Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İspanaq
İspanaq (lat. Spinacia) – pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Dirrik ispanağı (Spinacia oleracea)A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. == Faydaları == Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər.
Dirrik ispanağı
Dirrik ispanağı (lat. Spinacia oleracea) — pəncərkimilər fəsiləsinin i̇spanaq cinsinə aid bitki növü.
İspanca
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. == Yayılma arealı == İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir(Çindən sonra.) 559 milyon insanın danışdığı dildir.Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr == Qrammatikası == == Fonetikası == == İstinadlar == === Xarici keçidlər === İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspanlar
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İspanca Vikipediya
İspanca Vikipediya (isp. Wikipedia en español) — Vikipediyanın ispan dilində olan bölməsidir.
İspanya şah qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
İspan Amerikası
İspan Amerikası Amerikadakı İspan ərazilərinə şamil edilir. "İspan Amerikası" termini xüsusilə 15-19-cu əsrlər arasında ərazilərin imperiya dövründə istifadə edilmişdir. İmperator hakimiyyətinin sonuna qədər İspaniya Amerika və Filippindəki xaricdəki ərazilərinin Kolumbun qərbə üzərək Asiyaya çatdığına dair təsəvvürü əsasında "Hindistan" adlandırdı. Bu ərazilər yüksək əhəmiyyətə çatdıqda isə, tac 1524-cü ildə Aztek İmperatorluğunun fəthindən sonra onun mülkləri üzərində daimi kral nəzarətini təsdiqləyən Hindistan Şurasını yaratdı. İspan köçkünlərini cəlb edən sıx yerli əhali və mineral sərvət mənbələri olan bölgələr müstəmləkə mərkəzlərinə çevrildi və belə resursları olmayanlar isə maraq dairəsində idi. Bölgələr imperiyaya daxil edildikdən və onların əhəmiyyəti qiymətləndirildikdən sonra, xaricdəki mülklər daha güclü və ya zəif tac nəzarəti altına düşdü. Tac Karib dənizindəki Kristofer Kolumbun və onun varislərinin hökmranlığından dərs aldı və onlar heç vaxt kəşfiyyatçılara və fatehlərə süpürmə səlahiyyətləri vermədilər. Katolik monarxlarının 1492-ci ildə Qranadanı fəth etməsi və yəhudiləri qovulması "Amerika müstəmləkəçiliyinin başlanğıcı anında dini dövlətçiliyin döyüşkən ifadəsi idi". Tacın dini sferadakı gücü papalığın Patronato real qrantı sayəsində onun xaricdəki mülklərində mütləq idi və "Katoliklik kral hakimiyyəti ilə ayrılmaz şəkildə bağlı idi". Kilsə-dövlət münasibətləri fəth dövründə quruldu və 1700-cü ildə, Burbon monarxları böyük islahatlar həyata keçirən və tac və qurbangah arasındakı əlaqəni dəyişdirən Habsburq dövrünün sonuna qədər sabit qaldı.
İspan dili
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. == Yayılma arealı == İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir(Çindən sonra.) 559 milyon insanın danışdığı dildir.Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr == Qrammatikası == == Fonetikası == == İstinadlar == === Xarici keçidlər === İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspan mətbəxi
İspan mətbəxi — ölkənin müxtəlif regionlarının töhfəsi olaraq ispan mətbəxini zənginləşdirən müxtəlif yeməklərin hazırlanması formasıdır. Bu mətbəx kənd yerləri və sahilyanı ərazilərdən tutmuş bir çox ərazilərin və iqlimlərin mədəniyyətini təmsil edir. == Ümumi məlumat == İspan mətbəxi tarix boyu ərazisində yerləşmiş eyni zamanda sonradan yaranmış koloniyaların da mətbəxinə güclü təsir etmişdir. Bu da öz növbəsində ispan mətbəxini müxtəlif cür bişirmə texnikaları və inqredientlərlə təmin etmişdir. Öz bişirmə texnikaları və ərzaqları ilə XIX əsrin sonu- XX əsrin əvvələrində daha da məşhurlaşmağa başlayan bu mətbəx uzun müddət Avropada məşhur olmamışdır. Bütün bu kulinariya bilikləri onun tarixi və mənşəyi ilə maraqlanan , bu sahə üzrə ixtisaslaşmış kulinariya yazıçıarı sayəsində işıq üzü görmüşdür. Bu yazıçı qruplarını “27-ci nəsil” adlandırmışlar. Bu təkamül hazırda yeni ispan mətbəxi kimi tanıdığımız mərhələyə qədər inkişaf etmişdir. Bəzən bu sahə üzrə mütəxxəsislər onun müxtəlidliyini nəzərə alaraq cəmdə istifadə edirlər “cocinas de España” (İspan mətbəxləri ) . Müasir ispan mətbəxində iki reallıq nəzərə çarpır: ənənələrə əsaslanan klassik ispan mətbəxi və dünya şöhrəti qazanmış və daim yeniliklər, yeni bişirmə texnikaları axtaran müasir ispan mətbəxi.
