AZAD
AZADƏLİK
OBASTAN VİKİ
Azadə Hüseynova
Azadə Hüseynova (tam adı: Azadə Cəbrayıl qızı Hüseynova; 2 yanvar 1937 – 1 dekabr 2016) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Azadə Cəbrayıl qızı Hüseynova 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakultəsini bitirdikdən sonra “SK” zavodunda (Sumqayıt şəhərində) işləmiş, 1960-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiraturasına daxil olmuş, 1963-cü ildə dissertasiya işini müdafiə etmiş və kimya elmlər namizədi elmi dərəcəsini almışdır. 1963-cü ildən AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi və 1982-2016-cı illərdə “Avtomobil benzinləri” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1980-cı ildə “Xırda dispersli katalizator iştirakında katalitik krekinq prosesindən istifadə etməkə yükəkoktanlı etilləşməmiş avtomobil benzinlərinin alınma texnolgiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildə “Qaz və yanacağın kimyəvi texnologiyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. A.C. Hüseynova 2016-cı il dekabr ayının 1-də vəfat etmişdir. == Elmi fəaliyyəti == A.C. Hüseynovanin elmi fəaliyyəti neftkimyası və neft emalı sahəsində yeni tullantısız texnoloji proseslərin elmi əsaslarının işlənib hazırlanmasına və yüksəkoktanlı etilləşməmiş Aİ-93 benzininin alınmasının yüksəkeffektli texnologiyasının yaradılmasına, həmçinin avtomobil benzinlərinə yüksəkoktanlı əlavələrin alınmasına, ağır neft xammallarının emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılmasına yönəlmişdir. A.C. Hüseynova az və yüksək kükürdlü vakuum distillatlarının əsasında birbaşa katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 benzininin alınmasına verilmiş patentin müəlliflərindən biridir. O, əsas rejim parametrlərini və xammalın karbohidrogen tərkibini dəyişmək yolu ilə etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən bu prosesin elmi əsaslarını işləyib hazırlamışdır.
Azadə Musabəyli
Azadə Şahbaz qızı Musabəyli — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Elmi fəaliyyəti == Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filol.ü. fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filol. e. doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür. İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər.
Azadə Taleh Abbasqızı
Azadə Rüs­tə­mova
Azadə Cəfər qızı Rüstəmova (18 iyul 1932, Bakı, Azərbaycan SSR, SSRİ — 19 aprel, 2005, Bakı, Azərbaycan) — Azərbaycan və sovet şərqşünası və ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü. Təxminən 300 məqalənin, həmçinin 20 kitab və monoqrafiyanın müəllifi. == Həyatı == Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olmuşdur.Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini (1951) bitirmiş, keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı (1953–1956) olmuşdur. Filologiya üzrə namizədlik (1956), doktorluq (1971) dissertasiyaları müdafiə etmiş, professor (1990) elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi (1957), şöbə müdiri (1961–1991) vəzifələrində çalışmışdır. Orta əsrlər Azərbaycan şeirinin tarixi-nəzəri səpkidə araşdırılması, həmin dövr ədəbiyyatımızın janr, metod və üslub xüsusiyyətləri, folklor əlaqələri, varis və irs problemi, klassik sənətkarlarımızın humanist-bəşəri ideyalarının, dini və sufi-panteist fikrin poeziyadakı təcəssümü və b. məsələlər alimin tədqiqatlarında öz elmi həllini tapmışdır. O, 15-dən artıq kitabın, 300-ə qədər məqalənin, o cümlədən, "Azərbaycan epik şeirinin inkişaf yolları (XII–XVII əsrlər)" (1977), Nizami Gəncəvi (həyatı və sənəti)" (1979), "Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası" (1990), "Mütəfəkkir Mövlana Füzuli" (1996), "Nizami və onun poeziya sələfləri" (2001) və b.
Cəbrayıl Azadəliyev
Azadəliyev Cəbrayıl Əb­­­­­dü­ləli oğlu (29 noyabr 1935, Mahmudlu, Qafan rayonu) — AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, pro­­­­fes­sor. == Həyatı == Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Ermənistan SSR-nin Qafan ra­yo­­nunun Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam orta mək­­­­­­­tə­­b­ində orta təhsilini 8 il ərzində əla qiy­mət­­lər­lə ba­şa çat­dır­mışdır. C.Ə.Aza­dəliyev Azərbaycan Dövlət Universitetinin (hazırda Ba­kı Döv­lət Universiteti) Ge­­­­o­lo­­gi­ya-coğ­ra­fi­ya fa­kültəsinin "Ge­o­lo­ji çəkiliş və fay­dalı qa­­zın­tı ya­taq­la­rı­­nın ax­ta­rı­­şı" şö­bə­­sini fər­q­­­­lən­mə diplomu ilə bi­tirmişdir. 1959-cu il­­in iyun ayından aka­­demik M.Ə.Qaş­qayın şəxsi tə­şəbbüsü ilə AMEA Ge­o­lo­gi­ya İns­titu­tun­a (indi­ki Geologiya və Geofi­zi­ka İns­titu­tu) təyinat almış, 1961-ci ildə əyani aspi­ran­t, sonra kiçik elmi iş­çi, böyük elmi iş­çi, böyük elmi iş­çi-qrup rəh­bəri kimi fə­a­­­liyyət gös­­tər­mişdir. 1986-cı il­dən "Me­ta­­so­­­­ma­tizm və fi­liz­əmə­ləgəlmə" şö­bəsinə rəh­bər­lik et­miş­dir. 1967-ci il­dən Ba­kı Döv­lət Uni­versitetinin Fay­da­lı qa­zın­tı­la­rın ge­olo­giyası kafedrasın­da saathe­sabı qaydada pe­da­qoji fəaliy­yət­­lə məşğul olm­­uş, 1999-cu ildən indiyədək kafedranın pro­fes­soru vəzi­­fə­­sində fəaliyyət gös­tə­rir. 1966-cı ildə "Cənubi Daşkəsən dəmir filizi yatağında skarn­ə­mə­ləgəlmə prosesləri" mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülmüşdür. 1998-ci il­də "Plutonogen-üçvəhdətli kontakt-termal metamor­fizm, skarn-filizəmələgəlmə və mis-porfir filizləş­məsi prosesləri (Kiçik Qafqaz timsalında)" möv­zu­sunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülmüşdür. == Əsas elmi nailiyyətləri == Professor C.Ə.Aza­dəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə pro­seslə­ri­nin fi­ziki-kim­yə­vi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokim­ya­sı, endogen me­tal­­lo­ge­ni­ya, ge­ne­tik mi­ne­ralogiya və fiziki geokimya, tət­bi­qi geo­logiya, geoeko­lo­giya elm sa­hə­­lə­ri üzrə tədqiqatlar aparmışdır.
Dəşt Azadəqan şəhristanı
Dəşt Azadegan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Susəngerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,115 nəfər və 16,604 ailədən ibarət idi.

Digər lüğətlərdə

нафиксатуа́риваться обвива́ть ра́вным счётом секрета́рский во весь рот де́льта золота́я середина кинемати́ческий монотипи́ст опеча́ливаться распространи́ться эве́н тераса ademption beribboned dipartite penny pincher stern wheeler subhead thymine безалаберно горчичный лаять маслоделие техобслуживание