ZAM

(mmı)
artım, əlavə; kıdem zamı – uzun müddətə işlədiyinə görə maaşa edilən əlavə; fiyatlara zam kondu – qiymətləş bahalaşdı
əlavə, artım, artırma
ZALİM
ZAMAN
OBASTAN VİKİ
Ruhullah Zam
Ruhullah Zəm (fars. روح‌الله زم‎; 27 iyul 1978, Tehran – 12 dekabr 2020, Tehran) — İran ictimai fəalı və jurnalisti. O, hökumət korrupsiyası haqqında sənədləri yayımlamaqla tanınır. Zəm 2009-cu ildə İran İnqilab Keşikçiləri tərəfindən həbs edilmişdi. Həbs edilməsindən və İranı tərk etməsindən sonra 2015-ci ildə "Amad News" adlı "Telegram" kanalı açan Zəm 2017–2018-ci il İran etirazları zamanı əhəmiyyətli jurnalistik fəaliyyət göstərmişdir. "Voice of America" portalının farsdilli bölməsi onu tez-tez buraxılışlarına dəvət edir. == Həyatı == Ruhullah Zəm 1978-ci ildə İranın paytaxtı Tehran şəhərində, ruhani ailəsində anadan olmuşdur. Onun atası Məhəmmədəli Zəm 1980–1990-cı illərdə müxtəlif dövlət vəzifələrində çalışmış bir islahatçı idi. Ruhullah Zəm 2009-cu ildə keçirilən etiraz aksiyalarına qoşulmuş, bir müddət Evin həbsxanasında saxlanılmışdır. O, 2011-ci ildə Əli Xameneiyə göndərdiyini açıq məktubda işgəncəyə məruz qaldığını bildirmişdir.
"Yanğın zamanı igidliyə görə" medalı
"Yanğın zamanı igidliyə görə" medalı - SSRİ Ali Sovetinin 31 oktyabr 1957-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı — 2015 UCI BMX Dünya Çempionatında təşkil olunan və 25 iyul 2015-ci il tarixində baş tutan yarışdır.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı — 2016 UEC Avropa Trek Çempionatında 22 velosipedçinin iştirakı ilə 19 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.
Abbas Zamanov
Abbas Zamanov (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Abbas Zamanov (general) — Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər).
Abbas Zamanov (general)
Zamanov Abbas Məmmədtağı oğlu (22 mart 1924, Bakı) — Azərbaycan SSR-in baş prokuroru (1976–1986-cı illər). == Həyatı == Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil olmuş, eyni zamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944–1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur. 1945–1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949–1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləməklə yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir. 1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959–1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir. 1962–1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir, 1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir. O, uzun müddət respublika prokurorluğuna rəhbərlik etmiş, II dərəcəli Dövlət Ədliyyə müşaviri ali rütbəsinə layiq görülmüş, 1986-cı ildə təqaüdə çıxmışdır.
Abbas Zamanov (ədəbiyyatşünas)
Zamanov Abbas Fəttah oğlu (10 oktyabr 1911, Maxta, Şərur-Dərələyəz qəzası – 1 aprel 1993, Bakı) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). == Həyatı == Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921–1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929–1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933–1934). Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937–1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir. Opera Teatrının və Filarmoniyanın direktoru (1940–1941) olmuşdur. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960–1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968–1971), ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971–1979) vəzifələrində çalışmış, daha sonra kafedranın professoru (1979–1993) kimi fəaliyyət göstərmişdir.
Adam Zamenhof
Adam Zamenhof (pol. Adam Zamenhof; 11 iyun 1888, Varşava, Polşa çarlığı, Rusiya imperiyası – 29 yanvar 1940) — oftalmologiya sahəsində fəaliyyətinə görə ad qazanmış yəhudi-polyak əsilli həkim, esperanto dilinin yaradıcısı Lüdviq Lazar Zamenhofun oğlu. == Həyatı == Holokostdan əvvəl Adam Zamenhof görmə sahəsində korluğu müəyyən edən cihaz icad etmişdi. İkinci Dünya müharibəsi zamanı 6 sentyabr 1939-cu ildə o, Varşavada Starozakonniç Xəstəxanasının rəhbəri və direktoru idi. Həmin il 1 oktyabrda Zamenhof tutulmuş və Palmiridəki düşərgəyə göndərilmişdi, daha sonra isə güllələnmişdi.Adam və həyat yoldaşı Vanda Lui-Kristof Zaleski Zamenhofun valideynləridirlər.
