Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oruc Səda
Oruc Səda (24 may 1934, Saracıq, Qaryagin rayonu – 16 may 2016, Horadiz, Füzuli rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir. == Yaradıcılığı == Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir.
Səda mətbəəsi
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Təzə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Təzə həyat"ın çapına razılıq alır. "Təzə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. == Mətbəənin yarandığı dövrdə ictimai vəziyyət == XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Nükət-Səda Sultan
Nükət-Səda Sultan (1760, Gürcüstan və ya Abxaziya – 4 iyun 1850 və ya 15 may 1850, Konstantinopol və ya Beşiktaş) — I Əbdülhəmidin 14-cü arvadı və Osmanlı padşahı IV Mustafanın doğma anası. == Həyatı == I Əbdülhəmid öldüyü zaman hələ də Baş iqbal və gözdə olaraq qalan Nükət-Səda Sultan bu səbəbdən validə sultan ola bilməmişdir. Oğlu IV Mustafanın dönəmində onun yerinə validə sultan I Əbdülhəmidin 1776-cı ildə evləndiyi 11-ci arvadı Aişə Səniyəpərvər Sultan olmuşdur. == Vəfatı == Nükət-Səda Sultan oğlu IV Mustafanın 17 noyabr 1808-ci ildə devrilməsindən sonra uzun illər yaşamış və 4 iyun 1850-ci ildə vəfat etmişdir.
Əks-səda
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v -səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. == Əks-səda və səs lokasiyası == Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
Səda Fəttahoğlu
Səda Fəttahoğlu (26 sentyabr 1979, Trabzon – 27 sentyabr 2023, Bəyoğlu) — Türk aktrisası. == Həyatı == Fettahoğlu 26 sentyabr 1979-cu ildə Trabzonda doğulub. O, Trabzon Anadolu Liseyində və Bilkent Universiteti Səhnə Sənətləri Bölümündə təhsil almışdır. 1999-cu ildə başladığı aktyorluq karyerasını 2023-cü ildə vəfat edənə qədər davam etdirib. İngilis dilini mükəmməl bildiyi üçün xarici kino və televiziya filmlərində dublyaj işləri görüb. 2003-2004-cü illərdə "Elmavision" kanalında Can Gürzapla birlikdə "İyi Seyirlər" adlı teatr proqramını aparıb. Aktyorluq karyerasında əsasən serial və reklamlarda çəkilib. O, daha çox zamanının fenomeninə çevrilən "ATV" və "Kanal D"də yayımlanan “Çocuklar Duymasın” serialında Sultan obrazı ilə yadda qalıb. Eyni vaxtda o “Muhteşem Yüzyıl”, “Sihirli Annem”, “Dolunay”, “Sular Durulmuyor” kimi seriallarda ekranlara çıxıb. == Ölümü == Fettahoğlu 27 sentyabr 2023-cü ildə İstanbulun Beyoğlu rayonunda parkda depressiyaya düşdüyü üçün 44 yaşında özünü tapança ilə vuraraq intihar etdi.
Səda Əl Şimal (qəzet)
Səda Əl Şimal (qəzet) — siyasi qəzet. == Haqqında == "Səda Əl Şimal" qəzeti həftəlik ərəb dilində çap edilən siyasi qəzet olmuşdur. Lakin qəzetdə daşınmaz əmlak sənədi ilə bağlı elanlar türk dilində çap edilirdi. İlk sayı 1951-ci il fevralın 6-sında işıq üzü görmüşdür. Qəzetin sahibi sahibi və baş yazarı Maruf Əl Arif, məsul rəhbəri isə vəkil Burhan Əl Tikriti idi. "Səda Əl Şimal" qəzeti Kərkük bələdiyyə mətbəəsində çap edilirdi. Qəzetin 1951-ci il mayın 20-si 13-cü sayı çap edildikdən sonra Bağdada köçmüşdür.
