Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bənövşə
Bənövşə (rəqs) — Bənövşə — Azərbaycanın milli rəqsi. Bənövşə (oyun) — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü. Bənövşə (bitki) — bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. Bənövşəkimilər — İkiləpəlilər sinfinin Malpiqaçiçəklilər sırasına aid bitki fəsiləsi. Bənövşəyi – rəng çaları. Qırmızı + Mavi = Bənövşəyi Bənövşələr — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə. Bənövşə oyunu — qədim uşaq oyunu.
Bənövşə (bitki)
Bənövşə (lat. Viola) — bənövşəkimilər fəsiləsinə aid bitki cinsi.Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 500-ə (bəzi mənbələrə görə isə 700-ə) yaxın bioloji növü məlumdur. == Yayılması == Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb. == Növləri == Çəmənlik bənövşəsi (Viola arvensis Murr.) Ətirli bənövşə (Viola odorata L.) Üçrəng bənövşə (Viola tricolor L.) == İstinadlar == Bənövşə (bitki):The Plant List saytında takson barədə məlumat.
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə (rəqs)
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Bənövşə Ağabalayeva
Bənövşə Mövlüd qızı Ağabalayeva — kolxozçu. == Həyatı == 1941-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta təhsili var. 1961-ci ildən Xaçmaz rayonundakı M. Qorki adına sovxozun fəhləsi olmuşdur, 1974-cü ildən "Ukrayna" sovxozun fəhləsidir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Xudat seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı. == Həyatı == Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.
Bənövşə oyunu
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə rəqsi
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Çılpaq bənövşə
Çılpaq bənövşə (lat. Viola epipsila) — bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Çılpaq bənövşə çoxillik bitkidir. Hündürlüyü 8-15 sm olur. Yarpaqları azacıq dairəvidir. Yarpaqların yuxarı hissəsi daha çox hamardır. Çiçəkləri zəif iyli olur və rəngi göyə çalır, ölçüsü isə mahmızla birlikdə 1,5-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Vegetativ yolla çoxalır.. == Mühafizə statusu == Geniş yayılmasına baxmayaraq, çılpaq bənövşə Polşanın Qırmızı kitabına salınıb..
Üçrəng bənövşə
Üçrəng bənövşə (lat. Viola tricolor) — bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bənövşə cinsinə aid bitki növü. Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər,buğumlu, ağımtıldır. == Yarpaq == Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir,qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir,demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. == Çiçək == Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir,tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir;çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. == Meyvə == Qutucuq şarşəkili və yarım şarşəkillidir,qismən sıx qısa tüklüdür. == Çiçəkləməsi == Mart-Aprel (May) == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax. düz.
Belorus
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Kərövüs
Kərövüs — İranın Həmədan ostanının Dərgəzin şəhristanının Şahəncərin bəxşində şəhər və bu bəxşin mərkəzi. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,155 nəfər yaşayır (1,250 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Benons
Benons (fr. Bénonces) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01037. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 275 nəfər təşkil edirdi. == İdarəçilər == == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 121 nəfər iqtisadi cəhətdən fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə bu 68.5%). Aktiv olan 121 sakindən 114 nəfəri (64 kişi və 50 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi. Aktiv olmayan 8 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 26 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Belorus dili
Belarus dili, Belorus dili — Şərqi slavyan dillərindən biridir. Əsasən Belorusda, Rusiya Federasiyasında, Ukraynada, Litvada, Latviyada və Estoniyada yayılmışdır. Bu dildə danışanların ümumi sayı 8 milyonu keçir. İki əsas dialekti mövcuddur: şimal-şərq dialekti (polotski, vitebsk-mogilyov); cənub-qərb dialekti (qrodno-baranoviçi, slutsko-mozırsk və b.) Belorus yazısı kiril qrafikası əsasında tərtib olunmuşdur.
Lathyrus venosus
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Yarımnövləri == Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald == Sinonimləri == Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Neoseiulus benicus
Neoseiulus benicus (lat. Neoseiulus benicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Senecio venosus
Senecio venosus (lat. Senecio venosus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.