Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Normal
Normal (riyaziyyat)
Anomal uşaqlar
Anomal uşaqlar – müəyyən qüsur və çatışmazlıqlara görə normal fiziki və ya psixi inkişafdan xeyli dərəcədə geridə qalan, bu səbəbdən də xüsusi şəraitdə təlim-tərbiyəyə ehtiyacı olan uşaqlar. Belə uşaqların inkişafındakı qüsurların və çatışmazlıqların ləğvi, korreksiyası və bərpası xüsusi təlim-tərbiyə müəssisələrində aparılır. Uşaqda hər hansı bir pozğunluğun (məs., qulağın birinin eşitməməsi) olması anomal inkişafı müəyyən etmir. Belə hallarda uşaqların fiziki və psixi inkişafı pozulmur və onlar anomal uşaq kateqoriyasına aid edilmirlər. Anomal uşaqlarının ümumi inkişaf qanunauyğunluqlarının, onların təlim-tərbiyə metodlarının öyrənilməsi defektologiyanın tədqiqat obyektidir. Qüsurlar və çatışmazlıqlar anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə qüsurların yaranmasında irsi faktorlar, hamiləlikdə dölə zərərli [[Təsir|təsirlər](intoksikasiya, alkoqol, bətn daxili infeksiya, travma), həmçinin asfiksiya və doğuş travmasının xüsusi rolu vardır. Qazanılmış anomaliyalar, əsasən, erkən yaş dövründə keçirilmiş yoluxucu xəstəliklərin (meningit, poliomelit və s.), travma, intoksikasiya və s. nəticəsində yaranır.
Normal (riyaziyyat)
Normal — düz səthə və bu səthdə kəsişən bütün düz xətlərə ortoqonal (perpendikulyar) olan vektor. == Qapalı təyini == Bu nöqtə vektor normalı adlanır hansı ki,— vahid vektordur və bu nöqtəyə çəkilən düz xətt normalın istiqamətinə paraleldir. Hamar səthdə ixtiyari nöqtə üçün yalnız istiqaməti ilə fərqlənən iki vektor normalı tətbiq etmək olar. Əgər səthdə normal vektorların dövri sahəsini təyin etmək mümkündürsə, onda bu sahə səthin oriyentasiyasını təşkil edir (yəni tərəflərdən birini ayırır). Əks halda, səth oriyentasiya olunmamış adlanır. Analoji olaraq, bu nöqtədəki əyri vektor normalı kimi təyin edilir.
Normal forma
Normal forma (normal form ) - relyasiyalı verilənlər bazasında: informasiyanın strukturlaşdırılması üsulunu müəyyənləşdirən, artıqlığın və uzlaşmamanın olmaması ilə xarakterizə olunan element; informasiyanın səmərəli işlənməsini, saxlanmasını və yenilənməsini təmin edir. Adətən, üç formada istifadə olunur: birinci normal forma (1NF), ikinci normal forma (2NF) və üçüncü normal forma (3NF). Birinci normal forma (1NF)(ən az strukturlaşdırılmış), hər bir sahəsi (sütunu) unikal informasiyadan ibarət olan yazılar qrupudur (məsələn, işçilərin siyahısı). İkinci və üçüncü normal formalar birinciləri ayrı-ayrı cədvəllərə bölür və ardıcıl olaraq sahələr arasında daha incə qarşılıqlı ələqələr müəyyənləşdirir. İkinci normal (2NF) formada ilkin açar sahəsi istisna olmaqla, başqa sahələrin altçoxluğu olan sahələr olmur. Üçüncü normal (3NF)formada açar olmayan sahələr haqqında informasiyaların yerləşdiyi sahələr olmur. Daha mükəmməl normallaşmada Boys-Kodd normal forması (BCNF), dördüncü normal forma (4NF) və birləşmiş proyeksiya – beşinci normal forma (PJ/NF və ya SNF) olur.Proqramlaşdırmada: normal forma, başqa dillərin sintaksisini təsvir etmək üçün istifadə olunan metadildir. Bəzən Bekus normal forması (Bekus-Naur forması) da adlanır.
