Словарь лексики азербайджанских дастанов

  • ƏLƏNGƏ-ÜLƏNGƏ

    Bax: ələngə. (“Koroğlu” dastanının lüğəti) İş belə ələngə-üləngəyə qalsa, bunlardan mənim özümdə də çoxdur

    Полностью »
  • ƏLƏTƏŞ ƏRƏB

    Susuzluq. Bir almas göndərdim yara yadigar, Almadı alması, bağrıdaş Pəri. Könül tələb elər məndən nəyim var, Od tutub cismimi ələtəş, Pəri

    Полностью »
  • ƏLHƏMDÜLİLLAH

    Mövlaya şükür, Allaha şükür olsun. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏLİF

    1. Ərəb əlifbasının ilk hərfinin adı, əbcəd hesabında 1 rəqəmini ifadə edir; Allahın adlarından biri

    Полностью »
  • ƏLİF-BEY

    ərəb əlifbasının ilk iki hərfinin adı Əlifba. Alimdən dərs aldım əlif-bey üçün, Sürahilər düzülübdü mey üçün, Dəli könül, qəm çəkirsən nə üçün? Qəmli

    Полностью »
  • ƏLİF QƏDDİ DAL (YAY, NUN) OLMAQ

    Beli bükülmək, əyilmək.

    Полностью »
  • ƏLİF QƏDDİ DALA (YAYA, NUNA) DÖNMƏK

    Bax: əlif qəddi dal (yay, nun) olmaq.

    Полностью »
  • ƏLİFLƏ QAYIN

    Ərəb əlifbasında əlif və ğeyn (”qayın” bu sözün təhrif olunmuş şəklidir) hərflərinin adı. Əbcəd hesabına görə, əlif bir, ğeyn min ədədinə uyğun gəlir

    Полностью »
  • ƏLQƏRƏZ

    Bax: qərəz. (“Koroğlu” dastanının lüğəti) Əlqərəz, can qardaşlığı Çənlibeldə oldu qan qardaşlığı. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ

    Полностью »
  • ƏLLAF ƏRƏB

    Taxıl, un, yem, ot və s. alveri ilə məşğul olan adam. (“Koroğlu” dastanının lüğəti) Göz gəzdirdi, gördü meydanın aşağı tərəfində bir əllaf dükanını ye

    Полностью »
  • ƏLLƏMAYAQ

    Çox nadinc, çox hərəkətli, əlli-ayaqlı. (“Koroğlu” dastanının lüğəti) Bunu döyürdü, onu söyürdü, hamını əlindən zara gətirmişdi

    Полностью »
  • ƏLTƏMƏN

    Sağollaşma, vidalaşma. Gülgəz Pəri dedi: – Dediklərimi yaddan çıxartma! Abbas Pəri xanımla əltəmən olub ayrıldı

    Полностью »
  • ƏLÜFƏÇİ

    Süvari, ata minmiş, atlı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏLÜK

    Dağ keçisi, əlik. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏLÜKLÜ

    Əlikli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏMLİK

    Yenicə ota düşən və eyni zamanda anasını əmən quzu. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, gəzdiyimi tapardım,  Qayalar başında qala yapardım, Ağ

    Полностью »
  • ƏMMAMƏ

    Sarınmış uzun parça yaxud tirmə zolağından ibarət baş geyimi; sarğı, çalma. (“Koroğlu” dastanının lüğəti) Koroğlu bazardan aldığı ağ rəngli molla köyn

    Полностью »
  • ƏMMƏ ƏRƏB

    Nəyi? Quranda 30-cu cüzün başındakı Nəbə surəsinin ilk ayəsi olan “əmmə yetəsa-əlun”un (onlar bir-birindən nəyi soruşurlar?) ilk kəlməsi­dir, ona görə

    Полностью »
  • ƏMMİ ƏRƏBCƏ “ƏMM” SÖZÜNÜN TƏHRİFİ

    Atanın qardaşı, əmi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏMR EYLƏMƏK

    Buyurmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏMUD ƏRƏB

    Polad toppuz. (“Koroğlu” dastanının lüğəti) Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. Əmuddan murad hasil olmadı, nizəyə əl uzatdılar

    Полностью »
  • ƏMUD ƏRƏB

    Polad toppuz. Əmud endi Samın başına. Sam əmudu göydəykən vurub yerə saldı. Keyxan gördü əmuddan bir murad hasil olmadı, yenə bir dəli nərə çəkib dedi

    Полностью »
  • ƏMZİRMƏK

    Əmizdirmək, döşdən süd vermək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏNAM

    ər. nemət sözünün cəmi Bəxşiş, hədiyyə, mükafat. (“Koroğlu” dastanının lüğəti) O gətirdiyi xəbərə görə ənam gözləyirdi

