TABETMEK
TABİAT
OBASTAN VİKİ
Tabi
Tabi (yap. 足袋) — Yaponların ənənəvi milli corabı. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər. Tabi milli geyimləri — kimono (yap. 着物) və digər vafuku (yap. 和服 — Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabinin daha geniş yayılmış forması ağ rəngdədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir.
Neoseiulus tabis
Neoseiulus tabis (lat. Neoseiulus tabis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Otomo no Tabito
Otomo no Tabito (yapon dilində: 大伴 旅人, 665[…] – 31 avqust 731, Nara) — Yapon şairi, Otomo no Yakamoçinin atası kimi yaxşı tanınır. == Haqqında == Otomo no Tabito 665-ci ildə anadan olub. O, Nara dövrünün ən məşhur şairlərindən biri, tanınmışnəsildən olan (Otoma nəslindən) şair Tabitodur. O, Yamanoue no Okuranın dostu olub. Tabitonun sarayda yüksək postu var idi, lakin sonra da saraylaarasında müxtəlif münasibət yarandığı zaman bir müddət sərgərdan gəzib-dolanmağa məhkum olmuşdu, yalnız ömrünün axırına yaxın paytaxta qayıtmışdır. O da Yamanoue no Okura kimi savadlı adam idi, Çin ədəbiyyatı və fəlsəfəsini yaxşı bilirdi. Çin ədəbiyyatını və fəlsəfəsini yaxşı bilməsi onun yaradıcılığına da bir iz qoymuşdur, bununla belə o, milli zəmindən uzaqlaşmamışdı, onun poeziyası onu əhatə edən gerçəkliklə üzvi surətdə bağlı idi və öz yaradıcılığında bu gerçəklikdən çox süjetlər götürmüş və xalq mahnılarından, bu mahnıların bədii priyomlarından çox bəhrələnmişdi. Otomo no Tabitonu "Manyoşu"nun məşhur olan beş şairindən biri adlandırırlar. Həmin əsərə Otomo no Tabitonun 78 tankasıı və 1 naqautasl daxildir. Tabito Hitomaronun müasiri, onun dostu isə Yamanour-no Okura idi.
Qalaktion Tabidze
Qalaktion Tabidze (gürc. გალაკტიონ ტაბიძე; 5 (17) noyabr 1891, Çkvişi[d], Kutaisi quberniyası – 17 mart 1959, Tbilisi) — XX əsrin görkəmli gürcü şairi və ədəbiyyat xadimi. Tabidze öz şeirləri ilə özündən sonra gəlmiş gürcü ədəbilərinə böyük təsir etmişdir. İosif Stalinin 1930-cu illərdə həyata keçirdiyi Böyük Təmizlik siyasətindən sağ çıxmağı bacarmış, ancaq sovet idarə sisteminin təsirləri nəticəsində alkoqolizm aludəçisi olaraq depressiyaya düşmüşdür. Tabidze 1959-cu ilin 17 mart tarixində Tbilisi şəhərində müalicə olunduğu psixiatr xəstəxanasında intihar etmişdir. == Həyatı == Qalaktion Tabidze qərbi Gürcüstanın İmereti vilayətində anadan olub. Müəllim olan atası Vasil Tabidze Qalaktionun iki yaşı olarkən vəfat edib. Qalaktion Tabidze 1900-1910-cu illər arasında Kutaisi və Tbiliside rühan məktəbində oxudu. Daha sonra müəllim olaraq işlədi. Simvolizm təsiri altında yazdığı erkən dövr şeirləri 1914-cü ildə kitab olaraq çap edildi.
Qalaktion Tabidze körpüsü
Qalaktion Tabidze körpüsü (gürc. გალაკტიონის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Çuruqeti rayonunu şəhərin mərkəzi ilə birləşdirir. == Yerləşir == Körpü Mixail Cavaxaşvili küçəsini Konstantin Marcanaşvili küçəsi ilə birləşdirir. Sol sahil hissədə avtovağzal, Didube dəmir yol və metro stansiyaları vardır. Körpüdən yuxarı axar boyunca Çariça Tamar, aşağı axar üzrə isə Saarbrüken körpüləri yerləşir. == Adı == İlk əvvəllər körpünün adı yerləşdiyi rayonun adına uyğun olaraq Vera körpüsü adlanırdı. Sovetlər dönəmində körpünün adı ilk olaraq Stalin körpüsü adlanır. Sonradan isə inqilabçı, 1919-cu ildə Vera enişində Denikin ordusunun generalı Nikolay Baratova suiqəst etmiş A. Elbakidzenin şərəfinə adlandırılır. 1991-ci ildə körpüyə ilk adı qaytarılır.
