Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsmətli
İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Ələddin Eyvazov — azərbaycanlı alim. Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor. Pərviz Cəbrayıl — azərbaycanlı yazıçı.
İsmətli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İlməzli
İlməzli — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Mədəniyyəti == 1988-ci ilə qədər İlməzli kəndinin tarixi təqribən 250 il civarında olmuşdur. Hələ car rusiyası dövründə molokanların Privolnuya köçürülməsinin 100 (yüz) illiyi qeyd olunarkən molokanlar çıxışlarında qeyd edirdilər ki, biz buralara köç edəndə bu ərazilərdə üç türk kəndi var idi İlməzli,Cücəkənd və Qaraisəli. İlməzli kəndi rayonda ən böyük kəndlərdən biri olmuşdur. İlməzlidə ilk orta məktəb 1929-cu ildən fəaliyyətə başlamışdır. İlməzli orta məktəbi o dövr üçün demək olar ki, Kalinino və Dmanisi rayonlarında yeganə orta məktəb idi.
İsmilli
İsmilli — Azərbaycan Respublikasının Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi tərkibindəki İsmilli kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır. == Tarixi == Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş İsmayıllı nəslinin adından yaranmışdır. == Coğrafiyası və iqlimi == İsmilli kəndi Şirvan düzündə yerləşirdi.
Fərid İzzətli
Fərid Aydın oğlu İzzətli (21 mart 1994; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid İzzətli 1994-cü il martın 21-də Şəki şəhərində anadan olub. 2000-ci ildə Şəki Şəhər 17 saylı tam orta məktəbə başlamış və 2011-ci ildə həmin məktəbi bitirib. 2011—2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2015-ci ildə İyun ayında Hərbi Akademiyanı bitirib 7 ay müddətinə Təlim Tədris Mərkəzində kurs keçmişdir. Ailəli idi, 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid İzzətli 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildən Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Fərid İzzətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Cəbrayılda 1 dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmişdir.Bu işğalı Oğluma saxlayan deyiləm!
Qamətli kamfilium
Elmi adı - Camphylium protensum (Brid.) Kindb. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Kritik təhlükə həddində olanlar" - CR B2b(ii, iii) c(ii). Azərbaycanın nadir mamır növüdür. == Qısa morfoloji təsviri == Yarpaq – gövdəli mamırdır. Gövdəsi düz, hörülmüş, sarımtıl-yaşıl rənglidir. Nazik gövdəli olub, asimmetrik budaqlı, 0,8 mm hündürlüyündə olan mamır növüdür. Yarpaqcıqları ürəkvari, şiş ucludur. Yarpaqcığın hüceyrəvi quruluşu kvadrat şəkilli, spor qutucuğu şabalıdı-sarı rəngli olub, 2 mm-dir. Qutucuğun qapaqcığı konusvari, iti ucludur. Sporlar yaz-yay aylarında yetişir və ölçüsü 10–14 mm-ə çatır.
Qiymətli daşlar
Qiymətli daşlar — təbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik minerallar. Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözə görünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Qədim Roma yazıçı və alimi Böyük Pliniy (bizim eranın 23–79-cu illər) özünün " Təbiətin tarixi" əsərində əqiq haqqında yazırdı ki, bəzən aqatda Apollon və doqquz muzanı görmək mümkündür, həm də onları "süni yolla ayırmaqla yox, təbiət elə rəng vermişdir ki, hər muzanın öz xüsusiyyətlərini təbii olaraq ayrılıqda görmək olar". Orta Asiya alimi Biruni (973 −1050-ci illər) yazırdı: " Əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq, və o kor olacaqdır. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir…". Daşlar haqqında qədim kitablarda –"lapidariya"larda insanların ilkin məlumatları çox primitiv olmuş, inanca əsaslanmışdır. Bütün bunlara baxmayaraq, elə orada bəzi elmi fikirlərin cücərtilərini görmək olar. Misal üçün, almazı dayanıqlığın və cəsarətin, qorxmazlığın, bədbəxtliyə üstün gəlməyin simvolu kimi görürdülər. İndi bir çox insanlara məlumdur ki, almaz ən bərk metalları belə aşılaya bilir.
Qiymətli kağız
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. == Qiymətli kağızların növləri == Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.).Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar. Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ olan — pul, əmtəə, əmlak, kapital və s.