Normal paylanma
Normal paylanma və ya Qaus paylanması – kəsilməz ehtimal paylanmasının vacib növü. Fiziki kəmiyyət bir çox təsadüfi amillərin təsirinə məruz qaldıqda o normal paylanmaya tabe olur. Məlumdur ki, belə hallar təbiətdə çox rast gəlinir. Onlardan normal paylanma geniş yayılmışdır, onun adı da buradan götürülmüşdür. Normal paylanmanın mahiyyəti mərkəzi limit teoreminə əsaslanır. Burada deyilir ki, bir-birindən asılı olmayan, identik paylanmış təsadüfi dəyişənlərin sərhəd qiymətləri normal paylanır. Təsadüfi dəyişənlər o vaxt normal paylanırlar ki, onlar çoxlu sayda amillərin təsirlərinin cəmlənməsindən yaranır və hər bir amil ayrı-ayrılıqda heç bir əhəmiyyətli təsirə malik deyil. Təsadüfi parametrlərin normal paylanmasından sürətlərin, ölçü xətalarının, nəzarət xətalarının təyini zamanı aparılan sınaqlar zamanı istifadə edilir. Riyazi və statatistik qiymətləndirmələr zamanı qiymətləndirilən funksiya əmsallarının meyilli olub olmamasının təyin edilməsi üçün normal paylanmadan istifadə edilir. == Təyinatı == Ehtimal paylanma sıxlığı f : R → R , x ↦ f ( x ) {\displaystyle f:\mathbb {R} \to \mathbb {R} ,\ x\mapsto f(x)} olan bir kəsilməz təsadüfi dəyişən üçün: f ( x ) = 1 σ 2 π exp ⁡ ( − 1 2 ( x − μ σ ) 2 ) {\displaystyle f(x)={\frac {1}{\sigma {\sqrt {2\pi }}}}\exp \left(-{\frac {1}{2}}\left({\frac {x-\mu }{\sigma }}\right)^{2}\right)} o vaxt μ {\displaystyle \mu } - σ {\displaystyle \sigma } -normal paylanır ki, X ∼ N ( μ , σ 2 ) {\displaystyle X\sim {\mathcal {N}}(\mu ,\sigma ^{2})} və ya ( μ , σ 2 ) {\displaystyle (\mu ,\sigma ^{2})} -da normal paylansın, burada μ {\displaystyle \mu } riyazi gözləməni (orta kəmiyyət) və σ {\displaystyle \sigma } təsadüfi kəmiyyətin variyansıdır.
Normal su
== Normal su == Normal su-tərkibində dəqiq müəyyən edilmiş miqdarda xlor olan (19,38%- kimi bu da 35% şorluluğa bərabərdir) təmizlənmiş dəniz suyuna deyilir. Normal su dəniz sularının şorluluğunu müəyyən etmək üçün beynəlxalq etalon kimi qəbul edilmişdir.
Normal atmosfer təzyiqi
Normal atmosfer təzyiqi – dəniz səviyyəsində 0°S temperaturda atmosfer təzyiqi. Normal təzyiq orta hesabla 760 mm hundurlukdə olan civə sutununun təzyiqinə deyilir. Hava yer səthinin hər bir 1 sm2-nə 1 kq (1033 q) təzyiq edir. Normal atmosfer təzyiqi 45 dərəcə paraleldə, okean səviyyəsində, 0 dərəcə temperaturda 760 mm c.s.-na bərabərdir. Atmosfer təzyiqi 760 mm c.s.-dan çox olarsa yüksək təzyiq, az olarsa alçaq təzyiq hesab olunur. Coğrafi enliklər üzrə Günəşin istiliyi qeyri-bərabər paylanmışdır. Bu da Yer səthində müxtəlif təzyiq sahələrinin yaranmasına səbəb olur. Ekvatorial enliklərdə hava qızaraq yüngülləşir və troposferin yuxarı qatlarına qalxır. Havanın qalxan hərəkəti atmosfer təzyiqinin ekvatorda aşağı düşməsinə səbəb olur. Troposferin yuxarı qatlarından tropik enliklərə (30 dərəcə şimal və cənub enliyi) hərəkət edən hava axınları soyuyaraq Yer səthinə enir və yüksək təzyiq sahəsi yaradır.
