Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antigen
Antigenlər (yunan dilindən “anti” - əks + “genes” – doğan) - orqanizm üçün yad cisim olub, özünə qarşı spesifik immun reaksiyası yaradan maddələrdir. Bu reaksiyanın nəticəsi kimi orqanizm tərəfindən anticimlər sintez olunur. Antigenlər və antitellər həm in vitro, həm də in vivo daxilində bir-birinə qarşılıqlı təsir etmək qabiliyyətinə malikdirlər. Canlı orqanizmlərin bütün makromolekulyar komponentləri antigen xüsusiyyətinə malikdir. Antigenlər müəyyən bir növün bütün fərdləri, yaxud bu növün müəyyən bir qrupunun bəzi fərdləri üçün ümumi ola bilər. İmmun reaksiyası yaratmaq qabiliyyəti və yaratdığı reaksiyaların forması (antitel yaratmaq, hüceyrə immuniteti, allergiya və s.) fərqli ola bilər. Antigenlər yalnız, onların öz təsiri altında yaranmış anticisimlərlə birləşə bilir. == Xassələri == Antigenlər yad cismlik dərəcəsindən, kimyəvi təbiətindən (zülal, yaxud polisaxarid), dozasından və orqanizmə hansı formada daxil olmasından və s.-dən asılıdır. Antigenlər antitelllərlə və hüceyrə ilə öz molekullarının bir-birinə toxunan müəyyən bir hissəsi vasitəsilə qarşılıqlı təsirə məruz qalırlar. Antigenlərin yad cisim təbiətinin təyini, onun “özününkü”, yaxud “özgəninki” olmasını müəyyənləşdirmək canlı orqanizmlərə məxsus universal xüsusiyyətlərdən biridir.
Antiqel
Antigel (fr.antigel — donmayan, donmadan qoruyan, soyuğa davamlılığı artıran aşqar) — dizel yanacaqlarına depressor aşqarlarının ümumi qəbul olunmuş adıdır. Antigel dizel yanacağının aşağı temperaturlu xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. 1965—1969 –cu illərdə dizel yanacağı üçün depressor aşqarlarına cəmi 10 patent alınmışdı, 1975—1984-cü illərdə isə bu göstərici 110-u ötdü. Patentlərin 90%-də depressor aşqarları kimi polimerlər göstərilir. == Tarix == Müxtəlif neft məhsullarına, əsasən, yağlara depressor aşqarlarının inkişafı 1931-ci ilə gedib çıxır, bu ildə yağlara sintetik aşqar - paraflou alınmışdı. Dizel yanacaqlarına depressor aşqarlarının yaradılması istiqamətində işlər XX əsrin 60-cı illərinin ortasından başlamışdı.Bu problemə belə gec fikir verilməsi onunla izah olunur ki, depressor aşqarları donma temperaturunu yetərincə azaltdığı halda onun bulanma temperaturuna təsir etmir. Məhz bu göstəırici uzun müddət yanacaqların qış mövsümündə yararlı olduğunu göstərən meyar idi. Sonralar məlum oldu ki, bu meyar bulanma temperaturu deyil, yanacağın axma temperaturu - onun axıcılığıdır. Yalnız bundan sonra depressor aşqarlarının sintezinə başlanıldı. == Təsnifat == Hal-hazırda dizel yanacaqlarına depressor aşqarlarını kimyəvi təbiətinə görə aşağıdakı kimi təsnif etmək olar: Etilenin polyar monomerlərlə (etilen-vinilasetat sopolimerləri və onların kompozisiyaları, etilen və vinilasetat əsasında üçlü sopolimerlər, etilenin digər polyar monomerlərlə sopolimerləri); Poliolefin tipli məhsullar (etilen-propilen, etilen-propilen-dien məhsulları və onların parçalanma məhsulları, α-olefinlərin sopolimerləri, modifikasiya olunmuş poliolefinlər); Polimetakrilat aşqarlar (polialkil(меt)akrilatlar, alkil(met)akrilatların sopolimerləri; Polimer olmayan kimyəvi birləşmələr (alkilnaftalinlər; çoxatomlu turşular və spirtlərin efirləri; tərkibində uzun alkil radikalları saxlayan amidlər).