Qiymətli kağızlar
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. == Qiymətli kağızların növləri == Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.).Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar. Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ olan — pul, əmtəə, əmlak, kapital və s.
Ruslan İzzətli
Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur. == Həyatı == Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.
İlməzli (Sarvan)
İlməzli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
İçməli su
İçməli su — içilməsi ya da yeməklərdə istifadəsi təhlükəsiz olan və sağlamlığa zərər vurmayan sulardır. Dünyada insanların 91%-i içməli su tapa bilir. Təxminən 4,2 milyard nəfər kran suyundan istifadə edir. Geri qalan 2,4 milyard nəfər isə quyu sularından istifadə edir. 1,8 milyard nəfər içilməsi təhlükəli olan su mənbələrindən istifadə edir. Bu mənbələrdən istifadə zamanı insanlar müxtəlif infeksiyalara yoluxa bilərlər. Xüsusilə inkişaf etmiş ölkələrdə kran suyu içməli suyun keyfiyyət standartlarına cavab verir. Ancaq qida hazırlanmasında daha az istifadə edilir. Su təmizləmə, ayaqyolu və suvarma kimi sahələrdədə işlədilir. Qlobal olaraq insanların 89%-i təmiz su mənbələrindən istifadə edir.
Adsız qiymətli kağız
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Adsız qiymətli kağızlar
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Hibrid qiymətli kağızlar
Hikmətli Miniatürlər (1991)
== Məzmun == Poetik filmdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin ölməz əsərlərinə ayrı-ayrı dövrlərdə çəkilmiş miniatürlər canlandırılır və şairin bu miniatürlərlə bağlı hikmətli misraları səsləndirilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Məmməd İsmayıl (Məmməd İsmayılov kimi), Yalçın Əfəndiyev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Listinq (qiymətli kağızlar)
Listinq (ing. list — siyahı) — qiymətli kağızların birja siyahısına daxil edilməsi (birja ticarətinə buraxılmış qiymətli kağızların siyahısı), qiymətli kağızların birja tərəfindən müəyyən edilmiş şərtlərə və tələblərə uyğunluğunun monitorinqi prosedurlarının məcmusu. Siyahıya tez-tez mübadilə siyahısının özü deyilir. Qiymətli kağızlar sənədlərin yoxlanılmasından və qiymətli kağızın birinci və ya ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsindən sonra listinq prosedurundan keçmiş kimi tanınır. Siyahıya salınma proseduru aşağıdakı addımları əhatə edir: qiymətli kağızların listinqinə və ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi qaydası haqqında arayış, habelə listinqdə olmayan qiymətli kağızların ticarət təşkilatçısı vasitəsilə dövriyyəyə buraxılması haqqında ərizə. Qiymətli kağızların listinqi və onların birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi qaydası haqqında ərizə yalnız həmin qiymətli kağızların emitenti tərəfindən verilə bilər. Ekspert qiymətləndirməsi üçün birja ilə müqavilənin bağlanması. Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm faktlar haqqında məlumatın açıqlanması. Emitentin gəlirliliyi, likvidlik əmsalları və s. kimi göstəricilər əsasında qiymətli kağızların ekspertizasının aparılması.
Nizari-İsmaili dövləti
Nizari-İsmaili dövləti (Farsca: دولت اسماعیلیان, اسماعیلیان الموت, دولت اسماعیلیان نزاری; 1090-1256/1258) — İsmaili - Nizari - Həsən Sabbah tərəfindən qurulan və 1256/1258-ci ilə qədər mövcud olmuş Batini teokratik dövləti.
