PİST

(-ti)
qaçış zolağı
(idman); iniş pisti – enmə zolağı
(aviasiya); 2) meydança; dans pisti – rəqs meydançası
meydança
PİSKOPES
PİŞKİN
OBASTAN VİKİ
Albizia pistaciifolia
Albizia pistaciifolia (lat. Albizia pistaciifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Detroit Pistons
Detroyt Pistons – Miçiqan ştatını təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Detroyt Pistons
Detroyt Pistons – Miçiqan ştatını təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Fragaria pistillaris
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Oskar Pistorius
Oskar Pistorius (22 noyabr 1986, Yohannesburq) — CAR-lı atlet. Hər iki diz nahiyəsində olan protezlərlə qaçır (Oskar Pistorius incik sümükləri olmadan dünyaya gəlib və bu səbəbdən ayaqları amputasiya olunub). 2004, 2008 və 2012 Paralimpiya oyunlarının qalibi. Ülgüclü protezlərlə qaçdığına görə o "Ülgüclü Qaçan" ləqəbi qazanmışdı. 2011-ci il Dünya Çempionatında bayraq yarışında gümüş medalın sahibi olub. Beynəlxalq Atletika Federasiyaları Birliyi, Pistoruisun 2008-ci il Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmuşdu. Daha sonra edilən testlər nəticəsində afrikalı atletin London 2012-də mübarizələrə qoşula biləcəyinə qərar verilib. Beləliklə, Pistorius London Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış uğrunda yarışa qatılmışdır. Burada o 23-cü yeri tutmuşdur. 14 fevral 2013-cü il tarixində Pistorius Pretoriya şəhərindəki evində sevgilisi CAR-lı fotomodel Riva Stinkampı oğru zənn edərək başından və qolundan odlu silahla vuraraq öldürüb).
Pistacia
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Pistacia lentiscus
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Pistacia terebinthus
== Təbii yayılması == Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə,2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır. == Ekologiyası == Quraqlığa və şaxtayadavamlıdır.
Pistacia vera
Püstə ağacı (lat. Pistacia vera) - püstə cinsinə aid bitki növü.
Pisten
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Pistiaceae
Aroidkimilər (lat. Araceae) — baqəvərçiçəklilər sırasına aid bitki fəsiləsi. 140 cins və təxminən 4 075 növdən ibarət bu fəsilə Köhnə dünyanın tropik və şimal mülayim iqlim qurşaqlarında da yayılsa da, Yeni dünyanın tropik iqlim qurşaqlarında daha yüksək bioloji müxtəlifliyə malikdir. == Təsvir == === Zəhər === Aroidkimilər arasında Alocasia, Arisaema, Caladium, Colocaia, Dieffenbachia, Syngonium, Epipremnum, Aglaonema və Philodendron kimi cinslər kalsium oksalat kristalları ehtiva edir. Bu bitkilər təsadüfən istehlak edildikdə ağızda və boğazda ağrılı sancma və yanma ilə müşayiət olunan ödəm və disfagiyaya səbəb ola bilər.
Pistillum
Dişicik (lat. Pistillum) — örtülütoxumlu bitkilərdə çiçəyin mühüm orqanlarından biri. Dişicik çiçək yatağının ortasında olub üç hissəyə bölünür: yumurtalıq (bir, yaxud bir neçə yumurtaçıqlı), ondan ayrılan sütuncuq (adətən, bir və ya bir neçə) və tozlanma vaxtı tozcuğu tutan ağızçıq. Müxtəlif bitki növlərində dişiciyin forma və quruluşu müxtəlifdir. Bəzi bitkilərdə sütuncuq inkişaf etmir və ağızcıq bilavasitə yumurtalığın üstündə oturur. Dişiciyi əmələ gətirən meyvə yarpaqçığının miqdarına və onların bitişməsi xarakterinə görə yumurtalıq biryuvalı, ikiyuvalı və çoxyuvalı olur. Mayalandıqdan sonra yumurtacıqdan toxum, yumurtalıqdan isə meyvə inkişaf edir. Yumurtalığı örtülü olan dişiciyin əmələ gəlməsi bitkilərin təkamülündə mühüm mərhələdir. Bu, örtülütoxumlu bitkilərin dünyada sürətlə artmasına və onların əvvəllər daha çox yayılmış ali sporlu və çılpaqtoxumlu oitkiləri sıxışdırıb azaltmasına səbəb olmuşdur.
