Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yapıncı
Yapıncı — maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan və keçədən hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim növü. Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş yayılmışdır. Yapıncı təpmə (basma) üsulu ilə «həllac» (qədimdə kəpənəkçi adlanıb) adlanan peşəkar sənətkarlar tərəfindən hazırlanır. Yapıncının saçaqlı və saçaqsız olmaqla, iki tipoloji növü var. Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən həllaclara düzəltdirilərmiş. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsızdan başqa, ağ və qara rəngli növləri var. Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı.Yapıncını çiyinə almaq üçün onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin birləşmələrini bir-birinə tikirdilər.Saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı saya keçə istehsalında olduğu kimi davam etdirilirdi.
Çakvinci qalası
Çakvinci qalası (gürc. ჭაქვინჯის ციხე) — Gürcüstanda orta əsr qalasıdır. Qala Sameqrelo-Yuxarı Svaneti bölgəsinin Zuqdidi bələdiyyəsində, Cixaşkari kəndində, Çanistskali çayı yaxınlığındakı yüksək qayanın üzərində yerləşir. 2017-ci ildə Çakvinci qalası Gürcüstanda milli əhəmiyyətli daşınmaz mədəniyyət abidələri siyahısına daxil edildi. == Tarixi == Qalanın tikintisi və tarixi haqqında çox az sənədli mənbə var. XVIII əsrin məşhur gürcü tarixçisi və coğrafiyaşünası Vaxuşti Baqrationi qala ərazisini Sameqrelo yaz sarayı adlandırmışdı. 26 yanvar 1813 -cü ildə Meqrelianın son şahzadəsi David Dadiani bu qalada dünyaya gəlib.Buradakı qala, ehtimal ki, burada iki əhəmiyyətli yolun kəsişməsi səbəbindən inşa edilmişdir. Qala ərazisinə bir qala və aşağı həyət sahəsi daxildir. Qala dağı zirvəsində yerləşir və planına görə oval şəklillidir. Dörd qala qülləsi müxtəlif vaxtlarda tikilmiş və bir neçə dəfə təmir edilmişdir.
Ağ yapıncı (roman)
Ağ yapıncı — Mahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır.