdə komsomol orqanlarında işləmiş, o cümlədən 1983–1985-ci illərdə Azərbaycan SSR EA-nın komsomol komitəsinin katibi olmuşdur. 1985–1989-cu illərdə Azərbaycan KP 26 Bakı komissarları adına rayon komitəsinin aparatında təlimatçı, şöbə müdir müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1989-cu ildə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasına (RF Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası) daxil olub. 1992-ci ildə təhsilini bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmişdir. Hüquq elmləri namizədidir. == Fəaliyyəti == 1992–1994-cü illərdə müxtəlif kommersiya strukturlarında çalışmışdır.
Azərbaycan naminə
Azərbaycan naminə!
Azərbaycan naminə! (film, 2004)
Azərbaycan naminə! qısametrajlı sənədli televiziya filmi rejissor Fuad Əliyev tərəfindən 2004-cü ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. ilm mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan naminə gördüyü işlərdən bəhs edir. == Məzmun == Film mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan naminə gördüyü işlərdən bəhs edir. == Film üzərində işləyənlər == Müəllif: Vahid Mustafayev, Mir Şahin Rejissor: Fuad Əliyev Operator: İbrahim Telmanoğlu == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı2004-cü ilin Azərbaycan filmləri2000-ci illər Azərbaycan filmlərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == Azərbaycan naminə!
Azərbaycan naminə (film, 2005)
Azərbaycan naminə qısametrajlı sənədli televiziya filmi rejissor Zahir Əli tərəfindən 2005-ci ildə çəkilmişdir.Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film mərhum prezident Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında çalışdığı zamanları əhatə edir. Müasirləri onun gördüyü işləri danışır. == Məzmun == Film mərhum prezident Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında çalışdığı zamanları əhatə edir. Müasirləri onun gördüyü işləri danışır.
Azərbaycana namus və sevgiylə (film, 2006)
Azərbaycana namus və sevgiylə qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir. == Məzmun == Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir.
Babək Namazov
Babək Səhman oğlu Namazov (15 may 1994, Əliyaqublu, Şəmkir rayonu – 5 oktyabr 2020, Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Namazov 1994-cü il mayın 15-də Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Babək Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Namazov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 20-də dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Babək Namazov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Bandai Namco Entertainment
Bandai Namco Entertainment Inc. (BNEI) yapon videooyun qurucusu və yayımlayan şirkətdir. Şirkət həmçinin videolar, musiqi və digər əyləncə məhsulları istehsal etmişdir. Şirkətin qərargahı Tokionun Minato rayonunda yerləşir. Beynəlxalq filialları müvafiq olaraq Kaliforniya ştatının Santa-Klara şəhərində və Fransanın Lion şəhərində yerləşir.
Bayram namazı
Bayram namazı Ramazan (Fitr) və Qurban bayramlarının namazı camaatla birlikdə qılınır. Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir. Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbbdir. Fitr bayramı və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Fatihə surəsini oxuduqdan sonra, 3 dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Fitr bayramı və Qurban bayramı namazlarının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun: Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.
Blackpink-in qazandığı mükafatların və namizədliklərin siyahısı
Aşağıda 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu Blackpink tərəfindən qazanılan mükafatların siyahısı verilmişdir.

Digər lüğətlərdə

декальки́роваться жи́рненько поня́тия препроти́вно противополага́ться религио́зно бри́твенный заклуби́ться коллекти́в вахмистр кальга лавр acetaldehyde do up hencoop hydrophobia magnetocardiograph mulish needle-shaped objet d'art scrouge torque convertor X-ray photograph оскорбляться распухнуть