Səda Əl Şəbəb (dərgi)
"Səda Əl Şəbəb (dərgi)" — tələbə dərgisi. == Məlumat == Səda Əl Şəbəb adı ilə çap edilmiş tələbə dərgisi ərəbcə ara-sıra müxtəlif məktəblər tərəfindən yayımlanıb. Vaxtilə şəhərin bir məktəbinin çıxardığı “Səda Əl Şəbəb”in ilk sayı 1949-cu il aprelin 23-üdə nəşr edilib. Dərgi 9x23 ölçüsündə, 24 səhifədən ibarət idi. Üzərində mətbəə adı qeyd edilməyən dərginin Bağdadda çap edilməsi ehtimal olunur. Jurnalın 1950-ci il may sayı “Əl İxlas” adıyla işıq üzü görsə də, birinci səhifəsində sonradan ayrıca kağıza çap edilmiş “Səda Əl Şəbəb” adı yapışdırılıb. Buna səbəb dərginin təsisçisi haqqında adının olduğu kimi qalmalı olması ilə əlaqədardır. Jurnalın bu sayı 40 səhifədən ibarət olub Bağdadda “Əl Ərəbiyyə” mətbəssində işıq üzü görüb. Bu nömrədə Kərküklü şair Hicri Dədənin türk dilində mənzuməsinə də yer ayrılıb. Dərginin 1952-ci il fevral sayı də Bağdadda dərc edilib.
...Əks-səda doğuracaq (film, 1987)
...Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N.Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Lahıc Dağlarında Əks-Səda (1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Lahıc dağlarında əks-səda (film, 1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Və dağlardan səda gəldi
Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı. == Süjet == Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Əks-səda (film, 1987)
== Məzmun == Film 70-ci illərin axırlarında parlaq istedadları ilə ürəklərdə işıqlı ümidlər doğurmuş dörd istedadlı, həvəskar müğənninin aqibətindən, sonrakı taleyindən, istedada qayğı əvəzinə laqeydliyin acı nəticələrindən söhbət açır. == Festivallar və mükafatlar == 1)1987-ci ildə Filmin yaradıcıları Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Vladimir Konyagin Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 329; 377. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Əks-səda və səs lokasiyası
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v -səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. == Əks-səda və səs lokasiyası == Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
ABŞ bayrağına Sədaqət Andı
ABŞ bayrağına Sədaqət Andı (Pledge of Allegiance) - bir and, mətnin müəllifi F. Bellamidir. İlk dəfə 1892-ci il oktyabrın 12-də Kolumb Günü qeyd olunanda işlədilmişdir. İndiki versiyası 1954-cü ildə qəbul edilmişdir. == Mətni == Mən bir Allah təbəəlyində vahid, azad və hamı üçün ədalətli olan bir milləti təmsil edən Amerika Birləşmiş Ştatlarının bayrağına və respublikaya sədaqətimə anda içirəm.
Anda sədaqət (film, 1980)
Anda sədaqət qısametrajlı sənədli filmi rejissor Pərviz Cəfərov tərəfindən 1980-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Azərbaycan komsomolunun 60 illik yubileyinə həsr olunmuşdur. == Məzmun == Kinolent Azərbaycan komsomolunun 60 illik yubileyinə həsr olunmuşdur. Burada gənclərin ölkənin həyatında oynadığı roldan danışılır.
Katolik sədaqət aktları
Katolik sədaqət aktları – Katolik Kilsəsinin liturgiyasına əlavə olaraq, Allaha və ya müqəddəslərin şərəfinə ibadət etmək üçün xüsusi adətlər, ayinlər və aktlar. Birləşmiş Ştatlar Katolik Yepiskoplarının Konfransı sədaqət aktlarını "öz imanının, mədəniyyətinin və İsa Məsihin İncilinin kəsişməsindən yaranan sevgi və sədaqət ifadəsi" kimi təsvir edir. İbadətlər kilsədə yerinə yetirilsə və ya bir keşiş tərəfindən idarə olunsa da liturgik ibadətlərin bir hissəsi hesab edilmir, əksinə paraliturgiyadır. Vatikanda İlahi İbadət İcması Populyar Dindarlıq və Liturgiya haqqında Kitab nəşr edir. Katolik sədaqət aktlarının müxtəlif formaları var: novenalar kimi rəsmiləşdirilmiş, çoxgünlük dualardan tutmuş, yürüşlər və ya Evxaristik pərəstiş kimi fəaliyyətlərə, skapulyarların taxılmasına, müqəddəslərin ehtiramına, müqəddəslərin kanonik tacqoymalarına Marian və ya Xristoloji təsvirlər və hətta Məryəm bağını salmaq kimi bağçılıq aktları da daxildir. Katolik ibadətlərinin məşhur nümunələri Xaç Yolu, Rozariya, müxtəlif litaniyalar, Məryəmə, Müqəddəs Qəlbə , Məlaikə namazı, Məryəmin Ləkəsiz Qəlbi və İsanın Müqəddəs Simasına sədaqət, həcc ziyarətləri, Oktyabrda rozariya, may ayında isə Məryəm ayının müşahidəsidir. Katolik Kilsəsi liturgiyanı kilsənin həyatında və missiyasında mərkəzi hesab etsə də, Sacrosanctum Concilium -da qeyd edir ki, Sədaqət aktlarının əhəmmiyyəti böyükdür.