İspan nazı
İspan nazı (lat. Genista hispanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması: == Qərbi Аvrоpаnın cənubundа bitir. Аrаlıq dənizinin qərb sаhillərində, Kаnаr аdаlаrındа, Krımdа quru yаmаclаrdа yаbаnı hаldа bitir. == Botaniki təsviri == Kiçik, sıxbudаqlı, tikаnlı kоldur. Yаrpаqlаrı uzun, еnsiz, üstdən tünd yаşıl, аltdаn bоzumtuldur. Kоlun zоğlаrının bünövrəsində çоxsаylı iynələri yеrləşir. Çiçəkləri çоxsаylı, ikicinsli, ətirli оlub, sаrı rəngdədir. Çiçək qrupu builki zоğlаrın qоltuğundа, sаlxım və yа bаşcıq şəklində, nаdir hаllаrdа dəstə ilə və yа tək-tək yеrləşir. Mеyvələri аvqust аyındа yеtişir.
İspan qripi
İspan qripi (isp. gripe española) — 1918–1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası. Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur. Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir. Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50–100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bərabərdir və bu günə qədər bəşər tarixi üçün ən genişmiqyaslı fəlakət hesab olunur.İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur. Birinci Dünya Müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdur. Uzun illər sonra açılan toplu məzarlıqlardan götürülmüş nümunələr əsasında virusun insanlar arasında donuz qripi olaraq tanınan H1N1 ilə bənzərlik təşkil etdiyi müəyyənləşmişdir. İlk xəstələrin ABŞ-də 1918-ci ilin əvvəllərində görünməsinə baxmayaraq, qripə "İspan" adı verilmişdir.
İspan təkəsaqqalı
İspan təkəsaqqalı (lat. Scorzonera hispanica) — təkəsaqqalı cinsinə aid bitki növü.
İspan vaşaqı
Pireney pişiyi (lat. Felis pardinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pişik cinsinə aid heyvan növü.
İspan xanımotu
İspan xanımotu (lat. Atropa baetica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
İspan İmperiyası
İspaniya imperiyası — 1492-ci ildə Qranadanın tutulmasından, 1898-ci ildə İspaniyanın koloniyası Filippin ərazisinin ABŞ tərəfindən işğal edilməsinə qədərki dövrü əhatə etmişdir.
İspan ədəbiyyatı
İspan ədəbiyyatı (isp. Literatura española) – İspan şair və yazıçıların İspaniya, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. İlk ispan ədəbiyyatı mətinləri 11-ci əsrdən qalmış yalnızlıq və sevgi kimi incə hissləri dilə gətirən ərəb hərfləri ilə Kastiliya ləhcəsi ilə yazılmış qısa şeirlərdir.
Adidas Tanqo Espana
Adidas Tanqo Espana — 1982-ci ildə İspaniyada keçirilən futbol üzrə dünya çempionatının rəsmi topu. Top Adidas şirkəti tərəfindən xüsusən dünya çemponatı üçün istehsal olunmuşdur 1978-ci ildə istehsal edilən bu top su keçirməyən və indiyədək istehsal olunan ən yaxşı top hesab edilir. Bundan başqa, bu top mundiallar tarixində istifadə edilən sonuncu dəri top kimi də yaddaşlara həkk olunub.
Fandanqo(ispan rəqsi)
Fandanqo — ispan xalq rəqsi. Kastiliya və Əndəlisdə geniş yayılmışdır. Musiqi ölçüsü 3/4, tempi mülayimdir. Fandanqonun bütün növləri mahnının müşayiəti ilə qoşa ifa olunur. XVIII əsrdən Fandanqonun melodiyaları bəstəkarlar (X.V.Qlyuk, V.Motsart, H.Rimiski-Korsakov, E.Qranados və b.) tərəfindən işlənilmiş, ayrı-ayrı orijinal əsərlərə daxil edilmişdir.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.
