Словарь лексики азербайджанских дастанов

  • GƏRDƏNBƏND FARS

    Boyunbağı. Gözəllər yığılıb hamısı kəndə, Sənəyin doldurub burdan ötən də, Şamaxı şəddəli gərdənbənd təndə, Əyrimcədən keçər beli qızların

    Полностью »
  • GƏRDƏNLİ

    Qəşəng, gözəl gərdəni olan // enlidöş (at haqqında) (“Koroğlu” dastanının lüğəti) Ərəb atın dastanını söylərəm, Üç yaşında hər nişanı bəlli olur

    Полностью »
  • GƏRDİŞ FARS

    1. Gəzinti, seyr. 2. Dövran, dövranetmə, dolanma. Ay ilə gün gərdiş eylər, ötüşər, İki sevgi peymanına bitişər, Ruzi müqərrərdi, gələr yetişər, Həzəra

    Полностью »
  • GƏRDİŞ FARS

    1. Gəzinti, seyr. 2. Dövran, dövran etmə, dolanma. (“Koroğlu” dastanının lüğəti) Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gər

    Полностью »
  • GƏRDİYAR

    Bax: girdiyar. Səni yaradıbdı Cəlilü Cabbar, Hüsnün kitabının adı gərdiyar...                                           (“Qurbani”)

    Полностью »
  • GƏRƏNAY FARS

    Nəfəslə çalınan uzun boru şəklində qədim musiqi aləti. (“Koroğlu” dastanının lüğəti) Carçılar çığrışır, gərənay bozlar, Ərəb atlar macal tapmaz qaçana

    Полностью »
  • GƏRİNMƏK

    Gərilmək, tarım çəkilmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GƏŞT FARS

    Gəzmə, dolanma, seyr. Bağçalarda qurudulur barama, Naşı təbib məlhəm eylər yarama. Dedim: Pərim, zülflərini darama, Könül gəştə çıxar xallara doğru

    Полностью »
  • GƏTÜRMƏK

    1. Gətirmək. 2. Qaldırmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GƏVƏZƏ

    Çoxdanışan, lağlağı, yanşaq, naqqal. (“Koroğlu” dastanının lüğəti) Sən demə bu yanşaq gəvəzənin biri imiş

    Полностью »
  • GƏVƏZLƏMƏK

    Kobud yemək; yanmış kömürdə bişirmək, odda bişirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GƏYSU

    fars. giysu Saç, hörük. Sinəyə, sima gərdənə tökülüb gəysuların, Bənzəyir dörd gecəlik göydə aya əbruların

    Полностью »
  • GƏZLƏMƏK

    Nişan almaq, oxu gəzinə qoymaq, oxu kərtiyində yerləşdirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GİCİMƏK

    Nəşələnmək, qızmaq. (“Koroğlu” dastanının lüğəti) Yenə günlərin bir günündə Düratın nadincliyi tutdu

    Полностью »
  • GİDİ

    Pis, alçaq, yaramaz, etibarsız. (“Koroğlu” dastanının lüğəti) Gidi xonkar, qıl başının çarəsin, Koroğlu üstünə dəllərlə gəlib

    Полностью »
  • GİLƏ

    Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. Dastanda plov giləsi ifadəsi də işlənir. Mən bir plov giləsi kimi onun buğuna yapışaram

    Полностью »
  • GİRDAB FARS

    1. Burulğan. 2. Məcazi mənada: həyatın keşməkeşi, çıxılmaz vəziyyət, ağır qorxulu hal. (“Koroğlu” dastanının lüğəti) İki dərya arasında gəmim var, Çıx

    Полностью »
  • GİRDİKAR

    Bax: girdiyar. Sığıl girdikara, tapginən qərar, Zülmə dözüb, səbir eləmək çağıdı.                             (“Dilsuz və Xəzangül”)

    Полностью »
  • GİRDİN-GİRDİN

    Qat-qat. (“Koroğlu” dastanının lüğəti) Boynunun əti girdin-girdin, bığlar kəl buynuzu kimi. (“Həmzənin Qıratı aparmağı”)

    Полностью »
  • GİRDİYAR ƏRƏB

    Allah, tanrı. Çox aşıq xəlq etdi qüdrət girdiyar, Olubdu sözləri tamam dildə car, Cəmi hicran çəkən nə ki aşıq var, Mənim kimi dərdə giriftar olmaz

    Полностью »
  • GİRƏLƏMƏK

    Girəvələmək, fürsət tapmaq, əlverişli vəziyyət axtarmaq. (“Koroğlu” dastanının lüğəti) Girələyib Eyvazın çiyin damarlarını saldı cənginə

    Полностью »
  • GİRƏVƏ

    1. Pusqu, marıq. 2. Əlverişli vəziyyət, fürsət. (“Koroğlu” dastanının lüğəti) Sənəmin də gözü Koroğluya düşmüşdü

    Полностью »
  • GİRİBAN FARS

    Yaxa. Su duran yerləri sonam göl eylər, Çeşmim yaşı giribandan sel eylər, Bəzirganlar üstümüzdən yol eylər, Onda mənim halım olar yaman, hey!        