Musiqi sədaları (film)
Musiqi sədaları (ing. The Sound of Music) — 1965-ci il ABŞ istehsalı olan müsiqili filmdir. 1959-ci il tarixli eyni adlı Broadway musiqi ilə uyğunlaşdırılmışdır. Mahnıda olduğu kimi bu film də Hovard Lindsey və Rassel Kruzun kitabına əsaslanır. Filmin ssenarisini Ernest Leman yazmışdır. Robert Vayz filmin həm prodüserliyini, həm də rejissorluğunu boynuna götürmüşdür. Əhəmiyyətli rollarda Culiya Endryus, Kristofer Plummer, Eleonor Parker, Peggi Vud və Riçard Haydn oynamışlar. Filmin musiqiləri Riçard Rocers və Oskar Hammerştayn II-yə aiddir. "Musiqi sədaları", 1966-ci ildə 10 nominasiya üzrə namizəd olduğu Oskar mükafatından "Ən yaxşı film", "rejissor", "musiqi", "səs" və "fantastika" dərəcələrində 5 dəfə qazanmışdı. Həmçinin ABŞ-də "mədəni, tarixi və estetik olaraq əhəmiyyətli" filmlər arasına seçilmiş və Konqres Kitabxanasının Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Musiqi sədaları (film, 1965)
Musiqi sədaları (ing. The Sound of Music) — 1965-ci il ABŞ istehsalı olan müsiqili filmdir. 1959-ci il tarixli eyni adlı Broadway musiqi ilə uyğunlaşdırılmışdır. Mahnıda olduğu kimi bu film də Hovard Lindsey və Rassel Kruzun kitabına əsaslanır. Filmin ssenarisini Ernest Leman yazmışdır. Robert Vayz filmin həm prodüserliyini, həm də rejissorluğunu boynuna götürmüşdür. Əhəmiyyətli rollarda Culiya Endryus, Kristofer Plummer, Eleonor Parker, Peggi Vud və Riçard Haydn oynamışlar. Filmin musiqiləri Riçard Rocers və Oskar Hammerştayn II-yə aiddir. "Musiqi sədaları", 1966-ci ildə 10 nominasiya üzrə namizəd olduğu Oskar mükafatından "Ən yaxşı film", "rejissor", "musiqi", "səs" və "fantastika" dərəcələrində 5 dəfə qazanmışdı. Həmçinin ABŞ-də "mədəni, tarixi və estetik olaraq əhəmiyyətli" filmlər arasına seçilmiş və Konqres Kitabxanasının Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021, Qahirə) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Samir Sədaqətoğlu
Hüseynov Samir Sədaqət oğlu - Azərbaycan yazıçısı, publisist, jurnalist. == Həyatı == Hüseynov Samir Sədaqət oğlu 21 İyul, 1975-ci ildə Lənkəranda anadan olub. 1998-ci ildə Bakıda özəl universitetin hüquq fakültəsini bitirib. Bir müddət «Qanun» jurnalında müxbir vəzifəsində çalışıb, Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya seksiyasının müdiri olub. 2003-cü ildə «Sənət» qəzetini təsis edib və həmin nəşrin baş redaktoru olmuşdur.Hazırda bu qəzet fəaliyyət göstərmir. Yazıçı, publisist, dramaturqdur. «İtən vaxt» kitabının (2003) müəllifidir. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin «İlin ən yaxşı gənc naşiri» və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyatzadə adına «Uğur» mükafatlarına layiq görülüb. 2002-ci ildə Samir Sədaqətoğlunun «İtən vaxt» monopyesi əsasında Bakı Dövlət Kamera Teatrının səhnələşdirdiyi tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının xüsusi mükafatını qazanıb. Bundan əlavə «Sənət qəzeti»nin baş redaktoru Samir Sədaqətoğlu və həmin qəzetdə çap edilmiş «Avropa və biz» yazısının müəllifi Rafiq Tağı 2006-cı il noyabrın 10-da həbs ediliblər.
