AZARSIZ
AZAYLANMAQ
OBASTAN VİKİ
Adil Azay
Adil Azay (d. 12 fevral 1957) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972-1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984-1989) təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) - Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film, 1997) Vahimə (film, 1998) - 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) - "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Azay Kazımov
Azay Sada oğlu Kazımov (1 yanvar 1973, Zod, Vardenis rayonu – 15 yanvar 1994, Qaraxanbəyli, Füzuli rayonu) — "Azərbaycan bayrağı" ordenli şəhid. == Həyatı == Azay Kazımov 1973-cü ildə Göyçə mahalının Zod kəndində "Zərgərlilər" tayfasında anadan olmuşdur. 1988-ci ildə Göyçədən deporyasiya olunduqdan sonra Xanlar rayonunda məskunlaşmışdır. Hərbi xidmətə Naxçıvanın Sədərək rayonuna göndərilmişdir. 1993-cü ilin ortalarında erməni daşnaklarından Sədərəyin qorunmasında xüsusi fəallıq göstərmiş və taqım komandiri təyin edilmişdir. Bir müddətdən sonra Azay Kazımov Bakı şəhərinə oradan isə Goranboy cəbhəsinə göndərilmişdir. Ağdamın ağır günlərində döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə getmiş və bir neçə qanlı döyüşlərin iştirakçısı olmuşdur. Düşmənin tankını heyıti ilə birlikdə məhv etdiyinə görə pul mükafatına layiq görülmüşdür. Igid döyüşçü Azay Ağdamdan Füzuli cəbhəsinə göndərilir. Bir gün Füzulidə 28 erməni hərbiçisi olan avtobusu atəşə tutmuş və maşında olan hərbi sursatı komandanlığa təhvil vermişdir.
Azay Möhnətov
Azay Möhnətov (5 may, 1962) - Azərbaycanlı iş adamı və AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. "AF Hotel & Aqua Park " sahibi. Ailəlidir və iki övlad sahibidir. == UĞUR 97 == "Uğur-97" tikinti şirkəti 1997-ci ildə yaranmışdır. Fəaliyyətinin ilkin dövründə istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olub. 1998-ci ildən başlayaraq, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulur. Qısa müddət ərzində "Uğur-97" şirkəti tərəfindən şəhərimizə yaraşıq gətirən "lüks" dərəcəli yaşayış binaları tikilmişdir. R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 ev tikilmişdir. 2001-ci ildə isə Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli ev tikilmişdir.
Azay Quliyev
Azay Əjdər oğlu Quliyev (23 iyun 1971, Vağudi, Sisian rayonu) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin III, IV çağırış, V çağırış və VI çağırış deputatı; ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini (2013–2016); ATƏT PA-nın vitse-prezidenti (2016–2022); ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri (2017-ci ildən); Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının koordinatoru (2019-cu ildən); Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri (2020-ci ildən); ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi (2021–2022); ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri (2022-ci ildən); Siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə rayonunun Vağudi kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1989–1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992–1998-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1995–1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-də Harvard, "Kennedy School"-da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında iştirak etmişdir. 2007–2013-cü illərdə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil almışdır. İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. == Siyasi fəaliyyəti == 2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Azay Rzayev
Azay Qüdrət oğlu Rzayev — Rzayev Azay — Fiz.-r. fəlsəfə doktoru, dosent, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Baş direktorun elmi məsələlər üzrə müavini == Həyatı == 1 oktyabr 1948-ci ildə [[Rusiya] Federasiyasının, Şaxtar şəhərinda anadan olmuşdur. 1966 - cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geofizika mühəndisliyi fakültəsini bitirmişdir. == Əsas elmi fəaliyyəti == Şərqi Sakit Okean qalxımının dərinsulu çöküntülərinin maqnitliyi öyrənilmişdir. Seysmogen zonalarda anomal seysmomaqnit effektin xüsusiyyətləri öyrənilmiş və onun seysmotektonik asılılığı göstərilmişdir. Seysmogen zonaların geodinamik rejiminin gərginliyin geomaqnit sahə variasiyalarında əks olunması öyrənilmişdir. == Elmi əsərlərinin adları == 1.А.Г.Рзаев, М.И.Исаева, Т.Я.Маммадли Оптимизация наблюдательной сети и магнитовариационных станций при сейсмопрогностических исследованиях Док. НАНА №6, 2005 г. с. 88-93.
Adil Azayev
Adil Azay (d. 12 fevral 1957) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972-1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984-1989) təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) - Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film, 1997) Vahimə (film, 1998) - 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) - "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Asif Azayev
Asif Məhəmmədağa oğlu Azayev (1 fevral 1985, Həmyəli, Şamaxı rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1991–1997-ci illərdə Həmyəli kənd tam orta məktəbində, 1997–2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali təhsilini 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərbi təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı. == Hərbi xidməti == Asif Azayev 2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Növbəti illərdə Murovdağ istiqamətində xidmət edən Asif Azayev, 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə savaşıb. Asif Azayev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başladı. Azərbaycan Ordusunun mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Hamid Azayev
Hamid Hadidoviç Azayev (5 mart 1948, Novopokrovski rayonu, Krasnodar diyarı) — Teatr və kino aktyoru. X.Nuradilov adına Çeçenistan Dövlət Dram teatrının aktyorudur. Çeçen-İnquş MSSR-in əməkdar artisti, Çeçenistanın xalq artistidir. == Həyatı == 5 mart 1948-ci ildə Qazaxıstanın Semipalatinsk vilayətinin Novopokrovski rayonunun Alekseyevka kəndində anadan olmuşdur. 1967-ci ildə Çeçen-İnquş MSSR-in Dışne-Vedeno kəndində orta məktəbi bitirmişdir. 1973-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunu bitirmişdir. Həmin ildən indiyə kimi Çeçenistan Dövlət Dram teatrında işləyir. == Filmoqrafiya == Babək (film, 1979) Birisigün, gecəyarısı...