    Полностью »
  • GİRİFTAR FARS

    Tutulmuş, düçar, mübtəla. Qurbaniyə gətir məzə! Dərd üstündə dərdim təzə. Dərd biləni dərd bilməzə, Giriftar eyləmək olmaz

    Полностью »
  • GİRVƏ1

    Bax: girəvə. (“Koroğlu” dastanının lüğəti) 1. Keçid. 2. Keçidlərdə, yollarda qar yığını. (“Koroğlu” dastanının lüğəti) Qollarına dəmir polad taxdıran,

    Полностью »
  • GİRYAN FARS

    Ağlayan, sızlayan, ağlar. Başına döndüyüm, qurvan olduğum, Məni axtarsan, o Kişmirə gəlginən! Yanıf, ataşına giryan olduğum, Məni axtarsan, o Kişmirə

    Полностью »
  • GİZİR

    Aşağı rütbəli inzibati işçi. (“Koroğlu” dastanının lüğəti) Dialektlərimizdə bu söz icraçı mənasında işlənməkdədir

    Полностью »
  • GİZLƏŞMƏK

    Gizləmək feilinin birgəlik növü. (“Koroğlu” dastanının lüğəti) Mərd igidlər bir-biriynən üzləşər, Müxənnətlər kol dibində gizləşər, Qılınc vurram, ya

    Полностью »
  • GİZLÜ

    Gizli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GORDA

    Xəncərşəkilli iri bıçaq. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, bir ac qurdam, Çənlibeldə ağır yurdam, Qan çıxardar indi gordam, Tök malını, get, b

    Полностью »
  • GOVUR

    Bax: gavur. (“Koroğlu” dastanının lüğəti) Nə eldirərəm, eldirərəm, Dəlilərə bildirərəm, Haydı səni öldürərəm, Dindən dönmüş govuram mən

    Полностью »
  • GÖDƏ

    Gövdə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖFTAR

    Bax: gövtar.

    Полностью »
  • GÖFTAR

    fars. göftar, güftar 1. Danışıq, söhbət. 2. Kəlam, söz. (“Koroğlu” dastanının lüğəti) Qoç igidin bu tövr olur iqrarı, Yarsız necə tutar səbrü qərarı

    Полностью »
  • GÖG1

    Göy, səma. (“Kitabi-Dədə Qorqud” leksikası) Göy, mavi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖGCƏ

    Gömgöy. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖGCƏ TAĞ

    Gömgöy dağ. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖGƏRÇİN

    Göyərçin. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖKCƏK

    Qeyri-adi gözəl, yeganə gözəl. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖLGƏLÜCƏ

    Kölgəli olan, kölgəsi olan. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖNDƏR

    Mizraq, qarğı, nizə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖRK

    Gözəllik. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖRKLİ

    Gözəl, yaraşıqlı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖSTƏGİ ÜZMƏK

    Ayağa vurulmuş ipi qırmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖSTƏK

    Çidar; müxtəlif bağ, bənd və zəncir; heyvanların ayağına vurulan gödək bağ. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • GÖVHƏR FARS

    Qiymətli daş, cəvahir. Yerlə göy yoxkən bir nəzər qıldı, Əritdi gövhəri, dürr eylədi şah...                                              (“Qurbani”)

    Полностью »
  • GÖVHƏR FARS

    Qiymətli daş, cəvahir. (“Koroğlu” dastanının lüğəti) Yağı düşmanlardan qisas alaram, Seçibən gövhəri bağlayan mənəm

    Полностью »
  • GÖVHƏRKAN FARS

    Gövhər mədəni (yaxşı söz danışan ağız nəzərdə tutulur) (“Koroğlu” dastanının lüğəti) Siz inanın gövhərkana! Hərəniz dönün aslana! Basılmayın bəd düşma

    Полностью »
  • GÖVTAR

    fars. göftar, güftar 1. Danışıq, söhbət. 2. Kəlam, söz. Aşıq olub bu meydana gələnin, Xoş gövtarı, xoş kəlməsi düz gərək

    Полностью »
  • GÖY

    Yaşıl rəng mənasında. (“Koroğlu” dastanının lüğəti) “Kitabi- Dədə Qorqud”da yaşıl sözü işlənməsə də, “Koroğlu”da bir neçə yerdə rast gəlinir

    Полностью »