Qiymətli kağızlar bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Qiymətli kağızların alınması
Qiymətli kağızların alınması (uzun alış və ya uzun mövqe, həmçinin yüksək alış) (ing. long buying) — qiymətli kağızların və ya valyutanın dəyərinin artması gözləntisi ilə əldə edilməsi. Valyuta əməliyyatlarının çox hissəsini təşkil edən valyuta əməliyyatlarının ən mühüm növü spot əməliyyatlardır. “Al və saxla” investisiya strategiyasına uyğundur. == Təhlükəsizlik == Səhm və ya istiqraz kimi qiymətli kağızlar baxımından və ya ekvivalent olaraq, qiymətli kağızda uzun müddətə sahib olmaq o deməkdir ki, qiymətli kağızın qiyməti qalxarsa, qiymətli kağızın bahalaşacağı və qazanc əldə edəcəyi gözləntiləri ilə vəzifə sahibi qiymətli kağıza sahibdir. Uzun vəzifələrə investisiya etmək daha çox yayılmış investisiya təcrübəsidir. == Gələcək == Gələcəkdə uzun müddət davam etmək o deməkdir ki, mövqe sahibi müqavilənin müddəti başa çatdıqda əsas aləti müqavilə qiymətinə almağa borcludur. Vəzifə sahibi əsas alətin qiyməti artarsa, qazanc əldə edəcək, çünki ödədiyi qiymət bazar qiymətindən az olacaq. == Seçim == Seçim investoru zənglər üzrə satmaq opsionlarını almaq və ya satmaqla əsas investisiyada uzun mövqeyə (texniki jarqonda “in” sözü buraxılır) daxil olur. Bu, əsas aktivi almaq və ya ticarət fyuçersləri ilə uzun müddət davam etməkdən fərqlidir, çünki opsionda uzun müddət davam etmək, əsas alətin qiymətinin qalxacağı təqdirdə opsion sahibinin mənfəət əldə edəcəyi demək deyil.
Qiymətli kağızların emissiyası
Qiymətli kağızların emissiyası — emissiya qiymətli kağızlarının maliyyə bazarlarında yerləşdirilməsi üçün emitentin qanunla müəyyən edilmiş hərəkətlərinin ardıcıllığı; qiymətli kağızların dövriyyəyə buraxılması, o cümlədən qiymətli kağızların onların ilk sahiblərinə - vətəndaşlara və ya hüquqi şəxslərə satılması. Şirkətlər tərəfindən qiymətli kağızların (səhmlərin və istiqrazların) buraxılması uzunmüddətli (buraxılmış) kapitalın cəlb edilməsi vasitələrindən biridir. Bir qayda olaraq, səhmlər əlavə kapitala cari ehtiyacları ödəmək üçün səhmdar cəmiyyət tərəfindən buraxılır, istiqrazlar isə uzunmüddətli borclanma növüdür. Qiymətli kağızların emissiyası sənaye, ticarət, kommunal və məişət xidməti, kredit və maliyyə sahəsində səhmdar cəmiyyətləri, habelə dövlət tərəfindən həyata keçirilə bilər. == Qiymətli kağızların buraxılışının mərhələləri == Qiymətli kağızların standart emissiyası aşağıdakı addımları əhatə edir: emissiya qiymətli kağızlarının yerləşdirilməsi haqqında qərar qəbul edilməsi; səhm qiymətli kağızlarının buraxılması haqqında qərarın təsdiq edilməsi; emissiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı; emissiya qiymətli kağızlarının yerləşdirilməsi (qiymətli kağızların əsas sahiblərə verilməsi); emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabatın dövlət qeydiyyatına alınması və ya emissiya qiymətli kağızlarının buraxılışının nəticələri haqqında bildirişin qeydiyyat orqanına təqdim edilməsi.Bəzi hallarda qiymətli kağızların buraxılması proseduru standartdan fərqli ola bilər. Beləliklə, məsələn, birləşmə, bölünmə, ayrılma və çevrilmə formasında həyata keçirilən səhmdar cəmiyyəti yaradılarkən və ya hüquqi şəxslərin yenidən təşkili zamanı qiymətli kağızların buraxılması qaydası aşağıdakı kimidir: emissiya qiymətli kağızlarının yerləşdirilməsi haqqında qərar qəbul edilməsi; emissiya qiymətli kağızlarının yerləşdirilməsi; emissiya haqqında qərarın və emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabatın təsdiqi; emissiyanın eyni vaxtda dövlət qeydiyyatı və emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabat. == Qiymətli kağızların buraxılışının