Andreas Zampa
Andreas Zampa (13 avqust 1993 Kejmarok, Slovakiya) — Slovakiyalı dağ-xizək idmançısı. Andreas Zampa Slovakiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Andreas Zampa birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Zampa 2:51.62 saniyəlik nəticəsi ilə 109 atlet arasında 32-ci yeri tutdu.
Astronomiyada zaman vahidləri
Zaman materiyanın varlıq formasıdır. Materiya məkansız təsəvvür oluna bilmədiyi kimi zamansız da təsəvvür oluna bilməz. Materiya yalnız məkanda və zamanda mövcud ola bilər. Astronomiyada əsas zaman vahidi Yerin öz oxu ətrafında fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün seçilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxtdır. Göy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsusi ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ulduz günü və s. Bu günlərin uzunluğu bir qədər fərqlidir. Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələrindən istifadə olunur.
Asəf Zamanov
Asəf Zamanov (tam adı: Asəf Dağbəyi oğlu Zamanov; 10 may 1957, Şahbuz rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis. == Həyatı == Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978-79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır. 1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. 1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir. 1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdarəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000–2001-ci illərdə Təhsil Problemləri İnstitutunun ilk direktoru vəzifəsində çalışmışdır. 2007–2016 cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərarabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Bir dövretmə ayın, yəni Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə və 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə və 12 saniyə). Müasir təqvimlərdə ay 365 və 366 gün davam edir və bir ilin 12-də biri olaraq qəbul edilir.
Azərbaycan ixtiraları və kəşflərinin zaman şkalası
Azərbaycan ixtiraları və kəşflərinə Azərbaycanda tarixən və müasir dövrdə yaşamış xalqların və etnik azərbaycanlıların fəaliyyəti daxildir. == Qafqaz Alban mədəniyyəti == Alban təqvimi. 352-ci ildən etibarən albanlar Misir sisteminə uyğun təqvim istifadə etməyə başlamışdılar. Bu alban hökmdarı Urnayrın dövründə (313–371) baş vermişdir. Alban əlifbası. Erməni tarixçisi Koryuna görə alban əlifbası erməni dilçisi Mesrop Maştots tərəfindən erməni yepiskopu Ananiya və alban tərcüməçi Benyaminin köməyi ilə 420-ci illərin əvvəlində yaradılıb (və ya yenilənib). Bu alban hökmdarı Yesuagenin dövründə (424–444) baş vermişdir. Qeyri-erməni ilkin mənbələr alban əlifbasının Mesrop tərəfindən yaradıldığını qeyd etmir. == Musiqi == Qavaldaş. Qobustan dövlət tarixi-bədii qoruğunda qəbilə adamlarının maddi güzəranı üçün istifadə olunan daş musiqi qurğuları.
Azərbaycan–Zambiya münasibətləri
Azərbaycan–Zambiya münasibətləri — Azərbaycan Respublikası ilə Zambiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabr ayının 18-də qurulmuşdur.
Ağcakəhəl-Zamani (Bostanabad)
Ağcaköhül-Zamani (fars. اغچه كهل زماني‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (22 ailə).