İngilis-ispan müharibələri
İngilis - ispan müharibələri (16-18-ci əsrlər). İngiltərə ilə İspaniya arasında dənizdə ağalıq və müstəmləkələrin işğal edilməsi uğrunda olan müharibə. Səbəbi sürətlə inkişaf edən və 16-cı əsrin ikinci yarısında satış bazarları və xammal mənbəyi əldə etməyə çalışan İngiltərənin, o dövrün ən güclü müstəmləkə və dəniz dövləti olan İspaniya ilə olan rəqabət oldu. Bu müharibə 1586-1604-cü il müharibəsi ilə başladı. İngiltərə rəqabətini birdəfəlik ləğv etmək qərarına gələn II Filipp Britaniya adalarına yürüş məqsədilə 40-minlik ekspedisiya korpusu yaratdı. Qoşun daşımaq üçün nəzərdə tutulan böyük və hündür göyərtəli gəmilərdən ibarət çoxsaylı donanma dəniz döyüşləri üçün nəzərdə tutulmamışdı. Bu yürüşün qarşısını almağa çalışan İngiltərə ayrı-ayrı kiçik donanmaların qüvvəsi ilə İspaniya sahillərinə və gəmilərinə hucumlar təşkil etməyə başladı. İngilis eskadrasının 1587-ci ildə Kadis limanına hucumu ispan donanmasının İngiltərəyə yürüşünü bir il gecikdirdi. == Məğlubedilməz armada == 1588- ci ildə 130 gəmidən ibarət Məğlubedilməz armada adlandırılan donanma İngiltərə sahillərinə yürüş etdi, lakin La Manş boğazında darmadağın edildi. Yeni ekspedisiya hazırlıqlarının qarşısı, ingilis donanmasının ispan sahillərindəki fəal əməliyatları ilə alındı.
İspan-ABŞ müharibəsi
1898-ci il İspan-Amerikan müharibəsi Amerika Birləşmiş Ştatları üçün mühüm əhəmiyyət kəsb edirdi. O,kapitalizmin inkişafının imperialistik mərhələsini açmışdır. Koloniyaların dünyanın böyük dövlətləri tərəfindən yenidən bölüşdürülməsi də, məhz bu dövrdən başlanmışdır. XIX əsrin ortalarından başlayaraq ABŞ Avropada və dünyanın digər regionlarında ictimai-iqtisadi və ictimai-siyasi təsirini nəzərə çarpan dərəcədə artırmışdı. İspan-Amerikan müharibəsi göstərdi ki, ABŞ özünü Şimali və Cənubi Amerikanın tamhüquqlu sahibi hesab edir və Qərb yarımkürəsində heç bir xarici qüvvənin iştirakına icazə verməyəcək. Faktiki olaraq 1898-ci ildə ABŞ beynəlxalq əhəmiyyətli dövlət rolunu oynamağa başladı. == Müharibənin başlama səbəbləri == Bütün XIX əsr ərzində ABŞ Kuba ilə bağlı siyasətində 2 istiqamət müəyyənləşdirmişdi: Ya ABŞ Kubanı özünə tabe edəcək, yada ki o, İspan müstəmləkə imperiyasının hissəsi kimi qalacaq. 1808–1809-cu ildən başlayaraq prezident Ceferson, Şimali Amerikalıların Kubada hökmranlığını qurmaq üçün bəyanatlar verməyə başladı. Birləşmiş Ştatlar Kubanın İspaniyanın hakimiyyəti altında qalmasını üstün tutdu və ada üzərində nəzarəti ələ almaq üçün düzgün anı gözlədi. Vəziyyət Texasın və Kaliforniyanın, həmçinin Arizona və Yeni Meksikanın Birləşmiş Ştatlar tərəfindən zəbt edilməsindən sonra dəyişdi.
İspan görüşü (şahmat)
İspan görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-b5. gedişləri ilə başlayan debüt. İlk dəfə olaraq ispaniyalı şahmatçılar Lüsyenin (XV əsr) və Lopesin (XVI əsr) əsərlərində göstərilir.
İspan məzar qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Sızanaq xəstəliyi
Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir. == Etiopatogenez == Sızanaq və ya akne xəstəliyinin yaranmasında zəncirvari dörd ana mexanizm mövcuddur. Onlar aşağıdakılardır: === Hiperseborreya === Yəni yağ vəzlərinin həddindən artıq ifrazı. Yağ vəzlərinin sintezi və ifrazı birbaşa insanın hormonal statusunua bağlıdır. Yağ vəzlərindəki hormon reseptorları və qandakı hormonların miqdarı arasındakı tarazlıq yağ vəzlərindəki möhtəviyyatın sintezini və ifrazını tənzimləyir. Genetik olaraq hiperseborreya halına meyilli olanlarda bu balans pozulduğu üçün üz dərisi və saçlarda yağlanma müşahidə olunur. Bu isə akne xəstəliyinə meyilliyə səbəb olur.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Drakula — Internet Movie Database saytında.