Pistolochia angustifolia
Daryarpaq mahmızlalә (lat. Corydalis angustifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-15 (20) sm, gövdəsi sadə və ya nazik tək budaqlı çoxillik ot bitkisidir. Kök yumruları kiçikdir, diametri 7-15 mm olub, şarşəkillidir, bərkdir və boz-qonur rəngdədir. Yarpaqlarının sayı 2 ədəddir, kifayət qədər uzun saplaq üzərində yerləşmişdir, uzunsov-xətvari dilimləri olan, ikiqat üçərdir. Çiçəkləri qısa, seyrək, azçiçəkli salxımda toplanmışdır. Çiçəkaltlığı üç bölümlüdür. Çiçək tacı ağ və ya tutqun-sarı rəngdədir, uzunluğu 20-23 mm-dir; mahmızları kifayət qədər nazikdir, düz və kütdür. Qutucuq xətvaridir, uzunluğu 25 mm-ə qədərdir, 2-3 dəfə çiçək saplağından uzundur. Aprel ayında çiçəkləyir.
Pistoya
Pistoya (it. Pistoia) — İtaliyanın Toskana regionunda şəhər.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . == Coğrafiya == Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. == Pistoya viləyətinin şəhər və kommunaları == Vilayət 22 kommunaya bölünür.
Pistən
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Quest Pistols
Quest Pistols — ukraynalı pop qrup, "Quest" adlı rəqs baletində çalışan Anto Savlepov, Nikita Qoryuk və Konstantin Borovski tərəfindən yaradılmışdı. Qrup şəklində onların ilk çıxışı 1 aprel 2007-ci ildə baş tutmuşdu. == Qrupun yaranma tarixi == 1 aprel 2007-ci il - «Quest Pistols» qrupunun ad günü hesab olunur. Məhz bu gün, Anton, Nikita və Kostya özlərinin bütün güclərini tolayıb ukrayna televiziyasında yayımlanan «Şans» proqramında yeni ampluada çıxış etməyə qərar verdilər. «Shocking Blue» qrupunun «Long and lonesome road» adlı mahnısına Quest Pistols qrupu yeni «Я устал» adlı kover versiya yaradır və bu yenilənmiş sinql teleefiri partladır. Onların çıxışına seyircilər 60 000 səs verirlər və beləliklə də Quest Pistols Ukraynada populyarlıq qazanır. == Tərkib == Quest Pistols qrupunun tərkibi == Diskoqrafiya == Cədvəldə ★ işarəli mahnılara klip çəkilib.
Çino da Pistoya
Çino da Pistoya (1270[…], Pistoya, Toskana – 1336[…], Pistoya, Toskana) — italyan hüquqçusu və şair. == Həyatı == Çino da Pistoya Toskana ştatının Pistoyya şəhərində anadan olub. Atası sinibaldi nəslindən olan nəcib bir insan idi. Doktorluq dərəcəsini Bolonya universitetində alıb. Çino da Pistoya da siyasi partiyaların mübarizəsində iştirak etmiş, rəqibləri qalib gəldiyi zaman sürgünə getməyə məcbur olmuşdur. Bu dövrdə onun Dante ilə dostluğu daha da möhkəmlənmişdir. Onları sadəcə olaraq yalnız poeziya birləşdirmirdi: şəhər çəkişmələrinin fövqündə dayanaraq bu şairlər bütün İtaliyaya sülh gətirə biləcək gücü axtarır və hər ikisi ümidlərini imperator lV Henrixə bağlayırdı. Çino ölən zaman, sonralar xüsusilə məşhur olan bir kansonunda deyir ki, bu ölümlə "hər cür ədalət öldü…". == Yaradıcılığı == Çino özünün ictimai düşüncələrini şeirlərində deyil, mühazirələrində və hüquqa aid elmi əsərlərində ifadə etmişdir. Məşhur hüquqşünas olan Çino da Pistoya Bolonya, Siena Florensiya, Peruci və Neapol universitetlərində mühazirələr oxumuş, kilsənin dünyəvi hakimiyyətinin məhdudlaşmasını qəti şəkildə tələb etmişdir.
бесчу́вствие гнейс должностно́й капитоли́йский коромы́словый лужича́нка одноле́тка пе́ться по-ковбо́йски теси́нка юкаги́ры говя́жий иззя́бнуться малокро́вие перемара́ть ревни́вый срежисси́ровать угрю́мство юнко́рка computer dating space travel spang веление ребяческий чернеть