Sumqayıtın əks-sədası (film, 1992)
== Məzmun == Film 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eyruz Məmmədov, Nadejda İsmayılova, Davud İmanov Qurluşçu rejissor: Davud İmanov Quruluşçu operator: Rövşən Quliyev Musiqi tərtibatı: Rauf Əliyev Səs operatoru: Teymur Abdullayev Operator: Ramiz Ağayev, Nadir Mehdiyev Rejissor assistenti: Nazim Məmmədov, İlham Salmanov Operator assistenti: [Sadıq Kərimov Səs texniki: Fazil Əfşani Montaj edən: Nelli Mahmudova, Nailə Dadaşova Məsləhətçi: Vladimir Lebedev (MTN polkovniki) Filmin direktoru: Rimma Abdullayeva == İstinadlar == == Mənbə == Akif Cabbarlı, Bəşir Şərifli. "Sumqayıtın əks-sədası" filmi necə yarandı?.. Azərbaycan.- 2011.-27 fevral.- S. 7.
Sədabad (Bicar)
Sədabad (fars. سعد آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (5 ailə). Əhalisini kürdlər təşkil edir.
Sədai Kərkük Əl Riyazi (dərgi)
"Sədai Kərkük Əl Riyazi (dərgi)" — ərəb dilində çap edilmiş dərgi. == Haqqında == Təsisçilik hüququ alınmadan qalın dərgi formasında və ancaq yerli idman yeniliklərinə həsr edilmiş, şəkillərlə dolu bu ərəbdilli nəşrin ilk üç sayı 1967-ci ildə, 4-cü sayı isə 1968-ci ildə nəşr edilib. Onlardan 1-ci sayı güman olunur ki, 1967-ci ilin fevralında işıq üzü görüb. Nəşrin 1, 2 və 4-cü sayları Kərkükdəki “Şimal”, 3-cü sayı isə “Cümhuriyyət” mətbəəsində işıq üzü görüb. Səhifələrinin sayı 66-90 arasında dəyişən bu nəşr İsmayıl Sərttürkman və Mehmet Huseyn Dağıstani tərəfindən dərc edilib.
Sədallah Bərdəi
Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) - mənşəcə Azərbaycan türklərindən olan tanınmış dilçi alim və şair. == Həyatı == Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır ki,onlardan da biri Sədallah Bərdəidir. Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər. Əl-Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc finnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tərifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş ləl-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm." Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və təyinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
Sədallah əl-Bərdəi
Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) - mənşəcə Azərbaycan türklərindən olan tanınmış dilçi alim və şair. == Həyatı == Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır ki,onlardan da biri Sədallah Bərdəidir. Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər. Əl-Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc finnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tərifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş ləl-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm." Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və təyinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
Sədallah əl-Cabiri
Sədallah əl-Cabiri (ərəb. سعد الله الجابري‎; 14 oktyabr 1892, Hələb – 20 iyun 1947, Hələb) — 1943–1944-cü və 1945–1946-cı illərdə Suriya Respublikasının baş naziri. Həmçinin Cabiri 2 dəfə baş naziri olub. Bacısı Fayzə əl-Cabiri, Livanın iki qat baş naziri Riyad Sülh ilə evləndi. Hələb şəhərinin mərkəzindəki Sədallah əl-Cabiri Meydanı dövlət adamının adını daşıyır.