Antisfen
Antisfen (yun. Ἀντισθένης) — qədim yunan filosofu; Kinik məktəbinin yaradıcısı, Diogenin müəllimi. == Haqqında == Antisfen Afinalı əvvəl Qorgiasın, sonra isə Sokratın şagirdi və ən sadiq dostu olmuşdur. Sokrat təlimini inkişaf etdirən və yalnız tək fərdi şeylər haqqındakı biliyi həqiqət sayan kinik (Kiniklər) məktəbinin banisi Antisfen etikaya, siyasətə, idrak nəzəriyyəsinə, dil fəlsəfəsinə, ritorikaya, ədəbi tənqidə aid əsərlər yazmışdır. Sokratın vəfatından sonra Kinosarqda (kasıb ailələrin uşaqları oxuduğu gimnaziyada) öz məktəbini açmış və ellin mənbələrinə əsasən Sinoplu Dioqenin müəllimi olmuşdur. == Fəlsəfəsi == Antisfen fəlsəfəsində ümumi anlayışların mövcudluğu inkar edilir. O hesab edirdi ki, yalnız fərdi şeylər vardır. Antisfen deyirdi: "Mən atı görürəm, atlığı yox" və iddia edirdi ki, insanı görmək mümkündür, insanlığı yox. Hər bir fərdi şey haqqında demək olar ki, o vardır. Məsələn, "at atdır", "fil fildir".
Antitel
Antitel — immun sisteminin plazma hüceyrələri tərəfindən ifraz olunan, patogenlərin (bakteriyaların, göbələklərin, çoxhüceyrəli parazitlərin) və virusların hüceyrələrini, həmçinin zülal zəhərlərini və bəzi digər yad maddələri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş qan plazmasının iri qlobulyar zülallarıdır. Hər bir antitel bədənin özündə olmayan patogenin unikal elementini — antigeni, və bu antigenin daxilində — onun müəyyən bir hissəsini, epitopunu tanıyır. Patogenlərin səthindəki antigenlərə bağlanaraq atitellər onları ya birbaşa zərərsizləşdirə bilər, ya da yad hüceyrələri və ya virus hissəciklərini məhv etmək üçün immun sisteminin digər komponentlərini, məsələn, komplement sistemi və faqositləri cəlb edə bilər. İmmunoqlobulin (Ig) kimi də tanınan bir antitel (Ab), patogen bakteriya və viruslar kimi yad obyektləri müəyyən etmək və zərərsizləşdirmək üçün immun sistemi tərəfindən istifadə edilən böyük Y-formalı zülaldır. Antitel antigen adlanan unikal patogen molekulu tanıyır. Antitelin hər bir "Y" ucunda antigen üzərində xüsusi bir epitop (açarın analoqu) üçün spesifik paratop (kilid analoqu) var ki, bu da iki strukturun bir-birinə dəqiq şəkildə bağlanmasına imkan verir. Bu bağlama mexanizmindən istifadə edərək, antitel mikrob və ya yoluxmuş hüceyrəni immun sisteminin digər hissələrinin hücumu üçün qeyd edə bilər və ya onları birbaşa zərərsizləşdirə bilər (məsələn, virusun onun işğalı üçün lazım olan hissəsini bloklamaqla). İmmunitet sisteminin milyonlarla fərqli antigeni tanıması üçün antitelun hər iki ucunda antigen bağlayan yerlər eyni dərəcədə müxtəlifdir. Bunun əksinə olaraq, antitel qalığı nisbətən sabitdir. Bu, yalnız antitelun sinfini və ya izotipini müəyyən edən bir neçə variantda baş verir: IgA, IgD, IgE, IgQ və ya IgM. Antitelər immunoqlobulin super ailəsinə aid olan qlikoproteinlərdir.
Sanzigen
Sanzigen (サンジゲン, Sanjigen) – kompüter animasiyası sahəsində ixtisaslaşmış Yaponiya anime studiyası. Studiyanın əsası əslində 2003-cü ildə qoyulmuş, lakin 2006-cı ildə Gonzo studiyasının keçmiş əməkdaşları tərəfindən tam formalaşdırılmışdır. 2011-ci ildə Trigger, Ordet və Liden Films studiyaları ilə birlikdə Ultra Super Pictures şirkətini formalaşdırmışdır. Studiyanın adı yapon dilində "üçölçülü" mənasını verən sanjigen (三次元) sözündən qaynaqlanır. == Əsas işləri == 009 Re:Cyborg Arpeggio of Blue Steel Black Rock Shooter Bubuki Buranki ID-0 Miss Monochrome Monster Strike New Initial D (anime filmi) The Heroic Legend of Arslan Wooser's Hand-to-Mouth Life == İstinadlar == == Xarici keçidlər == Rəsmi saytı. (yap.) Sanzigen Twitter-də.