Qalaktion və Tisian Tabidzelərin Ev Muzeyi
Qalaktion və Tisian Tabidzelərin ev muzeyi (gürc. გალაკტიონ და ტიციან ტაბიძეების სახლ-მუზეუმი) — Gürcüstanın Vani rayonu, Şkvişi kəndində yerləşən ev muzeyi. Hər iki şair bu ev muzeydə yaşamışdır. Şairlərin ikisinində aqibəti bir-birinə yaxın olmuş, İosif Stalinin 1930-cu illərdə həyata keçirdiyi Böyük Təmizlik siyasətinin qurbanı olmuşlar. Muzey ümumilikdə 3 ha ərazini əhatə edir. Daimi ekpozisiya: 450 m², dövrü sərgilər: 30 m², konfrans zalı 60 m², saxlama anbarı: 30 m² Muzey bazar ertəsi istisna olmaqla hər gün saat 10-dan 17-dək fəaliyyət göstərir. == Tarixi == Muzeyin əsası 1966-cı ildə qoyulmuşdur. Bununla belə onun rəsmi açılışı 1983-cü ilə təsadüf edir == Ekpozisiya == Muzey iki sərgi binasından və gürcü şairlərinin tarixi evindən ibarətdir. Qalaktion Tabidze (1892—1959) və Titsian Tabidzelər (1895—1937) bu binada yaşamış və bu kəndin sakini olmuşlar. Muzeydə Qalaktion və Titian Tabidzelərin xatirə əşyaları, Galaktionun atasının kitabxanasından köhnə bədii kitablar, dulusçuluq, naxış nümunələri, gürcü rəssam və heykəltəraşların əsərləri saxlanılır.
Tabiin
Tabiin (ərəb. اَلتَّابِعُونَ‎) — Məhəmməd peyğəmbəri görməmiş, səhabələrlə görüşmüş və onların vasitəsilə peyğəmbərdən hədis rəvayət etmiş şəxslərə deyilir. Onlar səhabələrin ətrafında olduqlarına və öz biliklərini onlardan aldıqlarına görə "tabiin" adlanırlar. Tabiin sözünün hərfi mənası səhabələrə tabe olanlar, ardıcıllar anlamındadır. Hədis rəvayətçilərinin ikinci nəslini tabiinlər təşkil edir. Tabiinin şagirdlərinə və onlardan hədis rəvayət edənlərə "təbəi-tabiin" deyilir (yəni tabiinə tabe olanlar, tabiindən rəvayət edənlər). == Tərifi == Tabiin dövrü peyğəmbərin vəfatından sonra (hicri 11) başlamış və hicri 180-ci ildə sona çatmışdır. İslam fiqhi Quranda deyilənlərə əsaslanır, əgər birmənalı şərh yoxdursa, o zaman peyğəmbərin hədislərimə müraciət olunur, əgər onlarda da yoxdursa, tələbələrinin hədislərinə və s. baxılır. Tabiin hədisləri İslam fiqhində mühüm mərhələdir.
Tabil Həsənov
Tabil Qasım oğlu Həsənov (4 iyul 1960, Kosalar, DQMV – 29 mart 1992, Kosalar, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənov Tabil Qasım oğlu 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmişdir. 1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır. == Qırxqız qartalı == 1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyirdi el bu vaxt Tabil sinə gərərək düşmənə əks hücum edir erməni murdarlarının ordusu pərən pərən olur və faşistlər geri çəkilir. Bu qələbədən sonra ona el arasında "Qırxız qartalı" deyə səslənirdilər. Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum etmişdilər Tabil yenidən hücum edərək bu kəndi də azad edə bildi düşmənin canlı qüvvəsi məhv edildi. 1992-ci il 29 mart erməni qəsbkarları Kosalara yenidən hücum etdilər saatlarla davam edən döyüşdə 53 erməni faşisti öldürüldü onların 12-ni "Qırxız qartalı" Tabil öldürmüşdü. Lakin bu onun son döyüşü oldu o bu döyüşdə qəhrəmancasına həlak oldu.
