Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mən həmişəlik səninəm (film, 1999)
"Mən həmişəlik səninəm" (ing. Straight From the Heart) — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi. Hindistanda istehsal olunmuş ən bahalı filmlərdən biri. == Məzmun == Cavan İtalyan musiqicisi Samir öz anasının vətəni Hindistana gələrək klassik musiqi dərsi keçmək fikrindədir. Burada o öz müəlliminin evində qalır və onun gözəl qızı Nandiyə vurulur. Bundan xəbər tutan Nandinin atası Darbara istedadlı tələbəsi olan Samirin onun evini tərk etməyi tələb edir və qızını tələsik tanınmış və varlı ailədən olan cavan hüquqşünas Vanraca ərə verir. Nandi ilə Samirin məhəbbətindən xəbər tutan Vanrac Nandiyə olan məhəbbətini boğaraq bu iki gənci qovuşdurmağa qərar verir... == Film haqqında == Film aktrisa Ayşvariya Rayin çəkildiyi ən uğurlu filmlərdən biridir.
İndi ya heç vaxt; Biz həmişəlik öləcəyik yoxsa yaşayacağıq?
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. == Gizlədilmiş məktub == Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir:"Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." == Nəticə == Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.
Hamiləlik
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Hamiləlik toksikozu
== Hamiləlik toksikozu(hestozu) == Hamiləlik toksikozu mayalanmış yumurta hüceyrənin inkşafı ilə əlaqədar meydana çıxan və çoxlu simtomlarla xarakterizə olunan xəstəlik sayılır.Bu simptomlardan tez –tez və qabarıq şəkildə meydana çıxanlar:MSS-i pozğunluqları, qan-damar və maddələr mübadiləsi pozğunluqlarıdır.Baş vermə vaxtına və klinik əlamətlərinə görə toksikoz iki qrupa bölünür:erkən toksikoz (qusma,hipersalivasiya(və ya ptializm),dermatoz) və gecikmiş toksikoz(hidrops, nefropatiya,preeklampsiya və Eklampsiya) Xüsusi qrupa nadir forma toksikozlar-hepatopatiya(toksiki),sarılıq,qaraciyərin kəskin distrofiyası,hamiləlik tetaniyası,xoreya,osteomalasiya,atropatiya aiddir. Erkən hestoz adətən bədənin susuzlaşması,gecikmiş hestoz isə toxumalarda həddən artıq mayenin toplanması ilə xarakterizə olunur. Erkən toksikozlar.Buna bəzən"hamiləliyin I yarısının toksikozu" da deyilir.Hamiləliyin 1-3 aylarında meydana çıxır.Bu qrup patalogiyalara hamiləliyin ilk aylarında baş verən qusmalar və hipersalivasiya(ptializm) aiddir.Erkən hestozların baş vermə səbəbini həcmcə böyüməkdə olan uşaqlığın reseptorlarından gələn həddən artıq çox saylı impulslarla vegetativ sinr sisteminin(qabıqaltı nüvələrin ,xüsusilə də retikulyar formasiya)qıcıqlanması ilə izah edilir.( "neyro-reflektor nəzəriyyə")Sinir sistemində meydana çıxan bu dəyişiliklərə görə hamiləliklə əlaqədar orqanizmdə adaptasiya (uyğunlaşma)prossesləri baş verə bilmir,bütun bunlar isə erkən hestozların inkşaf etməsinə gətirib çıxarır. Həmçinin hamiləlik toksikozunun yaranmasına səbəb olan faktorlara mədə-bağırsaq traktının xroniki xəstəlikləri, genital hipoplaziya,astenik sindrom,uşaqlığın reseptor funksiyasının pozulması və.s. aiddir. Hamiləlik qusmaları.Patogenezində əsas rolu MSS-nin funksional vəziyyətinin pozğunluqları oynayır.Hamiləlik qusmalarının yüngül,orta ağırlıqda və ağır formaları ayırd edilir.Xəstəliyin ağırlığı su-duz mübadiləsinin, karbohidrat və yağ mübadiləsinin, qələvi-turşu və vitamin mübadiləsinin , daxili sekresiya vəzilərin funksiyası pozğunluqları ilə əlaqədardır. Yüngül qusmalara gün ərzində bir necə dəfə, xüsusilə qida qəbulundan sonra və səhərlər ac qarnına meydana çıxır.Xəstələrin ümumi halında demək olar ki, nəzərə çarpan dəyişiklik olmur.Arterial təzyiq stabil deyil, nəbz bir qədər tezləşib(dəqiqədə 90 vurğu), qadının bədən çəkisi dəyişmir, tempratur, diurez normaldır. Orta dərəcəli qusma sutkada 10 dəfəyə qədər və daha çox olur.Arterial təzyiq aşağı düşür, nəbz dəqiqədə 100-110 vurğu olur, subfebril tempratur, dəridə quruluq olur, karbohidrat-yağ, su-duz və elektrolit mübadiləsi pozulur, diurez azalır.Bu mərhələdə davamlı müalicə aparmaq lazımdır, müalicə nəticəsiz olduqda həddən artıq qusma inkşaf edir. Bu zaman temperatur 38'-ə dək yüksəlir, taxikardiya (120"və daha çox), hipotenziya, tez bir zamanda kaxeksiya meydana çıxır, dəri və görünən selikli qişaların rəngi solğunlaşır, ağızdan aseton iyi gəlir, diurez azalır, sidikdə-zülal, sildiruriya, asetonuriya olur. Yüngül dərəcəli qusmalar MSS-də funksional dəyişiliklərin,yəni nevrozun əlaməti kimi,orta dərəcəli qusmalar intoksikasiyanın əlaməti,ağır dərəcəli qusmalar isə distrofik dəyişikliklərin əlaməti kimi meydana çıxır.Klinik cəhətdən ağır dərəcəli qusmalar orqanizm üçün daha böyük təhlükə təşkil edir.