Quanqsi Normal Universiteti
Quanqsi Normal Universiteti (çin. 广西师范大学; Pinyin:Guǎngxī shīfàn dàxué) — Çinin Quanqsi vilayətinin Quilin şəhərində yerləşir. 2180 nəfər kadrı var.
Hindistanda anomal istilər (2015)
Hindistanda anomal istilər — 2015-ci ilin may ayında Hindistanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Baş verən anormal istilər nəticəsində 29 may tarixinə olan məlumata əsasən 1.800 nəfərdən çox şəxs dünyasını dəyişib. Hindistanda ən yüksək temperatur adətən, mart-iyul ayları aralığında müşahidə edilməkdədir. Baş verən temperatur böhranı zamanı ölkənin demək olar ki, bütün ərazilərində ölüm halı qeydə alınıb. Xüsusi ilə cənub ştatlarında ölüm hallarını daha çox olması diqqət çəkir. Andhra Pradeş ştatında 1.490 nəfər həmin ştatın sərhədində yerləşən Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb. İstilərdən əziyyət çəkən digər ərazilər Orissa ştatı və Qərbi Benqal ərazilərdir. Baş verən istilər böyük şəhərlərdə soyuducu sistemlərə olan təlabatı anidən artırmışdır və nəticədə bir çox böyük şəhərlərdə enerjinin verilməsində problemlər yaranıb.
Paris Ali Normal Məktəbi
Paris Ali Normal Məktəbi (fr. École Normale Supérieure) — Fransa Respublikasının Paris şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin dövlət universitetləri çərçivəsində fəaliyyət göstərənən aparıcı ali təhsil ocaqlarından biridir. Fransa inqilabı dövründə yaradılıb və həmin vaxtdan bugünədək mühüm elit institut kimi fəaliyyət göstərir. Məktəbin tələbələri hökumət və akademik dairələrdə yüksək səviyyədə karyera əldə etmək üçün hazırlanır. Fransa elitasının əksər nümayəndələri bu məktəbin məzunlarıdır. == Tarixi == Paris Ali Normal Məktəbi 30 noyabr 1794-cü ildə Fransa inqilabı dövründə Paris şəhərində Milli Konvent (Fransa inqilabı dövründə vəkillər şurası) tərəfindən yaradılıb. Məktəbdə ilk mühazirə 1795-ci ildə yanvarın 20-də Verniquet amfiteatrında oxunub. Məktəbin yaradılmasında məqsəd yenicə təşəkkül tapmış respublikanın dörd tərəfindən olan artıq savadlı vətəndaşlara hərtərəfli dünyagörüşünə malik alim və professorlar tərəfindən müəllimlik sənəti öyrətmək olub. Bunun üçün Monj, Vandermond, Dyubenton, Bertolle, Bernardin de Sen-Pyer, Volney kimi dahilər məktəbə dəvət olunur. Məktəb tez bir müddətdə mühüm tədqiqat mərkəzinə çevrilir.
Yaponiyada anomal istilər (2018)
Yaponiyada anomal istilər – 2018-ci ilin yay aylarında Yaponiyanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Temperatur böhranı ölkənin cənub-qərbində bir çox insanı evsiz qoyan daşqınlara səbəb olan ağır yağışlardan sonra yaranmışdır. == İyul 2018 == İyunun sonundan iyulun ortalarına qədər davam edən daşqınlardan sonra Yaponiyada temperatur kəskin artmışdır. Daşqın və torpaq sürüşmələrinin baş verdiyi Hiroşima, Ehime və Okayama prefekturalarında 145 nəfər gün vurmasında görə xəstəxanaya müraciət edib. Bu zaman havanın temperaturu 35 °C-ni keçib.23 iyul 2018-ci ildə Yaponiya Meteorologiya Agentliyi Tokionun 65 km şimal-qərbində yerləşən Kumaqaya şəhərində 41,1 °C temperatur qeydə alıb. Bu, ölkə tarixində qeydə alınmış ən yüksək temperaturdur. Kioto şəhərində isə ardıcıl 7 gün boyunca temperatur 38 °C-dən aşağı düşməmişdir. Bu, hava haqqında qeydlərin tutulmağa başlandığı XIX əsrdən bəri ilk haldır.9 iyul 2018-ci ildən Yaponiyada azı 44 nəfər anomal istilərdən ölüb. Təkcə 21 iyulda 11 nəfər ölüb. 6 yaşlı məktəbli uşağın çöl tədbirində iştirakı zamanı ölümündən sonra Yaponiya Təhsil Nazirliyi məktəblərə xəbərdarlıq edib.
Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkə­lər­də fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qa­panma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da fa­za ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzol­ya­siyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izol­ya­siyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Unformal
Unformal — 2001-cü ildə Bakı şəhərində yaradılmış Azərbaycan rok qrupu. == Quruluş ili == Hər şey Sovetlər Birliyindən qalmış model agentliyinin yerləşdiyi dağılmış çardaqdan başlamışdır. Orada Rüstəm (gitaraçı) və Yevgeni (barabançı) bir neçə artist və musiqiçilərlə birgə otaq kirayə götürürdülər. Bir neçə aydan sonra kollektivə ölkədə yeganə qadın bas gitara ifaçısı qoşulur. Unformal qrupu 2001-ci ilin oktyabrında B.İ.C. prodüser mərkəzi tərəfindən təşkil edilən Azerbaijan Rock Award Competition mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək "Qızıl aypara" mükafatina layiq görülmüş və öz debütunu etmişdir. 2003-cü ilin mayında Unformal qrupu Gürcüstana festivala dəvət olunur, orada Gürcüstanın məşhur musiqi telekanalı olan "Maestro" və bir sıra başqa kanalarda müsahibələr verir. 2003-cü ildə Unformal qrupu teleşouda iştirak etmişdi və onun ardınca Azərbaycan üzrə qastrollar başlamışdı. 2003-cü ildə Şou proqramın axırıncı konserti Azərbaycanın əsas səhnəsi – Heydər Əliyev adına Sarayda baş tutmuşdu. 2004–2005-ci illərdə Unformal qrupu 11 festival keçirmiş, "Unformal" nümayiş albomunu yazdırmış, özünün 5 ilini solo – konsertlə qeyd etmiş, gələcək albom üçün yeni mahnılar yazdırmışdır. Eyni zamanda Fəridə (bas) öz konservatoriya dostları ilə birgə yeni layihəsinə – "W/Omen" rok – qrupuna həyat vermişdir.
Formal
Formal – 1)rəsmi, qanuni formaya uyğun olan. Məsələn, formal sübut, formal təsir; 2)yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. Formal məntiq – təfəkkürün elementar qanun və formaları haqqında elm. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Norma
Norma (lat. norma — hərfi tərcümə "bucaqlıq", mənaca "qayda") — fəaliyyət sahəsinin sərhədlərini göstərən tənzimləyici qayda. Norma anlayışı həmişə şərtidir, məqsəddən asılı olaraq norma həddi müxtəlif ola bilər. Norma hərəkət, inam və hissdir. Hər bir fəaliyyətin və qaydanın norması olmalıdır.
Aechmea anomala
Aechmea anomala (lat. Aechmea anomala) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Amanoa anomala
Amanoa anomala (lat. Amanoa anomala) — fillantkimilər fəsiləsinin amanoa cinsinə aid bitki növü.
Angelica anomala
Əyilən tütəkcə (lat. Angelica anomala) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Artemisia anomala
Artemisia anomala (lat. Artemisia anomala) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis anomala
Baccharis anomala (lat. Baccharis anomala) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Dendrobium normale
Dendrobium fimbriatum (lat. Dendrobium fimbriatum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Callista fimbriata (Hook.) Kuntze (1891) Dendrobium paxtonii Paxton (1839) Dendrobium normale Falc. (1839) Dendrobium fimbriatum var. oculatum Hook.
