RAB
RAFADAN
OBASTAN VİKİ
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. == Həyatı == Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. == Karyera == Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
Acer rafinesquianum
== Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f. albertsii Schwer.
Afina məktəbi (Rafael)
Afina Məktəbi (it. Scuola di Atene) — Rafael Santinin Apostol Sarayında yaratdığı əsər. "Afina Məktəbi" əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsərlərindən biridir. == Tarixi == Freska sarayın Stanze di Raffaello (Rafael otaqları) adlanan və pontifikin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş dörd otaqdan birində yerləşir. Papa Julius II (hakimiyyət illəri 1503 - 1513) həmin otaqları rezidensiya kimi seçmiş və onların tərtibatını Rafael Santiyə sifariş etmişdir . "Afina Məktəbi" pontifikin iş kabineti hesab olunan Stanza della Segnatura otağının divarını bəzəyir . "Afina Məktəbi" freskasında müxtəlif elm sahələrində tədqiqatlar aparmış alimlər və mütəfəkkirlər təsvir edilmişdir. Rafael əsərdəki obrazların hansı alimlərə məxsus olduğu haqqında qeydlər qoymamışdır . Arxitektor və bioqraf Giorgio Vasari (oxunur Corco Vaza'ri; 1511 – 1574) "Afina Məktəbi"-ndəki personajların kimliyi haqqında hipotezlər irəli sürmüşdür. Hər obrazın məhz hansı tarixi şəxsə aid olduğu həmin obraza aid atributlarla da təxmin edilə bilər.
Albert Rafetraniaina
Albert Tokinirina Rafetraniaina (9 sentyabr 1996) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda müdafiəçi və ya müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən Madaqaskar futbolçusu. == Karyerası == Rafetraniaina öz peşəkar karyerasında debütünü 6 oktyabr 2012-ci ildə "Reyms" klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuşdur. Liqa 1 görüşündə "Nitsa" "Reyms"ə 3-1 hesabı ilə məğlub olmuşdur.16 avqust 2019-cu ildə o, Seriya C klubu "Bişelye" ilə müqavilə imzaladı. O, 25 avqustda ilk oyununa çıxmaqla İtaliyada peşəkar səviyyədə çıxış edən ilk Madaqaskar futbolçusu oldu. == Milli karyerası == Albert Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, 21 mart 2018-ci ildə Toqo millisi ilə görüş üçün Madaqaskar milli futbol komandasına dəvət almış və görüş 0-0 hesabı ilə başa çatmışdır. == Karyera statistikası == === Klub === 17 dekabr 2016 tarixində yenilənib == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Albert Rafetraniaina – French League Stats at LFP.fr (fr.) Albert Rafetraniaina.
Anatoli Rafailov
Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. 4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Anatoliy Rafailov
Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. 4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Andrea Navagero və Agostino Beazzanonun portreti (Rafael)
Andrea Navagero və Agostino Beazzanonun portreti (it. Ritratto di Andrea Navagero e Agostino Beazzano) - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Andrea Navagero və Agostino Beazzanonun əsəri hal-hazırda İtaliyanın Roma şəhərində saxlanılır.
Arnold rafflesiyası
Arnold rafflesiyası (lat. Rafflesia arnoldii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü. Tropik meşələrdə iqlim şəraitinə uyğun yaradılmış bu çiçəyin diametri 90 sm-dir və çəkisi 7-11 kq-dır. Dünyanın bu ən böyük çiçəyi açdıqdan sonra 3 gündən 1 həftəyə qədər həyatda qalır və ifraz etdiyi qoxu ilə böcəkləri özünə cəlb edir. 9 aydan bir çiçək açan bu bitki, dərhal növbənöv böcəkləri özünə cəlb edərək tozcuqlarını paylayır və beləliklə nəslini davam etdirir.
Avtoportret (Rafael)
Öz portreti (Rafael) (it. Autoritratto (Raffaello)) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504–1506-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florentina dövrünə aid edilir.Öz portreti (Rafael) əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Bakirənin toyu (Rafael)
Bakirənin toyu (it. Sposalizio della Vergine) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Əsər hal-hazırda İtaliyada Milan şəhərində Pinacoteca di Brera muzeyində saxlanılır.
Baltazar Kastilyonenin portreti (Rafael)
Baltazar Kastilyonenin portreti — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1514–1515-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Parisin Luvr muzeyində saxlanılmaqdadır.
Bar Rafaeli
Bar Rafaeli (ivr. ‏בר רפאלי‏‎; 4 iyun 1985) — israilli model, aktrisa və aparıcı. 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. İsrail və ABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə olan əlaqələri ilə gündəmə gəlmişdir. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır. == Həyatı == Rafaeli, 4 iyun 1985-ci ildə israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq dünyaya gəldi. Bar Rafaelinin üç qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karoyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı.
Cavan oğlan alma ilə (Rafael)
Cavan oğlan alma ilə (it. Ritratto di giovane con la mela) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Cavan oğlan alma ilə" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki məşhur Uffitsi qalereyasında saxlanılır.