məqsədləri == Məsələnin məqsədi lazımi vəsaiti toplamaqdır. Qiymətli kağızlar emitentlər tərəfindən aşağıdakı məqsədlərdən biri üçün buraxılır: Səhmdar cəmiyyəti yaradılarkən ilkin nizamnamə kapitalının formalaşdırılması; Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması; Əvvəllər buraxılmış qiymətli kağızların konsolidasiyası və ya bölünməsi; Səhmdar cəmiyyətinin və ya digər hüquqi şəxslərin yenidən təşkili (səhmdar cəmiyyətinə çevrildikdə); Təsərrüfat subyektinin əvvəllər buraxılmış qiymətli kağızlarının verdiyi hüquqların həcminin dəyişməsi; Öz kapitalının doldurulması (borc alınmayan investisiyaların cəlb edilməsi); Borclanmış investisiyaların cəlb edilməsi. == Qiymətli kağızlar prospektində yerləşdirilmiş məlumatlar == Qiymətli kağızlar prospektində yerləşdiriləcək qiymətli kağızlar haqqında aşağıdakı məlumatlar göstərilməlidir: səhmlər haqqında ümumi məlumat (kateqoriya, növü, hərəkət forması); qiymətli kağızlara hüquqların saxlanması və uçotu qaydasını; emissiyanın ümumi həcmi (nominal ilə); yerləşdiriləcək səhmlərin sayı; bir səhmin nominal dəyəri; səhmlərin verdiyi hüquqlar; istiqrazlar haqqında ümumi məlumatlar (istiqrazların seriyası və forması, buraxılışının ümumi həcmi, yerləşdiriləcək istiqrazların sayı, bir istiqrazın nominal dəyəri; istiqrazların verdiyi hüquqlar; istiqrazın ödəmə müddəti; istiqrazların ödənilməsi şərtləri və qaydası; qiymətli kağızların emitenti haqqında məlumatlar; qiymətli kağızlara hüquqların uçotunu aparan təşkilatların (registratorların) adları; qiymətli kağızların yerləşdirilməsinin başlama və bitmə tarixləri; yerləşdirilmiş istiqrazlar üçün təminat; qiymətli kağızların yerləşdirilməsinin dəyəri və hesablaşma şərtləri (qiymətli kağızın yerləşdirilməsi qiyməti və ödəniş forması) haqqında məlumat; qiymətli kağızların ödənilməsi şərtləri və qaydası; qiymətli kağızların ilkin yerləşdirilməsində iştirak edən təşkilatlar (anderrayterlər) haqqında məlumatlar; qiymətli kağızların yerləşdirilməsindən əldə edilən vəsaitdən istifadə istiqaməti; qiymətli kağızlardan gəlirlər haqqında məlumat; yerləşdirilmiş qiymətli kağızlar üzrə gəlirlərin vergiyə cəlb edilməsi qaydası və s. == İstinadlar == == Xarici keçidlər == Эмиссия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Vəsiqələr (qiymətli kağız)
Vəsiqələr — müəssisə tərəfindən öz səhmləri üçün buraxılmış call-opsionlardır. Onlar səhmdarlara adi səhmlərin yeni emissiyasına onların açıq yerləşdirilməsindən öncə abunə olmaq hüququ verir. Dövriyyədə olan hər bir səhm bir vəsiqə alır. Bir səhm müəyyən sayda vəsiqə+ abunə qiymətinə bərabər pul məbləğinə alınır. Yeni səhmlərə abunə qiyməti adətən buraxılma anına səhmlərin bazar qiymətindən aşağı təyin edilir. == Müddətinə görə vəsiqələr == Vəsiqələr adətən qısamüddətli olur (emissiya anından 2-10 həftə müddətinə) və onların icra müddətinə qədər sərbəst dövriyyədə olurlar. Müəyyən tarixədək köhnə səhmlər vəsiqələrlə birgə satılır, yəni səhmlərin alıcısı həm də vəsiqələr buraxılırsa onları da əldə edir. Bu tarixdən sonra səhmlər vəsiqəsiz və daha aşağı qiymətə satılır. Bəzən səhmlərin populyar buraxılışlarına vəsiqələr birjada, digər hallarda isə birjadankənar bazarda satılır. Vəsiqələr səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunmayıblar.
İsveçli
İsveçlilər isveç dilində danışan millət. Yer üzündə 14 milyona yaxın isveçli var. Onların 85% (7,988,000) İsveç Krallığında yaşayır. Digərləri isə azlıq ABŞ, eləcə də Latın Amerikası, Avropa dövlətlərində və Avstraliyada məskunlaşıb. == Din == İsveçlilər xaçpərəstliyin protestant məzhəbinin bir qolu olan evanqelist luteran məzhəbinə mənsubdurlar. Aralarında ateistlər də var.