Hydrangea anomala
Hydrangea anomala (lat. Hydrangea anomala) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Mentha anomala
Çəmən yarpızı (lat. Mentha arvensis) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid növ. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonim == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Unformal (qrup)
Unformal — 2001-cü ildə Bakı şəhərində yaradılmış Azərbaycan rok qrupu. == Quruluş ili == Hər şey Sovetlər Birliyindən qalmış model agentliyinin yerləşdiyi dağılmış çardaqdan başlamışdır. Orada Rüstəm (gitaraçı) və Yevgeni (barabançı) bir neçə artist və musiqiçilərlə birgə otaq kirayə götürürdülər. Bir neçə aydan sonra kollektivə ölkədə yeganə qadın bas gitara ifaçısı qoşulur. Unformal qrupu 2001-ci ilin oktyabrında B.İ.C. prodüser mərkəzi tərəfindən təşkil edilən Azerbaijan Rock Award Competition mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək "Qızıl aypara" mükafatina layiq görülmüş və öz debütunu etmişdir. 2003-cü ilin mayında Unformal qrupu Gürcüstana festivala dəvət olunur, orada Gürcüstanın məşhur musiqi telekanalı olan "Maestro" və bir sıra başqa kanalarda müsahibələr verir. 2003-cü ildə Unformal qrupu teleşouda iştirak etmişdi və onun ardınca Azərbaycan üzrə qastrollar başlamışdı. 2003-cü ildə Şou proqramın axırıncı konserti Azərbaycanın əsas səhnəsi – Heydər Əliyev adına Sarayda baş tutmuşdu. 2004–2005-ci illərdə Unformal qrupu 11 festival keçirmiş, "Unformal" nümayiş albomunu yazdırmış, özünün 5 ilini solo – konsertlə qeyd etmiş, gələcək albom üçün yeni mahnılar yazdırmışdır. Eyni zamanda Fəridə (bas) öz konservatoriya dostları ilə birgə yeni layihəsinə – "W/Omen" rok – qrupuna həyat vermişdir.
Unformal Qrupu

Aortal stenoz
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. == Etiologiya == 70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. == Növləri == Aortanın 3 yerində anadangəlmə daralma ola bilər: Qapaq stenozu (valvulyar stenoz) Qapaqüstü stenoz (supravalvulyar stenoz) Qapaqaltı stenoz (subvalvulyar stenoz) == Əlamətlər == Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər.
Aortal çatışmazlıq
Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər. == Etiologiya == Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər: infeksion endokardit aortal disseksiya.Xroniki AÇ-ğın səbəbləri bunlardır: ikitaylı aortal qapaq — anadangəlmə səbəblərdən biri. membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru — ən yayqın anadangəlmə anomaliya aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2–3 tayın olmaması revmatik qızdırma infeksion endokardit miksomatoz degenerasiya aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri qalxan aortanın anomaliyaları uzunsürən tənzimlənməyən qan təzyiqi Marfan sindromu idiopatik aortal genişlənmə sistik media nekrozu aortanın qocalıq ektaziyası, genişlənməsi sifilitik aortit revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit başqa spondiloartritlər Whipple xəstəliyi. == Əlamətləri == Aortal çatışmazlıq iki cür olur: kəskin AÇ — ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir. xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir. == Diaqnostika == === Fiziki müayinə === === Elektrokardioqrafiya (EKQ) === EKQ dəyişiklikləri qeyri-spesifikdir: Sol mədəcik (SM)hipertropfiyası, ürəyin elektrik oxunun sola meyilliyi, sol qulaqcıq hipertrofiyası (böyüməsi), SM-in aşırı yüklənməsi əlamətləri: I, aVL, V3-V6 aparmalarda dərin Q dişləri və V1 aparmasında nisbətən kiçik r dişciyi SM keçiricilik pozuntuları — adətən xəstəliyin son aşamasında olur.
Aortal çatışmazlığı