Cavan oğlan portreti (Rafael)
Cavan oğlan portreti (it. Ritratto di giovane uomo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1513-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Cavan oğlan portreti əsəri hal-hazırda Polşada Krakov şəhərində Kzartoski muzeyində saxlanılır.
Cəngavərin görünüşü (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Dassault Rafale
Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı. İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub. 2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir. Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib.
Dost ilə birgə portret (Rafael)
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda və ciddi bir formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Elodie Marion Rafazi
Elodie Marion Rafazi (d. 8 sentyabr 1998) — Madaqaskarlı üzgüçü. Elodie Rafazi Madaqaskarı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Elodie Rafazi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 31.26 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 52-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Folinyo Madonna (Rafael)
Folinyo Madonna (it. Madonna di Foligno) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Folinyo Madonna əsəri hazırda Vatikanda saxlanılır. == Əsərin tarixi == Folinyo Madonna əsəri ilk dövrlərdə məşhur italiyalı zadəgan Anna Kontiyə məxsus olmuşdur. Daha sonra əsər bir müddət Sigismondi ailəsi tərəfindən himayə olunmuşdur. 1565-ci ildə ailə tablonu yerli Folinyo monastrına vermişdir..Tablo 1799-cu ildə Napoleon Bonapart tərəfindən Fransaya aparılmışdır. Əsər 1802-ci ildə Hakuin tərəfindən panel lövhəyə köcürülmüş, Hidelberq isə tablonu bərpa etmişdir. Panel lövhədən qalın kətana köcürmə prosesi az hallarda istifadə olunan üsul idi.
Frederik Rafael
Frederik Rafael (ing. Frederic Raphael) — ABŞ yazıçısı, ssenaristi və jurnalisti. == Həyatı == Frederik Rafael 14 avqust 1931-ci ildə Çikaqoda anadan olmuşdur. 1938-ci ildə o, valideynlərilə birlikdə İngiltərənin Putni şəhərinə köçmüşdür. Rafael iki müstəqil məktəbdə təhsil almışdır. Bunlar Koptorn xüsusi hazırlıq məktəbi və Çarterhaus məktəbi idi. Sonradan o, Kembric Universitetinin Seint Con Kollecində də oxumuşdur. Frederik Rafael 1965-ci ildə "Əzizim" filminə görə "Oskar" mükafatı qazanır. İki ildən sonra isə "İki nəfər yolda" filminin ssenarisinə görə bu mükafata namizəd olur. Onun məqalələri və kitab resenziyaları qəzet və jurnal nömrələrində çıxırdı.
Hacı Hacıyev Rafiq oğlu
Hacı Rafiq oğlu Hacıyev () — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.. == Həyatı == Hacıyev Hacı Rafiq oğlu 25.09.1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olmuşdur. 2005-ci ildə Çüdüllü kənd umumi məktəbinin birinci sinfinə daxil olub. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini Marsan kənd tam orta məktəbində davam etdirmişdir. == Hərbi xidməti == 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2019-cu ildə hərbi xidmətini bitirmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === İkinci Qarabağ müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
I Fransisin müqəddəs ailəsi (Rafael)
X Leonun iki kardinalla portreti (it. Sacra Famiglia di Francesco I) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
Kardinal və dini kəramətlər (Rafael)
Kardinal və dini kəramətlər (it. Virtù e la Legge) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Kardinalın portreti (Rafael)
Kardinalın portreti (it. Ritratto di cardinale) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1510-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Kardinalın portreti əsəri hal-hazırda İspaniyada, Madrid şəhərində Prado muzeyində saxlanılır. Tabloda təsvir olunan kardinalın kim olduğu bilinmir. Tablo Roma papası Papa II. Luisin sarayında çəkilmişdir. Əsərin məşhur sahiblərindən biri İspaniya kralı olmuş IV. Carlos hesab olunur.
Kişi portreti (Rafael)
Kişi portreti (it. Ritratto virile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Kişi portreti əsəri hal-hazırda İtaliyada Roma şəhərində Galleria Borghesedə saxlanılır. Əsər məşhur Alman rəssamı Hans Holbeinə həsr olunmuşdur.
Konstantin Samuel Rafinski
Konstantin Samuel Rafinski, (ing. Constantine Samuel Rafinesque-Schmaltz, 22 oktyabr 1783[…], Konstantinopol – 18 sentyabr 1840[…], Filadelfiya, Pensilvaniya)19-cu əsrdə Fransada özünü yetişdirmiş polimat. Gəncliyində ABŞ-yə səyahət etdikdən sonra 1815-ci ildə Ohayoda məskunlaşmış və botanika, zoologiya və Şimali Amerikada tarixdən əvvəl yaşamış sivilizasiyalar haqqında elmi sahədə töhfələri olmuşdur.

Digər lüğətlərdə

голоднёшенько гороскопи́ческий подо́йник подхлестну́ть филоге́незис шта́тный здра́вница поддержа́ние прико́кнуть рассе́иваться сбива́льный ше́ища Australopithecus bank draft bestial coagulability gag law handscreen home-keeping pertinacity place horse scriniary wet nurse направо президентство