OKUL

məktəb, təhsil ocağı; özel okul – xüsusi məktəb
məktəb
OKŞAMAK
OKULÖNCESİ
OBASTAN VİKİ
Kafkas İlköğretim Okulu
Kara harp okulu
Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir. == Yaranması == Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II.Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur.Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır.Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır.Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir.Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 İyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır.Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir.Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır.İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır. == İxtisaslar == Piyadaçı Tankçı Artilleriya mütəxəsisi Hava Hücumundan Müdafiə mütəxəsisi Quru Havaçılıq mütəxəsisi İstehkamçı Kəşfiyyatçı Rabitəçi Maddi-Texniki Təminat mütəxəsisi Texnikaya qulluq üzrə mütəxəsis Şəxsi heyətlə iş üzrə mütəxəsis Maliyyəçi Topoqraf == Döyüş Bayrağı == Hal-hazırda istifadə edilən Quru Qoşaunlar Məktəbi Döyüş Bayrağı 2001-ci ildə qəbul edilmişdir.Döyüş Bayrağının üstündəki 1834-cü il məktəbin yarannma tarixi, çarpaz qılınc zabit olmağı, çələng zabitliyi, günəş şüalı Atatürk portreti özü də Quru Qoşunlar Məktəbi məzunu olan Atatürkün hərbi məktəb müdavimlərinə və Türkiyəyə yaydığı çağdaş fikirlərə işarə edir.Bayrağın rənginin qırmızı olması isə Türkiyə Cümhuriyyəti bayrağını və Quru Qoşunlar Məktəbi məzunlarından olan şəhidləri göstərir.
Okulokardial refleks
Okulokardial refleks ( Aşner refleksi) — göz almasının massajı zamanı xoşagəlməz hal kimi meydana çıxa bilər. Refleks göz almasına barmaq vasitəsilə möhkəm sıxarkən meydana çıxır. Cavab reaksiyası sinir sisteminin simpatik və parasimpatik şöbələrinin fərdi uzlaşmasından asılıdır. Göz almasının sıxılmasına yönəlmiş qüvvə nə qədər artıq və intensiv olarsa, ekzaltasiya fazası bir o qədər aydın təzahür edər, həmçinin növbəti ifrat effekt fazası bir o qədər gec başlayar. İnsanların 62 %-də parasimpatik şöbə funksional daha davamlı olduğundan, adətən refleks zamanı ürək ritminin ləngiməsi (bir dəqiqədə 4-8 döyüntü) və arterial təzyiqin aşağı düşməsi müşahidə edilir. Bu refleks yeni doğulan körpələr üçün xarakterikdir. Bunu uşaqların oftalmocərrahiyyəsi zamanı, xüsusən də çəpgözlüyün korreksiyası zamanı nəzərə almaq lazımdır. Bu refleksin nəticəsi bradikariya, qeyri-sinusial ritm, asistologiya və nadir hallarda isə ölüm ola bilər.
Okulovka
Okulovka — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Okulyar
Okulyar — optik sistemin elementi. == Quruluşu == Okulyar tubusun yuxarı hissəsində yerləşir. İnsan mikroskopda əşyanı izləyən zaman gözünü okulyara söykəyir. Okulyarın vəzifəsi insanın gözünə dayaq olub mikroskopda alınan xəyalı ona göstərməkdir. Okulyar sözü "okulus" sözündən əmələ gəlib "göz" mənasını verir. Okulyar 2 linzadan və onları saxlayan çərçivədən ibarətdir. Bu linzalardan tubusa daha uzaq olanı yuxarı linza və ya "göz linzası", digəri isə aşağı linza adlanır. Okulyar mikroskopun əsas böyüdücü iki hissəsindən biri olub lupa funksiyasını yerinə yetirir.
Harp Okulu İK
Harbiye İdman Yurdu, Ankarada yerləşən Hərbi Akademiyanın idman klubudur. Əvvəlcə İstanbulda Harbiye adı ilə qurulan klub 1936-cı ildə Ankaraya köçdü və bir neçə ildən sonra adı Hərbi Akademiya olaraq dəyişdirildi. Müxtəlif idman sahələrində fəaliyyət göstərən klub ən böyük uğurlarını futbol və basketbol sahələrində yaşayıb. Futbol komandası hələ İstanbulda olarkən 1924-cü ildə ilk dəfə keçirilən Türkiyə Futbol Çempionatını qazandı və Türkiyə futbol tarixində ilk futbol çempionu oldu. 1936-cı ildə Hərbi Akademiya olaraq Ankaraya köçdükdən sonra bu uğurunu 1942 və 1945-ci illərdə təkrarlamış və tarixində üç dəfə Türkiyə futbol çempionu olmuşdur. Basketbolda 1951 və 1952-ci illərdə ardıcıl iki dəfə Türkiyə Basketbol Çempionatının qalibi olub.

Digər lüğətlərdə

бунгало демилитариза́ция до́йна тони́ровать улежа́ть горбы́ль жалоно́сный крючкова́тый прикова́ться радиоте́хник раскра́ивание ребяти́шки чесать зу́бы бичева bewitchery ladder Lib-Lab Malay Archipelago narrative Shetland wool so as sputnik turf подлинность указание