Antigone
Antigone (lat. Antigone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Antonen Arto
Antonen Arto (4 sentyabr 1896[…], Marsel, Buş-dü-Ron, Fransa – 4 mart 1948[…], Paris və ya İvri-sür-Sen) — "Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Burada o, magiya və dini ayinlərə qayıdış hesab"Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi Antonen Arto (1896–1948) teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. == Həyatı == Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi. Arto özü də çox ziddiyyətli adam idi.
Antigone vipio
Antigone vipio (lat. Antigone vipio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin antigone cinsinə aid heyvan növü. Bu növ durnalar Şərqi Asiya ərazisində yayılmışdır. Nadir növ sayılır. Ornitoloqların hesablamalarına görə onların sayı 4900–5300 başdır. Beynəlxalq və yerli qanunlarla qorunur. == Təsviri == Quşun uzunluğu 190 sm, çəkisi 5,6 kq. Ayağında çəhrayı nöqtələr və boynunda az zolaqlar olan yeganə durna növüdür. Göz ətrafında qırmızı həlqə vardır. Erkək və dişi fərdlər arasında kəskin fərqlər olmasada erkəklər nisbətən iri olur.
Adigen bələdiyyəsi
Adigeni (gürc. ადიგენის მუნიციპალიტეტი) — Gürcüstanın cənubundaki Samsxe-Cavaxeti bölgəsində yerləşir. Ərazisi təxminən 799,6 km2-dir. 2014-cü ildən etibarən 16,462 nəfər əhalisi var.
Antiqoni Rumpezi
Antiqoni Rumpezi (19 iyul 1983, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antiqoni Rumpezi, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Antiqoni Rumpezi, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). == Həyatı == Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Antiqua və Barbuda bayrağı
Antiqua və Barbuda bayrağı — Antiqua və Barbudanın Dövlət bayrağı
Antiqua və Barbudada təhsil
Antiqua və Barbudada təhsil - Ölkədə savadlılıq 90% səviyyəsindədir. 1998-ci ildə Antiqua və Barbudada Karib dənizi hövzəsi üçün tibb xidmətinin təşkil edilməsi üçün xüsusi proqram qəbul edildi. Bu proqram daxilində ölkdə müasir avadanlıqlarla təchiz edilimiş tibbi mərkəzlər və xəstəxanalar tikilir. Antiqua adasında 1882-ci ildə yaradılmış Antiqua Tibbi Elmlər Universiteti (UHSA) və 2004-cü ildən fəaliyyət göstərən Antiqua Amerika Universiteti (AUA) vardır. Həmçinin Antiqua Dövlət Kolleci və Antiqua və Barbuda İnformasiya texnologiyaları İnstitutu da fəaliyyət göstərir. Vest-İndia Universitetinin Antiqua filialı da mövcuddur.
Anqen-le-Ben
Anqen-le-Ben (fr. Enghien-les-Bains) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 12.121 nəfər (2006). Bələdiyyə Paris şəhərinin 13 km şimalında, Serji belediyyənin 20 km qərbində yerləşir.
Antiqua və Barbudada ali təhsil
Antiqua və Barbudada təhsil - Ölkədə savadlılıq 90% səviyyəsindədir. 1998-ci ildə Antiqua və Barbudada Karib dənizi hövzəsi üçün tibb xidmətinin təşkil edilməsi üçün xüsusi proqram qəbul edildi. Bu proqram daxilində ölkdə müasir avadanlıqlarla təchiz edilimiş tibbi mərkəzlər və xəstəxanalar tikilir. Antiqua adasında 1882-ci ildə yaradılmış Antiqua Tibbi Elmlər Universiteti (UHSA) və 2004-cü ildən fəaliyyət göstərən Antiqua Amerika Universiteti (AUA) vardır. Həmçinin Antiqua Dövlət Kolleci və Antiqua və Barbuda İnformasiya texnologiyaları İnstitutu da fəaliyyət göstərir. Vest-İndia Universitetinin Antiqua filialı da mövcuddur.
Antiqua və Barbuda–Azərbaycan münasibətləri
Antiqua və Barbuda–Azərbaycan münasibətləri — Antiqua və Barbuda ilə Azərbaycan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin aprel ayının 5-də qurulmuşdur.