Sədaqət Əliyeva
Sədaqət Əliyeva (d. 10 oktyabr 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2013), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent, "Mədəniyyət dünyası" və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri" adlı məcmuələrin redaktoru. == Həyatı == Sədaqət Ağasəfər qızı Əliyeva 10 oktyabr 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var. == Təhsili == Bakı şəhər 190 saylı orta məktəbdə (1971–1981) təhsil alıb. 1985-ci ildə M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə "6219.01 — Kulturologiya və onun ümumi məsələləri" ixtisas şifrində Kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2011-ci ildə isə ADMİU-da "dosent" elmi adına layiq görülmüşdür. 2012-ci ildə ADMİU-nun doktoranturasına daxil olmuşdur; "Mədəniyyətdə qadın problemi: tədqiqatların istiqaməti və problematikası" mövzusunda elmi araşdırma üzərində çalışır. == Elmi və pedaqoji fəaliyyəti == 1985-ci ildən gənc mütəxəssis kimi M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) Mədəni-maarif işi kafedrasında baş laborant, saathesabı müəllim kimi iş fəaliyyətinə başlayıb.
Sədat Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq Qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli mərcilərə xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Sədat Edib Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq Qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli mərcilərə xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1981). == Həyatı == Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
Soda
Soda: Kalsium soda, paltar ağartma sodası — natrium karbonat Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. == Toponimikası == Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə Qara-Dindar qalası, Sədan qalası var. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Sədr
Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Qiyasəddin Məhəmməd bin Əmir Yusifi vilayət sədrinə nümunə olaraq göstərmək olar. I Şah İsmayıl hicri 916 (1510)-cı ildə Xorasanı tutduqdan sonra Əmir Qiyasəddini "şəriətin bütün işlərində vahid və müstəqil hakimiyyətlə" Xorasana qazi təyin etdi. Hicri 922 (1516)-ci ildə Təhmasib Mirzə Xorasan hakimi təyin edilərək oraya göndəriləndə, onun lələsi olan Əmir sultan (Əmir xan Türkman) əməli hakim oldu. Əmir Qiyasəddin isə şahzadəyə sədr təyin edildi. Sədr dini idarəyə rəhbərlik edir və antifeodal bidətçi hərəkatların qarşısının alınmasıkökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. İskəndər bəy Münşi ilk Səfəvilər dövründə sədrin aşağıdakı vəzifələrini göstərirdi: "Onlar seyidlərə və əmmaməlilərə himayə göstərməli və onların işlərində nümayəndələr kimi fəaliyyət göstərməlidirlər (yəni onların mənafeyini müdafiə etməlidirlər); vəqfləri (övqaf) idarə etməli və şəriət məqsədləri (məarif) üçün pul verməlidirlər"55. Sədr vəzifəsi və onun vəzifələri ilk dəfə Səfəvilərdə meydana gəlməmişdir. Teymurilər dövründə, Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti zamanı da biz sədrlərə təsadüf edirik56. Səfəvilər dövründə ilk sədr Mövlana Şəmsəddin Lahici (Gilani) olmuşdur.
Sədra
Sədra (fars. شهر جدید صدرا‎) — İranın Fars ostanında və Şiraz şəhərinin yaxınlıqında yeni şəhər.
Səida
Səida (ərəb. سعيدة‎)‎ — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Atlas dağlarının yüksəkliklərində, dəniz səviyyəsindən 868 metr yüksəklikdə yerləşir.Səida ölkənin paytaxtı Əlcəzairdən təxminən 335 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 128,413 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Şəhərdən 3 kilometr şimalda eyni adlı kiçik bir hava limanı yerləşir. Digər şəhər mərkəzləri ilə dəmir yolu və avtomobil yolu ilə də bağlıdır. == İqtisadiyyat == Səidə əhəmiyyətli regional kənd təsərrüfatı mərkəzidir. Şəhərin yaxınlığında buğda, zeytun, üzüm və esparto becərilir. Heyvandarlıq inkişaf etdirilmişdir.