İstəkli (film, 1998)
Minyon (ing. The Minion) – 1998-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. == Məzmun == 1999-cu il Yeni il gecəsində Nyu-York metrosunda təqribən 800 il yaşı olan qılınclı İnsan skeleti və yanında sirli açar tapırlar. Karen adlı cavan arxeoloq qız Skeleti Tarix muzeyinə aparmamışdan əvvəl yoxlamaq istəyirdi. Metroda Skeletin tapılması haqqında məlumat Kilsəyə çatır. Bu səbəbdən onlar qorxmaz döyüşçü Lukası bura göndərirlər. Bu müddətdə iblisin istəklisi olan ölməz Lütsifer Nyu-Yorku Armageddona çevirəcək... == Xarici keçidlər == Minyon — Internet Movie Database saytında.
İsmaili Araşdırmaları İnstitutu
İsmaili Araşdırmaları İnstitutu- London, Birləşmiş Krallıqda yerləşən tədqiqat institutudur. Bu institut, həm tarixi, həm də müasir Müsəlman mədəniyyətlərinin və cəmiyyətlərinin digər cəmiyyətlər və inanclarla əlaqələrini daha yaxşı başa düşmək üçün onların öyrənilməsini təşviq etmək məqsədi daşıyır. O, həm də öz tarixini və düşüncəsini, o cümlədən tez-tez diqqətdən kənarda qalan ezoterik İslam və Şiəni anlamaq istəyən Nizari İsmaili icması üçün toplaşma nöqtəsi kimi xidmət edir. İnstitut təşəbbüslər, nəşrlər və tərəfdaşlıqlar vasitəsilə İslamşünaslıq sahəsində məlumatlılığı artırmaq üçün müxtəlif qurumların və akademiklərin dünya miqyasında bilik və təcrübəsindən istifadə edir. Onun dünyada tanınmış ismaili kodekslərinin ən böyük məlum kolleksiyasını özündə saxlayan kitabxanası bu sahədə mühüm mənbədir. Tədqiqatlarına əlavə olaraq, institut iki magistr proqramı təklif edir: İslam Araşdırmaları və Humanitar Elmlər üzrə Lisansüstü Proqramı və Orta Müəllim Təhsili Proqramı. 1977-ci ildə Ağa Xan tərəfindən yaradılmış bu təşkilat onun rəhbərliyi altında fəaliyyət göstərir və "Ağa Xan Universiteti" nəzdində "Müsəlman Sivilizasiyalarının Öyrənilməsi İnstitutu" ilə sıx əməkdaşlıq edir. == Tarix və konseptuallaşdırma == === İsmailiyyə Cəmiyyəti === Müasir ismaili araşdırmaları ilk dəfə 1930-cu illərdə Cənubi Asiyada başlamışdır, burada İsmaili əlyazmalarının kolleksiyaları İsmaili icmaları daxilində qorunub saxlanılır və Vladimir İvanov, Hüseyn əl-Həmdani, Zahid Ali, Asəf Fyzeenin qabaqcıl səyləri ilə gündəmə gətirilir. Bu ilkin işin böyük hissəsi XIX əsr şərqşünaslarının yazılarını dağıtmağa kömək etdi, onlar istər-istəməz də olsa, tez-tez böhtan xarakterli, yalnız ismaililərin düşmənlərinin mənbələrinə əsaslanaraq, eyni zamanda qərb məlumatlarını həddən artıq sensasiyalaşdırdılar. Xüsusilə, İvanov müəyyən mənada institutun sələfi olan Bombey İsmaili Cəmiyyətinin yaradılmasında mühüm rol oynamışdır.
İsmət Məmmədov
İsmət Hikmət oğlu Məmmədov (2 avqust 1993; Kürdəmir rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Məmmədov 1993-cü il avqustun 2-də Kürdəmir rayonunun Sor Sor kəndində anadan olub. Ailəli idi. 2 yaşlı Dəniz adında qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İsmət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Məmmədov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunun Sor Sor kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmət Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. == Coğrafiya == Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Anthemis ismelia
Anthemis ismelia (lat. Anthemis ismelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.