Baccharis zamoranensis
Baccharis zamoranensis (lat. Baccharis zamoranensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Barrikadalar zamanı
Barrikadalar zamanı (lat. Barikāžu laiks) və ya sadəcə Barrikadalar (lat. Barikādes) 1991-ci ilin yanvar ayında əsasən Riqa şəhərində baş tutan 1990-cı ilin mayında Sovet Sosialist Respublikaları İttifaqı ilə ondan müstəqilliyini elan edən Latviya Respublikası arasında qarşıdurmaların seriyası. Hadisələrin adı yerli camaatın təxminən 13 və 27 yanvar arasında müdafiə barrikadaların quraşdırmağından gəlir. == Arxa plan == 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bunnan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq, Latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Latviyadaki bu hadisələr həmçinin Üçüncü oyuanış (lat. Trešā Atmoda) kimi, Baltikyanı üç respublikasında ümumiyyətlə bir yerdə baş verilən bu cərəyan isə Nəğməli inqilab kimi tanınır. Kütləvi etirazlar baş verirdi və 1990-cı ilin martın 18-də müstəqillik tərəfdarları olan Latviya Xalq Cəbhəsi, Yaşıl Partiya və Latviya Milli Müstəqillik Hərəkəti Latviya SSR Ali Sovetinə seçkilərini udub, sovetpərəst Bərabər Hüquqlar bloku isə müxalifət qalıb.
Bir Zamanlar Osmanlı
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Bir zamanlar Anadoluda (film, 2011)
"Bir zamanlar Anadoluda" — Nuri Bilgə Ceylanın ssenari müəllifi və rejissoru olduğu 2011-ci ildə çəkilmiş türk dram filmidir. Baş rolları Məhəmməd Uzunər, Yılmaz Ərdoğan və Taner Birselin oynadığı film bir həkimlə cinayət araşadırıcısı müstəntiqin 12 saatlıq gərgin hekayəsindən bəhs edir. 11 həftə davam edən filmin çəkilişləri Qırıqqapının (Kırıkkale) Kəskin bölgəsində həyata keçirildi. TRT-nin də qatqısı ilə Bosniya və Herseqovina və Türkiyənin ortaq istehsalı olan film 11-22 may 2011 tarixləri arasında 64-cü Kann kinofestivalında böyük mükafat Qızıl Palma uğrunda yarışacaq filmlər siyahısına daxil oldu və ikinci böyük mükafat olan Böyük Mükafatı qazandı. == Aktyorlar == Məhəmməd Uzunər (Həkim Camal) Taner Birsel (Müstəntiq Nüsrət) Yılmaz Ərdoğan (Komissar Naci) Əhməd Mümtaz Taylan (Ərəb Əli) Ərcan Kesal (Kəndxuda) Fırat Tanış (Saxlanılan Kənan) Erol Ərarslan (Mərhum Yaşar) Burhan Yıldız (Saxlanılan Ramazan) Murad Kılıç (Polis İzzət) Şəfəq Karali (Abidin) Kubilay Tunçər (Ekspertiza işçisi Şakir) Cansu Dəmirçi (Kəndxudanın qızı Cəmilə) == Yazılması == "Bir zamanlar Anadoluda" Nuri Bilgə Ceylan, Ercan Kesal və Ebru Ceylan tərəfindən yazılıb. Filmin təməlində Ercan Kesalın həkimlik etdiyi dövrlərdə yaşadığı və Qırıqqapının (Kırıkkale) bir qəsəbəsində işlənmiş ciyanətin araşdırılması prosesi dayanır. Ebru Ceylan filmin hekayəsinə olan aidiyyətini "Məmur dünyasını yaxşı bilirəm, təcrübəmi paylaşdım. Qadınlar bu filmdə çox yox, amma kişi dünyasında ortaya çıxan məsumanə qadın obrazının önəmli olduğunu zənn edirəm." sözlərilə bildirdi. 64-cü Kann kinofestivalında əsas nümayişdən əvvəlki gün keçirilən toplantıda filmdəki "bol dialoqlar" haqqında verilən suallara Nuri Bilgə Ceylan bürokratik dünyada çox danışmağın daha yaxşı olduğunu bildirir. Məzmunun bürokratiya ilə olan "bağlantısını" Çexov təmin edib.