Səma
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Beytüs-səfa
Beytüs-səfa – ədəbi məclis. XIX əsrin 60 illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı; məclisin adı da bununla əlaqədardır (ərəbcədən tərcümədə: Səfanın evi deməkdir). Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və b. şairlər məclisin fəal üzvləri idi. Məclisə Seyid Əzim Şirvani və Mollağa Bixud başçılıq edirdilər. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şerlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq, yayılırdı.
Biocoğrafi sədd
BİOCOĞRAFİ SƏDD (MANEƏ) – Bitki və heyvan populyasiyasının növ və ya qrupunun yayılması yolunda hər hansı maneə (coğrafi və ya bioloji xarakterli). Məs., 10° iyul izotermi (orta hesabla) yüksək dağıq zonada ağac bitkisinin yayılmasını limitləşdirir.
Bioloji sədd
Bioloji sədd — orqanizmlərin bir-birinin yayılmasına mane olması. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Daryaraq səna
== Təbii yayılması == Afrika və Hindistanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Fəda Rəhimov
Fəda Rəhimov (1957) — Bakı Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == 1957-ci ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olmuşdur. Evlidir, 3 övladı var. == Təhsili, elmi dərəcə və elmi adları == 1979-cu ildə BDU-nu bitirib. 1985-ci ildə "Artımları asılı olmayan təsadüfi proseslərin birinci dəfə kənara cıxma anları üçün limit teoremləri" mövzusunda dissertasiyasını müdafiə etmişdir. 2008-ci ildə "Həyacanlanmış təsadüfi dolaşmanın qeyri-xətti funksiyaları üçün limit teoremləri və onların ardıcıl statistik analizə tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == AMEA-nın RMİ-da və 1990-cı ildən BDU-nun "Ehtimal nəzəriyyəsi və riyazi statistika" kafedrasında çalışır. "Ehtimal nəzəriyyəsi və riyazi statistika", "Ehtimal nəzəriyyəsi və riyazi statistikanın əlavə fəsilləri", "Ardıcıl statistik analiz" fənlərini tədris edir 50-dən çox məqalə,2 kitabın müəllifidir, == Tədqiqat sahəsi == Təsadüfi proseslər üçün sərhəd məsələləri nəzəriyyəsi. == Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == Daşkənd(Özbəkstan)-2005 == Seçilmiş əsərləri == Рагимов Ф.Г. Об асимптотическом поведении одного класса моментов первого выхода за границу в многомерном случайном блуждании // Теор. вероят.
Gülnar Səma
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Hədiqətüs-Süəda
Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası‎) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məhəmməd Füzulinin əsəri. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir. Əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h. 954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur. Bu əsər Füzulinin ilk bədii nəsr əsəridir. Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur. Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir.
Molla Sədra
Sədrəddin Şirazi və ya Molla Sadra (1571, Şiraz – 1641, Bəsrə) — müsəlman filosofu. == Həyatı == Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır. == Molla Sadra fəlsəfəsinin əhəmiyyəti == Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur.
Musa Sədr
Seyyid Musa Seyid Sədrəddin oğlu Sədr (15 aprel 1928 və ya 15 may 1928, Qum – 31 avqust 1978, yoxa çıxma[d]) — İran islamşünas alimi. == Həyatı == İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin "Eşqəli məhəlləsi"ndə ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi. Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir. 1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir. Musa Sədr 28 yaşında ailə həyatı qurur. Onun bu izdivacdan iki oğlu (Sədrəddin, Həmid), iki qızı (Hura, Məlihə) dünyaya gəlir. Livan səfəri Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır, amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.