Tabiyə (Sulduz)
Tabiyə (fars. تابيه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (17 ailə).
Titsian Tabidze
Titsian Tabidze (gürc. ტიციან ტაბიძე; doğum 21 mart 1895, İmereti diyarı, Kutaisi quberniyası, Rusiya İmperiyası - ölüm 16 dekabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Titsiani (gürc. ტიციანი) kimi də tanınan gürcü şair və Gürcü simbolist hərəkatının liderlərindən biri. İosif Stalinin Böyük Təmizlik kampaniyasının qurbanı olub. Həbs edilib və vətənə xəyanətdə itdiham edilərək güllələnib. Tabidze onun əsərini rus dilinə tərcümə edən məşhur rus yazıçısı Boris Pasternakın yaxın dostu olub. == Həyatı == Titsian Tabidze kənd keşiş ailəsində anadan olub. 1905-ci ildən Kutaisi Gimnaziyasında təhsil almağa başlayıb. Tezliklə yazarlığa başlayıb, öz əsərləri və rus və fransız dilindən tərcümə etdiyi əsərlər əvvəl Kutaisi qəzetlərində daha sonra Tbilisidə çap olunub. O, 1917-ci ildə Moskva Universitetinin tarix-filologiya fakültəsinin məzunu olub.
Titsian Tabidze heykəli
Titsian Tabidze heykəli (gürc. ტიტანი ტაბიძის ძეგლი) — Tbilisidə heykəl, Ançisxati məbədinin yaxınlığındakı meydanda yerləşir. Titsian Tabidze (1895—1937) — tanınmış gürcü şair. == Tarixi == 1937-ci ildə təzyiq edilən Titian Tabidze 1954-cü ildə bərpa edildi. 1966-cı ildə şairin ev-muzeyi Van vilayətinin Çkvişi kəndində (İmereti rayonu) açılmışdır.
Təbəi-tabiin
Təbəi-tabiin (ərəb. ‎) — Səhabə və tabiinlərdən sonra müsəlmanların üçüncü nəsli. Sünnilərə görə o, səhabələr və tabiinlərlə birlikdə dünyaya gəlmiş ən yaxşı nəsillərdən biridir.
Tabita Stivens
Tabitha Stevens (16 fevral 1970, Nyu-York, Nyu-York ştatı)- Amerikalı pornoqrafik aktrisa. 2007-ci ildə o, AVN Şöhrət mükafatı siyahısına daxil edilib. == Karyerası == Stivens 1995-ci ilin yayında erotik ifaçı Racquel Darrian ilə idman zalında görüşdükdən sonra 25 yaşında böyüklər üçün əyləncə sənayesinə qoşuldu. O, əvvəlcə böyüklər üçün Cheri və Hustler jurnalları üçün yayılan fotoşəkillərdə model kimi cıxış etməyə başladı. O, o vaxt evli idi, lakin böyüklər üçün əyləncə sənayesinə girdikdən qısa müddət sonra ərindən boşandı. Onun ilk səhnəsi Vivid Entertainment şirkətinə məxsus olan Rolling Thunder filmində səhnə yoldaşı Bobby Vitale ilə oldu. === Əsas media çıxışları === Stevens The Howard Stern Show-da 25 dəfədən çox çıxış edib həmçinin Dr. 90210-un beş mövsümündə də çıxış edib. O, bir cox televiziya seriallarında da müxtəlif rollarda çəkilib. SAG kartına malikdir və həmçinin Capcom-un Street Fighter və bir sıra SEGA TV reklamları üçün kommersiya işləri görüb.
лесору́бщик майора́новый оскли́злый отки́нуть отнима́ться са́ндрик хроника́льный антура́ж восходя́щая линия родства звукоснима́тель кинематографи́чность натравля́ть не́рвно-психи́ческий препари́роваться пу́говичница сердце оборвало́сь снаряжа́ть сколдыра apocalyptically pilaster mass surveyor воспроизвестись дряблость конкуренция переведаться