Sadiq Azayev
Sadiq Xubyar oğlu Azayev (11 avqust 1992; Quba rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sadiq Azayev 1992-ci il avqustun 11-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə A. Aslanov adına Qonaqkənd qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Sadiq Azayev 2010-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Sadiq Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Azayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunun Qonaqkənd qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Azayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Azayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Azayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zərnişan Azayeva
Zərnişan Azayeva (d.9 avqust 1959, Şamaxı r.) — şair-publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar jurnalist. == Həyatı == Azayeva Zərnişan İnqilab qızı 9 avqust 1959-cu ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən Samaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi dərnəyinin üzvü olmuş, 9-cu sinifdə oxuyarkən "Dəniz və qız" adlı ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Elcə də o dövrün "Azərbaycan gəncləri", "Sovet kəndi"….qəzetləri, "Ulduz", "Müxbir", "Göyərçin", "Azərbaycan" jurnallarında məqalələr, resenziyalar, şeirlərlə çıxış etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olan Zərnişan İnqilab qızı təhsil illərində tələbə elmi cəmiyyətinin üzvü olmaqla respublika mətbuatı-qəzet və jurnallarla fəal əməkdaşlq edib, radio-televiziya üçün verilişlər hazırlayıb. 1989-cu ildə " fərqlənmə diplomu" ilə Universiteti bitirən Zərnişan Azayeva elə həmin ildən Dövlət Radio-Televiziyasında radio-televiziya şərhçisi kimi işə qəbul olunur. == Əmək fəaliyyəti == Dövrün məşhur mətbuat xadimi Leonid Tahirovun iki illik jurnalistika kursunda yüksək göstəricilərlə təhsil almış, Kiyevdə, Moskvada xüsusi təcrübə dərsləri keçməklə Ümumittifaq Radiosunun ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişdir. Vaxtilə radionun "Bulaq" ,"Şəbəkə" verilişlərinin ssenari müəlliflərindən olan Z. Azayevanın hazırladığı proqramlardan televiziyanın "Tariximiz-soykökümüz", "Söz araşdırıcılarimiz", "Dostun evi könüllərdir","İrəvanda xan qalmadı", "İmza", "Dünya yaxşılarındır", "Vətən qürbətə qalmaz", "Bizim ellər yerindəmi", "Turan" kimi hər sayı televiziyanın "qızıl fondu"na daxil edilməklə qorunmaqdadır. Zərnişan İnqilabqızı (Turan) Azərbaycantelefilmin istehsali olan iyirmi səkkiz sənədli filmin ssenari müəllifi və eləcə də digər qurumlarla birgə işlədiyi on səkkiz sənədli, iki bədii-sənədli filmin ssenari müəllifi və rejissorudur. Bu filmlər respublika daxili festivallarla yanaşı, ölkəmizdən kənarda keçirilən sənədli film yarışmalarında da qalib yerlər tutmuş, xüsusi mükafatlara layiq görulmüşdür.
Ülvi Azayev
Ülvi Maqsud oğlu Azayev (4 dekabr 2001; Kürdəmir rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Azayev 2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəb Qubalı kəndində anadan olub. == Hərbi xidməti == Ülvi Azayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Azayev oktyabrın 2-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlisəfa Azayev
Azayev Əlisəfa Soltan oğlu – nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993). == Həyatı == Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. O, Qaramahmudlu kəndində ibtidai, Mollakənd kəndində isə orta məktəbi bitirib. Bir il kolxozda işlədikdən sonra 1968-1970-ci illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Məktəbində təhsil alıb. 1971-1973-cü illərdə Kürdəmir rayon Şüşün kənd səkkizillik məktəbində müəllim kimi fəaliyyət göstərib. Daha sonra hərbi ximəti yollanıb.Əlisəfa Azayev 1973-1979-cu illərdə ordudan tərxis olunub Ərəbxana kənd orta məktəbində müəllim kimi çalışıb. O, qiyabi yolla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-1982-ci illərdə Bilik Cəmiyyətinin Kürdəmir Rayon Təşkilatının məsul katibi vəzifəsini icra edib. 1982-1995-ci illərdə orada Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Təşkilat şöbəsinin müdiri işləyib. Ədliyyə orqanlarında çalışıb.

Значение слова в других словарях

байба́чий гонобо́бель консе́рвы ле́кторша обезли́чивать ора́торство оша́рпанный проде́рзкий прокола́чивание суше́нья хохла́цкий ястреби́нка декати́ровать переобремени́ть программи́ст свёклина строга́ч емшан cathedrae diffident Ibadan insipidity брюнетка кончина твоя