Möhsün Sədr
Möhsün Sədr (1871, Məhəllat, Mərkəzi ostanı – 19 oktyabr 1962, Tehran) — İranın baş baziri. == Həyatı == 1945-ci ilin iyununda Günеy Azərbaycanda İşlər ciddiləşdi. İranda yеni hökumət böhranı dərinləşməyə başladı. Bir tərəfdən İbrahim Həkimi hökuməti istеfa vеrmişdi, digər tərəfdən yеni təyin еdilmiş Baş kazir, 70 yaşlı Möhsün Sədr (Sədr-ül-Əşrəf) Məclisdən еtimad ala bilməmişdi. Məclisin müxalifət azlığı və Xalq Partiyası Baş Nazir vəzifəsinə Möhsün Sədrin namizədliyini müdafiə еtmirdilər. Onlar Sadri irticaçı şəxslərdən biri hеsab еdirdilər. Sеyid Ziya tərəfdarlarının və Məclisdə müxalifət çoxluqunun ciddi cəhdlərinə baxmayaraq Məclisdən еtimad almaq məsələsi iki aya qədər yubandı. Əşrəf Sədr Rza şah dövründə Ədliyyə naziri işləmişdi. Onun dövründə Mazandaran düzənliyinin Rza şaha vеrilməsi hüquqi cəhətdən əsaslandırılmışdı. O, Məhəmmədəli şah dövründə Qanuni Əsası və dеmokratiya uğrunda mübarizə aparıb Rusiyanın köməkliyi ilə həbs еdilmiş dеmokratların istintaq işini aparmışdı.
Seda Sayan
Aysel Gürsaçer və ya səhnə adıyla Seda Sayan (30 dekabr 1961, Əyyubsultan) — Türkiyəli müğənni və aparıcı. == Diskografiyası == === Albomları === 1985: Anılarım 1987: Seda Sayan'la Başbaşa 1989: Seviyor musun? 1990: 80'li Yıllar (Nejat Alp ile birlikte) 1990: Ya Benim Olursun 1991: Git Demesi Kolay 1992: İşte Seda Sayan 1993: Yeter ki İste 1994: Vız Gelir Her Şey 1996: Ah Geceler 1997: Sensizliğe Yanarım 1999: Ben Sana Demedim mi? 2001: Var Mısın?
Seda Tutxalyan
Seda Qurqenovna Tutxalyan (d. 15 iyul 1999; Gümrü, Ermənistan) — erməni əsilli Rusiyanı təmsil edən idman gimnast. Seda Tutxalyan 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı. == Karyerası == Seda Tutxalyan 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, кomanda yarışlarında yığma Aliya Mustafina, Angelina Melnikova, Mariya Paseka və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. == Xüsusiyyətlər == Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seka
Seka (15 may 1954, ABŞ) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulmuşdur. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurmuş, lakin bir müddət sonra boşanmışdır. 1977-ci ildə porno karyerasına başlamışdır. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak etmişdir.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Sevda
Sevda — qadın adı və təxəllüs. Sevda Abdullayeva — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Sevda Ağazadə — azərbaycanlı televiziya aparıcısı, ssenarist, diktor, redaktor. Sevda Cəfərova — azərbaycanlı həkim-pediatr, reanimatoloq, neontaloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Sevda Dəmirəl — türkiyəli model və kinoaktrisa. Sevda Həsənova — azərbaycanlı jurnalist. Sevda Mikayılova — azərbaycanlı filoloq, şairə. Sevda Məmmədəliyeva — azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü. Sevda Qarayeva — azərbaycanlı güləşçi. Sevda Qurbanəliyeva — azərbaycanlı alim, sənətşünaslıq doktoru, professor.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.
Şeyda
Şeyda — Azərbaycanda və İranda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Fazil xan Şeyda — XIX əsr Azərbaycan şairi. Nəcəfqulu bəy Şeyda — XIX əsr Azərbaycan şairi. Qəmər bəyim Şeyda — XIX əsr Azərbaycan şairi. Mirzə Yəhya bəy Şeyda — XIX əsr-XX əsr Azərbaycan şairi. Mirzə Abbas xan Şeyda — XIX əsr-XX əsr İran şairi. Mirzə Ələkbər Şeyda — XIX əsr-XX əsr İran şairi. Yəhya Şeyda — XX əsr Azərbaycan şairi.
Şəfa
Şəfa — Azərbaycanlı kişi və qadın adı; təxəllüs. Qadın adıŞəfa Hüseynova — azərbaycanlı müğənni.Kişi adıŞəfa Zikri İbrahim — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru.TəxəllüsŞərafət Şəfa — jurnalist, şairəDigərŞəfa FK — Bakıda futbol klubu Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.