Bir zamanlar Kipr (teleserial, 2021)
Bir zamanlar Kipr (türk. Bir Zamanlar Kıbrıs) — TRT 1-də yayınlanan türk serialı. Serial "TMC Film" imzalıdır. == Süjet == Serial 1970-ci illərdə Kipr və Yunanıstan yunanlarının sülhpərvər və mülki Kipr türk əhalisinə qarşı apardığı soyqırım siyasətini və Kıbırs Sülh Hərəkatını anladır.
Bir zamanlar Osmanlı (teleserial)
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Bir zamanlar Osmanlı (teleserial, 2012)
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Bir zamanlar döyüşçü (film, 2011)
Bir zamanlar döyüşçü (teluquca:అనగనగా ఓ ధీరుడు, ingiliscə:Once Upon a Warrior) — Prakaş Kovelamudi tərəfindən teluqu dilində çəkilən 2011 İngiltərə və Hindistan fantastik macəra filmidir. Film Arka Media və Disney Channel tərəfindən çəkilib. Disneyin teluqu dilində çəkdiyi ilk filmdir. Filmin gəliri 200 milyon rupi dəyərində olub. == Məzmunu == İrendri xalqa bədbəxtlik gətirən bir cadugərdir.Bir quru onu həbs edir, insanların həyatlarıyla oynamasına icazə vermir. Sonra isə onu yox edir. Yox edilmədən öncə İrendri özünü bir medalyona köçürür. Ölməyinə rəğmən ruhu həmin medalyonla yaşayır. Nəvəsi Priya isə bir çingənə olaraq yaşayır. Priya cadugər ailədə böyüdüyü üçün bütün sehrləri bilir.
Bir zamanlar Şəkidə
Bir zamanlar Şəkidə — macəra, döyüş və komediya film janrlarında çəkilmiş tammetrajlı bədii film. Film rejissor Orxan Bayramov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Yarasa Art Pictures və Leaf Telecommunication Film Production tərəfindən istehsal edilmişdir. Əsas rolları Bəhruz Vaqifoğlu (Əməkdar artist), Vüsal Hacı Qədir, Serkan Genc, Ayşen Batıgün, Eray Türk, Elşən Rüstəmov (Əməkdar artist), Pərviz Məmmədrzayev (Xalq artisti), Əbdülqəni Əliyev, Yaroslav Trifonov, Şirzad Pirallahı, Pərvin Abıyeva ifa edirlər. == Məzmun == Rus mafiyozu Yurinin adamı Nikolay ona xəyanət edərək məşhur "Şərqin ürəyi" adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır.
Bir zamanlar Şəkidə (film, 2017)
Bir zamanlar Şəkidə — macəra, döyüş və komediya film janrlarında çəkilmiş tammetrajlı bədii film. Film rejissor Orxan Bayramov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Yarasa Art Pictures və Leaf Telecommunication Film Production tərəfindən istehsal edilmişdir. Əsas rolları Bəhruz Vaqifoğlu (Əməkdar artist), Vüsal Hacı Qədir, Serkan Genc, Ayşen Batıgün, Eray Türk, Elşən Rüstəmov (Əməkdar artist), Pərviz Məmmədrzayev (Xalq artisti), Əbdülqəni Əliyev, Yaroslav Trifonov, Şirzad Pirallahı, Pərvin Abıyeva ifa edirlər. == Məzmun == Rus mafiyozu Yurinin adamı Nikolay ona xəyanət edərək məşhur "Şərqin ürəyi" adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır.
Birinci və İkinci Qarabağ müharibələri zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı
Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı — Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı. Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir. Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir. Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir. Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir. == Zəmin == Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır. 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi. Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.Ağdam şəhəri erməni qüvvələrinin hücum əməliyyatı əsnasında və sonrasında dağıdılmışdır. Ermənilər geridə qoyulan xarabalıqları belə yağmalamışdır.
гравитацио́нный дели́рий лоя́льный переобу́ть посрыва́ться приска́зывать ра́чий рогообма́нка рэ́пперский кожанка обмы́згать скра́шивать фабрика́ция фонтани́ровать це́льно вихлять чакан bone-idle collar intellective Rhoda smell round арбитр брючный покричать