    Полностью »
  • ƏNAM ƏRƏB

    Nemət sözünün cəmi; bəxşiş, hədiyyə, mükafat. Qırmızı geyib əmr elədi ki, Musaxan vəzir və sərraflar sabah meydana çıxsınlar, onlara ənam verəcəyəm

    Полностью »
  • ƏNBƏR ƏRƏB

    1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə. 2. Gözəl iy, ətir. N.Tusi “Cavahirnamə” əsərində yazır: “Ənbərin yoxlanılması b

    Полностью »
  • ƏNBƏR ƏRƏB

    1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə. 2. Gözəl iy, ətir. (“Koroğlu” dastanının lüğəti) N

    Полностью »
  • ƏNBƏRƏFŞAN

    ərəb. ənbər, fars. fəşan – səpən, saçan Ənbər səpən, ənbər qoxuyan, ətir saçan. Ağ əndamı başdan-başa, Ətirli gül müşkfəşan

    Полностью »
  • ƏNBƏRFƏŞAN

    Bax: ənbərəfşan.

    Полностью »
  • ƏNDAM FARS

    1. Bədən. 2. Boy, qədd, qamət, bədən quruluşu. (“Koroğlu” dastanının lüğəti) Qıratı gətirdim cövlana, indi, Varsa igidlərin meydana gəlsin!

    Полностью »
  • ƏNDAZƏ FARS

    1. Ülgü, ölçü. 2. Məcazi mənada: hədd, hüdud; norma. (“Koroğlu” dastanının lüğəti) Dastanda məcazi mənada işlənir

    Полностью »
  • ƏNDƏLİB ƏRƏB

    Bülbül. Baxmasın gözəllərə Adamların bəd nəzəri. Əndəlib nalə çəkib, Ölməsin güldən ötəri.                 (“Seydi və Pəri”)

    Полностью »
  • ƏNG

    Alt çənə, çənə. (“Koroğlu” dastanının lüğəti) Bolu bəy Koroğluya dedi: – Boş-boş danışıb əngini yorma

    Полностью »
  • ƏNİK

    Yırtıcı heyvan balası. (“Koroğlu” dastanının lüğəti) Sarp qayalarda yurd olmaz, Müxənnətə söz dərd olmaz

    Полностью »
  • ƏNKƏBUT ƏRƏB

    Hörümçək. Tutilər avaz alır O şirin imran dilindən. Ənkəbuttək şan asılıb Sənin o incə dilindən.            (“Abbas və Gülgəz”)

    Полностью »
  • ƏNRƏMƏK

    Kişnəmək, səs çıxarmaq (heyvanlar haqqında). (“Koroğlu” dastanının lüğəti) Qırat Koroğlunun səsini eşidəndə bir də ənrəyib kişnədi

    Полностью »
  • ƏNSAR

    Bax: ənsur.

    Полностью »
  • ƏNSƏ

    Boyun. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏNSUR ƏRƏB

    Yaxın adamlar; kömək edənlər. Oldum bir gözəlin payi-bəstəsi, Həm yar ənsuru, dil şikəstəsi.                                (“Sam şahzadə”)

    Полностью »
  • ƏNŞİŞMƏK

    Bərabər işləmək, birlikdə işləmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏNÜK

    Bax: ənik. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏNVAİ-MÜSİBƏT

    ər. ənva “növ” sözünün cəmidir Çox çətinliklə, çox böyük əziyyətlə. (“Koroğlu” dastanının lüğəti) Min ənvai-müsibətlə qayaya dırmaşdı

    Полностью »
  • ƏPPƏK

    Çörək. (“Koroğlu” dastanının lüğəti) Səhərdən qalxanda təbil vurulur, Dəryatək çalxanır, göltək durulur, Toplanır bir yerə, içki qurulur, Dağıdır əppə

    Полностью »
  • ƏR

    1. Mərd, qəhrəman, igid, qoçaq. 2. Bax: ərən. (“Koroğlu” dastanının lüğəti) Qorxum yox paşadan, sultandan, xandan, Gəlsin mənəm deyən, keçirdim sandan

    Полностью »
  • ƏRCƏL

    Bədxasiyyət, pozğun. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏRDƏMLİ

    Fəzilətli, mərifətli, hünərli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏRDƏMLÜ

    Bax: ərdəmli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏRDİL

    Ürəkli, cəsur. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏRƏBƏ

    Araba. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • ƏRƏN

    Ər sözündən olub, “müqəddəslər” mənasında da işlənir. Ermək sözü ilə də bağlayanlar vardır (haqqa ermişlər mənasında)

    Полностью »